A+   Yenilə  A-
Altmışdan çox ölkənin diplomatları Gəncənin sosial-iqtisadi və mədəni inkişafı ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri aprelin 2-də Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 60-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Gəncə şəhərinin sosial-iqtisadi, mədəni inkişafı, habelə turizm potensialı ilə yaxından tanış olublar.
Əvvəlcə qonaqlar Gəncə şəhərində Heydər Əliyev Park Kompleksinə gəliblər.
Heydər Əliyev Park Kompleksində yaradılan şərait barədə məlumat verilərkən bildirilib ki, parkda yenidənqurma işləri 2012-ci ildə aparılıb. Heydər Əliyev Parkının girişində möhtəşəm “Zəfər tağı”ı ucaldılıb. Orijinal layihə əsasında inşa olunan bu istirahət məkanında Müasir İncəsənət Mərkəzi və kafe fəaliyyət göstərir. Buraya gələn qonaqlar “Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr edə bilirlər. Göz oxşayan xiyabanda böyük həcmdə yaşıllaşdırma işləri həyata keçirilib və burada istirahət üçün hər cür şərait yaradılıb. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində Gənclər evi, müxtəlif məişət obyektləri, əyləncə mərkəzi, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran “Ganjaland” əyləncə mərkəzi də fəaliyyət göstərir.
Qonaqlara Gəncədə möhtəşəm layihə əsasında tikilən Heydər Əliyev Mərkəzi haqqında da məlumat verilib. Bildirilib ki, Ulu Öndərə gəncəlilərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.
Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatələnib. Üçmərtəbəli Mərkəzdə şüşədən müasir günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi Ulu Öndərin keçdiyi zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, Onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və Azərbaycan Respublikasının Prezidenti kimi 1993-2003-cü illərdə həyata keçirdiyi böyük işlər, Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı düşünülmüş siyasəti əks etdirən, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələrə, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallar muzeydə qorunur. Burada Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş olunur.
Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələri ilə bağlı fotolara geniş yer ayrılıb. Burada Heydər Əliyev Mərkəzində oxu zalı, elektron kitabxana, xarici dil kursları, IDEA İctimai Birliyi resurs mərkəzi, videokonfrans salonu, hərtərəfli təchizatı olan iclas və konfrans zalları var. Akt zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi və sərgi salonu da muzeyin layihəsinin orijinallığına dəlalət edir.
Heydər Əliyev Park Kompleksi ilə tanışlığı başa vuran xarici diplomatların üz tutduqları növbəti məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Qonaqlar əvvəlcə şeyx Nizaminin və şairin valideynlərinin qəbirlərini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə XIV əsrdə tikilib. Bu vaxtadək şairin məzarı üzərində müxtəlif əsrlərdə dörd dəfə türbə tikilsə də, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.
Qonaqlar türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıblar.
Sonra qonaqlar “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyinin istehsal sahələrinə baş çəkiblər. Bildirilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir, yeni sənaye və istehsal müəssisələri yaradılır. Ölkədə gedən sənayeləşmə prosesinə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi də mühüm töhfələr verir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan zavod 2004-cü ilin dekabrında fəaliyyətə başlayıb. İnkişaf tempini sürətlə artıran zavod ötən illərdə istehsal sahələrini genişləndirməkdə davam edib. Fəaliyyətinə OKA, UAZ, ÇAN-QAN avtomobillərinin yığımı ilə başlayan müəssisə hazırda müxtəlif çeşiddə texnika istehsal edir. 2007-ci ilin martından burada “Belarus” markalı traktorların yığımına başlanılıb. 2007-ci ildən bu ilin fevralınadək zavodda 11 modeldə 10386 “Belarus” markalı traktor istehsal edilib.
“Aqrolizinq” ASC-yə 9662 traktor təhvil verilib. 724 traktor isə iş adamlarına və fermerlərə satılıb. Zavodda Almaniyanın MAHA şirkətinin müasir standartlara cavab verən əyləc sisteminin sınaq stendi quraşdırılıb. Burada istehsal edilən bütün texnika - traktor və avtomobillər tam şəkildə sınaqdan keçirilir. 2015-ci ildən zavodda “KaMAZ” və “URAL” markalı avtomobillərin də yığımına başlanılıb.
