A+   Yenilə  A-
Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işə başlayıb

Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.
Dünyanın 115 ölkəsindən 432 nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsinə şərait yaradacaq.
Konfransın açılış mərasimində əvvəlcə fəxri qarovul dəstəsi tərəfindən Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət bayraqları salona gətirilib.
Sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ABŞ-ın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov beynəlxalq konfransda çıxış edib: “Hörmətli konfrans iştirakçıları.
Dəyərli qonaqlar.
İlk növbədə, hər birinizi Bakıda salamlayır, Azərbaycana “Xoş gəlmisiniz” deyirəm.
Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfrans dünyada narkotiklərə qarşı mübarizə sahəsində təşkil edilən ən mötəbər tədbirlərdən biridir. Əminəm ki, bu konfrans narkotiklərin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ilə mübarizədə beynəlxalq təcrübənin öyrənilməsinə, müvafiq sahədə əməkdaşlığın daha da güclənməsinə öz töhfəsini verəcəkdir. Konfrans, həmçinin digər dövlətlərlə səmərəli təcrübə mübadiləsinə imkan yaradacaqdır.
Beynəlxalq səviyyədə narkotiklərə qarşı mübarizə sahəsində ixtisaslaşan qurumları və ekspertləri bir araya gətirən qlobal əhəmiyyətli bu tədbirin Bakıda keçirilməsi Azərbaycan Respublikasının narkotiklərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığına verilən qiymətdir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Tədbirlə bağlı bəzi təşkilati məsələlərin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən işçi qrupu yaradılıb və Tədbirlər Planı təsdiq edilib.
Son illər Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bu sırada BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu, Dünya Dini Liderlərinin Sammitini, Qlobal Bakı Forumunu, Bakı Beynəlxalq Humanitar Forumunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarını, “Avroviziya” mahnı müsabiqəsini, I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını və digər tədbirləri qeyd etmək olar.
Bu ənənənin davamı olaraq Azərbaycan cari ildə də bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcəkdir. Bir neçə gündən sonra Formula 1 Bakı Qran-Prisi başlayır. Bundan başqa, 2019-2022-ci illərdə Azərbaycanın sədrlik edəcəyi Qoşulmama Hərəkatının Zirvə Görüşü, Dünya dini liderlərinin II Bakı sammiti, Avropa Gənclər Olimpiya Festivalı, futbol üzrə UEFA Avropa Liqasının final oyunu da Bakıda keçiriləcəkdir.
Yenidən müstəqillik qazanmasının 28-ci ilini yaşayan Azərbaycan Respublikasının çoxşaxəli xarici siyasəti bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda sülhə və təhlükəsizliyə töhfə vermək üçün müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir.
Azərbaycan artıq beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu transmilli enerji, nəqliyyat-logistika layihələri ölkəmizi qlobal və regional miqyasda mühüm tərəfdaşa çevirmişdir. Respublikamız Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən enerji və nəqliyyat dəhlizlərində aparıcı rola malikdir. Tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və tikilməkdə olan TAP boru kəmərləri neft və qaz resurslarını Avropaya nəql etməklə böyük bir regionun enerji xəritəsini tamamilə dəyişmişdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Azərbaycan Amerika Birləşmiş Ştatları ilə bir çox sahələrdə, o cümlədən təhlükəsizlik, qlobal risk və təhdidlərə qarşı mübarizə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasına qoşulan ilk dövlətlərdən biri Azərbaycan olmuşdur. Azərbaycan və ABŞ regional və qlobal səviyyədə terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə birgə fəaliyyət göstərirlər.
Hörmətli konfrans iştirakçıları!
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən problemlərdən biridir. Əfsuslar olsun ki, narkomaniya bu gün dünyanın bir çox ölkə və dövlətlərində dəhşətli bəlaya çevrilməkdədir. Bu bəla həm narkotik istifadəçisinin müxtəlif cinayətlər törətməsinə səbəb olur, həm də cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edilir.
Müstəqilliyimizin ilk illərindən başlayaraq Ümummilli Liderimiz Heydər Əliyev cəmiyyətin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizəsidir”.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlərin icrası nəticəsində Azərbaycan dünya ölkələri arasında özünəməxsus yer tutmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin narkomaniyanın dəf edilməsində dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələr tələb etməsi bu ümumbəşəri fəlakətin ölkəmizdə yayılması təhlükəsinə Azərbaycanın qətiyyətli mövqeyini əks etdirir.
Respublikamızda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması siyasəti narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni prioritet vəzifə kimi müəyyən etmişdir. Bu sahədə dövlət proqramları qəbul edilmiş, qanunvericilik bazası təkmilləşdirilmiş, institusional islahatlar həyata keçirilmiş, Azərbaycan müxtəlif beynəlxalq təşəbbüslərə qoşulmuşdur.
Hələ 1996-cı ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Prezident İlham Əliyev tərəfindən bu sahə üzrə son 15 ildə 13 fərman, 56 sərəncam imzalanmış, Milli Məclis tərəfindən 38 qanun qəbul edilmiş, bir neçə dövlət proqramı hazırlanmışdır. Azərbaycan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni vahid strategiya çərçivəsində həyata keçirmək Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə təbliğat işlərinin əhatə dairəsi genişlənmiş, kompleks profilaktik tədbirlər görülmüşdür.
Beləliklə, ölkəmizdə narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün elmi və praktiki araşdırmaların aparılması və digər məsələlərin həlli istiqamətində sistemli fəaliyyət davam etdirilməkdədir.
Hörmətli konfrans iştirakçıları!
Bu gün Azərbaycan Respublikası Prezidentinin apardığı məqsədyönlü siyasət və həyata keçirdiyi dərin iqtisadi islahatlar nəticəsində ölkəmiz uğurla inkişaf edir. Ölkədə görülən işlərə beynəlxalq təşkilatlar, dünyanın aparıcı maliyyə qurumları tərəfindən yüksək qiymət verilir. Xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünyada 25-ci yerdədir.
Bizim bütün iqtisadi göstəricilərimiz müsbətdir. Onlardan bəzilərini diqqətinizə çatdırmaq istəyirəm. Keçən il Azərbaycanda iqtisadi artım 1,4 faiz olmuşdur. Qeyri-neft sektoru 1,8 faiz, qeyri-neft sənaye məhsulu isə 9,1 faiz artmışdır.
Ölkə iqtisadiyyatına son 15 il ərzində 250 milyard dollardan artıq sərmayə qoyulmuş və Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artmışdır. Yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə endirilmiş, 2 milyona yaxın yeni iş yeri yaradılmışdır və hazırda işsizlik 5 faiz səviyyəsindədir.
Ötən il Azərbaycan üçüncü peykini orbitə çıxararaq, kosmik dövlət kimi öz mövqeyini daha da möhkəmləndirdi. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuş, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı işə başlamışdır. Beləliklə, Azərbaycan, həm də dünyada logistik mərkəz və tranzit ölkə kimi tanınmışdır.
Son illər ərzində ölkədə infrastrukturun yaradılması ilə bağlı möhtəşəm işlər görülmüşdür. 2004-cü ildən bu günə qədər, ümumilikdə, 15 min kilometr avtomobil yolu çəkilmişdir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə dünyada 30-cu, yol infrastrukturunun keyfiyyətinə görə isə 34-cü yerdədir.
Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında əldə olunmuş nailiyyətlər narkomaniyaya qarşı mübarizənin gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, bu sahədə hələ də mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə dövlət və hüquq-mühafizə orqanları qarşısında konkret tələblər qoyur.
Aparılmış islahatlar və həyata keçirilmiş tədbirlər nəticəsində son 5 ildə dövriyyədən 8 ton 354 kiloqram narkotik vasitə çıxarılmışdır. Ölkəmizdə ən müasir avadanlıqlarla təchiz olunmuş yeni narkoloji müalicə mərkəzi tikilib istifadəyə verilmişdir.
Beynəlxalq təcrübə nəzərə alınmaqla aidiyyəti orqanların mütəxəssislərinin iştirakı ilə ali və orta ixtisas təhsili müəssisələrində, internat məktəblərində, cəzaçəkmə müəssisələrində mütəmadi olaraq maarifləndirmə tədbirləri, sosial sorğular keçirilmiş, təcrübə mübadiləsi məqsədilə beynəlxalq təşkilatlarla birgə seminarlar, təlimlər təşkil edilmişdir.
Bir məqamı da vurğulamaq istərdim ki, dünya ictimaiyyəti hərbi münaqişə zonalarından narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunmasından narahatlıq hissi keçirir. Azərbaycan da belə bir problemlə üzləşmişdir. Bildiyiniz kimi, artıq 25 ildən çoxdur ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal altındakı həmin ərazilərdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də narkotrafik və digər cinayət hallarına şərait yaradır. Bunların aradan qaldırması üçün işğal olunmuş ərazilərdə iqtisadi, maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırılmasının qarşısı alınmalıdır. Azərbaycan tərəfindən sözügedən vəziyyətə nəzarət edilməsi məqsədilə müvafiq “qara siyahılar” tərtib olunur. Bununla bağlı, Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır.
Hazırkı beynəlxalq konfransın bu cür qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq üçün aidiyyəti ölkələrə birbaşa müraciət etmək imkanı verir. Ümidvarıq ki, bu istiqamətdə görülən ciddi tədbirlər öz müsbət töhfəsini verəcəkdir.
Hörmətli konfrans iştirakçıları, əminəm ki, siz Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransda səmərəli müzakirələr, qarşılıqlı hörmət prinsipləri əsasında açıq dialoq aparacaq, Azərbaycan paytaxtından bəşəri bəlaya qarşı mübarizənin gücləndirilməsi üçün dünyaya yeni mesajlar verəcəksiniz.
Diqqətinizə görə minnətdaram, konfransın işinə uğurlar arzulayıram”.
* * *
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov konfransın yüksək səviyyədə təşkili üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Beynəlxalq əməkdaşlığın gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair mühüm məsələlərin müzakirəsi, təcrübə və məlumat mübadiləsi baxımından Bakı konfransının önəmini vurğulayan Baş nazirin müavini qeyd edib ki, dünyada geniş iqtisadi inteqrasiyanın, ticarət və böyük həcmdə yükdaşımaların təşkili üçün nəqliyyat əlaqələrinin genişlənməsi narkotik vasitələrin yayılması ilə müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyevin son 15 ildə yürütdüyü uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın tərəqqisi, böyük beynəlxalq layihələrin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun, beynəlxalq dəniz limanının, avtomobil yollarının, hava limanlarının inşası və turizm sektorunun inkişafı ölkəmizə marağı artırıb. Bunun nəticəsində yük daşımalarının hədsiz dərəcədə artması beynəlxalq narkomafiyanın diqqətindən yayınmır və narkotik vasitələrin qanunsuz daşınması üçün cəhdlər göstərilir.
Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərindən danışan Əli Həsənov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradılması ilə bu problemlə mübarizə dövlət səviyyəsinə qaldırılıb. Azərbaycan beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək BMT-nin müvafiq konvensiyalarına qoşulub, ölkəmizdə beynəlxalq standartlara uyğun normativ milli hüquqi baza yaradılıb.
Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair üç Dövlət Proqramının uğurla icra edildiyini vurğulayan Baş nazirin müavini dördüncü proqramın hazırlanmasının artıq başa çatdırıldığını qeyd edib. Bildirib ki, ölkəmizdə vətəndaşların sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili, faydalı işlə məşğul olmalarına şərait yaradılması məqsədilə genişmiqyaslı tədbirlər görülüb, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq diqqət mərkəzində saxlanılıb, mötəbər qurumlarla və bir sıra dövlətlərlə sıx münasibətlər qurulub.
Əli Həsənov deyib ki, müasir nəqliyyat infrastrukturuna malik olan Azərbaycan beynəlxalq yük daşımalarında Avropa ilə Asiya arasında mühüm tranzit ölkəyə çevrilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem də xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərlə bağlıdır. Bu, ilk növbədə, Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.
Son dövrlər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən mübarizə işi xeyli gücləndirilib, müxtəlif marşrutlarla narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilib, cinayətkarlardan külli miqdarda narkotik vasitə götürülüb.
Narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Səhiyyə Nazirliyi tərəfindən Bakıda Yeni Narkoloji Mərkəzin istifadəyə verildiyini vurğulayan Əli Həsənov diqqətə çatdırıb ki, uğurlu mübarizə tədbirləri çərçivəsində təkcə Dövlət Gömrük Komitəsi tərəfindən ötən il və bu ilin son üç ayında sərhəd-keçid məntəqələrindən 1 ton 714 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ölkəmizin sosial və təhlükəsizlik siyasətinin prioritetlərindən olduğunu vurğulayan Dövlət Komissiyasının sədri bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi 27 ildir işğal altında saxlanılır, 1 milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, ATƏT-in və Avropa Şurasının müvafiq qərarlarına baxmayaraq, Ermənistan torpaqlarımızı bu gün də işğal altında saxlayır. İşğal nəticəsində Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilib. Bu fakt BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin 2010-cu il Dünya Narkotiklər Hesabatında da əksini tapıb. Həmin ərazilərdən Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilir. İşğal olunmuş torpaqlarımızda ermənilər tərəfindən narkotik tərkibli bitkilərin becərilməsi, yeni növ narkotiklərin sintezi üzrə laboratoriyaların açılması, narkotiklərin istehsalı və tranzit bazasının yaradılması, onun satışından əldə edilən külli miqdarda gəlirin yeni silahların alınması, terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilərək digər münaqişə zonalarına istiqamətləndirilməsi təhlükənin miqyasını daha da artırır.
Dünyada 275 milyon insanın narkotik istifadəçisi olduğunu, narkosənayenin birillik dövriyyəsinin 400 milyard dollar təşkil etdiyini deyən Əli Həsənov qeyd edib ki, Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il narkoistifadədən ölənlərin sayı 450 minə çatıb. Bu, müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha səmərəli mübarizədə konvensiyalara, mübarizə üsullarına yenidən baxılmasının və ciddi islahatların reallaşdırılmasının zəruriliyini ortaya qoyur.
Baş nazirin müavini çıxışının sonunda Azərbaycan Prezidentinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiyanın bundan sonra da uğurla reallaşdırılacağına, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində ciddi və barışmaz tədbirlər görüləcəyinə əminliyini bildirib.
* * *
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin milli, regional və beynəlxalq səviyyələrdə cinayət növü kimi qəbul olunmasını, bu problemin həllinin beynəlxalq əməkdaşlıq tələb edən ümumi məsuliyyətə çevrildiyini deyən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, bu baxımdan, beynəlxalq təşkilatların, dünya ölkələrinin aidiyyəti qurumlarının dəstəyi ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməkdaşlıq çərçivəsində mübarizə tədbirləri mühüm əhəmiyyət kəsb edir. Komitə sədri qeyd edib ki, bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ölkəmizin ayrı-ayrı dövlət strukturları, hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, təhsil və səhiyyə qurumları birgə mübarizə aparmaqla bu bəlanın qarşısının alınmasında uğurla fəaliyyət göstərir.
Səfər Mehdiyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam, Fərman və normativ-hüquqi aktlarla ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əsas strateji xətti müəyyənləşdirilib. “Gömrük sahəsində hüquqpozmaların, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarısının vaxtında alınması və gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb”, - deyən Gömrük Komitəsinin sədri əlavə edib ki, bunlarla yanaşı, quru, hava və dəniz yolları ilə daşınan mal və nəqliyyat vasitələrinin yoxlanılması məqsədilə dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Azərbaycan Respublikası Avropa ölkələri sırasında öndəgedən ölkələrdən biri olaraq bütün gömrük sərhəd-keçid məntəqələrində ən müasir tipli zəruri avadanlıqlar quraşdırılıb. O vurğulayıb ki, bu avadanlıqlar vasitəsilə malların idxalı və ixracı zamanı ölkəmizə gətirilən və aparılan, eyni zamanda, ölkə ərazisində tranzit daşınan yüklərin millimetr ölçüdə müəyyənləşdirilməsi təmin edilir.
“Əminliklə bildirmək istərdim ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı təşkilati-hüquqi, institusional tədbirlər həyata keçirilməkdədir. Mövcud tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi də bu istiqamətdə daim prioritetlərini müəyyənləşdirir və mübarizə tədbirlərini gücləndirir. Məhz görülən bu tədbirlər nəticəsində 2018-ci il ərzində gömrük orqanları tərəfindən 24 narkoqrup aşkar edilib, ümumi çəkisi 1 ton 193 kiloqram olan narkotik maddələr dövriyyədən çıxarılıb, 2019-cu ilin üç ayı ərzində isə 16 narkoqrup barəsində istintaq hərəkətləri aparılıb, ümumilikdə 520 kiloqram narkotik maddələr tutularaq saxlanılıb”, - deyə gömrük general-leytenantı əlavə edib.
Səfər Mehdiyev diqqətə çatdırıb ki, Dünya Gömrük Təşkilatının ölkəmizdə təsis edilmiş Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində mütəmadi olaraq narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə istiqamətində regional və beynəlxalq səviyyədə tədbirlər keçirilir.
“Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində narkotik vasitələrin aşkarlanmasında istifadə olunan xidməti axtarış itlərinin təlimi həyata keçirilməkdədir. Bu sahədə qabaqcıl təcrübəmiz və səmərəli fəaliyyətimiz nəzərə alınmaqla, Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinə Dünya Gömrük Təşkilatının Regional Mərkəzi statusu verilib”, - deyən Səfər Mehdiyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının digər dövlətlərlə gömrük işi sahəsində imzaladığı ikitərəfli beynəlxalq sənədlərə əsasən bir sıra dövlətlərin gömrük orqanlarına xidməti axtarış üzrə təlim keçmiş itlər hədiyyə edilib və narkotiklərin aşkarlanmasında yüksək nəticələr əldə olunub.
Səfər Mehdiyev XXXVI beynəlxalq konfransın narkotiklərlə mübarizə sahəsində gələcək prioritetlərin müəyyən olunmasına, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
* * *
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ölkəmizdə yenicə fəaliyyətə başlamasına baxmayaraq, xalqımızın yüksək qonaqpərvərliyinin qısa müddətdə onda böyük məmnunluq doğurduğunu ifadə edib.
Diplomat bildirib ki, Azərbaycan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransa (IDEC) yüksək səviyyədə ev sahibliyi etməklə bu mühüm məsuliyyətin öhdəsindən uğurla gəlib. O, konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və aidiyyəti şəxslərə və qurumlara minnətdarlığını bildirib.
Narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyətdə ciddi fəsadlara yol açdığını diqqətə çatdıran diplomat bu sahədə uğurlu mübarizədə beynəlxalq əməkdaşlığın önəmini xüsusi vurğulayıb. Qeyd edib ki, Azərbaycan bu istiqamətdə beynəlxalq əməkdaşlığa mühüm töhfələr verir.
Səfir bildirib ki, ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycan 2002-ci ildən Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatlarda fəal iştirak edir, həmin missiyanın dəstəklənməsi üçün fəal logistik dəstək verir. Bu töhfələr narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə də mühüm rol oynayır. Azərbaycan bu dəstəyi ABŞ ilə yanaşı, digər ölkələrə də göstərir.
Səfir Örl Litzenberqer qeyd edib ki, mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi ölkədə digər sahələrlə yanaşı, iqtisadiyyatın və ticarətin inkişafına da əhəmiyyətli töhfə verib. Azərbaycan dövlətinin rəhbərliyi yeni müasir ticarət yollarından narkotik vasitələrin dövriyyəsində istifadə edilməsinin qarşısını almaq üçün qətiyyətli tədbirlər həyata keçirir. Bu mübarizədə birgə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Diplomat konfransın narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması baxımından əhəmiyyətini vurğulayaraq, tədbirin işinə uğurlar arzulayıb.
Açılış çıxışlarından sonra birgə foto çəkdirilib.
Sonra satış-sərgisinə baxış keçirilib.
Daha sonra Beynəlxalq Konfrans işini regional işçi qrupların müzakirəsi və seminar sessiyaları ilə davam etdirib.
Qeyd edək ki, beynəlxalq konfransın ölkəmizdə keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Tədbirlə bağlı bəzi təşkilati məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 dekabr tarixli Sərəncamına əsasən işçi qrupu yaradılıb və konfransın Tədbirlər Planı təsdiq edilib.
Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan beynəlxalq konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.
Aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.

 
  • Oxunub:  4950  |  
  • Tarix:  16-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA