A+   Yenilə  A-
Biz 10 milyon olduq. 2003-2018-ci illərdə Azərbaycan əhalisinin sayı 1,8 milyon nəfər artıb

Aprelin 6-da saat 03:30-da Azərbaycanda bir körpə doğuldu və bununla da ölkə əhalisinin sayı 10 milyon nəfərə çatdı. AZƏRTAC xalqımızın sevincinə səbəb olan bu əlamətdar hadisə ilə bağlı bəzi araşdırmalar aparıb, ölkəmizdə demoqrafik vəziyyətin ayrı-ayrı mərhələlərinə, müxtəlif dövrlərdə ortaya çıxan problemlərə, eyni zamanda, son illər demoqrafik inkişafın təmin edilməsi istiqamətində atılan addımlara nəzər salıb.
Əvvəlcə, hər kəs üçün maraqlı ola biləcək bir faktdan başlayaq: 1897-ci ildə Azərbaycan əhalisinin sayı 1 milyon 807 min nəfər idi. 1997-ci ildə bu göstərici 7 milyon 847,5 min nəfər təşkil edirdi: yəni yüz ildə təxminən 6 milyon artım. Bu yüz ildə Azərbaycan dörd dəfə kəskin demoqrafik çətinliklərlə üzləşmişdi. Statistik məlumatlara əsasən, 1913-1920-ci illərdə Birinci Dünya müharibəsi, xarici müdaxilə, vətəndaş müharibəsi, ermənilər tərəfindən azərbaycanlıların soyqırımı və digər hadisələrin təsiri nəticəsində əhalinin sayı 387 min nəfər azalmış, 2 milyon 339 min nəfərdən 1 milyon 952 min nəfərə enmişdi. Növbəti demoqrafik böhran 1941-1945-ci illərdə, Böyük Vətən müharibəsi zamanı yaşandı. Azərbaycan əhalisinin sayı 1940-cı ilin əvvəlindəki 3 milyon 274,3 min nəfərdən 1945-ci ilin əvvəlində 2 milyon 705,6 min nəfərədək azaldı. Biz müharibədən əvvəlki səviyyəyə yalnız 10 il sonra, 1955-ci ildə çata bildik.
1948-1953-cü illərdə Ermənistan ərazisindən 150 min nəfərdən çox azərbaycanlının deportasiya olunması, 1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, bir milyon nəfərədək soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, nəhayət, Qarabağ müharibəsi də demoqrafik vəziyyətə təsirsiz ötüşmədi.
Demoqrafik proseslər cəmiyyət həyatının bir çox sahələri ilə üzvi surətdə bağlı olan fenomendir. Sosial-iqtisadi vəziyyət demoqrafik proseslərə, o da öz növbəsində, sosial-iqtisadi hadisələrə təsir göstərir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş vermiş siyasi, sosial-iqtisadi dəyişikliklər, həyatın bütün sahələrini bürümüş böhran demoqrafik inkişafda öz izlərini qoymaya bilməzdi. Lakin ilk vaxtlar bu təsir lazımi səviyyədə öyrənilmir və ölkədə demoqrafik proseslərin inkişafı proqnozlaşdırılmırdı. Bu sahədə də dövlət siyasətinin əsasları Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyuldu. Ölkədə siyasi-iqtisadi təlatümlər nisbətən səngidikdən, sabitlik bərqərar olduqdan sonra demoqrafik inkişaf barədə düşünmək imkanı yarandı. Ulu Öndərin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq olundu. Beləliklə, ölkədə ilk dəfə olaraq mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi aparıldı, ona təsir göstərən əsas amillər - sağlamlığın pisləşməsi, doğum səviyyəsinin aşağı düşməsi, əhalinin ölüm səviyyəsinin, ana və uşaq ölümünün yüksək olaraq qalması, gözlənilən ömür müddətinin aşağı olması, əhalinin artım sürətinin azalması və digər problemlərin həlli təxirəsalınmaz vəzifə kimi qarşıya qoyuldu. Eyni zamanda, bu sahədə dövlət siyasətinin əsas məqsədi, vəzifələri və prinsipləri müəyyənləşdirildi, müvafiq dövlət proqramının hazırlanması təşəbbüsü qaldırıldı.