Qonaqlara məlumat verilib ki, ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində, həmçinin kənd təsərrüfatında istifadə edilən maşın və texnikalara olan ehtiyacın ödənilməsində bu müəssisənin fəaliyyəti önəmli rol oynayır. Xarici tərəfdaşlarla səmərəli əlaqələr qurulması nəticəsində zavod istehsal olunan maşın və texnikaların çeşidini ildən-ilə artırır. İndi müəssisə Minsk təkərli dartıcılar zavodu ilə əməkdaşlıq çərçivəsində ağır yük daşıyan qoşqu istehsal edir. Daha çox istifadə olunan “MAZ” markalı avtomobillərin istehsalı da ildən-ilə artır. Son 10 ildə 20 modeldə “MAZ” markalı avtomobil yığılıb. Bu avtomobillərin yığımının 40-50 faizini yerli istehsal təşkil edir. Zavodda müasir tələblərə cavab verən qaynaq və boyama, sudaşıyan avtomobillər üçün çənlər hazırlayan sahələr fəaliyyət göstərir. Avtomobil və traktor qoşquları əsasən yerli istehsaldır. Bu günədək 852 traktor qoşqusu, 330 isə “MAZ” qoşqusu istehsal edilib.
Zavodda istehsal xətlərinin sıxlığı nəzərə alınaraq, 30 min kvadratmetr sahəsi olan yeni istehsalat sahəsi yaradılır. Burada ən müasir avadanlıqla təchiz olunan texnoloji xətlər quraşdırılacaq. Yeni istehsal sahəsində “MAZ” markalı avtobusların quraşdırılması nəzərdə tutulur. Bu, həm də 120-150 əlavə iş yerinin açılmasına imkan verəcək. Hazırda müəssisədə 600-dən artıq işçi çalışır. Zavodda işçilər pulsuz yemək və nəqliyyatla təmin olunublar.
Bundan başqa, zavodun mütəxəssisləri Almaniyanın “HALLER” kommunal avadanlığının “MAZ” şassinin üzərində quraşdırılması üçün konstruktiv dəyişiklik edib. Hazırda zavodda birgə layihə olan 16 və 21 kubmetr tutumu olan kommunal maşınların istehsalı həyata keçirilir. Bu günədək zavodda 60 ədəd 21 kubmetrlik “HALLER” kommunal maşını istehsal olunub.
Ötən ilin dekabrında Gəncə avtomobil zavodunun rəhbərliyi ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Belarus Respublikasına birgə işgüzar səfəri zamanı zavodda elektrobusların istehsalı ilə bağlı “Belkomunmaş” şirkəti ilə memorandum imzalanıb. Bu memoranduma əsasən yaxın günlərdə 4 avtobus komplektləşdiricilərinin zavoda gətiriləcəyi gözlənilir.
Hazırda müəssisənin Gürcüstanda nümayəndəliyi fəaliyyət göstərir. Həmçinin GAZ Belarus traktorlarının Türkiyə Respublikasında və digər ölkələrdə istehsalını və satışını təmin etmək məqsədilə həmin ölkədə istehsal sahəsi yaradılır.
Daha sonra qonaqlar müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” dini kompleksi ilə tanış olublar. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. “İmamzadə” ziyarətgahı əsrlərboyu insanların üz tutduğu müqəddəs məkanlardandır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş abadlıq-quruculuq və yenidənqurma işləri aparılıb.
“İmamzadə” kompleksinin ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan “İmamzadə” kompleksi qonaqlarda böyük maraq oyadıb.
Gəncə şəhəri ilə tanışlığı başa vuran qonaqlar Samux rayonuna yola düşüblər.
Diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.

 
  • Oxunub:  2850  |  
  • Tarix:  03-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23