A+   Yenilə  A-
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilən, dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan Azərbaycan bu günlərdə VII Qlobal Bakı Forumuna uğurla ev sahibliyi etdi. Forumun regional və qlobal məsələlərin müzakirəsi baxımından əhəmiyyəti nədən ibarətdir?
- Bu gün Avropa məkanında dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların və ölkələrin səylərinin birləşdirilməsi vacibdir. Tolerantlıq nümunəsi olan Azərbaycan bu prosesdə çox fəal və aparıcı rola malikdir, dinlər və sivilizasiyalarası dialoqa xidmət edən çox mühüm təşəbbüslər irəli sürur. Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilmişdir. Paytaxt Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Sammitinə və digər nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir, sivilizasiyalararası dialoqun intensiv və faydalı xarakter daşımasına fundamental töhfələr verir. Martın 14-16-da Azərbaycanın paytaxtında keçirilən VII Qlobal Bakı Forumu da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Multikulturalizmin Azərbaycan təcrübəsi dünyada mütərəqqi nümunə kimi qəbul edilir
Multikulturalizmin Azərbaycan təcrübəsi dünyada mütərəqqi nümunə kimi qəbul edilir. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz bu gün də bu reallığın şahidi oluruq. Bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş dairələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu inkar edə bilmirlər, ölkəmizin tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırırlar. Ölkədə multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə Prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi reallıqdır. Bir sözlə, multikulturalizm mərkəzlərindən birinə çevrilən Azərbaycan dünyaya mütərəqqi dəyərlər təqdim edir, qlobal əhəmiyyətli təşəbbüsləri ilə sivilizasiyalararası dialoqa mühüm töhfələr verir.
- Azərbaycanın inkişafından və beynəlxalq mövqeyinin möhkəmlənməsindən ciddi narahatlıq keçirən anti-Azərbaycan dairələr və “beşinci kolon” nümayəndələri ölkəmizin əldə etdiyi uğurların və müsbət imicinin üzərinə kölgə salmağa, ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışırlar. Bunun arxasında duran səbəblər nədir?
- Əvvəla qeyd edim ki, “beşinci kolon” anlayışı İspaniyada Franko rejimi ilə respublikaçılar arasında baş verən müharibə zamanı meydana gəlib. Bu anlayış xarici qüvvələrlə əlbir olaraq öz millətinə, dövlətinə xəyanət edən qrupları təsvir etmək üçün istifadə olunur. Yəni bu qüvvələr düşmənlə sinxron hərəkət edərək antimilli mövqedən çıxış edirlər. Tarixdə bu barədə çoxsaylı nümunələr mövcuddur. Çox təəssüf ki, Azərbaycanda da milli maraqlara zidd mövqe nümayiş etdirən belə marginal qruplar olub və bu gün də var. Eyni zamanda, Azərbaycanda ictimai, siyasi, elmi, mədəni və digər sahələrdə heç bir uğur əldə edə bilməyən, xaricə gedərək anti-Azərbaycan dairələrlə birlikdə ölkəmizə qarşı ideoloji təxribatlarda iştirak edən adamlar məhz “beşinci kolon” nümayəndələridir. Elə ölkə daxilindəki xəyanətkar ünsürlərin də antimilli əməlləri göz önündədir. Üstəlik, onların erməni lobbisi, xaricdəki erməni təşkilatları ilə əlaqələrinin olmasına dair məlumatlar da var.
Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların “fəaliyyət”i xalq tərəfindən ciddi narazılıqla qarşılanır
Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Son zamanlar Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Yəni bütün bu tədbirlər uzunmüddətli islahatlar paketinin tərkib hissəsidir. Təbii ki, bu reallıqlar anti-Azərbaycan dairələri narahat edir və həmin qüvvələr ölkəmizə qarşı “beşinci kolon”dan istifadə edirlər. Ermənipərəst qüvvələrin maraqlarını müdafiə edən antimilli ünsürlər sosial şəbəkələr və müxtəlif internet resursları vasitəsilə həqiqətə uyğun olmayan məlumatlar yayaraq iddia edirlər ki, guya bu islahatlar onların “fəaliyyət”i nəticəsində baş tutub. Bu, gülünc və heç bir əsası olmayan iddiadır. Onların məqsədi Azərbaycanın inkişafına, vətəndaşların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən, qarşıya qoyulan hədəflərə çatmağa imkan verən tədbirlərin, islahatların və müsbət reallıqların üzərinə kölgə salmaqdır. Onlar həmçinin müxtəlif ideoloji təxribatlar vasitəsilə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına çalışırlar. Amma bütün bu cəhdlər faydasız və nəticəsizdir. Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkədə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. Bütün bu reallıqları görən ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlət başçısına, Onun siyasətinə böyük inamını ifadə edirlər. Ona görə də Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə yalan məlumatlar yayanların “fəaliyyət”i xalq tərəfindən ciddi narazılıqla qarşılanır.
- Ermənipərəst dairələrin sifarişlərini yerinə yetirən xaricdəki anti-milli ünsürlər isə Azərbaycan xalqına və dövlətinə qarşı təhqir kampaniyası aparır, xalqımızın milli-mənəvi dəyərlərini hədəfə alırlar. Bununla bağlı fikirləriniz nədən ibarətdir?
- Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi ümumbəşəri və mütərəqqi ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə fərqlənir. Digər tərəfdən, milli-mənəvi dəyərlərimizin qorunması, təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdəndir. Tarixi şəxsiyyətlər də bizim milli-mənəvi dəyərlərimizdir. Onların irsinin qorunması və gələcək nəsillərə ötürülməsi də bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparır. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən işlər də bu baxımdan xüsusi qeyd edilməlidir.
Təəssüf ki, milli maraqlara zidd mövqe tutan, ermənilərin maraqlarının müdafiəçisinə çevrilmiş antimilli ünsürlər, “beşinci kolon” nümayəndələri Azərbaycan xalqını, onun milli-mənəvi dəyərlərini hədəfə alırlar, təhqir kampaniyası aparırlar. Onlar Azərbaycan xalqının milli xüsusiyyətlərinə, tarixi şəxsiyyətlərimizə qarşı təhqiramiz fikirlər səsləndirməklə əsl simalarını ortaya qoymuş olurlar. Şübhəsiz ki, anti-Azərbaycan dairələrin alətinə çevrilmiş bu ünsürlərin təhqir kampaniyası cəmiyyətdə böyük hiddət və narazılıqla qarşılanır. Cəmiyyət nümayəndələri bu cür kampaniyaların məhz ermənipərəst dairələrin sifarişi əsasında həyata keçirildiyini bilir, “sapı özümüzdən olan baltalar”ın çirkin əməllərinin yolverilməz olduğunu qətiyyətlə ifadə edir.
- Mübariz müəllim, martın 16-da Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması Azərbaycan cəmiyyəti və beynəlxalq təşkilatlar tərəfindən olduqca yüksək qiymətləndirilir. Lakin bəziləri bu böyük humanizm aktının üzərinə kölgə salmaq üçün absurd iddialar səsləndirir, həqiqətə uyğun olmayan fikirlər ifadə edirlər...
- Əvvəlcə qeyd edim ki, Azərbaycanda məhkumların əfv olunması, vətəndaşlara humanist münasibətin göstərilməsi davamlı xarakter daşıyır. Bu günə qədər ölkəmizdə 70-ə yaxın əfv Sərəncamı imzalanıb. Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam da bu baxımdan xüsusi qeyd edilməlidir. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib. Göründüyü kimi, Prezident İlham Əliyev tərəfindən imzalanan əfv Sərəncamı böyük humanizm nümunəsi olmaqla yanaşı, dövlətin öz vətəndaşlarına yüksək diqqət və qayğısını əks etdirir.
Bəzi adamların iddiaları ilə müddəaları üst-üstə düşmür, tərs mütənasiblik təşkil edir
Təəssüf ki, bu humanizm aktının üzərinə kölgə salmaq istəyənlər də var. Vaxtilə müxtəlif xarakterli cinayət əməlləri törətmiş, korrupsiya faktlarına görə hüquqi məsuliyyətə cəlb olunaraq həbs edilənlər azadlığa çıxdıqdan sonra öz səhvlərini dərk edib cəmiyyətə yararlı olmaq yolunu seçmək əvəzinə, yenidən hakimiyyətə və dövlətə qarşı ittihamlarla çıxış edirlər. Onlar əfv Sərəncamının üzərinə kölgə salmağa, ictimai rəyi çaşdırmağa çalışırlar. Korrupsiya əməlləri cəmiyyətə yaxşı məlum olan keçmiş səhiyyə naziri onun azad edilməsinin guya xarici təsirlər nəticəsində olduğuna dair absurd iddialar səsləndirir. Hər kəsə, eləcə də həmin adamın özünə də yaxşı məlumdur ki, Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir, hər hansı bir təsir və təzyiqə qətiyyən imkan vermir. Respublikamız öz müstəqil inkişaf yolunda irəliləyir, ölkəmizin daxili, xarici siyasəti suverenlik prinsipinə əsaslanır və milli maraqlara xidmət edir. Ona görə də hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Həmin adama sual vermək lazımdır ki, əgər həmin qərar xarici qüvvələrin təsiri ilə qəbul olunubsa, bu, sözügedən şəxsin cəzaçəkmə müddətində nə üçün olmayıb? Bu, birmənalı şəkildə Prezident İlham Əliyevin humanist təşəbbüsüdür və onun üzərinə kölgə salmaq mümkün deyil. Ümumiyyətlə, bəzi adamların iddiaları ilə müddəaları üst-üstə düşmür, tərs mütənasiblik təşkil edir. Onlar öz şəxsi maraqlarını və anti-Azərbaycan dairələrin mənafelərini Azərbaycanın milli maraqlarından üstün tuturlar. Bu, bütün hallarda yolverilməzdir. Sağlam siyasi qüvvələr, eləcə də cəmiyyətin avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim milli maraqları üstün tutur, Azərbaycanın inkişafına və qüdrətinin daha da artmasına xidmət edən addımların təqdirəlayiq olduğunu birmənalı şəkildə və qətiyyətlə ifadə edir.

 
  • Oxunub:  10320  |  
  • Tarix:  20-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA