A+   Yenilə  A-
Azərbaycanda sənaye quruculuğu geniş vüsət alıb

Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə liberal iqtisadiyyatın dinamik inkişafına mühüm töhfələr verir
Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində sahibkarlar biznesin istənilən sahəsi və növü ilə məşğul ola bilir. Bunun üçün ölkəmizdə hər cür şərait mövcuddur. Bu amil liberal iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Bu yöndə atılan mühüm addımlardan biri də dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq sahibkarlıq subyektlərində yoxlamaların vergi yoxlamaları istisna olmaqla 2020-ci ilədək dayandırılmasıdır. Lisenziyalaşan fəaliyyət növlərinin və icazələrin sayı azaldılıb, prosedurlar sadələşdirilib, rüsumlar əhəmiyyətli dərəcədə aşağı salınıb. Bununla yanaşı, vergi, gömrük və sosial ödənişlər sistemində köklü və uğurlu islahatlara başlanılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2018-ci ildə özəl bölmənin ümumi daxili məhsuldakı payı 84 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb. 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi də qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verib. İndiyədək investisiya təşviqi sənədi verilmiş 345 layihəyə 3 milyard manatadək investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Bunlarla yanaşı, ölkəmizdə liberal iqtisadiyyata xidmət edən Azərbaycan arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq, xurma, zeytun, tütün, tekstil, çay, süd və süd məhsulları istehsalçıları və ixracatçıları, qablaşdırma sənayesi, mebel, tikinti materialları, maşın və avadanlıq istehsalçıları və qadın sahibkarlığının inkişafı assosiasiyaları fəaliyyətə başlayıb və artıq bu sahələrin inkişafına öz müsbət töhfəsini verir. Son beş ildə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79 faizi aqrar sektorun, 21 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu ildə də tamamilə geri qaytarılan vəsaitlər hesabına minimum 160 milyon manat kredit verilməsi nəzərdə tutulur.
Azərbaycanda liberal iqtisadiyyatın əsas elementlərindən biri olan sənaye quruculuğu istiqamətində də sistemli və məqsədyönlü işlər davam etdirilir. Ümumiyyətlə, ölkəmizdə sənaye quruculuğu iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Respublikamız yeni iqtisadi şəraitdə sənayenin inkişafını diqqət mərkəzində saxlamaqla həm əhalinin əmək bazarına çıxış imkanlarını artırmaq, həm də xarici bazarlara yüksək rəqabət qabiliyyətinə malik məhsullar çıxararaq ölkəyə valyuta daxilolmalarını artırmaq istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Yeri gəlmişkən qeyd edək ki, sözügedən sahənin inkişafı ilə bağlı “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin faəliyyəti də təqdirəlayiqdir. Belə ki, hazırda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 17 törəmə müəssisə fəaliyyət göstərir. Törəmə müəssisələrin aktivlərinin ümumi bazar dəyəri 673 milyon manat təşkil edir. Korporasiyanın nəzdində olan bir çox müəssisələrdə “1C3 Korporasiya” proqramı tətbiq olunur. Bu proqramın tətbiqi biznes proseslərinin düzgün təsvirinə, təhlilinə, təkmilləşdirilməsinə və son nəticədə sənəd dövriyyəsində şəffaflığa nail olmaq imkanı yaradır. Müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində ölkə büdcəsinə daxil olan valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcək. Ölkəmiz nəticə etibarilə yaxın zamanlarda bir çox məhsullara tələbatını mühüm dərəcədə daxili istehsal hesabına ödəməklə yanaşı, qeyri-neft sektorunda buraxılan məhsulların, o cümlədən alüminium, ipək, pambıq lifi, şərabçılıq məhsullarının ixrac potensialını da xeyli artıracaq.
Məlumat üçün bildirək ki, ötən il ərzində “Azərpambıq” Aqrar Sənaye Kompleksinin, “Azəripək” MMC-nin, “Azəralüminium” MMC-nin, “ASK Şüşə” MMC-nin, “Azərtütün” MMC-nin və bir sıra başqa müəssisələrin yenidən qurulması üçün dövlət tərəfindən vəsait ayrılıb. Kənd təsərrüfatı üçün 9 milyon manatlıq yeni texnika, o cümlədən pambıqyığan kombaynlar, tütünün ilkin emalı üçün 60 qurutma kamerası, ipək istehsalı üçün baramaboğan avadanlıq alınıb. Pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, “Azərpambıq ASK” MMC üzrə 14 rayonda 29 min hektarda pambıq əkini aparılıb və bu günədək 56 min ton xam pambıq tədarük edilib. Müəssisə pambıqçılıq sahəsində Türkiyə, Yunanıstan, Çin, Avstraliya kimi ölkələrlə əməkdaşlıq edir. Növbəti illərdə digər ölkələrin də təcrübəsindən istifadə etmək planlaşdırılır.
