A+   Yenilə  A-
Qırxdan çox ölkənin diplomatları Qazax rayonunun sosial-iqtisadi və mədəni inkişafı ilə yaxından tanış olub

Aprelin 30-da Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpusun nümayəndəliklərinin rəhbərləri və onların xanımları ölkəmizin qərb qapısı sayılan Qazax rayonuna səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə reallaşan səfər diplomatlara regionlarımızın inkişafı və bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr barədə məlumat vermək, habelə turizmin inkişafı ilə yerində tanış olmaq məqsədi daşıyıb.
Qırxdan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatların rayonla tanışlığı ilk olaraq Daş Salahlı kəndində yerləşən Damcılı mağarasından başlayıb.
Məlumat verilib ki, Damcılı mağarası Aveydağ mağaralar qrupundan ən irisidir. Təbii çatlardan süzülən su damcılarına görə bu mağara Damcılı adlandırılıb. Arxeoloji qazıntılar zamanı buradan qədim əmək alətləri və silahlar tapılıb. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsindən məlum olur ki, Damcılı mağarasında Orta Paleolit, Üst Paleolit, Mezolit və Neolit dövrlərində intensiv yaşayış olub.
Qonaqlara Damcılı mağarası haqqında rus, ingilis və Azərbaycan dillərində məlumatları özündə əks etdirən bukletlər paylanılıb.
Daş Salahlı kəndində yerləşən Qazax Sement Zavodu ilə tanışlıq qonaqlarda rayonun iqtisadi inkişafı haqqında yüksək təəssürat yaradıb. Qazax Sement Zavodu MMC-nin idarə heyətinin sədri Vüqar Süleymanov bildirib ki, bu zavod 2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev Qazax Sement Zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib.
Qeyd olunub ki, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol və yolun kənarı ilə zavoda dəmir yolu, eləcə də 110 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilib. Bundan başqa, su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunub. Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana tikilib. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanıb. Hazırda ərazidə silsilə qurğular inşa edilir. Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılıb. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir. Hazırda zavodun illik istehsal gücü 1 milyon ton təşkil edir. Gələcəkdə isə istehsal gücünün artırılaraq 1 milyon 400 min tona çatdırılması nəzərdə tutulub.
Zavod haqqında ətraflı şəkildə məlumat alan qonaqlar sementin son istehsal prosesi ilə də əyani şəkildə tanış olublar.
Diplomatlar Qazax rayonunda düşmənlə sərhəddə, ən ucqar məsafədə yerləşən Məzəm kəndinə də baş çəkiblər. Kənd sakinləri ilə söhbət edən qonaqlara məlumat verilib ki, Ermənistanla 168 kilometr sərhədi olan Qazax rayonunun həmsərhəd kəndlərində yaşayan sakinlər artıq 25 ildən çoxdur düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını hələ də yaşayırlar. Bu gün Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri hələ də düşmən tapdağı altındadır. Daim erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də rayonun Məzəm kəndidir. Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bu kənd səkkiz şəhid verib. Bu qəhrəman kənddə dörd hərbçi öz kəndinin, ümumilikdə isə Vətənin müdafiəsi uğrunda canından keçib. Dörd nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı olub. Bir nəfər kənd sakini - Mərifət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bildirilib ki, Məzəm kəndi 1992-ci ildə düşmən tərəfindən işğal olunmasına baxmayaraq, qüdrətli ordumuzun gücü sayəsində yenidən geri qaytarılıb.
Kənddə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 57 evin qarşısına 2 min 530 poqonmetr uzunluğunda, 3 metr hündürlüyündə istinad divarları çəkilib. Həmçinin sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək məqsədilə yol kənarına da istinad divarı inşa olunub. Sakinlərlə söhbət edən qonaqlar düşmən tərəfindən zərər çəkmiş evlərə baxıblar.
Sonra nümayəndə heyəti Fəxri qazaxlılar parkında olublar. Burada qonaqlara büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış nasir, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi məqsədilə müvafiq Sərəncam imzalanıb.
Səfər çərçivəsində qonaqlar şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını da ziyarət ediblər. Qeyd olunub ki, Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə 20 Yanvar hadisələrindən sonra şəhidlərin xatirəsinə salınıb. Bu gün Qazax rayonunun 283 şəhidi, 7 Milli Qəhrəmanı var.
Sonra qonaqlar ötən il 100 yaşı tamam olan Qazax Müəllimlər Seminariyasına gəliblər. Bildirilib ki, 1918-ci ildə Qori Seminariyasının Azərbaycan bölməsi Gürcüstandan Qazax şəhərinə köçürülüb və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərib. Bu tədris ocağının Qazax şəhərinə köçürülməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olub. Seminariyada 1959-cu ilədək 3 minədək kadr yetişdirilib. Qazax Müəllimlər Seminariyasının Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, Mirqasım Əfəndiyev kimi yüzlərlə görkəmli yetirməsi olub.
Qazax Cümə Məscidi ilə tanış olan qonaqların diqqətinə çatdırılıb ki, Qazax Cümə məscidi 1899-cu ildə Kəsəmən kəndindən olan İsrafil ağa Kərbəlayevin təşəbbüsü ilə memar Müzəffər Hüseynovun layihəsi əsasında inşa edilib. Sovet hakimiyyəti dövründə məscid öz fəaliyyətini dayandırmış və yalnız 1990-cı ildən yenidən ibadət yeri kimi fəaliyyətə başlayıb.