Həmin sənəddəki bəzi maraqlı faktları xatırlatmaq yerinə düşər. Azərbaycanda əhalinin ən sürətli artımı 1960-cı illərin əvvəllərində baş vermişdi. 1960-cı ildə keçmiş İttifaqda əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 24,9 nəfər, təbii artım səviyyəsi 17,8 nəfər olmuşdursa, Azərbaycanda bu göstəricilər müvafiq surətdə 42,6 və 36,9 nəfər təşkil edirdi. Lakin 1965-ci ildən etibarən respublikamızda əhalinin doğum və təbii artım səviyyəsi tədricən aşağı düşməyə başladı və əsrin sonunda 1000 nəfərə düşən doğum səviyyəsi 17,4 nəfər, təbii artım səviyyəsi isə 11,2 nəfər azaldı. Əhalinin hər 1000 nəfərinə düşən ölüm səviyyəsi isə 1990-1994-cü illərdə, yəni atəşkəs dövrünədək 6,0 nəfərdən 7,3 nəfərədək qalxmışdı. Bir yaşınadək uşaqlar arasında ölüm səviyyəsi, eləcə də ana ölümləri də xeyli yüksək olaraq qalmaqda idi. Demoqrafik inkişafın ən mühüm göstəricilərindən biri olan nikah və boşanma səviyyəsi də ürəkaçan deyildi. 1991-1997-ci illərdə respublikada nikahların sayı xeyli azalaraq 74,4 mindən 47 minə düşmüş, boşanma hallarının sayı artmağa başlamışdı.
1999-cu ildə ölkəmizdə demoqrafiya siyasətinin əsas konturlarını müəyyənləşdirildikdən sonra növbəti mühüm addım atıldı. Prezident İlham Əliyevin 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edildi. Bununla da demoqrafik proseslərin idarə olunması və nizamlaması istiqamətində yeni era başlandı. Demoqrafik inkişafı səciyyələndirən ailə-nikah, doğum, ölüm, təbii artım, insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluğunun və həyat səviyyəsinin yaxşılaşdırılması kimi məsələlərə kompleks yanaşma çox keçmədən öz bəhrəsini verməyə başladı. 2002-ci ildə Azərbaycanda 8 milyon 202,5 min nəfər əhali qeydə alınmışdı. 2010-cu ilin əvvəlində bu göstərici 9 milyon nəfərə çatdı...
İndi isə biz 10 milyonuq! 2003-2018-ci illərdə əhali sayında təxminən 1,8 milyon artım baş verib. Bunun 1 milyonu son səkkiz ilin payına düşür.
Bir qədər əvvələ qayıdaq. 1995-ci ildən başlayaraq respublikamızda aparılan sosial-iqtisadi islahatlar əhalinin rifah halının yaxşılaşmasına səbəb oldu və nəticədə əsas demoqrafik göstəricilərdən biri sayılan ölüm səviyyəsinin azalmasında müsbət dəyişikliklər baş verdi. Əgər 1990-1994-cü illərdə bir sıra səbəblər üzündən, o cümlədən erməni təcavüzü nəticəsində ölüm əmsalı 6,1 faizdən 7,3 faizədək artmışdısa, sonrakı dövrdə bu göstərici azalaraq 2002-ci ildə 5,8 faizə enmişdi. Körpə ölümü isə üç dəfədən çox azalmışdı: 1990-cı ildə 9,8 faiz (ümumi əhalinin ölüm səviyyəsinə nisbətdə), 2002-ci ildə 3,1 faiz. Ölkə iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması ömür uzunluğuna da müsbət təsirini göstərirdi. Belə ki, 1990-1995-ci illərdə əhalinin orta ömür uzunluğu göstəricisi 71,1 yaşdan 69,1 yaşadək azaldığı halda, 1995-2002-ci illərdə bu göstərici 72,2 yaşadək artmışdı.
2003-2018-ci illəri Azərbaycanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər dövrü kimi səciyyələndirmək olar. Bu illər ərzində ölkədə 2 milyona yaxın yeni iş yeri yaradılıb, işsizlik 5 faizə enib. Yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə qədər azalıb. Əməkhaqları 7 dəfə, eləcə də minimum əməkhaqları 6,5 dəfə artırılıb. Regionların misilsiz inkişafı kənddən şəhərə axını dayandırıb.
Əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlərə gəlincə, hətta ucqarlarda yaşayan insanlar müasir tibbi xidmətlə əhatə olunub. Şəhər və rayon xəstəxanaları, doğum evləri əsaslı təmir olunur və ya yeniləri tikilir. Prezidentin təşəbbüsü ilə əhali hər il pulsuz tibbi müayinədən keçirilir. Demək olar, bütün bölgələrdə yeni idman qurğuları, stadionlar tikilib.
İndi ölkədə heç bir çadır düşərgəsi qalmayıb. Məcburi köçkünlər üçün hər cür infrastruktura malik şəhərciklər, qəsəbələr salınıb: on beş ildə salınmış 100-dən çox qəsəbə və şəhərciyə 265 min nəfər köçürülüb.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə kompleks tədbirlər görülür: müavinətlər və pensiyalar, təqaüdlər, eləcə də minimum əməkhaqqı davamlı olaraq artırılır. Minlərlə gənc ailə ipoteka proqramından yararlanaraq mənzil sahibi olur, dövlət vəsaiti hesabına vətəndaşlar üçün sosial evlər tikilir. Bütün bunlar bəlkə də dünyada dövlətin öz vətəndaşına qayğısının analoqu olmayan nümunələridir. Hazırda sosial sahədə davam edən islahatlar inqilabi xarakter almaqdadır. Dövlətimizin başçısının 2019-cu ilin ilk aylarında imzaladığı fərman və sərəncamlara nəzər salsaq bunu aydın görə bilərik. Martın 1-dən minimum əməkhaqqı 38,5 faiz artırılaraq 130 manatdan 180 manata qaldırılıb. Prezidentin bu sərəncamı 600 min nəfəri əhatə edib. Yaxud, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən yaşa və əlilliyə, ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləği 150 manata, uşağın anadan olmasına görə müavinət 200 manata, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün sosial müavinətin məbləği 55 manata çatdırılıb və sair. Digər bir sərəncamla Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrılıb.
Prezident cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirir və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər görür. Bunun nəticəsi olaraq ümumilikdə üç milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Ölkəmizdə getdikcə dərinləşən islahatlar iqtisadi və sosial sahələrin inkişafına təkan verməklə yanaşı, demoqrafik proseslərin idarə edilməsində də mühüm rol oynayır, ona birbaşa və ya dolayısı ilə öz müsbət təsirini göstərir.
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) baş katibinin müavini, professor Fırat Purtaş AZƏRTAC-a müsahibəsində Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatmasını tarixi və strateji əhəmiyyətə malik hadisə adlandırıb. Türkiyəli professorun bu fikri ilə razılaşmamaq mümkün deyil: “Əhalinin artım dinamikasını saxlamaq müasir dövrdə bir çox ölkələr üçün böyük problemə çevrilib. Azərbaycanda və Türkiyədə isə əhalinin təbii artımındakı dinamik inkişaf dövlətlərimizin gücünə güc qatır”. Bu, həmçinin Prezident İlham Əliyevin müdrikcəsinə düşündüyü neft kapitalını insan kapitalına çevirmək strategiyasının təntənəsidir. Fırat Purtaşın qeyd etdiyi kimi, müasir təfəkkürlü, elmli və milli düşüncəli gənc nəslin yetişməsinin əsasında məhz əhalinin təbii artımı dayanır.
Xalqımızın və dostlarımızın hədsiz sevincinə səbəb olan mühüm hadisə - Azərbaycanın 10 milyonuncu sakininin doğulması dövlətimizin başçısı İlham Əliyevin növbəti müddətə prezident seçilməsinin birinci ildönümü ərəfəsinə təsadüf etdi. Yuxarıda vurğulandığı kimi, demoqrafik inkişafla ölkənin sosial-iqtisadi vəziyyəti arasında üzvi bağlılıq var. İnsanlar bunu öz gündəlik həyatlarında hiss edir, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar kursunu rəğbətlə qarşılayır, yüksək qiymətləndirirlər. Fransanın “Opinion Way” şirkətinin Azərbaycan əhalisi arasında keçirdiyi rəy sorğusunun nəticələri buna ən yeni misal ola bilər. Təsadüfi deyil ki, sorğuda iştirak edən respondentlərin 80 faizindən çoxu ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Çünki dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərə baxmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.
Azərbaycanda əhali sayının 10 milyon nəfərə çatması da xalqın təqdir etdiyi və dəstəklədiyi sosialyönümlü siyasətin növbəti təzahürüdür, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığına daha bir sübutdur.

 
  • Oxunub:  4560  |  
  • Tarix:  10-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA