A+   Yenilə  A-
Azərbaycanda regional sənaye quruculuğuna hər cür dəstək göstərilir

Təkcə cari ilin birinci rübündə ölkə üzrə fəaliyyət göstərən sənaye parklarına 540 milyon manat sərmayə yönəldilib
Azərbaycan yeni şəraitdə milli iqtisadiyyatda sənaye istehsalının həcmini artırmağı hədəfləyib. Buna nail olmaq üçün ölkədə neftdən kənar iqtisadiyyat üzrə innovativ əsaslı sənaye quruculuğu, o cümlədən də dəyər zəncirində əsas həlqələri özündə birləşdirən sənaye parklarının və məhəllələrinin yaradılması dövlət tərəfindən həm siyasi, həm də maddi cəhətdən dəstəklənir. Son illərdə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında uğurla həyata keçirilən yeni islahatların bir qismi də məhz sənaye quruculuğunun təşviq edilməsinə, bu sektora investisiya qoyuluşunun artırılmasına hesablanıb.
Öz növbəsində həyata keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verir. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da vurğulandığı kimi, ilin əvvəlindən bəri iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri qeyri-neft sənayesində əldə olunub. O cümlədən ölkə üzrə bu sektora investisiya qoyuluşu artıb. Cari ilin birinci rübündə ölkədə fəaliyyət göstərən sənaye parklarına 540 milyon manat investisiya yönəldilib. Bütövlükdə indiyədək sənaye parklarına 60 rezident tərəfindən yatırılan investisiyanın həcmi 3 milyard dolları ötüb. Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində ölkəmizdə qeyri-neft sənayesində istehsal həcmlərinin yüksək sürətlə artmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir”.
Ölkədə regional sənaye quruculuğuna diqqət artıb
Azərbaycanın yeni sənaye quruculuğunda diqqəti çəkən əsas məqamlardan biri odur ki, son vaxtlarda ölkədə regional sənaye quruculuğuna diqqət artıb və bu prosesə hər cür dəstək göstərilir. İnvestorlar 2003-cü ildən bəri dövlət əsaslı vəsait qoyuluşu hesabına regionların infrastruktur təminatının möhkəmlənməsindən bəhrələnərək bölgələrdə müxtəlif təyinatlı sənaye istehsalatlarının yaradılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər. Yeni sənaye müəssisələri yaradılarkən bölgələrin ənənələri, xammal potensialı, satış bazarları kimi mühüm məqamlar nəzərə alınır. Bütövlükdə, perspektivdə ölkə üzrə Bakıdan başqa, daha üç bölgədə (Sumqayıt, Gəncə və Mingəçevirdə) sənaye mərkəzlərinin yaradılması nəzərdə tutulub.
Beləliklə, son illərdə ölkəmizin sənaye xəritəsi bölgələrdə yaradılan istehsalatlar hesabına əhəmiyyətli dərəcədə zənginləşib. 2018-ci ildə Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə - pambıq-poliester və “Open End” üsulu ilə iplik istehsalı fabrikləri istifadəyə verilib, 750 iş yeri açılıb. İnvestisiya dəyəri 144 mln. manat olan fabriklərin yaradılmasına 10 mln. manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında qurulmuş fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 20 min ton iplik istehsal olunacaq.
Regionlarda sənaye məhəllələrinin təşkili də ölkə üzrə iqtisadi aktivliyin artmasına öz müsbət təsirini göstərir.
Qeyd edək ki, respublikamızda ilk sənaye məhəlləsi 2017-ci ildə Neftçalada istifadəyə verilib. 2018-ci ildə Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı “Xəzər” avtomobil zavodu işə salınıb. Dəyəri 15 milyon ABŞ dolları və səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsus olan avtomobil zavodunda İran İslam Respublikasının və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında müxtəlif avtomobil modelləri istehsal olunur. Müəssisədə ilkin mərhələdə ildə 10 min avtomobilin istehsalı nəzərdə tutulub. Sonrakı fazada avtomobillərin istehsalının ildə 15 minə çatdırılması və gələcəkdə bu rəqəmin ildə 50 minədək artırılması planlaşdırılır. İstehsal olunan avtomobillər “Avro 5” standartlarına tam uyğundur.
Ötən il açılan və kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətli rolu olan Masallı Sənaye Məhəlləsində hazırda 10 müəssisə fəaliyyət göstərir. Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 5,3 milyon manat investisiya yatırılıb və 200-dən çox iş yeri açılıb. Hacıqabul Sənaye Məhəlləsində tikinti-quraşdırma işləri başa çatdırılıb, Sabirabad Sənaye Məhəlləsində isə tikinti işləri davam etdirilir.
Ümumilikdə, indiyədək istifadəyə verilən 2 sənaye məhəlləsinə 50 milyon manatdan çox özəl investisiya yatırılıb, 700-dək iş yeri yaradılıb. Digər 2 sənaye məhəlləsinin istifadəyə verilməsi ilə açılan iş yerlərinin sayı 1800-ə çatacaq, 77 milyon manat özəl investisiya yatırılacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye zonalarının təşkili istiqamətində araşdırmalar aparılır. Bu il Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan İnşaat Kimyəviləri Zavodunun yeni məhsullarının təqdimatı keçirilib
Ölkəmizdə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk və ən böyük sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 75 faiz məskunlaşma qeydə alınıb. Burada qeydə alınan rezidentlərin layihələrinin investisiya dəyəri 2,8 milyard dollardır ki, bunun da 2,2 milyard dolları artıq layihələrə yatırılıb. Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisində yeni istehsalatların yaradılması istiqamətində işlər uğurla davam etdirilir.
Bir qədər bundan əvvəl isə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan İnşaat Kimyəviləri Zavodunun yeni məhsullarının təqdimatı keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parkları, burada rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur barədə məlumat verib, rezidentlərin 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda, parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunduğunu qeyd edib. Nazim Talıbov Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, aparılan ekoloji normallaşdırma tədbirləri və parkda yerləşən müəssisələr barədə məlumat verib. Bildirilib ki, indiyədək parkın 18 rezidenti qeydiyyata alınıb və bunlardan da 13-ü artıq istehsal fəaliyyətinə başlayıb. Daha 4 müəssisənin isə 2019-cu il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Sumqayıt Kimya Sənaye Parkında SOCAR Polymer, Karbamid Zavodu, STP, polad boru, vərəqə şüşə istehlası zavodları kimi ölkə miqyaslı iri layihələr icra edilir və hazırda sənaye parkında təqribən 6 min nəfər işlə təmin olunub.
İnşaat Kimyəviləri Zavodunun baş direktoru Adəm Yayla müəssisənin fəaliyyəti barədə məlumat verərək bildirib ki, zavod 1910-cu ildə yaradılan və dünyanın 100-ə yaxın ölkəsində müəssisələri fəaliyyət göstərən İsveçrənin şirkətlər qrupuna daxildir. Son 18 ildə şirkətə dünya miqyasında beton konstruksiyalarının təmiri ilə bağlı 100-ə qədər layihənin icrası həvalə olunub. Şirkətin fəaliyyət istiqamətlərinə struktur birləşdirmə, birbaşa şüşələmə, akustik və gücləndirici sistemlər, avtomobillərə xidmət, o cümlədən avtomobil şüşələrinin əvəzlənməsi, avtomobil gövdəsinin təmiri, dəniz gəmiləri, sənaye laminasiyası, texnika, bərpa olunan enerji və fasad mühəndisliyi sahələri daxildir. Zavodun məhsullarının əsas tətbiq sahələri enerji və sənayenin bir çox sahələrini əhatə edir. Yerli xammaldan istifadə edilərək istehsal edilən məhsullar Rusiyaya, Qazaxıstana, Özbəkistana, Qırğızıstana və Gürcüstana ixrac edilir.
Sonra İnşaat Kimyəviləri Zavodunun istehsal etdiyi su izolyasiyası, dam örtükləri, yapışdırıcı, germetiklər və s. yeni məhsulların təqdimatı olub, müəssisənin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Azərbaycandan ixrac olunan sənaye məhsullarının həcmi və çeşidi artır
Son illərdə Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində həmçinin ixracın səmərəli təşviq mexanizmi işə salınıb. Bu mexanizmə əsasən xarici bazarlara məhsul çıxaran istehsalçılara müəyyən həcmlərdə ixrac təşviqi vəsaiti ödənilir. Bundan başqa, “Made in Azerbaijan” brendi yaradılıb və yüksək rəqabət qabiliyyətinə malik olan məhsullarımız bu brend altında satış bazarlarına, beynəlxalq sərgilərə çıxardılır.
Öz növbəsində respublikamızda ixracın genişləndirilməsinə nail olmaq üçün hüquqi və praktiki müstəvidə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. Əlamətdar haldır ki, respublikamızın ixracı əsasən qeyri-neft sektorunda, o cümlədən də sənaye sektorunda buraxılan məhsullarının hesabına genişlənir. Görülmüş tədbirlər nəticəsində 2018-ci ildə ölkəmizdən qeyri-neft ixracı 9,8 faiz, o cümlədən sənaye məhsullarının ixracı 6,2 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı 56,2 faiz artıb. Bütövlükdə, ötən il Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib.
Respublikamızda qeyri-neft sektorundan ixracın təşviq edilməsi ilə bağlı tədbirlər 2019-cu ildə də davam etdirilir. Cari ildə 19 xarici ölkəyə 25 ixrac missiyasının həyata keçirilməsi, 11 beynəlxalq sərgidə Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə təmsil olunması, eləcə də ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyinin daha da gücləndirilməsi nəzərdə tutulub.

(davamı növbəti sayımızda)


Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3390  |  
  • Tarix:  04-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”
14 İyun 15:56
Qurtuluşumuz bugünkü növrağımıza çevrilib
14 İyun 15:44
Məzunların "Son zəng" sevinci
14 İyun 15:39
Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub
14 İyun 15:31
“Asan İmza”nın tətbiqi təcrübəsi Londonda identitet üzrə seminarda müzakirə olunub
14 İyun 15:25
AMEA-nın prezidenti alimlərlə görüşdə İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA