A+   Yenilə  A-
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib: “Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq”.
Hər il Naxçıvan Muxtar Respublikasında Novruz bayramının quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunması Ümummilli Liderimiz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.
Milli geyimli qız Ali Məclisin Sədrinə səməni təqdim edib.
El ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verərək deyib: “Bu gün Oğuz yurduna Novruz gəlir. El-obaya yeni il qədəm qoyur. Ötən il də böyük əməllərlə yadda qaldı. Naxçıvanımız İslam mədəniyyətinin və Azərbaycan gənclərinin paytaxtı kimi möhtəşəm tarix yazdı; qədim Oğuz igidləri yurdumuzun bir parçası olan Günnütdə bayrağımızı yenidən dalğalandırdılar. Qorqud babanız deyir ki, uğurunuz davamlı olsun! Vuran əlləriniz var olsun! Adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını elimiz-obamız neçə illərdir ki, əmin-amanlıq içində qarşılayır. Düşərli olsun! Ey bayram libaslı Naxçıvanım! Qazanılan uğurların dillər əzbəridir. Hünərvər oğul və qızların abad olmuş ulus-oymaqda toy-büsat qurur, bugünkü xoş növrağınla fəxr edirlər. Qorqud atanız deyir ki, bu uğurların bir səbəbkarı, bir yaradanı var. Ömrü uzun olsun! Yaradan qollarınız var olsun! Siz xalqı yaşadırsınız, xalq da Sizi yaşadacaqdır!”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Novruz bayramı və ilin axır çərşənbəsi olan Od çərşənbəsi münasibətilə muxtar respublika əhalisini, şəhid ailələrini, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrinin şəxsi heyətlərini təbrik edib, xoş bayram ovqatı arzulayıb.
Ali Məclisin Sədri deyib: “Novruz bayramı göstərir ki, Azərbaycan xalqı nə qədər böyük tarixə və zəngin mənəvi irsə sahibdir. Ulu Öndərimiz Heydər Əliyev xalqımızın tarixi yaddaşının, Novruz ənənələrinin yaşadılması qayğısına qalaraq demişdir: “Novruz bayramının müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Bu gün Ulu Öndərimizin milli dəyərlərimizin yaşadılması ilə bağlı müəyyənləşdirdiyi yol uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onunla birlikdə milli-mənəvi dəyərlərimiz də dünyada tanınır və qəbul edilir. Xalqımızın milli dəyərləri içərisində Novruz bayramı mühüm yer tutur. Bu bayramın ən böyük üstünlüklərindən biri xalqımızın quruculuq əzmini yaşatmasıdır. Hər il olduğu kimi, bu il də Novruz bayramı ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq və iqtisadi yüksəliş şəraitində qeyd olunur. Ötən il muxtar respublikada həyata keçirilən tədbirlər dayanıqlı inkişafı təmin etmiş, bütün makroiqtisadi göstəricilər üzrə artım əldə edilmişdir. Bu gün qeyd etmək xoşdur ki, sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar əhali gəlirlərinin artmasına, məskunlaşmaya və demoqrafik vəziyyətə də öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı əvvəlki illərlə müqayisədə artaraq 456 min nəfərdən çox olmuşdur.
“Şübhəsiz ki, insan əməyi, zəhməti olmadan bu inkişaf mümkün deyil”, - deyən Ali Məclisin Sədri muxtar respublikamızın inkişafına öz töhfəsini verənlərin hamısına təşəkkürünü bildirib.
Ali Məclisin Sədri deyib: “Builki Novruz bayramını Naxçıvanın muxtariyyət qazanmasının 95 illiyi və muxtar respublikada elan olunmuş “Ailə təsərrüfatları ili”ndə qeyd edirik. Əminik ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət və bu yolun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi ölkəmizi və onun Naxçıvan Muxtar Respublikasını daha böyük tərəqqiyə qovuşduracaq, dövlət müstəqilliyimiz və sabitlik daha da möhkəmlənəcəkdir”.
Ali Məclisin Sədri bir daha tədbir iştirakçılarının Novruz bayramını təbrik edib və bayram tonqalını yandırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada xalq yaradıcılığının öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması istiqamətində mühüm işlər görülüb. Novruz bayramında “Xalq yaradıcılığı günləri”nin keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Builki Novruz bayramında da musiqi kollektivlərinin və xalq sənətkarlarının iştirakı, Novruz adətlərimizin və milli dəyərlərimizin nümayişi böyük marağa səbəb olub.
Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası kollektivlərinin ifasında “Naxçıvan” rəqsi təqdim olunub.
Xalqımızın qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan qədim musiqi alətlərimizin təbliği və tanıdılması vacib məsələdir. Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının formalaşması və fəaliyyəti bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Şənlikdə ansamblın və muğam studiyasının ifasında xalq mahnılarımız səslənib.
Naxçıvan şəhər sakinləri Bəyməmməd Ağaməmmədov və Gülsüm Novruzova Ali Məclisin Sədri ilə görüşərək bayram təbriklərini çatdırıblar.
Azərbaycan aşıq sənəti xalq yaradıcılığının mühüm tərkib hissələrindən sayılır. Dastanlarımızdan, xalq deyimlərindən də məlum olduğu kimi, əcdadlarımızın bir əlində qılınc olanda, bir əlində də saz olub. Bu gün də xalqımızın milli dəyərlərinin, vətənpərvərlik duyğularının, torpaq, yurd sevgisinin yüksək poetik tərənnümü olan aşıq sənətinə muxtar respublikada xüsusi qayğı ilə yanaşılır. Keçirilən el şənliklərində saz havalarına geniş yer verilməsi bu diqqət və qayğının təzahürüdür. Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvlərinin ifa etdikləri “Naxçıvani” aşıq havası tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Musiqi kollektivlərinin ifasında təqdim olunan “Doğma yurdum Naxçıvanım” mahnısı və “Qarabağ” yallısı alqışlarla qarşılanıb.
Tulum, zurna, balaban kimi qədim çalğı alətlərimiz musiqi mədəniyyətimizlə yanaşı, həm də dəyərlərimiz və adət-ənənələrimizlə sıx bağlıdır. “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında, eləcə də şair və yazıçılarımızın əsərlərində adları çəkilən qədim musiqi alətlərinin hər biri özünəməxsusluğu ilə fərqlənir. Bu gün muxtar respublikada bu alətlərinin bərpası diqqət mərkəzində saxlanılır, musiqi məktəblərində tədris olunur. Tədbirdə tulum, zurna, balaban və nağaradan ibarət “Tulum” kvartetinin ifası olub.
Muxtar respublikanın beynəlxalq titullu şahmatçıları Ali Məclisin Sədrini bayramlar münasibətilə təbrik edib, xatirə şəkli çəkdiriblər.
Culfa rayon Bənəniyar kənd sakini Həsənalı Əsgərov deyib: Ölkəmizin hər yerində - şəhərlərdə, kəndlərdə bayramlar yüksək əhval-ruhiyyə ilə qeyd olunur. Sabitlik şəraitində yaşamaq, işləmək ən böyük xoşbəxtlikdir. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı dünyada tanıdır, ölkəmiz inkişaf edir. Azərbaycanın bir hissəsi olan doğma Naxçıvanımız da inkişaf edir, müasirləşir. Azərbaycan dünyanın, Naxçıvan isə Azərbaycanın parlayan günəşidir.
Azyaşlı Vüqar Əmiraslanov Ali Məclisin Sədrinə təbriklərini, xoş arzu və diləklərini çatdırıb.
Teatr sənəti hər bir xalqın mədəni inkişafının göstəricisidir. Naxçıvanda teatr sənətinin tarixi qədim dövrlərə gedib çıxır. Xalq oyunları, meydan və qaravəlli, xüsusilə “Novruz” tamaşaları, bayram məzhəkələri teatr sənətinin ilk nümunələri olmaqla yanaşı, həm də xalqımızın yaradıcılıq təxəyyülünün imkanlarını və folklorumuzun zənginliyini göstərir. Bu gün muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının təqdim etdiyi “Novruz kompozisiyası” kollektivin peşəkarlığını göstərib.
Naxçıvan Dövlət Universitetində təhsil alan xarici tələbələr milli dəyərlərimiz, adət-ənənələrimizlə tanış olur, milli musiqilərimizi və rəqslərimizi öyrənirlər. Universitetin yerli və xarici tələbələrindən ibarət rəqs qrupunun təqdim etdiyi “Xələfi” yallısı bunu bir daha təsdiq etdi.
Naxçıvan Musiqi Kollecinin “Sazçalanlar” ansamblı “Ovşarı” aşıq havası üstündə bayram təbriklərini çatdırıb.
Xalqımızın həyat tərzini və məişətini özündə əks etdirən folklorumuz çoxəsrlik tarixə malikdir. Həyat və məişətimizdə elə bir əhəmiyyətli hadisə olmayıb ki, o, şifahi yaradıcılıqda öz əksini tapmasın. Bu səbəbdəndir ki, müxtəlif ayin, mərasim və əmək proseslərinin nəticəsi olaraq meydana gələn folklorumuz həm də milli kimliyimizin ifadəsidir. Baharın gəlişini təmtəraqla bayram edən əcdadlarımız Novruzla bağlı zəngin folklor nümunələri yaradıblar. Bu nümunələr bu gün də gənc nəslə öyrədilir, tədris və təbliğ edilir. Tədbirdə Naxçıvan Qızlar Liseyinin şagirdləri bayatılar, tapmacalar və inanclardan ibarət kompozisiya, eləcə də toxuculuq nümunələri nümayiş etdiriblər.
Naxçıvan Dövlət Universitetinin tələbələri - Sima Bayramova, Nərmin Abuzərova, Aytən Allahverdiyeva, Səbinə Babayeva, Təbrizə Bayramova, Ellada Bayramova və Aysu Nağısoy Ali Məclisin Sədri ilə görüşüblər. Tələbələr muxtar respublikada ali təhsil almaq üçün yaradılan şəraitə, gənc nəslin dəyərlərimizə, adət-ənənələrimizə sədaqət ruhunda böyüdülməsi sahəsində görülən işlərə görə minnətdarlıq ediblər. Ali Məclisin Sədri tələbələrlə xatirə şəkli çəkdirib.
Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Xalq yaradıcılığı günlərində zəngin folklor nümunələri ilə yanaşı, muğamlarımız da gənc nəslə aşılanır. Muğam sənətinin öyrənilməsi, təbliği və tədrisi sahəsində mühüm işlər həyata keçirilir, gənc muğam ifaçıları yetişdirilir. Naxçıvan Musiqi Kollecinin muğam üçlüyünün ifası tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.
Naxçıvan şəhər sakini Gövhər Bağırova deyib: Bayramlar firavanlıqdır, sevincdir, xoş niyyətdir. Biz - muxtar respublika sakinləri xoşbəxtik. Çünki firavanlıq şəraitində yaşayır, bayramları əmin-amanlıq şəraitində, xoş niyyətlərlə qeyd edirik.
Naxçıvan yallıları bu qədim diyarın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri, ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə inkişaf edib. Gəmiqayada daş üzərində həkk olunan kütləvi rəqs elementləri yallı sənətinin çox qədim tarixə malik olduğundan xəbər verir. Naxçıvan yallılarını “Naxçıvanın tacı” adlandıran Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülüb, yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub. Bu sahədə görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin tapşırığına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıblar. Görülən işlərin davamı kimi yallı sənətinin UNESCO səviyyəsində qorunması ilə bağlı tədbirlər görülmüş, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının təqdim etdiyi “Köçəri” yallısı, Musiqi Kollecinin və Naxçıvan Dövlət Filarmoniyasının yallı qruplarının çıxışları birlik və bərabərliyimizin ifadəsinə çevrilib.
Bayram tədbirində Naxçıvan Musiqi Kollecinin “Naxçıvanqala” ritm qrupu da maraqlı kompozisiya ilə iştirak edib.
Məktəbli Dərya Qənbərova Novruz bayramına həsr olunmuş şeir söyləyib.
Minlərlə şəhər sakininin və turistin iştirak etdiyi tədbirdə muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri tərəfindən ictimai-iaşə xidməti göstərilib. Ailə əməyinə üstünlük vermək, təsərrüfat işlərinə başlamaq, məhsul istehsal etmək də Novruz bayramının mahiyyətində duran əsas amillərdəndir. Bayram tədbirinə ailə təsərrüfatları tərəfindən çıxarılan məhsullar, xüsusilə paketlənmiş milli şirniyyat və mətbəx nümunələri böyük marağa səbəb olub.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə şənliklər keçirilib.

 
  • Oxunub:  4050  |  
  • Tarix:  20-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb
17 May 17:20
Çexiya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA