A+   Yenilə  A-
Vəzifələri kosmik yüksəkliyə qaldırarkən

Moskvada nəşr olunan “İnjenernaya qazeta”nın aprel nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Arif Paşayevin “Vəzifələri kosmik yüksəkliyə qaldırarkən” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.
Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi yolunu seçib və qeyri-neft seqmentinin möhkəmləndirilməsi ölkəmiz üçün prioritet olub. Azərbaycan Mühəndislik Akademiyası bunu nəzərə alaraq bütün qüvvələrini qeyri-neft sənayesinin inkişafına, aqrar sektorun sənayeləşməsinə və dirçəldilməsinə yönəldib. Akademiya ölkənin davamlı inkişafı strategiyasının işlənib hazırlanmasına və təkmilləşdirilməsinə xüsusi diqqət yetirir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Telekommunikasiya peyki orbitə çıxarılıb, hazırda bu peykin köməyi ilə 154-dən çox telekanalın və 30 radiostansiyanın verilişləri yayımlanır.
2018-ci ilin sentyabr ayında Azərbaycan Fransanın “Arianespace” şirkəti ilə birlikdə növbəti “Azerspace-2” peykini orbitə çıxarıb. Bu peyk artıq orbitdə olan “Azerspace-1” peykinin əhatə dairəsini genişləndirməklə bərabər, onun üçün ehtiyat rolu yerinə yetirir, bu da əhaliyə daha etibarlı xidmətlər göstərməyə imkan verir. Bu peykin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir. Mühəndislik Akademiyası bu proqramın həyata keçirilməsində fəal iştirak edir və kosmos üzrə şuraya rəhbərlik edir.
Neftlə çirklənmə parametrlərinin qiymətləndirilməsi üçün yüksək ayırdetmə qabiliyyətli “RADARSAT-2” kosmik radiolokasiya sistemindən istifadə edilməsi əsasında Xəzər dənizinin Azərbaycan sektoru akvatoriyasında neft sızmaları parametrlərinin aşkar edilməsi üzrə işlər davam etdirilir.
Akademiyanın Rəyasət Heyətinin qərarı ilə Milli Aviasiya Akademiyası bazasında müasir avadanlıq, cihazlar və alətlərlə təchiz olunmuş texnopark yaradılıb, bu texnopark tələbələrin və magistrlərin sərəncamına verilib.
2018-ci ildə energetika sahəsində tarixi hadisələr baş verib. Belə hadisələrdən biri “Azəri-Çıraq-Günəşli” yatağına dair kontraktın müddətinin 2050-ci ilə qədər uzadılmasıdır. Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR digər tərəfdaşları ilə birlikdə bu layihədə operator qismində iştirak edir. Layihədə Azərbaycan Mühəndislik Akademiyasının üzvləri də fəal iştirak edirlər. Bu layihə neft hasilatını hələ uzun illər ərzində sabit səviyyədə saxlamağa imkan verəcək. Cənub Qaz Dəhlizinin, habelə TANAP və TAP qlobal layihələrinin həyata keçirilməsi uğurla davam edir.
Marşrutların şaxələndirilməsi və Böyük İpək Yolu üzərində yerləşən ölkələrlə iqtisadi əlaqələrin genişlənməsi baxımından nəqliyyat müstəqilliyini, o cümlədən Avropa qitəsinin müstəqilliyini təmin edən daha bir genişmiqyaslı transregional layihə Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu layihə bizə ən yaxın qonşu ölkələr arasında münasibətləri dərinləşdirməyə və möhkəmlətməyə kömək edəcək. Bu layihənin sayəsində biz bir sıra problemləri həll edə biləcəyik. Məsələn, Avropaya qatarla getmək mümkün olacaq, iki günə İstanbula çata biləcəyik. Bu layihə həyata keçiriləndən sonra Pekindən Londona 12 günə çatmaq imkanı yaranacaq. Mühəndislik Akademiyası üzvlərinin də iştirak edəcəyi bu tarixi layihənin reallaşdırılması Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirəcək. Bizim akademiyanın üzvləri Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması sahəsində də mühüm addımlar atırlar. Bu layihə İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edəcək.
Son bir neçə ildə Azərbaycan hökuməti ölkədə sürət qatarları konsepsiyasını fəal şəkildə reallaşdırır. Sovet dövründən miras qalmış dəmir yolu infrastrukturu artıq dövrümüzün tələblərinə cavab vermir və onun əsaslı şəkildə modernləşdirilməsinə ehtiyac var. Sürətli marşrutun istifadəyə verilməsi nəticəsində artıq Bakı ilə Sumqayıt arasında əsas avtomobil magistralında avtomobillərin axını, yollarda tıxacların sayı azalıb. Nisbətən qısa müddət ərzində elektrik qatarından istifadə edən sərnişinlərin sayı iki milyonu aşıb. Hər gün 6 mindən çox insan bu elektrik qatarından istifadə edir, bu isə o deməkdir ki, insanlar layiqli alternativin üstünlüyünü və rahatlığını düzgün qiymətləndiriblər.
Qəbələ son illərdə Azərbaycanın inkişaf etmiş turizm mərkəzinə çevrilib. Bu istiqamətdə turist axını istər qışda, istərsə də yayda azalmır. 2019-cu ilin sonunda Bakının mərkəzindən Qəbələ aeroportuna qədər dəmir yolu istifadəyə veriləndən sonra bu məsafəni 2,5 saata qət etmək mümkün olacaq. Bu marşrut üzrə hərəkət edəcək, 367 sərnişin tutumu olan ikimərtəbəli “Ştadler” dəmir yolu ekspreslərinin sürəti saatda 120-140 kilometrə çatacaq. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Gəncə sürətli dəmir yolu marşrutu yaradır. Bu layihəni 2019-cu ilin sonuna qədər tamamlamaq planlaşdırılır. Bütün bunlar logistika məsələsinin həllini aktuallaşdırıb. Bu istiqamətə turistlərlə yanaşı, yerli sakinlər də üstünlük verir. Bütün bu layihələrin reallaşdırılmasında Azərbaycan Mühəndislik Akademiyasının üzvləri çox fəal iştirak edirlər.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi çərçivəsində Hollandiyanın “Royal Haskoning” şirkəti ilə birlikdə bərə terminalı da açılıb. Bizim akademiyanın üzvləri bu layihədə də iştirak ediblər. Limanın yükaşırma həcminin ildə 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olması nəzərdə tutulur. Layihəyə əsasən limanda logistika mərkəzinin yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu mərkəz Azərbaycanın Qərb ilə Şərq arasında yükaşırma məntəqəsinə çevrilməsinə imkan verəcək.
Sənaye innovasiya texnologiyalarının tətbiq edilməsi sahəsində akademiyada ayrı-ayrı birlik və müəssisələrin sifarişi ilə praktika üçün əhəmiyyətli məsələlər yerinə yetirilir. Məsələn, “Aqreqat” İstehsal Birliyinin sifarişi ilə gücü 2000 vatta qədər olan aviasiya qızdırıcıları üçün termostabilizasiya və qəza ayırma qurğusu yaradılıb. Azərbaycan Mühəndislik Akademiyası çərçivəsində “İqlim” Elm-İstehsal Müəssisəsinin sifarişi ilə çoxdamarlı sıxacların avtomatik yoxlanması və elektromontaj sınaqları üçün daha mükəmməl qurğunun yaradılması başa çatdırılıb.
Suyun ilkin tərkibi mürəkkəb və çox çirkli olduğu yaşayış məntəqələri üçün içməli suyun təmizlənməsi üzrə modul qurğusunun yeni avtomatik idarəetmə blokunun yaradılması da davam etdirilir. Bu qurğu modulun işini məsafədən simsiz müşahidə və idarə etməyə imkan verəcək.
Akademiyanın alim və mühəndisləri neft-kimya texnologiyaları sahəsində neft-qaz mədənlərinin tərkibində kükürd-hidrat və karbon qazı olan lay sularında metalın qorunması üçün korroziya ingibitorları yaradıblar. Bu ingibitorların yaradılması zamanı neft-kimya sintezi üçün xammal mənbələri qismində təbii və sintetik üzvi turşulardan istifadə edilib.
Akademiyada ozonlaşdırma texnologiyası və xüsusi təyinatlı müvafiq avadanlıq yaradılıb. Bu avadanlıqdan aviasiyada, təbabətdə, kənd təsərrüfatında və ölkə iqtisadiyyatının digər sahələrində istifadə edilir.
Aqrosənaye sektorunda ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə kənd təsərrüfatının inkişafı sahəsində quraqlığa davamlı kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi, düzənlik və dağətəyi quraqlıq zonalarda və Azərbaycan Respublikasının eniş-yoxuşlu torpaqlarında eroziyaya qarşı mübarizə və sudan istifadə proqramlarını xüsusi qeyd etmək lazımdır. Azərbaycan bu istiqamətdə Rusiya Federasiyası ilə birlikdə kənd təsərrüfatının inkişafına dair dövlətlərarası proqram hazırlayır. Bizim akademiya N.İ.Vavilovun genetik resurslara aid elmi irsinin inkişaf etdirilməsi üzrə birgə iş aparır.
Toxumların səpin keyfiyyətini yüksəltmək məqsədilə biz morfoloji göstərici əsasında ozonlu mühitdə kənd təsərrüfatı bitkiləri toxumlarının səpinqabağı stimullaşdırılmasının səmərəli dozasını müəyyən etmək metodunu təklif etmişik və toxumun sortundan asılı olaraq avtomatik idarə edilən doza hesablayan qurğunun eksperimental nümunəsini yaratmışıq.
2018-ci ilin iyun ayında Bakıda Dünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatı tərəfindən “Əqli mülkiyyətin innovasiyalı iqtisadiyyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Bizim akademiyanın həmin konfransa təqdim etdiyi işlər müsbət qiymətləndirilib.
Beynəlxalq əməkdaşlıq sahəsində bizim akademiya bir sıra milli və beynəlxalq akademiyalar və mühəndis cəmiyyətləri ilə əlaqələri və səmərəli əməkdaşlığı nizamlamağa səy göstərir. Azərbaycan Mühəndislik Akademiyası Beynəlxalq Mühəndislik Akademiyası ilə birlikdə Sloveniya, Belarus, Gürcüstan və Qırğızıstanın mühəndis akademiyaları ilə üçtərəfli müqavilələr imzalayıb.
İslam Ölkələri Mühəndislik İnstitutları Federasiyasının (İÖMİF) tərkib hissəsi kimi biz Azərbaycan Mühəndislik Akademiyası ilə İÖMİF və onun üzvləri arasında əməkdaşlığı genişləndiririk.
Bizim akademiyanın üzvləri il ərzində 4 konfrans, çoxsaylı dəyirmi masalar, seminarlar və ustad dərsləri təşkil edib, bir sıra konqreslərdə, beynəlxalq və regional elmi forumlarda, simpozium və konfranslarda iştirak ediblər.
Üzərində iş gedən bütün layihələrə ölkənin aparıcı elmi potensialı, o cümlədən Milli Elmlər Akademiyası, aparıcı ali məktəblər və onların intellektual-innovasiyalı klasteri, Azərbaycan Mühəndislik Akademiyasının da aid olduğu elmi mərkəzlər və təşkilatlar cəlb edilir.
Bizim mühəndislər birliyinin fikrincə, təhsildə əsas resurs məhz istedadlı və hazırlıqlı insanlar olmalıdır.
Milli Aviasiya Akademiyasında hər il aviakosmik problemlərin həllində gənclərin kreativ potensialının üzə çıxarılmasına və inkişaf etdirilməsinə həsr olunmuş “Fevral mütaliələri” keçirilir. Bu mütaliələrin təşkilatçıları Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC (AZAL), Milli Aviasiya Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətidir. “Fevral mütaliələri-2018” çərçivəsində “Aviakosmik problemlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda III Beynəlxalq elmi-praktiki gənclər konfransı keçirilib. Konfransın işində Rusiya, ABŞ, İngiltərə və Qazaxıstandan gəlmiş xarici qonaqlar iştirak ediblər. Gənclər arasında riyaziyyat və fizika, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı mütəxəssislərin ustad dərsləri, dəyirmi masalar keçirilir.
Ötən il bizim akademiyanın üzvləri onlarca kitab, monoqrafiya, o cümlədən “Aviasiya materialşünaslığı”, “Mezomexanika və plastiklik fizikası”, “Synergetics and Fractals in Tribology”, “Materiallar müqaviməti” adlı kitablar, “Mühəndislik fəlsəfəsi” traktatı və bir sıra başqa əsərlər nəşr ediblər. Ümumilikdə 60-a yaxın elmi məqalə dərc edilib, 5 patent, o cümlədən Avrasiya patenti alınıb. Akademiyanın üzvləri, o cümlədən xarici alimlər mühəndis cəmiyyətinin inkişafına verdikləri böyük töhfəyə görə Mühəndislik Akademiyasının beş qızıl “Mühəndis rəşadəti” medalı ilə təltif ediliblər. Akademiyanın üç üzvü mühəndislik tədqiqatlarının tətbiqinə görə üç nominasiya üzrə akademiyanın “İlin mühəndisi” fəxri adına layiq görülüb, onlara diplom və xatirə medalları təqdim edilib. Akademiya üzvlərinin xidmətləri dövlət, hökumət və ictimai təşkilatlar tərəfindən qeyd edilib: akademiyanın 6 üzvü orden və medallarla təltif edilib, 1 nəfər “Əməkdar mühəndis”, 2 nəfər “Əməkdar müəllim” fəxri adlarına layiq görülüb, 3 nəfərə “İlin mühəndisi” fəxri adının diplomları və xatirə medalları təqdim edilib.
Akademiyanın elmi orqanı - “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” adlı beynəlxalq elmi-texniki jurnal 10 il ərzində Azərbaycanın və xarici ölkələrin elmi həyatında fəal iştirak edir. Jurnal bütün dünya alimlərinin araşdırdığı problemlərin vəziyyətinə böyük əhəmiyyət verir. “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalı internet şəbəkəsində inteqrasiya edilmiş elmi resursun hüquqi sahibidir. Buraya Rusiya Elmi Sitatgətirmə İndeksi (RESİ) daxildir. Bu indeksin əmsalı jurnalın reytinqini müəyyən edir.
2018-ci il bir sıra yeni layihələrin iştirakçısı kimi Azərbaycan Mühəndislik Akademiyası üçün səmərəli il, iqtisadi artımın bərpası, iri infrastruktur layihələrinin reallaşdırılması, genişmiqyaslı regional və beynəlxalq sammitlərin keçirilməsi ili olub.
Arif Paşayev
Azərbaycan Mühəndislik
Akademiyasının prezidenti, akademik

 
  • Oxunub:  5400  |  
  • Tarix:  01-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA