Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

16.04.2019 [09:31]

Aprelin 13-də Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Konfransda YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin sədri hesabat məruzəsi ilə çıxış edib.
Konfransda çıxış edənlərdən Milli Məclisin deputatı Şahin İsmayılov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və başqaları Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar.
Konfransda daha sonra təşkilati məsələlərə baxılıb. Fazil Sabir oğlu Məhərrəmov YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.
Konfransda YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin yeni tərkibdə Şurası və İdarə Heyəti seçilib. Konfransda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin konfransına nümayəndələr seçiliblər.

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30