A+   Yenilə  A-
Ölkəmizdə tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək dəstək göstərilir

Regionlarda 2021-ci ilə qədər tütün sahələrinin 6 min hektara, tütün istehsalının isə 12 min tona çatdırılması nəzərdə tutulur
Məlum olduğu kimi, ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, 2016-cı ildən etibarən kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və digər sahələr üzrə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın da əsas məqsədi ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir. Belə ki, Sərəncama uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi (KTN) məhsul istehsalçılarının kənd təsərrüfatı texnikası və aqrokimyəvi vasitələrlə təmin edilməsi, seleksiya və toxumçuluq işlərinin, fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər reallaşdırılmaqdadır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında tütünçülük sahəsində atılan addımların artıq müsbət nəticə verdiyini vurğulayaraq deyib: “Bu sahə də demək olar ki, batıb gedirdi. Heç bir dövlət dəstəyi göstərilmirdi. Ancaq biz bu məsələ ilə məşğul olmağa, qurutma kameralarının yaradılmasına, tütün istehsalının təşviqi üçün addımlar atmağa başlayanda dərhal gözəl nəticələri görürük”.
Qeyd etmək yerinə düşər ki, respublikamızın şimal-qərb rayonlarında tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial var. İxrac potensialı yüksək olan bu sahə uzun illər diqqətdən kənarda qalsa da, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük yenidən dirçəlməyə başlayıb, bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb. KTN Aqrar Tədqiqatlar Mərkəzindən verilən məlumata görə, ötən mövsüm ölkə üzrə 6,3 min ton tütün istehsal olunub. Bu rəqəm 2017-ci ildə 5,3 min ton olub. Beləliklə, məhsul istehsalı 18,9 faiz artıb. Bildirilib ki, tütün sahələrində məhsuldarlıq 2017-ci ildə hektara 16,6 sentner, 2018-ci ildə isə 19,0 sentner təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 3,4 min hektarda tütün əkilib.
Onu da vurğulayaq ki, “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min hektara, tütün istehsalının isə 12 min tona çatdırılması nəzərdə tutulur.
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC (“Azərtütün ASK” MMC) tərəfindən 2019-cu ildə respublikamızın şimal-qərb bölgəsi rayonlarında 1700 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün cəmiyyət tərəfindən ilkin mərhələdə 13 kiloqrama yaxın toxum ayrılıb və hazırda bağlanmış müqavilə əsasında bölgənin fermerlərinə paylanılır. Proses tütün istehsalçılarının toxuma olan tələbatı tam şəkildə ödənilənədək davam edəcək.
“Azərtütün ASK” MMC-nin nümayəndəsi Hacı Hacıyev KİV-ə açıqlamasında bildirib ki, tütün şitilləri istehsalçıların öz şəxsi təsərrüfatlarında quraşdırdıqları sadə istixanalarda yetişdirilir. Bununla yanaşı, bölgədə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinin tərkibində olan istixana təsərrüfatlarında da martın əvvəlindən etibarən tütün şitillərinin yetişdirilməsinə başlanılacaq. Onun sözlərinə görə, ötən il “Azərtütün ASK” MMC-nin emal məntəqələrində 2590 ton quru tütün istehsal olunub. Builki mövsümdə isə quru tütün istehsalının 2730 tona çatdırılması əsas hədəf kimi qarşıya qoyulub.
Builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 450 hektar sahədə tütün əkini nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 850 sadə istixana quraşdırılıb və hazırda istixanalarda toxum səpini davam etdirilir. Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov bildirib ki, tütün əkiləcək sahələr müəyyənləşdirilib və əkinə hazır vəziyyətə gətirilib. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək. Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 535 hektar sahədən 643 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 325,6 ton artıb.
Balakən rayonunda ötən il 535 hektar sahədə tütün əkilib, 643 ton quru tütün istehsal edilib. Tütün istehsalı əvvəlki illə müqayisədə 2 dəfə artıb. Tütün istehsalının artmasına ötən il rayonun Hənifə kəndində yeni istifadəyə verilən 60 kameralı qurutma məntəqəsinin tam gücü ilə işləməsi böyük təsir göstərib. Məntəqə ötən mövsümdə fermerlərdən 2823 ton yaşıl tütün kütləsi qəbul edib və emal prosesindən sonra burada 392 ton quru tütün istehsal olunub. Emal məntəqəsində 20 nəfər daimi, 75 nəfər isə mövsümi işlə təmin edilib.
Cari mövsümdə Zaqatala rayonunda 450 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilməsi nəzərdə tutulur. “Azərtütün ASK” MMC-nin rayonun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında martın əvvəlindən etibarən tütün şitillərinin yetişdirilməsinə başlanılıb. Məntəqənin müdiri Mohuma Hüşənov bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün müəssisənin ərazisində 4 ədəd ABŞ istehsalı və 3 ədəd ölkəmizdə istehsal olunan istixana quraşdırılıb. Tutumundan asılı olaraq bu istixanaların hər birində 625 mindən 800 minədək “Virciniya” növlü ətirli tütün şitili yetişdirmək mümkündür: “Tütün şitili üçün toxum xaricdən gətirilib. Toxum əvvəlcə xüsusi aparat vasitəsilə plastik lotokların içərisinə yerləşdirilir. Hər bir lotokun içərisinə 288 ədəd toxum qoyulur. Sonra bu lotoklar istixananın içərisindəki su hövzəsinə buraxılır. Su hövzələrinə əvvəlcədən tələb olunan gübrə və dərmanlar tökülür. Böyük istixanaların hər birinə 3 min ədəd lotok qoymaq mümkündür. Tütün şitili 40-45 gün ərzində yetişir və sahəyə köçürülmək üçün hazır vəziyyətə gəlir. Aprelin ortalarında tütün şitilləri sahələrə köçürülmək üçün fermerlərə çatdırılacaq”.
Ümumiyyətlə, builki mövsümdə tütün istehsalı və emalı məntəqəsi tərəfindən rayon ərazisində 140 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilməsi planlaşdırılır. Onun sözlərinə görə, tütün şitillərinin yetişdirilməsi üçün istehsalçıların özləri tərəfindən də 800-dək sadə istixana quraşdırılıb və hazırda bu istixanalarda da şitil yetişdirilir. Onu da xatırladaq ki, ötənilki mövsümdə bu emal məntəqəsi istehsalçılardan 5300 ton yaşıl tütün kütləsi qəbul edib və müəssisədə 630 ton quru tütün istehsal olunub.
Bununla yanaşı, dövlət tərəfindən regionlarda tütünçülüyün inkişafına dəstək davam edir. Belə ki, cari il martın 6-da Şəki şəhərində kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında baramaçılığın və tütünçülüyün inkişafı ilə bağlı 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə də tütünçülüyün inkişafı diqqət mərkəzində olub. Tütün və barama emalı müəssisələrinin təmsilçiləri, həmçinin 26 rayondan tütünçülük və baramaçılıqla məşğul olan 209 fermerin də iştirak etdiyi müşavirədə çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tütünçülük və baramaçılığın bu bölgədə ən qədim məşğuliyyət növlərindən biri olduğunu vurğulayaraq deyib: “Görülən tədbirlər nəticəsində bu sahədə dönüş yaranıb. Son illər dövlətin diqqət və qayğısı nəticəsində digər regionlarda olduğu kimi, Şəkidə də tütünçülük və baramaçılıq inkişaf etməkdədir. Şəkidə tütün əkilən sahələr genişlənib və bu da istehsalın artmasına səbəb olub”.
Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda tütünçülük və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Nazir deyib: “Digər sahələr kimi, aqrar sahənin inkişafı da Prezident İlham Əliyevin xüsusi diqqətində olan məsələdir. Dövlətimizin başçısı tərəfindən qarşımıza qoyulan məqsədlərdən biri aqrar sahədə məhsuldarlığı artırmaqdır. Ölkədə tütünçülük və baramaçılığın inkişafı ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi dövlətin bu sahəyə diqqətini göstərir. 2018-ci ildə əvvəlki illə müqayisədə tütün əkin sahələri, istehsal olunan tütünün həcmi artıb, hər hektara düşən məhsuldarlıq yüksəlib. Bu il tütün əkin sahələrinin daha da çox olacağı gözlənilir. Tütün əkini üçün tələb olunan mineral gübrə ilə təminat həyata keçirilib, aqrotexniki qaydalara uyğun tədbirlər görülüb”.
Daha sonra KTN Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri R.Quliyev “Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı 2019-cu təsərrüfat ilində qarşıda duran vəzifələr”, “Azərtütün ASK” MMC-nin direktoru C.Ağaməliyev “Tütün qəbulu və emalının təşkili”, KTN-in təhsil və təlim şöbəsinin müdiri İ.Cümşüdov “Tut ipəkqurdu toxumçuluğunun və tut tingçiliyinin mövcud vəziyyəti”, Azərbaycan Sənaye Korporasiyasının Aqrar-sənaye sahələri departamentinin direktoru İ.Bayramov “Tütün və barama emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi üçün görülən işlər”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Ə.Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili”, “Azəripək” MMC-nin direktoru N.Qəribov “Barama emalının mövcud vəziyyəti və perspektivləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Müşavirədə Zaqatala rayonundan olan tütünçü fermer Akif Kələşov və Zərdab rayonundan kümçü-fermer Surxay Xəlilov məşğul olduqları sahə ilə bağlı fikirlərini bölüşüblər. Müşavirədə şitil, toxum, mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydə alınıb.
Qaşqay RAMAZANOV

 
  • Oxunub:  2610  |  
  • Tarix:  20-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb
17 May 17:20
Çexiya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA