A+   Yenilə  A-
Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov www.yap.org.az saytına müsahibə verib:
-Eldar müəllim, məlum olduğu kimi ölkəmiz sosial-iqtisadi baxımdan dinamik inkişaf edir. Bu inkişaf aqrar sektorda necə əksini tapır?

- Son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və islahatlar dövrün çağırışlarına uyğun inkişaf modelinin tətbiqinə, biznes və investisiya mühitinin yaxşılaşdırılmasına, iqtisadiyyatın modernləşdirilməsi və şaxələndirilməsinə, makroiqtisadi sabitliyin və maliyyə dayanaqlığının təmin edilməsinə möhkəm zəmin yaradıb. Bu siyasət sayəsində ölkəmizin əldə etdiyi inkişaf dinamikası dünyada çox nadir hallarda baş verir. Təkcə onu demək kifayətdir ki, 2004-2018-ci illərdə ÜDM real olaraq 3,3 dəfə, sənaye məhsulu 2,6 dəfə, kənd təsərrüfatı məhsulu 1,7 dəfə, əsas kapitala yönəlmiş vəsaitlər 3 dəfə, orta aylıq real əmək haqqı 2,4 dəfə, real pensiyalar 3,2 dəfə artıb, işsizlik 1,6 dəfə azalıb, yoxsulluq səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2018-ci ilin sonunda 5,1 faiz səviyyəsinə düşüb.

Məlumdur ki, hər bir ölkənin iqtisadi, sosial və siyasi həyatında kənd təsərrüfatı çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, kənd təsərrüfatının inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas bazadır. Hansı ölkə öz əhalisini yerli kənd təsərrüfatı məhsulları ilə təmin edə bilmirsə, o, həmin məhsulları maliyyə ehtiyatları imkan verdiyi səviyyədə xarici ölkələrdən idxal etməklə bu məsələni həll etmək məcburiyyətində qalır. Bu da öz növbəsində həmin ölkəni məhsullarını idxal etdiyi ölkələrin iradəsinə tabe etməklə, həm iqtisadi və həm də siyasi cəhətdən onlardan asılı vəziyyətə salır. Belə ölkələr heç vaxt müstəqil siyasət yeridə bilmirlər. Digər tərəfdən kənd təsərrüfatının inkişafı ölkədə kənd təsərrüfatı ilə yanaşı həm də yeyinti, emal, yüngül, maşınqayırma və kimya sənayesinin, habelə ticarət, nəqliyyat və anbar təsərrüfatının və digər sahələrin inkişafını təmin edir.

Qeyd etmək lazımdır ki, kənd təsərrüfatının ölkənin sosial-iqtisadi və siyasi həyatındakı əhəmiyyəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən hakimiyyətinin ilk dövründən başlayaraq düzgün qiymətləndirilmiş və dövlət başçısı aqrar sahəni iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqaməti elan etmişdir. Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirdiyi bütün iclaslarda, digər görüş və müsahibələrində dəfələrlə vurğulamışdır ki, ölkənin aqrar siyasətinin əsas məqsədi Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənilməsi və bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara Azərbaycan brendi ilə ixracının təmin edilməsidir. Qarşıya qoyulan bu vəzifənin uğurla həyata keçirilməsi üçün keçən 15 il ərzində ölkəmizdə çox böyük əhəmiyyəti olan geniş miqyaslı tədbirlər görülmüşdür. Bu düşünülmüş siyasətin nəticəsidir ki, 2018-ci ildə ilk dəfə olaraq respublikamızda dəyəri 7010 milyon manat olan kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Keçən il əldə edilmiş ümumi daxili məhsulun(79797 milyon manat) 5,3 faizi və ya 4190 milyon manatı kənd təsərrüfatının payına düşmüşdür. Əldə edilən bu rekord göstəricilər heç də asan başa gəlməmiş, ölkəmizdə elmi əsaslara əsaslanan aqrar siyaəsətin formalaşması və uğurla həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi həmin dövr ərzində 37 faiz artaraq 1 milyon 666 min hektara çatmışdır. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir.

- Ötən həftə Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildəki fəlaiyyəti haqqında hesabat təqdim olundu. Bu hesabata münasibətiniz necədir?

-Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun geniş və əhatəli məruzəsi, təqdim edilmiş materialların təhlili onu deməyə əsas verir ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi və sosial siyasət nəticəsində ölkəmiz əvvəlki illərdə olduğu kimi keçən ildə də öz dinamik inkişafını davam etdirmişdir. Ona görə də biz böyük əminliklə 2018-ci ili hesabatda qeyd edildiyi kimi makroiqtisadi dayanıqlıq, maliyyə sabitliyi, geniş islahatlar, iqtisadi yüksəliş, qeyri-neft sənayesinin yüksək artımı, sosial siyasətin və sosial təminatın möhkəmlənməsi, əhalinin gəlirlərinin artımı ili kimi qiymətləniririk. Heç də təsadüfi deyildir ki, bir çox beynəlxalq təşkilatların iqtisadi və sosial inkişafın çoxsaylı göstəricilərinə əsasən apardıqları hesablamalara görə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilmiş və dünya ölkələri arasında öncül yer tutmaqla əvvəlki mövqeyini xeyli yaxşılaşdırmışdır. Bütün bunlar isə əlbəttə ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təklifi ilə formalaşmış yeni hökumətin əzmkar fəaliyyəti nəticəsində əldə edilmişdir.

Aqrar sahəyə gəlincə, ötən il Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər davam etdirilmiş və bu məqsədlə dövlət büdcəsindən 297 milyon manat vəsait ayrılmışdır ki, bu da 2017-ci ilə nisbətən 107 milyon manat və ya 56 faiz çoxdur. Bu da şübhəsiz ki, bütövlükdə hökumətin və o cümlədən Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi şəffaflıq və fermerlərlə sıx əlaqə yaratmaq istiqamətində fəaliyyəti nəticəsində əldə edilmişdir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə arıçılığın inkişafını stimullaşdırmaq üçün keçən il hər arı ailəsinə görə fermerlərə 10 manat məbləğində subsudiya müəyyən edilmiş, habelə gübrələrin və biohumusun satış qiymətinə tətbiq edilən güzəştlərin ümumi məbləğinin yuxarı həddi 50 faiz, pestisidlərin satış qiymətinə tətbiq edilən güzəşt məbləğinin yuxarı həddi isə 5 dəfə artırılmışdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkəmizdə kənd təsərrüfatının innovativ inkişafını təmin etmək, rəqabət qabiliyyətli məhsul istehsal edib Azərbaycan brendi ilə xarici bazarlara çıxarmaq istiqamətində əsaslı işlər görmüşdür. Belə ki, keçən il 31 rayonun ərazisində 193 min hektar torpaq sahəsində dəyəri 1,4 milyard manat olan 46 aqroparkın yaradılması üzrə işlər davam etdirilmiş və onlardan 17-si artıq fəaliyyətə başlamışdır. Bu aqroparkları və iri təsərrüfatları torpaq sahəsi ilə təmin etmək üçün Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 189 min otlaq sahəsi əkin dövriyyəsinə cəlb edilmiş, bu ərazilər mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi ilə təmin edilmişdir. İri təsərrüfatların yaradılması son vaxtlar həm də “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanuna və bu məsələ ilə bağlı qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq Sabirabad və digər rayonlarda fermerlərin kənd təsərrüfatı kooperativlərində könüllü birləşməsi yolu ilə də təşkil edilir. Həyata keçirilən bu və digər tədbirlər isə öz növbəsində kənd təsərrüfatının ümumi istehsalının və ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin artımına müsbət təsir etmişdir.

-Görülən bu işlər nəticəsində kənd təsərrüfatı istehsalında artım hansı səviyyədədir?

- 2018-ci ildə 2017-ci ilə nisbətən 4,6 faiz çox, yəni ölkəmizdə ilk dəfə olaraq 7 milyard manatdan artıq dəyəri olan kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Kənd təsərrüfatı məhsullarının ixracında da uğurlu nəticələr əldə edilmişdir. 2017-ci illə müqayisədə kənd təsərrüfatı məhsullarının ixracı 23,9 faiz artaraq 590 milyon dollar təşkil etmişdir. Ümumiyyətlə isə kənd təsərrüfatı məhsulları ixracının 95 faizi meyvə-tərəvəz məhsullarının payına düşmüşdür. Keçən il pambıqçılığın inkişafı ilə bağlı hökumətin həyata keçirdiyi tədbirlər nəticəsində pambıq istehsalı kəskin surətdə artmaqla yanaşı ilk dəfə olaraq 104 milyon dollar dəyərində pambıq lifi və ipliyi ixrac olunmuşdur ki, bu da 2017-ci ilə nisbətən 2,2 dəfə çoxdur.

Ərzaq təhlükəsizliyinin əsas bazasını təşkil edən kənd təsərrüfatının müasir çağrışlara uyğun təşkili və idarə olunması məhsul istehsalını artırmaqla yanaşı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına da öz müsbət təsirini göstərmiş və əsas ərzaq məhsulları ilə (buğda istisna olmaqla) yerli istehsal hesabına özünütəminat səviyyəsi 83 faizdən çox olmuşdur. Bütün bunlar isə onu göstərir ki, Nazirlər Kabineti 2018-ci ildə səmərəli fəaliyyət göstərmiş və qarşıda duran vəzifələrin öhdəsində uğurla gəlmişdir.

Bununla yanaşı bəzi məsələləri də qeyd etməyi özümə borc bilirəm. Bildiyiniz kimi, toxumçuluğu və damazlıq heyvandarlığı yüksək səviyyədə olmayan ölkələrdə kənd təsərrüfatının inkişafı həmişə başqa ölkələrdən asılı vəziyyətdə olur. Ona görə də son illər ölkəmizdə Toxum Fondunun yaradılması, yüksək reproduksiyalı toxum və ting satışının stimullaşdırılması, xarici ölkələrdən yüksək məhsuldar damazlıq heyvanların idxalı və digər tədbirlərin həyata keçirilməsi öz təsirini göstərir. Bununla yanaşı apardığımız təxmini hesablamalar göstərir ki, bu ilin məhsulu üçün 668 min hektar buğda səpini sahəsinin 193 min hektarı və ya 28 faizi heç bir reproduksiyaya aid olmayan adi buğda dəni ilə aparılmışdır. İnkişaf etmiş ölkələrin təcrübəsi isə göstərir ki, buğda səpininin ümumi sahəsinin 12-15 faizini elit toxumlarla apardıqda məhsuldarlıq 50-60 faiz artır. Lakin Super elit və Elit toxumların qiyməti baha olduğundan başqa ölkələrdə olduğu kimi bizim fermerlər də bu toxumları almağa çox da meyilli olmurlar. Bu səbəbdən də çox böyük zəhmət hesabına istehsal olunmuş bu toxumlar alınmır və anbarlarda qalıb xarab olur. Bununla əlaqədar təklif edirik ki, Super elit və Elit toxumların satış qiymətinin müəyyən hissəsi dövlət vəsaiti hesabına ödənilsin. Belə olan halda həmin toxumların istehsalı artar, anbarlarda qalmaz və həm də onların əkin sahəsi genişlənər. Bu təcrübədən Rusiya, Qazaxstan və digər ölkələrdə istifadə olunur.

Qeyd etmək lazımdır ki, 2009-cu ildən indiyə kimi ölkəmizə xarici ölkələrdən 31,6 min baş iribuynuzlu damazlıq heyvanlar gətirilməsinə, bir neçə dövlət damazlıq müəssisələrində damazlıq heyvanlar saxlanmasına baxmayaraq 2019-cu il yanvarın 1-i vəziyyətinə respublikamızda cəmi 18726 baş damazlıq iribuynuzlu malın olduğu göstərilir. Bu da hazırda mövcud olan iribuynuzlu malın (2,6 miyon baş) 0,7 faizi deməkdir. Əslində isə damazlıq malın xüsusi çəkisi azı 10-12 faiz olmalıdır ki, yüksək məhsuldarlıqdan danışmaq olsun. Ona görə də damazlıq heyvanların uçotu dəqiqləşdirilməli, bu sahədə elmi-tədqiqatlar və seleksiya işləri gücləndirilməlidir.

 
  • Oxunub:  8820  |  
  • Tarix:  18-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub
17 İyul 09:32
Lerikdə “Yay məktəbi” işini davam etdirir
17 İyul 09:31
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin ikinci Oğuz turunun iştirakçıları şimal-qərb bölgəsində yerləşən tarixi abidələrlə və muzeylərlə tanış olublar
17 İyul 09:30
Əməkdar memar, akademik Rasim Əliyevin 85 illiyi qeyd edilib
17 İyul 09:26
Qəzənfər Əhmədov: ANAMA indiyədək 54 min hektar ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib
17 İyul 09:20
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17 İyul 09:18
İndiyədək respublikamızda qaçqın və məcburi köçkünlər üçün 3,5 milyon kvadratmetr sahəsi olan yaşayış kompleksləri salınıb
17 İyul 09:13
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25