A+   Yenilə  A-
Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə AMEA-nın elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə akademiyanın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər və istehsal olunan yeni məhsullar nümayiş etdirilib.
Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarını ümumi yığıncağın gündəliyi ilə tanış edib.
Sonra akademik Akif Əlizadə AMEA-nın 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edib. AMEA-nın rəhbəri dövlət siyasətinin mühüm strateji hədəflərinə uyğun olaraq, 2018-ci ildə də respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülən mühüm tədbirlər və əldə edilən uğurlar haqqında məlumat verib: “Ötən il AMEA tərəfindən elmi-texniki potensialın inkişaf etdirilməsi, multidissiplinar tədqiqatların aparılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi potensialın ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi və digər istiqamətlərdə mühüm işlər görülüb”.
Akademik Akif Əlizadə Prezident İlham Əliyevin ölkədə “Elm Günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncam imzaladığını xatırladaraq bunun dövlətimizin başçısının elmimizə diqqət və qayğısının daha bir göstəricisi olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə AMEA-nın elmi müəssisələri 20-yə yaxın dövlət proqramının və digər tapşırıqların icrasında yaxından iştirak edib. Akademiyada dövlətin elm siyasətinin reallaşması üzrə mühüm elmi tədqiqat işləri və layihələr həyata keçirilib.
Elmlə təhsilin vəhdətindən danışan Akif Əlizadə qeyd edib ki, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi məqsədilə hesabat ilində mühüm tədbirlər görülüb. 2018/2019-cu tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 nəfər yüksək balla qəbul olunub.
AMEA-nın prezidenti innovativ fəaliyyət sahəsində görülən işlər haqqında da məlumat verib. Hesabat ilində AMEA Yüksək Texnologiyalar Parkında (YTP) innovasiya məhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini, 2018-ci ildə YTP-nin rezidentlərinin sayının 11-ə çatdığını deyib.
Akademik Akif Əlizadə beynəlxalq elmi əlaqələrdən də danışıb, 2018-ci ildə bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlığa dair imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib.
Bildirilib ki, ötən il AMEA-nın əsas fəaliyyət istiqamətlərindən olan sosial sahədə də mühüm tədbirlər həyata keçirilib. Əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, iş və yaşayış şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması, onların istirahətinin və sağlamlıqlarının təmin olunması, mənzil təminatının həlli istiqamətində bir sıra işlər görülüb.
Məruzədən sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair sualları cavablandırıb.
Yığıncaqda akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, Ə.Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunda laboratoriya rəhbəri, akademik Asəf Hacıyev və AMEA Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış ediblər.
Tədbirdə ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın Rəyasət Heyətinin 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq hesabat təsdiq edilib. Qərara əsasən, AMEA-nın Rəyasət Heyətinə Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, dövlətin elmi-texniki siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində AMEA-nın iştirakının daha da gücləndirilməsi tapşırılıb. Həmçinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin və digər dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı müvafiq qurumlarla əməkdaşlığın və elmi tədqiqat işlərinin gücləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin respublikamızda hakimiyyətə gəlməsinin 50 illik yubileyi ilə əlaqədar Onun ölkəmizin siyasi, ictimai və mədəni həyatında oynadığı tarixi rolunun elmi əsaslarla araşdırılmasının davam etdirilməsi və “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” dövlətimizin başçısının Sərəncamının və Nazirlər Kabinetinin müvafiq qərarının icrası istiqamətlərində tapşırıqlar verilib. Qərarda nüvə fizikası, nanotexnologiyalar və nanostrukturlar, informasiya texnologiyaları, tətbiqi riyaziyyat və riyazi modelləşdirmə, süni intellekt sistemləri və mexatronika, astrofizika, kimya texnologiyasının və materialşünaslığın nəzəri problemləri, neft kimyası və üzvi sintez, böyük dərinlik neftləri, geodinamika və seysmologiya, qlobal dəyişikliklər və iqlim, molekulyar biologiya, gen mühəndisliyi, əhalinin sağlamlığı və biotibb üzrə fundamental və tətbiqi tədqiqatlara prioritet elmi istiqamətlər kimi üstünlük verilməsi əksini tapıb. Bundan başqa, Azərbaycan tarixi, ədəbiyyatı, dili, incəsənəti və folklorunun regional və qlobal problemləri, sosial və etnik proseslər, qlobal iqtisadi, siyasi, hüquqi faktorların ölkəmizə potensial təsiri ilə bağlı tədqiqatların davam etdirilməsi tapşırılıb. Həmçinin AMEA-da əldə olunan mühüm elmi nəticələrin nüfuzlu elmi bazalara inteqrasiyasının daha da sürətləndirilməsi, akademiyada nəşr olunan jurnalların bu bazaların tələblərinə uyğunlaşdırılması üçün zəruri tədbirlərin davam etdirilməsi, AMEA-da magistratura təhsilinin daha da inkişafı, AMEA-nın Yüksək Texnologiyalar Parkının yerli və beynəlxalq elmi-texnoloji şirkətlərlə və biznes strukturları ilə əməkdaşlığının genişləndirilməsi və digər istiqamətlərdə tapşırıqlar verilib.
Yığıncaqda AMEA-nın vitse-prezidenti və Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib. Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, akademik Vaqif Fərzəliyev isə Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər. AMEA-nın akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov icra edəcək.
Sonra BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Cədvəli İli” elan olunması ilə əlaqədar D.İ.Mendeleyevin “Kimyəvi Elementlərin Dövrü Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya işə başlayıb.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Kimyəvi elementlərin dövri sistemi təbiətin fundamental qanunlarından biridir” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, kimyəvi elementlərin dövri cədvəli kimyəvi elementləri sistemləşdirməklə bərabər fizika, kimya, biologiya, geokimya, kristalloqrafiya, astrofizika və digər elmlərin də inkişafında mühüm rol oynayır. XX əsrdə dövri cədvəl bir çox dəyişikliklərə məruz qalmasına baxmayaraq, son nəticədə daha təkmil vəziyyətə gətirilib.
Məruzəçi Azərbaycanda qeyri-üzvi funksional materialların, yarımkeçiricilərin və topoloji izolyatorların məqsədli sintezi sahəsində axtarışlarda dövri cədvəlin mühüm rolundan bəhs edib, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda son illərdə bu istiqamətdə əldə edilmiş elmi nəticələr haqqında məlumat verib.
Elmi sessiyada Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru Yunis Qəhrəmanov çıxış ediblər.
Daha sonra yekun nitqi söyləyən akademik Akif Əlizadə doktorantura təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədilə Avropa İttifaqının “Erasmus+” proqramının “Nizami” layihəsi çərçivəsində müvafiq tədbirlərin davam etdirilməsinin, gənc alimlərin təcrübə keçmək və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, multidissiplinar tədqiqatların gücləndirilməsi istiqamətində riyaziyyat və informatikanın elmin müxtəlif sahələrinə tətbiqinə xüsusi diqqət ayrılmalı, alimlərimiz dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edən qeyri-neft sektorunun inkişafına öz töhfələrini verməlidirlər.
Sonda akademik Akif Əlizadə Azərbaycan alimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 
  • Oxunub:  6660  |  
  • Tarix:  02-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

15 Sentyabr 23:51
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15 Sentyabr 22:44
Dövlət əxlaqı – Nadir Qocabəyli yazır
15 Sentyabr 14:36
Erkan Özoral: Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
15 Sentyabr 14:32
Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi
15 Sentyabr 14:29
Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb
15 Sentyabr 14:20
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
15 Sentyabr 14:16
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15 Sentyabr 14:14
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb
15 Sentyabr 14:10
Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
15 Sentyabr 14:07
Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15 Sentyabr 14:04
Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu
14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Sentyabr 17:41
Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA