A+   Yenilə  A-
Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işini başa çatdırıb

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) aprelin 17-də işini başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, konfransın bağlanış mərasimində çıxış edən ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası (DEA) rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizədə beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın vacibliyini qeyd edib. Bildirib ki, bu mübarizənin bütün iştirakçıları uğur qazanmaq üçün yüksək əzmkarlıq və güclü həmrəylik nümayiş etdirməlidirlər. Bu prosesdə yaxşı əlaqələndirilmiş fəaliyyət, düşünülmüş proqram və strategiyaların hazırlanması və uğurla reallaşdırılması vacib əhəmiyyət daşıyır. DEA öz fəaliyyətində məhz bu prinsiplərin həyata keçirilməsinə çalışır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdıran Uttam Dillon DEA-nın bu sahədə müxtəlif beynəlxalq təşkilatlarla və ölkələrlə fəal əməkdaşlıq etdiyini deyib. O, Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu və mühüm müzakirələrin aparıldığını vurğulayaraq deyib ki, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar göndərildi.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-leytenantı Səfər Mehdiyev bəşəriyyəti narahat edən başlıca problemlərdən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda səmərəli müzakirələrin aparıldığını bildirib. Səfər Mehdiyev deyib ki, bu gün dünyada qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi bu sahədə peşəkar olan mütəşəkkil qruplar tərəfindən həyata keçirildiyi üçün ona qarşı mübarizə olduqca çətindir. Ona görə də aidiyyəti qurumlar və dövlətlər fəal informasiya və təcrübə mübadiləsi aparmalı, bu sahədə çalışan əməkdaşların peşəkarlığı artırılmalı, cəmiyyətdə geniş maarifləndirmə işi həyata keçirilməlidir. Bu mübarizədə yalnız birgə fəaliyyət və sıx əməkdaşlıq şəraitində qalib gəlmək mümkündür. Bakı konfransının da ən böyük əhəmiyyəti burada məhz beynəlxalq əməkdaşlığın, təcrübə və informasiya mübadiləsinin önəminin diqqət mərkəzində saxlanmasıdır.
Mötəbər konfransın ölkəmizdə yüksək səviyyədə təşkili ilə bağlı tapşırıqlarına və bilavasitə dəstəyinə görə dövlətimizin başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirən Səfər Mehdiyev deyib ki, bu tədbirin ölkəmiz üçün əhəmiyyətini artıran ən mühüm amillərdən biri də dünyanın 115 ölkəsindən gəlmiş əcnəbi qonaqların Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, dünyaya örnək təşkil edən multikultural ənənələri ilə tanış olmaq imkanıdır.
Səfər Mehdiyev çıxışının sonunda konfransın Bakıda keçirilməsi təşəbbüsünə görə DEA-ya, eləcə də tədbirin təşkilində zəhməti olan qurumlara və şəxslərə minnətdarlığını ifadə edib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı səmərəli müzakirələrin, fikir və təcrübə mübadiləsinin aparılmasını yüksək qiymətləndirib. Baş nazirin müavini diqqətə çatdırıb ki, konfrans çərçivəsində regional qrupların sessiyalarında müxtəlif qurumların, ölkələrin nümayəndələri maraqlı məruzələrlə çıxış ediblər, fəal müzakirələr aparıblar.
Əli Həsənov bildirib ki, konfransda 100-dən çox ölkənin təmsil olunması narkomaniyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin çox ciddi təhlükə olduğunu və bunun dövlətləri xeyli dərəcədə narahat etdiyini göstərir. Çünki narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyini təhdid edən ən başlıca problemlərdən biridir. Müharibələr və terrorizmin fəsadları dərhal hiss olunur. Lakin narkomaniya bilavasitə genofondu məhv etməklə bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə yaradır. Onun fəsadlarının təsiri illərlə davam edir. Buna görə də dünya ölkələri, aidiyyəti qurumlar və mütərəqqi ictimaiyyət narkotiklərlə mübarizəyə daha ciddi diqqət yetirməlidir.
Tədbirin ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifinin Azərbaycan dövləti tərəfindən dəstəklənməsi sayəsində təşkil olunduğunu vurğulayan Baş nazirin müavini Prezident İlham Əliyevin konfransa böyük əhəmiyyət verdiyini vurğulayaraq deyib: “Bu mühüm tədbirin təşkilində hər iki tərəfin rolu böyükdür. Hər iki tərəf çox yüksək hörmətə və nüfuza malikdir. Prezident İlham Əliyev bu tədbirin Bakıda keçirilməsinə dərhal razılıq verdi. Bu tədbirə böyük önəm verən Azərbaycan dövlətinin başçısı konfransın yüksək səviyyədə keçirilməsi üçün aidiyyəti qurumlara tapşırıqlarını verdi, Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzaladı. Konfransda Azərbaycanın aidiyyəti dövlət qurumları ən yüksək səviyyədə təmsil olundu. Bu, ölkəmizin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi böyük önəmin göstəricisidir”.
Narkomanlığın, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin hər il minlərlə insanın həyatını itirməsi ilə nəticələndiyini vurğulayan Baş nazirin müavini bildirib ki, qətiyyətli mübarizənin aparılması üçün konvensiyalar və mübarizə üsulları dövrün tələblərinə uyğunlaşdırılmalı, bu sahədə çalışan şəxslərin təhlükəsizliyi təmin olunmalıdır. Narkotiklərlə mübarizədə heç bir ölkə təkbaşına uğur qazana bilməz. Bu, dünya birliyinin əsas vəzifəsidir. Ona görə də bu sahədə beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir.
Sonra tədbirin təşkilində iştirak edən könüllülərə bütün iştirakçılar adından minnətdarlıq ifadə olunub.
Daha sonra bu sahədə uğurlu fəaliyyətinə və konfransın yüksək səviyyədə təşkilində bilavasitə iştirakına görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə DEA-nın adından təşəkkür plaketi təqdim olunub.
Beləliklə, Bakıda yüksək səviyyədə təşkil edilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işini başa çatdırıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan üçgünlük Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaq idi.
Dünyanın 115 ölkəsindən 432 nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsi üçün əlverişli şərait yaradıb.
Beynəlxalq konfransın ölkəmizdə keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Tədbirlə bağlı bəzi təşkilati məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 dekabr tarixli Sərəncamına əsasən işçi qrupu yaradılıb və konfransın Tədbirlər Planı təsdiq edilib.
Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan beynəlxalq konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.
Üçgünlük Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılıb, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar verilib.

 
  • Oxunub:  6030  |  
  • Tarix:  18-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23