Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub

Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub

20.03.2019 [10:57]

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, Azərbaycanın Bolqarıstandakı səfirliyinin və Bakı Slavyan Universitetinin Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiyada ölkəmizin qədim bayramlarından olan Novruza həsr edilmiş tədbir keçirilib. Tədbirdə istedadlı Azərbaycan rəssamı Cəmilə Həşimovanın “Türk Dünyasının Cənnət Bağları” adlı rəsm əsərləri sərgilənib, bolqar ifaçısı Ana Linçeva tərəfindən Azərbaycan və digər türkdilli xalqların xalq mahnıları, tanınmış bəstəkarlarının əsərləri pianoda ifa edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bolqarıstanın vitse-prezidenti İliana Yotova və bolqar çarı Simeon Sakskoburqotski ali qonaq qismində, habelə parlament nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif nazirliklərin, ali təhsil müəssisələrinin və dini qurumların nümayəndələri, ölkənin aparıcı QHT və KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən İliana Yotova dəvət olunduğu üçün təşəkkürünü bildirib, yeni ilin gəlməsinin rəmzi olan Novruzun beynəlxalq səviyyədə qəbul edildiyini deyib. Vitse-prezident tolerantlıq, dostluq, harmoniya, bərabərlik və birliyin rəmzi olan bu bayramın yaratdığı adət-ənənələr və mədəni müxtəlifliyin zamana tabe olmadığını söyləyib. O, mədəni diplomatiyanın vacibliyindən bəhs edərək Azərbaycanın və Bolqarıstanın oxşar mədəni dəyərlərə malik olduğunu qeyd edib. İ.Yotova sevilən bolqar şairlərindən olan Nikolay Liliyevin “Səssiz yaz yağışı” adlı şerindən bir parça da səsləndirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək türk dünyasının vacib bayramlarından olan Novruzun mənəvi dəyərlərə və humanizm ideyalarına malik olduğunu, yenilik, sevgi, yeni istək və ümidlərin rəmzinə çevrildiyini qeyd edib. Xalqlarımızın genetik yaddaşının bir hissəsi olduğunu söyləyən G.Əfəndiyeva Novruz adət-ənənələrindən ətraflı bəhs edib. O, rəhbərlik etdiyi Fondun əsas məqsədinin türkdilli xalqların mədəniyyət və irsinin zənginliyini beynəlxalq səviyyədə təbliğ etməkdən ibarət olduğunu vurğulayıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin ölkə başçılarının dəstəyi ilə yaradılmış Fond tərəfindən müxtəlif sərgilər, konsertlər, dəyirmi masalar, konfranslar və digər tədbirlərin təşkil edildiyi diqqətə çatdırılıb. G.Əfəndiyeva rəssam Cəmilə Həşimovanın əsərlərindən söz açaraq, onların türk dünyasının qədim tarixi, mədəniyyəti və ruhunu əks etdirdiyini, rəsmlərdə Novruzun gətirdiyi paklığa, xeyirxahlığa və mərhəmətə çağırıldığını vurğulayıb.
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxışında 300 milyondan çox insan tərəfindən 21 mart tarixində qeyd olunan Novruz haqqında ətraflı məlumat verərək, bu bayramın ölkəmizdə xüsusi təntənə ilə qarşılandığını diqqətə çatdırıb. O, 3 min illik bu bayramın dərin fəlsəfəsi, yazın gəlişi və yeni ilin başlanğıcı ilə bərabər, birliyin, qarşılıqlı anlaşmanın və tolerantlığın rəmzi olduğunu bildirib. Tolerantlıqdan söz açan səfir cari ildə görkəmli Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunduğunu deyib, onun yaradıcılığı barədə məlumat verib, Nəsiminin əsrlər öncə multikulturalizm və tolerantlıq barədə bəhs etdiyini söyləyib. N.Qurbanova Bolqarıstanda 1 mart tarixində geniş qeyd olunan Baba Marta bayramının da yazın gəlişini ehtiva etdiyini bildirərək, bu bayramla Novruzun adət-ənənələrinin fərqli olduğunu, lakin buna baxmayaraq, dost Azərbaycan və bolqar xalqları arasında güclü mədəni əlaqələrin daha da möhkəmlənməsinə əsas yaratdığını bildirib.
Səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə qonaqlara Novruz xonçası və bayram rəmzləri sayılan şirniyyatlar təqdim edilib.
Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Paylaş:
Baxılıb: 733 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31