A+   Yenilə  A-
ADU-da “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib

Aprelin 30-da Azərbaycan Dillər Universitetində (ADU) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, akademik Kamal Abdullayev müzakirəsi keçirilən kitabın müəllifin uzun zamandan etibarən elmi araşdırmalarının nəticəsi kimi işıq üzü gördüyünü bildirib: “Akademik Ramiz Mehdiyev tariximizin, ictimai-siyasi fikrimizin xüsusi əhəmiyyət daşıyan nöqtələrinə nüfuz edib. Bu kitab bir daha göstərir ki, Azərbaycan tarixinin çox vacib mənbələri olan sənədlərdən doğru-düzgün, məqsədəuyğun, konseptual şəkildə istifadə olunarsa, biz hansı perspektivlərə, üfüqlərə çıxa bilərik. Bu üfüqlərdən biri tariximizi bugünümüz qədər dərk etmək və müasir dövrdə ondan mənalı şəkildə istifadə etməkdir”.
Rektor Kamal Abdullayev qeyd edib ki, 22 orijinal sənədin daxil edildiyi topluda akademik Ramiz Mehdiyev xanlıqlar dövrünün bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Bu kitab Azərbaycan tarixi və mənəvi düşüncəsini irəli aparmaq amalına xidmət edir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı Eldar Əmirov “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının xüsusən geniş elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını və bunun təsadüfi olmadığını bildirib. Qeyd edib ki, Azərbaycan tarixşünaslığında xanlıqlar dövrünə baxış konseptual nöqteyi-nəzərdən indiyə qədər natamam vəziyyətdə olub. Xanlıqlar dövrü haqqında kifayət qədər əsər yazılsa da, bunlar ayrı-ayrı xanlıqların tarixinə aid olub. Akademik Ramiz Mehdiyev bu kitabında Azərbaycan tarixşünaslığında olan boşluqları və onların yaranma səbəblərini göstərməklə yanaşı, problemlərin aradan qaldırılmasına dair öz baxışlarını da ortaya qoyur. Müəllif xanlıqlar dövrünün Azərbaycan tarixindəki rolunu, xanların yol verdikləri səhvləri təhlil edərək, dövrün obyektiv siyasi mənzərəsini canlandırır. Akademik Ramiz Mehdiyevin fikrincə, tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdırlar ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur: “Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamam başqa bir məsələdən - hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucbatından ört-basdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır!”
Eldar Əmirov bildirib ki, kitabda xanlıqlar dövrünə dair hadisə və şəxsiyyətlərin geniş kütləyə çatdırılmasında ədəbiyyatın və kinonun rolu xüsusilə vurğulanıb. Belə ki, oxunaqlı dildə qələmə alınmış ədəbi əsərlər sırf elmi tədqiqatlarla müqayisədə daha böyük insan kütləsinə xitab etmək iqtidarında olur. Yüksək ədəbi nümunələr emosional təsirə malik olduğu üçün peşəsindən asılı olmayaraq, yazıb-oxumağı bacaran hər bir insanda maraq doğurur. Ona görə də ədəbiyyatın təsir imkanlarından və yayılma miqyasından milli şüurumuzun formalaşdırılması, tarixi yaddaşımızın sağlamlaşdırılması naminə mütləq istifadə edilməlidir. Tariximizin ən zəruri hadisələrinə və görkəmli şəxsiyyətlərinə dair qələmə alınan dəyərli əsərlər, öz növbəsində, ekranlaşdırılaraq həmişəlik insanların şüuruna və yaddaşına həkk edilməlidir.
Qeyd edilib ki, daha əvvəl Nadir şah Əfşar, yeni kitabında isə Ağa Məhəmməd şah Qacar şəxsiyyətinə sənədlər işığında nəzər salan akademik Ramiz Mehdiyev onların və ümumən türksoylu əfşarlar və qacarlar sülalələrinin xalqımızın taleyində oynadığı rola aydınlıq gətirir və Ağa Məhəmməd şah Qacarı “Qacarlar dövlətinin banisi, görkəmli dövlət xadimi və sərkərdə” kimi təqdim edir.
Tədbirdə ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, ADU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Tamam Cəfərova, azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, həmin laboratoriyanın baş elmi işçisi, professor Niyazi Mehdi, elmi işlər üzrə prorektor, dosent Sevinc Zeynalova çıxış ediblər.
Çıxışlarda nəşrin konseptual mövqeyi, tarixi və ideoloji yanaşmaları, xanlıqların İran, Rusiya və bir-biriləri ilə münasibətləri məsələlərinə toxunulub. Bildirilib ki, kitab tarixçilər və mütəxəssislər, həmçinin tarixlə maraqlanan şəxslər üçün dəyərli tədqiqat əsəri, metodik nöqteyi-nəzərdən istiqamətləndirici vəsaitdir. Kitabın istinad mənbələri haqqında danışan mütəxəssislər əsərin Azərbaycan elminə dəyərli töhfə olduğunu deyiblər.
Kitabda təqdim edilən sənədlər arasında Qacar şahlarının Azərbaycan xanlarına ünvanladıqları məktublar, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları xüsusilə böyük tarixi əhəmiyyətə malikdir. Həmin sənədlər Azərbaycan xanlarında mərkəzdənqaçma meylinin nə qədər güclü olduğunu açıq-aşkar göstərən inkaredilməz sübutdur. Topluda əksini tapmış materiallar xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan verəcək, eyni zamanda, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və obyektiv baxışın formalaşmasına kömək edəcək.
Çıxışlarda “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının tarixçilər, mənbəşünaslar, ədəbiyyatşünaslar üçün bir yol xəritəsi olduğu vurğulanıb. Bu kitabın ADU-da fənn proqramlarına, təqvim planlarına bir mötəbər mənbə kimi daxil etmək təklifi irəli sürülüb. Əsərin Azərbaycan elminə və təhsilinə dəyərli töhfə olduğu bildirilib, alimlərimizin, tədqiqatçılarımızın, tələbələrin stolüstü kitabına çevriləcəyinə əminlik ifadə edilib.

 
  • Oxunub:  3870  |  
  • Tarix:  01-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib

22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
22 Avqust 16:09
Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib
22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək
22 Avqust 12:31
Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər
22 Avqust 12:17
Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib
22 Avqust 12:15
UEFA Avropa Liqasına pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək
22 Avqust 12:10
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub
22 Avqust 11:47
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı olub
22 Avqust 11:23
Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb
22 Avqust 11:14
Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22 Avqust 11:12
“Kənddən Şəhərə” yarmarkası davam edir
22 Avqust 10:59
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
22 Avqust 10:32
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22 Avqust 10:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
22 Avqust 09:42
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
22 Avqust 09:30
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
22 Avqust 09:24
Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş
22 Avqust 09:22
BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq Avrasiya Konfransı keçiriləcək
22 Avqust 09:19
Əli Kərimli şəhid pilotumuzun dəfn mərasimini siyasi avantüra vasitəsinə çevirməyə çalışıb
22 Avqust 09:17
Nəsimi rayonunda “Mərhəmət və Xeyriyyəçilik həftəsi” keçirilir
22 Avqust 09:10
2019-cu ildə regionlarda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib
21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24