Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclisin deputatları Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyində olublar

Milli Məclisin deputatları Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyində olublar

19.04.2019 [10:12]

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Hikmət Babaoğlu və Aydın Mirzəzadə Səbail rayonunun ən qədim məktəblərindən biri olan 49 nömrəli “İntellekt” məktəb-liseyinin qonağı olublar.
YAP Səbail rayon təşkilatından verilən məlumata görə, deputatlar məktəbdə mövcud təlim-təhsil şəraiti ilə, yaradılan mənəvi-psixoloji mühitlə tanış olub, sinif otaqlarını gəzib, müxtəlif yaş qrupundan olan şagirdlərlə fikir mübadiləsi aparıblar. Onlar müəllim-şagird münasibətləri, tədrisin keyfiyyəti, şagirdlərə göstərilən psixoloji xidmət, tədris kurrikulumlarının müasir tələblərə uyğunluğu haqqında şagirdlərin fikirlərini öyrəniblər və öz müvafiq tövsiyələrini bildiriblər.
İbtidai sinif şagirdlərinin millət vəkillərini böyük ruh yüksəkliyi ilə qarşılamaları, milli ədəbiyyatımız, tariximiz və mədəniyyətimiz haqqında verilən suallara yüksək vətənpərvərlik ruhunda dolğun cavablar vermələri qonaqlarda məmnunluq hissi yaradıb.
Orta və yuxarı sinif şagirdləri ilə görüşdə məktəbdə dərs prosesinin təşkili, mövcud müəllim-şagird-valideyn münasibətləri, təhsil sahəsində həyata keçirilən islahatlar, şagirdlərin bu yeniliklərə münasibəti müzakirə olunub. Məktəblilər qonaqların ümumi dünyagörüşü ilə bağlı suallarına qənaətbəxş cavab verməklə yanaşı, məktəbdə ümumi tədris, təhsil, mənəvi-psixoloji mühitlə bağlı razılıqlarını bildiriblər.
Milli Məclisin deputatları məktəbin psixoloqu, direktor müavinləri və müəllimləri ilə görüşüb, şagirdlərlə aparılan psixoloji təlimin səviyyəsi, məktəblilərin ümumi psixoloji vəziyyəti, şagirdlərə göstərilən psixoloji dəstəyin təşkili səviyyəsi ilə maraqlanıblar. Xidmət səviyyəsinin yüksəldilməsi və daha da təkmilləşdirilməsi məqsədilə məktəbin direktoru və psixoloquna öz təklif və tövsiyələrini bildiriblər.
Qonaqlar məktəbdə keçirilən görüşün nəticəsi olaraq, yaradılan tədris şəraitindən, şagirdlərin hazırlıq səviyyəsindən, eləcə də müəllim-şagird münasibətlərindən məmnunluq ifadə ediblər.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 457 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31