Qonaqların ziyarət etdikləri növbəti ünvan Ədəbiyyat Muzeyi olub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə tanış olan diplomatlar burada şairlərin həyat və yaradıcılığı haqqında dolğun məlumat əldə ediblər. Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal muzey haqqında ətraflı məlumat verərək vurğulayıb ki, muzey 2013-cü ildə istifadəyə verilib və açılışında Prezident İlham Əliyev iştirak edib.
Diplomatların sonuncu tanış olduqları ünvan isə Qazax Tarix-Diyarşünaslıq Muzeyi olub. Bu muzeylə də tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. Muzeyin direktoru Gülnaz Əlişanova bildirib ki, Prezident İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2 min 450 eksponat mühafizə olunur. Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb.
Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri Qazaxla tanışlıqdan xoş təəssüratlarla ayrılıblar.
Diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  02-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb

24 İyun 22:52
Şirməmməd müəllimi itirdik...
24 İyun 22:12
Rafael Hüseynov: Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır
24 İyun 22:05
YAP Nizami rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
24 İyun 21:55
Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşınqtonda ermənistanlı həmkarı ilə keçirdiyi görüşün nəticələrinə dair AZƏRTAC-a müsahibəsi
24 İyun 21:52
BMT-nin Dövlət Xidmətləri Forumunda DOST layihəsi böyük maraqla qarşılanıb
24 İyun 21:47
Azərbaycanın Baş Naziri Bolqarıstan Baş Nazirinin müavini ilə görüşüb
24 İyun 21:44
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunu təltif edib
24 İyun 21:42
Yekaterina Zaxaryeva: Bolqarıstan Azərbaycanla strateji tərəfdaşdır
24 İyun 21:04
Səməd Seyidov: Avropa Şurası selektiv yanaşmaya, ikili standartlara son qoymalıdır
24 İyun 20:32
İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli
24 İyun 20:27
Mərakeşdə Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib
24 İyun 20:18
Azərbaycanda dövlət-din münasibətləri sağlam şəkildə qurulub
24 İyun 20:11
Dövlət xidmətlərinin gələcəyi: 2030 Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
24 İyun 20:00
Gəncədə dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə keçirilir
24 İyun 19:45
Zakir Həsənov: Azərbaycan Ordusu dünyada güclü ordular arasında layiqli yerlərdən birini tutur
24 İyun 19:43
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
24 İyun 19:35
Bakıda BMT Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq arenada apardığı uğurlu siyasətin nəticəsidir
24 İyun 19:24
BDU-nun hüquq fakültəsində bakalavr səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib
24 İyun 18:59
Fövqəladə Hallar nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub
24 İyun 17:48
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi
24 İyun 17:35
BMT-nin Dövlət Xidmətləri Forumu işini seminarlarla davam etdirib
24 İyun 17:20
Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək
24 İyun 16:58
Bəzi QHT layihələrinin maliyyələşdirilməməsi SƏBƏBLƏRİ açıqlanıb
24 İyun 16:37
Azərbaycanın Energetika naziri Sankt-Peterburqda rusiyalı həmkarı ilə görüşüb
24 İyun 16:28
Əlyazmalar İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan konfransı keçirilib
24 İyun 16:14
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
24 İyun 15:44
Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
24 İyun 15:41
“Organic Food Festival 2019”a 3 gündə 10 mindən çox ziyarətçi qatılıb
24 İyun 15:36
Azər Badamov: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir
24 İyun 15:33
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
24 İyun 15:27
BMT baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir
24 İyun 15:26
Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı işə başlayıb
24 İyun 15:22
Dini radikalizmlə mübarizədə maarifləndirmənin böyük rolu var
24 İyun 15:16
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb
24 İyun 15:04
Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək
24 İyun 14:32
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi
24 İyun 14:27
DİN-də naziryanı əməliyyat müşavirəsi keçirilib
24 İyun 14:23
Azərbaycanda bu günədək 595,2 hektaradək sahədə taxıl biçini aparılıb
24 İyun 14:19
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
24 İyun 14:12
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24 İyun 13:57
Bolqarıstan Baş Nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 13:54
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə, Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edib
24 İyun 13:48
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
24 İyun 13:47
Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar
24 İyun 13:15
Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib
24 İyun 12:22
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24 İyun 12:18
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
24 İyun 12:16
Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb
24 İyun 12:06
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə
24 İyun 11:52
Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
24 İyun 11:42
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
24 İyun 11:38
Monteneqronun Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 11:31
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
24 İyun 11:25
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyun 11:19
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
24 İyun 11:06
Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
24 İyun 10:58
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
24 İyun 10:52
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
24 İyun 10:50
Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
24 İyun 09:47
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
23 İyun 21:11
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq
23 İyun 21:04
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23 İyun 20:10
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
23 İyun 19:17
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
23 İyun 19:06
Hidayət Heydərov ikinci Avropa Oyunlarında bürünc medal qazanıb
23 İyun 17:40
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
23 İyun 17:12
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
23 İyun 14:27
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
23 İyun 13:44
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23 İyun 12:45
İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA