A+   Yenilə  A-
Son bir ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib

Prezident İlham Əliyev: Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir
Bu, bir həqiqətdir ki, heç bir ölkə dünyadan təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Bu baxımdan, Azərbaycanın regional və qlobal müstəvidə ardıcıllıqla həyata keçirdiyi siyasət təqdirəlayiqdir. Belə ki, ölkəmiz özünün geniş imkanlarını təqdim edərək, həmçinin xalqımızın xoş məramına sadiq qalaraq daim regional və qlobal əməkdaşlığın dərinləşməsinə, təhlükəsizliyin və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə mühüm töhfəsini verir.
Öz növbəsində ölkəmizin milli maraqları əsas götürməklə reallaşdırdığı səmərəli xarici siyasət respublikamıza beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Qısa müstəqillik tarixində Azərbaycanın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi son dərəcə qürurverici haldır. Prezident İlham Əliyev 18 aprel 2018-ci il tarixində keçirilən andiçmə mərasimindəki nitqində ölkəmizin beynəlxalq nüfuzunun artmasından məmnunluğunu ifadə edərək vurğulayıb: “Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir”.
Eyni zamanda, respublikamız 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra da özünün milli maraqlar üzərində qurulan xarici siyasətini uğurla davam etdirib. Bunun nəticəsi olaraq son bir ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində respublikamızın son bir ildə diplomatik sahədə qazandığı uğurlara xüsusi diqqət çəkib. “Həmçinin hesab edirəm ki, keçən il xarici siyasət sahəsində də uğurlu olubdur. Mən keçən il xarici ölkələrə 16 səfər etmişəm və Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha onu göstərir ki, bizim xarici siyasətimiz çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır”, - deyə dövlət başçımız vurğulayıb.
Respublikamızın Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə əlaqələrinin yüksək səviyyəyə qalxması böyük önəm daşıyır
Qonşu ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar və bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmət kimi fundamental prinsiplər üzərində qurulması hər bir dövlət üçün müstəsna əhəmiyyət daşıyır. Biz qonşulara qarşı aqressiya nümayiş etdirən, işğalçılıq mövqeyi tutan Ermənistanın timsalında düşünülməmiş siyasətin acı nəticələrə gətirib çıxardığını aydın şəkildə görürük. Bu ölkə qonşu dövlətlərə, o cümlədən də Azərbaycana qarşı sərgilədiyi əsassız ərazi iddialarının və işğalçılıq siyasətinin girovuna çevrilərək regionda reallaşdırılan bütün irimiqyaslı iqtisadi layihələrdən kənarda qalıb, dalan ölkəyə çevrilib. Azərbaycan isə davamlı şəkildə regional siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasına və onların funksionallığının artırılmasına böyük səy göstərir. Belə xoşməramlı siyasətin nəticəsidir ki, respublikamız işğalçı Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox müsbət əlaqələr qurmağa nail olub. 2018-ci il 11 aprel tarixində keçirilən seçkilərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin qonşu dövlətlərə və qonşu dövlətlərin yüksək səviyyəli rəsmilərinin respublikamıza səfərləri baş tutub. Bu səfərlər zamanı keçirilən görüşlərdə regional əməkdaşlıq və təhlükəsizlik məsələləri geniş müzakirə olunub, çoxsaylı sənədlər imzalanıb. Prezident İlham Əliyev Azərbaycanın region dövlətləri ilə münasibətlərinin yüksək səviyyədə olduğuna diqqət çəkərək deyib: “Biz, ilk növbədə, qonşularımızla əlaqələrimizi daha yüksək pilləyə qaldıra bilmişik. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim çoxsaylı görüşlərim olub və bu görüşlərdə praktiki məsələlər həll edilib. Hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, Ermənistandan başqa bütün qonşularımızla çox düşünülmüş siyasət apararaq gözəl münasibətləri qura bilib və ölkəmiz bu münasibətlərdən faydalanır”.
Qeyd edək ki, qonşu dövlətlər olan Azərbaycan və Gürcüstanı yalnız coğrafi sərhədlər birləşdirmir - onlar həm də oxşar tarixə malik ölkələrdir. Çox doğru olaraq bu iki xalqı həm dar, həm də xoş günlərin dostları kimi səciyyələndirirlər. Onlar xoş günlərin sevincini bölüşdükləri kimi, həm də tarixin çətin məqamlarında bir-birilərinə kömək əli uzadıblar.
