Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycana qarşı aparılan “qara piar” kampaniyası iflasa məhkumdur

Azərbaycana qarşı aparılan “qara piar” kampaniyası iflasa məhkumdur

23.04.2019 [09:25]

Anti-Azərbaycan dairələr və “beşinci kolon” öz çirkin niyyətlərinə nail ola bilməyəcək
Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılmasını təmin edir. Bu gün müasir Azərbaycanın reallıqlarına nəzər salarkən bir sıra məqamları xüsusi vurğulamaq gərəkdir. Əvvəla qeyd edək ki, son 15 ildə Azərbaycanın iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilməsi məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin real nəticəsidir. Digər tərəfdən, ölkəmizdə sosial sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər əhalinin rifahının daha da yüksəlməsinə səbəb olub. Bununla yanaşı, öz müstəqil siyasəti ilə dünyada, beynəlxalq münasibətlər sistemində böyük nüfuz qazanan Azərbaycanın dünyanın aparıcı güc mərkəzləri, işğalçı Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri mövcuddur, ölkəmiz bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır, mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirib.
Əlbəttə, mövcud vəziyyət Ermənistanı, erməni lobbisini, xaricdəki bir sıra anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Azərbaycanın parlaq nailiyyətlərini qısqanclıq və narahatlıqla qarşılayan anti-Azərbaycan dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Ekspertlər qeyd edirlər ki, xaricdəki anti-Azərbaycan dairələrinin, eləcə də daxildəki “beşinci kolon”un bu cəhdlərinin arxasında hansı maraqların durduğu Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Onlar bu cür vasitələrlə öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib ki, bu gün Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır. Onun sözlərinə görə, uğurlu daxili və xarici siyasət, ölkəmizin müəllifi və təşəbbüskarı olduğu transmilli layihələrin müvəffəqiyyətlə reallaşması Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirir: “Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücü artır, əhalinin sosial rifahı yüksəlir, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir. Əldə olunan nailiyyətlərin başlıca səbəbi xalq-iqtidar birliyi, dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir”.
“Məlumdur ki, son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib. Ölkəmizin iqtisadi gücünün artması sosial müdafiə sisteminin gücləndirilməsində də özünü göstərib. Prezident İlham Əliyevin müvafiq Fərman və sərəncamları əsasında insanların sosial rifahının yüksəldilməsi məqsədi ilə davamlı tədbirlər həyata keçirilir. Bütün bunlar isə ölkəmizdə vətəndaş məmnunluğunu daha da artırır. Sadalananlar göstərir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük etimad göstərir, Onun siyasətini birmənalı olaraq dəstəkləyir. Fransanın nüfuzlu “Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu bunu bir daha təsdiq etdi”, - deyə C.Paşazadə vurğulayıb.
Millət vəkili söyləyib ki, Azərbaycanın uğurları bəzi dairələri ciddi şəkildə narahat edir. Bu qüvvələrin zaman-zaman ölkəmizə qarşı “qara piar” kampaniyası apardığını deyən C.Paşazadənin fikrincə, burada məqsəd Azərbaycanın nüfuzuna zərbə vurmaqdır. O qeyd edib ki, bu kampaniyanı erməni lobbisi, xaricdəki bəzi anti-Azərbaycan qüvvələr təşkil edir, onların ölkəmizdəki əlaltıları bu prosesdə iştirak edirlər. “Onların sifarişlərini yerinə yetirən “Trensparency International”, “Amnesty International” və digər bu kimi qurumlar ölkəmiz haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qınaq obyektinə çevirməyə, ölkə daxilində “beşinci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərirlər. Amma bunlar heç bir nəticə verməyəcək. Çünki indiyə qədər dəfələrlə belə cəhdlər olub və hər dəfə iflasa uğrayıb. Azərbaycan cəmiyyətini bu cür kampaniyalarla aldatmaq mümkün deyil və ictimaiyyət hər zaman bu ünsürlərin layiqli cavabını verəcək. Bütün hallarda Azərbaycanı öz inkişaf yolundan və müstəqil siyasətindən döndərmək mümkün deyil”, - deyə deputat vurğulayıb.
Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, yüksək nüfuza malik olan Azərbaycan beynəlxalq müstəvidə güclü, nüfuzlu dövlət kimi tanınır, ölkəmizin dostlarının, tərəfdaşlarının sayı davamlı olaraq artır: “Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, qazanılan möhtəşəm uğurlar ölkəmiz qarşısında yeni perspektivlər açır. Bilirsiniz ki, ötən müddət ərzində dünyanın bir sıra regionlarında qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları baş verib, beynəlxalq vəziyyət olduqca gərginləşib. Bütün bunlara baxmayaraq, Azərbaycan dinamik inkişafını uğurla və inamla davam etdirib, bütün sahələrdə parlaq nailiyyətlər əldə olunub, ölkəmizdə möhkəm əsaslara söykənən sabitlik, təhlükəsizlik qorunub saxlanılıb”.
Azərbaycanda güclü xalq-iqtidar birliyinin mövcud olduğunu deyən Sahibə Qafarova bildirib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti tam dəstəkləyir, dövlətimizin başçısına sonsuz etimad və rəğbətini ifadə edir: “Fransanın “Opinion Way” şirkətinin bu ilin mart ayında ölkəmizdə keçirdiyi rəy sorğusunun nəticələri bu reallığı bir daha təsdiqləyir. Sorğuda əks olunmuş məqamlar Azərbaycan xalqının Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirdiyini, dövlət başçısının seçicilərin etimadını layiqincə doğrultduğunu göstərir”.
“Azərbaycan həmçinin milli maraqlara əsaslanan xarici siyasət kursunu müvəffəqiyyətlə davam etdirir, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Ölkəmizin liderliyi ilə regionda şaxələndirilmiş enerji və nəqliyyat dəhlizləri yaradılıb, yeni əməkdaşlıq platforması formalaşdırılıb, Azərbaycan bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısıdır. Şübhəsiz ki, bütün bu uğurlar Ermənistanı, erməni lobbisini, xaricdəki bir sıra anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Ona görə də həmin dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, ölkəmizin uğurlarının üzərinə kölgə salmağa çalışırlar. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə edirlər. Əlbəttə, məqsəd Azərbaycana təzyiq göstərməkdir, amma bu cür vasitələrlə ölkəmizi inkişaf yolundan və milli maraqlara əsaslanan prinsipial, müstəqil siyasətindən döndərmək mümkün deyil. Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək, beynəlxalq müstəvidə yeni nailiyyətlər qazanacaq”, - deyə S.Qafarova əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 432 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30