Hazırda “Azərtütün ASK” MMC, “Azərpambıq ASK” MMC və “Azəripək” MMC müəssisələri üzrə beşillik biznes planı hazırlanır və onun çərçivəsində investisiya planı xüsusi diqqət mərkəzindədir. İnvestisiya planına istehsal müəssisələrinin yenidən qurulması və texnoloji avadanlıqların yenilənməsi yolu ilə istehsal həcminin artırılması, keyfiyyətin yüksəldilməsi kimi tədbirlər daxildir.
Qeyd edək ki, bir il ərzində tütünçülük sahəsində də mühüm addımlar atılıb. Belə ki, ölkədə tütün sahələrinin təqribən 69 faizində tütün əkilməsi, fermerlərdən tədarük olunan yaş tütünün 55 faizi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin payına düşür. 226 fermerə 4,3 milyon manat vəsait ödənilib. Balakən rayonunda fermerlərin ehtiyaclarını təmin etmək üçün 60 kameradan ibarət tütünqurutma məntəqəsi qısa müddət ərzində tikilərək tam istifadəyə verilib. Hazırda “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 236 ədəd odla qurutma kamerası, anbar və ofis binaları, habelə zəruri infrastruktura malik dörd quru tütün istehsalı məntəqəsi, Zaqatala rayonunda isə bir tütün emalı zavodu fəaliyyət göstərir. Növbəti ildə ASC tütünün qurudulması və emalı ilə bağlı texnologiyaların tətbiqi üçün dünyanın qabaqcıl şirkətlərinin iştirak edəcəyi beynəlxalq tenderlər elan etmək niyyətindədir.
Korporasiyanın nəzdində olan “Azəripək” MMC-də 2018-ci ildə 513 ton yaş barama tədarük edilib və növbəti ildə bu həcmin ən azı 800 tona çatdırılması gözlənilir. Bu məqsədlə Çindən 2 ədəd barama boğan avadanlığı satın alınıb. Bundan əlavə, MMC-də 400 ton gücündə barama tədarük məntəqəsinin yenidən qurulması, habelə 5 tonluq buxar qazanının inşası, buxar xətlərinin çəkilməsi də nəzərdə tutulur. “ASK Şüşə” MMC-nin fəalyyətinə gəlincə, müəssisənin birinci və ikinci istehsal xəttinin işə salınması üzrə işlər aparılır. Bundan sonra zavodun istehsal gücünün ildə 95-100 milyon şüşə taraya çatdırılması gözlənilir.
Ümumiyyətlə, sənayenin inkişafı istiqamətində görülən işlər 2019-cu ildə də uğurla davam etməkdədir. Belə ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb.
Sənaye məhsulunun 22,7 faizi emal sektorunda istehsal olunub. Bu sektorda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, mebel istehsalı 85,5 faiz, maşın və avadanlıqların istehsalı 80,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 64 faiz, içkilərin istehsalı 63,4 faiz, kağız və karton istehsalı 50,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 49,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 33,2 faiz, əczaçılıq məhsullarının istehsalı 26,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2 faiz, tikinti materiallarının istehsalı 12,8 faiz artıb.
Bu aylar ərzində böyük sənaye mərkəzi olan Bakı şəhərində isə sənaye məhsulunun 15,1 faizi emal sektorunda istehsal edilib. Emal sektorunda qida məhsullarının istehsalı 31,3 faiz, içkilərin istehsalı 36,7 faiz, tütün məmulatlarının istehsalı 2,2 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 2,9 dəfə, geyim istehsalı 50,2 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 29,4 faiz, kağız və karton istehsalı 66,9 faiz, mebellərin istehsalı 38,1 faiz, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 43,8 faiz artıb.
Onu da qeyd edək ki, ölkəmizdə “Yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə də işlər davam edir. Bu məqsədlə yaradılan Balaxanı Sənaye Parkında bu il daha 3 rezidentin və 2 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub. Bu müəssisələr əsasən təkrar emalla məşğul olacaqlar. Balaxanı Sənaye Parkının hazırda 15 rezidenti var. Onlardan 7-si fəaliyyət göstərir. Rezidentlər tərəfindən ümumilikdə 37,3 milyon manat investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Rezidentlərdən biri süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği isə 4 milyon manatdır və 150 nəfər daimi işlə təmin olunub. Müəssisənin illik istehsal gücü 348 tondur. İstehsal sahəsində daimi iş yerləri açılıb. Burada istehsal olunan məhsulların ixracı da nəzərdə tutulub. Balaxanı Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin əksəriyyəti üçün “təkrar emal” məhsulu, xammal yaxınlıqda fəaliyyət göstərən Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodundan daşınır.
Nardar BAYRAMLI

 
  • Oxunub:  5070  |  
  • Tarix:  05-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23