Müstəqillik illərində də oxşar problemlə - ərazi bütövlüyünün pozulması və işğalın uzun illər davam etməsi faktı ilə üz-üzə qalan Azərbaycan və Gürcüstan yaşadıqları çətinliklərə baxmayaraq, inkişaf ediblər və dövlət quruculuğu yolunda böyük uğurlara nail olublar. Bu gün Azərbaycanla Gürcüstan arasında münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Bu əlaqələr həm siyasi məsələləri, həm iqtisadi sektoru, həm də humanitar-mədəni sahələri əhatə edir və yaxşı nəticələr verir. Bütövlükdə, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2019-cu ilin fevral ayında qonşu Gürcüstan Respublikasının yeni seçilmiş Prezidenti xanım Salome Zurabişvilinin region dövlətləri arasında ilk xarici səfərini məhz Azərbaycana etməsi deyilənləri bir daha təsdiqləyir.
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan dost, qardaş ölkələrdir. Yer üzündə iki qardaş xalqın və ölkənin dostluğuna xələl gətirə biləcək güc, qüvvə yoxdur. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq bu ölkə ilə bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır.
Türkiyə ilə Azərbaycanı, eyni zamanda, müxtəlif layihələrdə fəal təmsilçilik, ortaq maraqlar birləşdirir. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi çox əlamətdar hadisədir. Cənub Qaz Dəhlizinin mühüm seqmenti olan TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan dostluğunun zirvəsi hesab olunur. 2018-ci il oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. 6,3 milyard dollar vəsait hesabına tikilən bu müəssisənin investoru qismində Azərbaycanın SOCAR şirkəti çıxış edib. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Qeyd etmək yerinə düşər ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir.
Azərbaycanla İran arasında münasibətlərin möhkəmlənməsi regional əməkdaşlığın dərinləşməsinə yaxşı nümunədir. Son bir ildə Prezident İlham Əliyevin İran Prezidenti və bu ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşlərdə ilk növbədə regional təhlükəsizlik, iqtisadi bloka aid məsələlər müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsinin və səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Son illərdə Azərbaycanla İran arasında ticarət dövriyyəsinin və investisiya qoyuluşunun artması məmnunluq doğurur. Azərbaycanın Pirallahı Sənaye Parkında İranın “TPİCO Holdinq” Şirkətlər Qrupunun iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun inşası aparılır. Azərbaycan və İran şirkətlərinin müştərək layihəsi əsasında Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu yaradılıb və ötən il müəssisədə istehsala başlanılıb.
Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Buraya həm siyasi, həm də iqtisadi və humanitar sferalar daxildir. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər. Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələr çox uğurla inkişaf edir. Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir.
Azərbaycan da qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Hazırda respublikamız Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib. Azərbaycanlı sahibkarların investisiyaları hesabına Yessentukidə sanator-kurort mərkəzi inşa edilib. Hazırda Azərbaycandan yönəldilən sərmayələr hesabına Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Belə misalların sayı kifayət qədər çoxdur.
Son bir ildə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində çox mühüm addımlar atılıb
Ardıcıllıqla reallaşdırdığı məqsədyönlü siyasət sayəsində Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin ayrı-ayrı Avropa ölkələrinə səfərləri böyük uğurla keçib. Eyni zamanda, Avropanın bir sıra nüfuzlu dövlətlərinin dövlət və hökumət başçıları da respublikamıza səfərlərə gəliblər. Bu səfərlər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın Avropa İttifaqı məkanı üçün önəmi və qlobal əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr yüksək dəyərləndirilib.
Avropa İttifaqı ilə Azərbaycan perspektivdə münasibətlərin daha da dərinləşməsinə siyasi iradə nümayiş etdirirlər. Bunu tərəflərin yeni Saziş üzərində işləməsi bir daha təsdiqləyir. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün çox önəmlidir. Bəhs olunan sənədin paraflanması Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində sənədin önəminə diqqət çəkərək bildirib: “Keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı. Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var”.
Respublikamız, eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycan əsgərləri 2002-ci ildən NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edirlər. Artıq Azərbaycan Əfqanıstandakı hərbi kontingentini 120 hərbçiyə qədər artırıb. Qeyd edək ki, NATO Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir. Yeri gəlmişkən, NATO-nun ötən il keçirilən Zirvə görüşündə qəbul edilmiş yekun bəyannamədə də Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb.
Azərbaycan İslam aləmində həmrəyliyin möhkəmlənməsinə böyük səy göstərir
Xalqımız həmişə öz tarixi keçmişinə, mənəvi sərvətlərinə hörmətlə yanaşıb. Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Ölkəmiz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verir. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib.
Azərbaycan, həmçinin beynəlxalq miqyasda İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verir. Respublikamızda 2017-ci ildə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində çoxsaylı tədbirlər keçirildi. Eləcə də 2017-ci ilin birinci yarısında Bakıda əksər İslam ölkələrinin təmsilçilərinin iştirakı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkələr arasında əsl dostluq və qardaşlıq bayramına çevrildi.
Öz növbəsində İslam ölkələri beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın həyata keçirdiyi siyasətə, ələlxüsus da Dağlıq Qarabağ münaqişəsinin ədalət prinsipi və beynəlxalq hüquq normaları çərçivəsində həllinə hərtərəfli dəstək nümayiş etdirirlər. İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini həmçinin 2018-ci ildə Banqladeşin Dəkkə şəhərində keçirilən təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında ifadə edib. Sessiyada qəbul edilmiş Dəkkə Bəyanatının 18-ci bəndində İƏT-ə üzv ölkələrdə mövcud olan münaqişə və böhranların BMT və İƏT-in nizamnamələrində təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında həlli, onların doğurduğu dağıdıcı təsirlərin aradan qaldırılması zərurəti qeyd edilib, bu xüsusda Azərbaycanla qəti həmrəylik bir daha ifadə olunub. Prezident İlham Əliyev respublikamızın bütün İslam dünyası ilə münasibətlərinin yüksələn xətlə inkişaf etməsindən məmnunluğunu bildirərək deyib: “Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir”.
2018-ci ildə imzalanan konvensiyada Azərbaycanın Xəzərin hüquqi statusu ilə bağlı müdafiə etdiyi mövqe tam olaraq öz əksini tapıb
Azərbaycan Xəzər hövzəsi regionunun qarşılıqlı əməkdaşlıq məkanına çevrilməsinə böyük səy göstərir. Məlum olduğu kimi, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə müəyyən məsələlərdə sahil dövlətləri arasında uzun illərdən bəri davam edən mübahisələrə son qoyulub. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində sənəddə Azərbaycanın mövqeyinin tam olaraq nəzərə alındığını diqqətə çatdıraraq vurğulayıb: “Xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi idi. İmzalanmış Konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır. Şadıq ki, bizim uzun illər ərzində müdafiə etdiyimiz mövqe bu Konvensiyada tam öz əksini tapmışdır. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir”.
Qeyd edək ki, bəhs olunan sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıblar. 2010-cu ildə Bakıda keçirilən III Zirvə toplantısı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verib. Həmin toplantıda regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bakı sammitində imzalanan Sazişdə ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  8460  |  
  • Tarix:  16-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

07 Dekabr 16:04
Kamilə Əliyeva: Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycanın qlobal ekoloji tarazlığın qorunmasına töhfəsi, vətəndaş həmrəyliyimizin nümunəsi kimi yadda qalacaq
07 Dekabr 16:02
Səbail rayon seçiciləri Bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyir
07 Dekabr 13:50
Vüqar Bayramov: TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib
07 Dekabr 13:41
Jalə Əliyeva: Bu məsələ ümummilli maraqları qorumaq deməkdir
07 Dekabr 13:33
Sevinc Hüseynova: Ölkəmizdə aparılan islahatlar son vaxtlar daha böyük vüsət alıb
07 Dekabr 12:49
Fəzail İbrahimli: Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib
07 Dekabr 12:46
Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 12:43
Nəriman Əliyev: Parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur
07 Dekabr 10:43
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
07 Dekabr 10:38
Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib
07 Dekabr 10:32
YAP Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib
07 Dekabr 10:31
Tərtər seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 10:30
Mingəçevirdə bələdiyyə seçkiləri ilə əlaqədar mədəniyyət işçiləri ilə görüş keçirilib
07 Dekabr 10:28
YAP Ağstafa rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar növbəti görüş keçirilib
07 Dekabr 10:24
Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli və Qaymaqlı kəndlərində seçicilərlə görüşlər keçirilib
07 Dekabr 10:23
Azərbaycan ilə Gürcüstan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub
07 Dekabr 10:22
Bərdə rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar Həsənqaya, Tağılar, Hacallı kəndlərində seçicilərlə görüş keçirilib
07 Dekabr 10:20
YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər
07 Dekabr 10:19
YAP bu seçkilərin də qalibi olacaq
07 Dekabr 10:17
Multikulturalizm siyasətinin ölkəmiz üçün əhəmiyyəti
07 Dekabr 10:14
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
07 Dekabr 10:11
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bu sahə üzrə qanunvericilik təkmilləşdirilir
07 Dekabr 10:07
Ölkəmizdə aqrar sahənin inkişafında mühüm nəticələr əldə olunub
06 Dekabr 21:45
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
06 Dekabr 21:29
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
06 Dekabr 21:20
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06 Dekabr 21:09
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06 Dekabr 20:26
Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib
06 Dekabr 17:53
YAP Zərdab rayon təşkilatı böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirib
06 Dekabr 17:52
YAP Bərdə rayon təşkilatı “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:47
Ekspert: Azərbaycan Prezidentinin islahatları rəqabətədavamlı dövlət və cəmiyyətin formalaşdırılmasına xidmət edir
06 Dekabr 17:38
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:33
Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir
06 Dekabr 17:30
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
06 Dekabr 17:26
Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
06 Dekabr 16:57
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb
06 Dekabr 16:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gürcüstana səfər edib
06 Dekabr 16:48
Moldovada “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib
06 Dekabr 16:47
Almaniyada Azərbaycan mədəniyyətinə hər olunmuş tədbir təşkil edilib
06 Dekabr 16:31
Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib
06 Dekabr 16:23
Xəzər rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
06 Dekabr 16:14
Bir gündə 650 min ağac əkək: Nizami yurdunda əkilən minlərlə ağac təbiətə töhfədir
06 Dekabr 16:09
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
06 Dekabr 16:08
Alessandro Frakasetti: Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir
06 Dekabr 15:41
Əli Əhmədov: 650 min ağacın əkilməsi kimi möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir
06 Dekabr 15:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
06 Dekabr 15:26
Elman Nəsirov: Ölkə üzrə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var
06 Dekabr 15:21
Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar
06 Dekabr 15:17
Bu gün Qaradağ rayonunda 2 mindən çox ağac əkilib
06 Dekabr 15:13
Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir
06 Dekabr 15:11
Tünzalə Ağayeva: Bugünkü ekoloji aksiyada ilk dəfə ağac əkdim
06 Dekabr 15:09
Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
06 Dekabr 14:55
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06 Dekabr 14:36
Nazir Mikayıl Cabbarov erməni nümayəndənin təxribat xarakterli fikrinə tutarlı cavab verib
06 Dekabr 14:34
Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır
06 Dekabr 14:27
Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi ekologiyanın təmizlənməsində mühüm rol oynayacaq
06 Dekabr 14:24
Yeni Azərbaycan Partiyası İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib
06 Dekabr 14:21
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib
06 Dekabr 14:17
“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işini davam etdirir
06 Dekabr 14:10
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib
06 Dekabr 14:07
Bahar Muradova: Bu təşəbbüs torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir
06 Dekabr 14:04
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
06 Dekabr 13:59
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb
06 Dekabr 13:52
Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqq işini dəstəkləyir
06 Dekabr 13:48
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir
06 Dekabr 13:18
Səfir Auqusto Massari: Bu təşəbbüs insanları təbiətin qorunması istiqamətində həmrəy olmağa çağırır
06 Dekabr 12:58
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar
06 Dekabr 12:25
Ukraynalı nazir: TRASEKA-ya üzv ölkələrdə tariflərin eyniləşdirilməsi məqsədəuyğun olar
06 Dekabr 12:20
Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək
06 Dekabr 12:16
Baş nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+3 +5