A+   Yenilə  A-
“Bir kəmər, bir yol”: Çin dünyanın geosiyasi-iqtisadi mənzərəsini yeniləşdirir

Pekində aprelin 25-27-də “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumu keçirilib. Forumda 150 ölkənin nümayəndələri iştirak edib. Onların 30-dan çoxu dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri olub. Bu nəhəng tədbirin təşkil edilməsi Çin üçün çox vacib idi. Pekin tərəfindən həm son dövrlərdə meydana çıxan suallara cavab verilməli, həm də “Bir kəmər, bir yol” layihəsinin reallaşması istiqamətində konkret addımlar atılmalı idi. Ekspertlərin rəyinə görə, hər iki məsələdə Çin istədiyinə nail olub. Ölkə rəhbəri Si Cinpin proqram xarakterli geniş məruzə edib. Məruzəsində layihənin məzmun və məqsədi barədə konkret tezislər ifadə edib. Bununla yanaşı, bir sıra dövlət başçıları da bütün dünyanı maraqlandıran geosiyasi və iqtisadi məsələlərə toxunublar. Bütün bunların fonunda forumun dünya üçün geosiyasi və iqtisadi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac duyulur.
İkinci forum: çətinliklər və perspektivlər
Qədim İpək Yolunun bərpasına yönəlmiş “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ikinci beynəlxalq foruma siyasətçilərin və ekspertlərin marağı çox böyük idi. Bu, yalnız tədbirin 150-dən çox ölkəni əhatə etməsi və Çinin faktiki olaraq XXI əsrin meqalayihəsini reallaşdırmağa çalışması ilə bağlı deyildi. Məsələnin digər tərəfi bu layihə haqqında son zamanlar müəyyən sualların meydana çıxmasına bağlıdır. Bir çox ekspertlər hesab edirlər ki, “Bir kəmər, bir yol” layihəsinin coğrafiyası genişləndikcə, onun məzmunu qeyri-müəyyən olur. Belə ki, həmin təşəbbüsün arxasında Çinin geosiyasi maraqlarının və öz iqtisadiyyatını dünya dövlətləri hesabına daha da möhkəmləndirmək istəyinin dayandığı barədə fikirlər bildirilir.
Aprel ayının 22-də Pekinin xüsusi bir bəyanat yaymasını da məhz bu kimi şübhələrə cavab kimi qiymətləndirirlər. Həmin bəyanatda “Kəmər və yol” layihəsində Çinin başlıca məqsədləri bir daha izah olunur. Orada iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, maliyyə, biznes, ekologiya və humanitar sahələrə verilən diqqət ayrıca qeyd olunur. Bir sözlə, Pekin geosiyasi ambisiyalarının və bu kontekstdə qlobal geosiyasətin mərkəzində olmaq planının olmadığını dünyaya çatdırmağa çalışır.
Buna baxmayaraq, hələ də ABŞ və Hindistan “Bir kəmər, bir yol” layihəsinə qoşulmaq fikrində deyil. Amerikanın Çinlə geosiyasi, Hindistanın isə ərazi problemi var. Belə çıxır ki, verilən vədlərə və yüksək pafoslu sözlərə baxmayaraq, bu layihənin mənbəyində ən azı iki problem var ki, bütövlükdə hadisələrin gedişatına təsir edə bilər. Bunlara digər regionlarda olan münaqişələri də əlavə etsək, layihənin coğrafiyasında risklər və təhdidlərin mövcudluğu faktını qəbul etməliyik. Bu da onun reallaşması məsələsində çətinliklərin və qeyri-müəyyənliklərin qaldığına dəlalət edir. Bəlkə də məhz bu kontekstdə ikinci forum Çin üçün daha böyük önəm daşıyırdı. Onun necə keçməsindən layihənin taleyi asılı idi.
Yayılan informasiyalara görə, bütövlükdə tədbir uğurlu alınıb. Hər şeydən öncə, Çin rəhbəri Si Cinpin proqram xarakterli məruzə edib. O, Pekinin bu təşəbbüsü reallaşdırmaqda güddüyü əsas məqsədləri bir daha vurğulayıb. “Çin bütün dünyaya açıq olmağa hazırdır” mesajını verən Si Cinpin faktiki olaraq Qərbə səslənib. Bunu ekspertlər Pekinin irəli sürülən iradlara ümumi cavabı adlandırırlar. Belə ki, bununla Çin bütün dünya dövlətləri üçün əməkdaşlıq qapısının açıq olduğunu bəyan edir. Bu, həm də iqtisadiyyatda proteksionizmə qarşı mübarizə baxımından əhəmiyyətlidir. Artıq heç kim ÇXR-i hansısa qapalı əməkdaşlıq klubu yaratmaqda və ya ayrı-seçkilik etməkdə günahlandıra bilməz.
Digər maraqlı məqam Çinin yuanın devalvasiyası nəticəsində öz inkişafını başqa dövlətlərin çiyninə qoymaq fikrində olmaması ilə bağlıdır. Yəni Si Cinpinin sözlərinə görə, Pekin istənilən situasiyada səmimi, açıq və hər bir iştirakçının xeyrinə olan maliyyə siyasəti yeridəcək. Bu, həm də ekoloji aspektə aiddir. “Yaşıl iqtisadiyyat” “Kəmər və yol” layihəsinin əsas prinsipi olaraq qalacaq. Buraya vergi siyasəti də daxildir. Çin vergiləri artırmaq deyil, azaltmaq, bütün dövlətlər üçün uyğun şərait yaratmaq üzərində düşünür. Bundan başqa, Çin ehtiyacı olan dövlətlərə dəstək üçün kreditlər və xüsusi proqramlar üzrə maliyyə yardımı etməyə hazırdır. Bunun üçün Çin hər cür fədakarlığa hazırdır.
Çin dövlət başçısı nitqində Pekinin beynəlxalq qanunçuluğu genişləndirmək sayəsində azad ticarət zonası ideyasını daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib. Yaradılacaq azad ticarət zonaları çox sayda dövlətlərin inkişafına təkan verəcək. İstehsal olunan malların insanların rifahı naminə daha geniş satılması imkanı yaranacaq.
Pekin ticarət və sərmayə qoyuluşunun liberallaşması və sadələşməsinə yardım edəcəyini ifadə edib. Bununla iqtisadi qloballaşma daha açıq, tolerant, əlçatan, balanslaşmış və hamı üçün faydalı olan məzmun kəsb edə bilər. Si Cinpin sivilizasiyaların qarşılıqlı zənginləşdirilməsi və humanitar əməkdaşlığın gücləndirilməsini də vurğulayıb. Bununla Çin qlobal miqyasda qarşılıqlı əlaqədə olan tərəfdaşlıq münasibətləri qurmağın mümkünlüyünə inanır. Nəticədə, birgə inkişaf və çiçəklənməyə nail olmaq imkanı yaranır.
İsternizasiya: dünyanın geosiyasi ağırlıq mərkəzi dəyişirmi?
Bunlar Çin rəhbərinin məruzəsinin ümumi müddəalarına aiddir. Maraqlıdır ki, tədbirdə iştirak edən bir sıra dövlətlərin başçıları da həmin çıxışın ruhuna uyğun fikirlər bildiriblər. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin çıxışında müəyyən fikirlər irəli sürülüb. Prezident İlham Əliyev lakonik və dərin məzmunlu çıxışında Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində oynadığı rolu dolğun ifadə edib, Bakının atdığı konkret addımları bir daha diqqətə çatdırıb. Yəni Azərbaycan bu layihənin ticari, iqtisadi, nəqliyyat-logistik və sair aspektləri üzrə konkret proqramlar həyata keçirməkdə davam edəcək. (Yeri gəlmişkən, Azərbaycan Prezidentinin “Bir kəmər, bir yol” forumundakı çıxışının konkret müddəaları ilə bağlı ayrıca məqaləmiz dərc olunacaq - red.).
Rusiya Prezidenti Vladimir Putin isə daha çox ölkəsinin həyata keçirdiyi proqramlardan bəhs edib. Bu sırada rəqəmsal texnologiyaların, nəqliyyat və logistika infrastrukturunun inkişafı məsələsinə toxunulub. Özü də bütün bu məsələlər Çinin təşəbbüskarı olduğu layihə kontekstində təqdim edilib. Bununla Rusiya, ABŞ-dan fərqli olaraq, “Bir kəmər, bir yol” təşəbbüsünə ciddi dəstək verdiyini vurğulayıb.
Nursultan Nazarbayev isə bu layihənin ümumi geosiyasi kontekstini vurğulayaraq, maraqlı bir tezis ifadə edib. Onun dediyinə görə, “Bir kəmər, bir yol” təşəbbüsü göstərir ki, qlobal geosiyasət “Vesternizasiya”dan (“Qərbləşmə”) “İsternizasiya”ya (bu prosesi “Şərqləşmə”, “Asiyalaşma” da adlandırırlar) keçid edir. Yəni Şərq-Asiya dünya geosiyasətinin mərkəzinə çevrilir. Əslində, bu fikir Amerika politoloqu Zbiqnev Bjezinskinin məlum tezisinin başqa formada ifadəsidir. Lakin maraqlı cəhət ondan ibarətdir ki, bir çox siyasi liderlər “Kəmər və yol” layihəsini həmin prosesin konkret ifadəçisi hesab edirlər. Bu isə ona işarədir ki, qlobal geosiyasi mərkəzin bir mərkəzdən digərinə keçməsində aparıcı rolu Çin oynayır. Bu da həmin prosesə xüsusi məzmun və məqsəd verir.
Doğrudur, Nursultan Nazarbayev “Bir kəmər, bir yol” layihəsindən ancaq dialoq, əməkdaşlıq və qarşılıqlı əlaqələrin təşviqi aspektlərində bəhs edir. Forumda məruzə edənlər rəqabətdən bəhs etmirlər. Ancaq reallıq onu göstərir ki, qlobal səviyyədə rəqabətin, həm də amansız rəqabətin kökünü qazıyan hər hansı proses müşahidə edilmir. Çin nə qədər inkar etsə də, məsələnin geosiyasi aspekti göz önündədir. Mümkündür ki, bu prosesin “sinergetik effekti” (Vladimir Putin) yüksək olsun, çoxlu sayda dövlətlər arasında qarşılıqlı əlaqələr daha yüksək səviyyəyə qalxsın, ancaq bunun fonunda geosiyasi rəqabətin də güclənə biləcəyini istisna etmək olmaz.
Bunlar onu təsdiq edir ki, “Bir kəmər, bir yol” forumu dünya miqyasında aktual və maraqlı hadisə kimi qəbul edilməlidir. 150 ölkənin və nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərinin qatıldığı tədbirdə əməkdaşlığın inkişaf etdirilməsinin hərtərəfli müzakirəsi sadə məsələ deyil. Həm də tədbir 64 milyard dollar həcmində müqavilələrin imzalanması ilə yekunlaşıb. Dünyanın bir sıra böyük şirkətləri bu prosesdə iştirak ediblər. Qəbul edilən yekun sənəddə də “Kəmər və yol” layihəsinin reallaşmasına olan inam ifadə edilib.
Bunlardan başqa, dünyanın bir neçə böyük dövləti bu prosesdə iştirakda maraqlı olduqlarını nümayiş etdiriblər. Əgər söhbət konkret əməkdaşlıq istiqamətlərindən və real müqavilələr çərçivəsində əlaqələrdən gedirsə, məsələ xeyli ciddidir. Pekin bu addımı atdı. Dünyanın qloballaşması təşəbbüsü Şərqin əlinə keçməkdədir. Əgər Amerika cəzalandırmağa, əlaqələri məhdudlaşdırmağa, ölkələri bir-birindən ayırmağa və öz marağını qabartmağa çalışırsa, Çin bütün istiqamətlərdə bunun əksini edir. Bu prizmadan Pekinin təşəbbüsləri daha perspektivli görünür. “Səmaaltı ölkə”nin tarixi baş şəhəri dünya iqtisadiyyatının paytaxtı olmaq istiqamətində irəliləməkdədir!
Newtimes.az

 
  • Oxunub:  4500  |  
  • Tarix:  01-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib

22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
22 Avqust 16:09
Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib
22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək
22 Avqust 12:31
Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər
22 Avqust 12:17
Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib
22 Avqust 12:15
UEFA Avropa Liqasına pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək
22 Avqust 12:10
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub
22 Avqust 11:47
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı olub
22 Avqust 11:23
Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb
22 Avqust 11:14
Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22 Avqust 11:12
“Kənddən Şəhərə” yarmarkası davam edir
22 Avqust 10:59
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
22 Avqust 10:32
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22 Avqust 10:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
22 Avqust 09:42
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
22 Avqust 09:30
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
22 Avqust 09:24
Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş
22 Avqust 09:22
BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq Avrasiya Konfransı keçiriləcək
22 Avqust 09:19
Əli Kərimli şəhid pilotumuzun dəfn mərasimini siyasi avantüra vasitəsinə çevirməyə çalışıb
22 Avqust 09:17
Nəsimi rayonunda “Mərhəmət və Xeyriyyəçilik həftəsi” keçirilir
22 Avqust 09:10
2019-cu ildə regionlarda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib
21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24