A+   Yenilə  A-
Heç kim, heç bir qüvvə Azərbaycanla təzyiq, təhdid, diktə dili ilə danışa bilməz

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı www.yap.org.az saytına müsahibə verib:
- Məlahət xanım, bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan ölkədir. Bu baxımdan, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, Azərbaycan hazırda dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ötən illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bu gün ölkəmiz bir sıra beynəlxalq təşkilatların aparıcı üzvlərindən biridir, həmin qurumların işində fəal iştirak edir.
Bu mənada, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin də yüksək səviyyədə olduğunu qeyd edə bilərik. Bilirsiniz ki, tərəflər arasında gələcək münasibətləri özündə ehtiva edən sazişə dair danışıqlar davam edir və bu göstərir ki, Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaşı hesab edir. Bu fakt bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə etimad və inamın ifadəsidir.
Bilirsiniz ki, Avropa strukturlarının, o cümlədən Avropa İttifaqının öz prinsipləri var. Bu təşkilat Azərbaycanla əməkdaşlıq məsələlərində ölkəmizin siyasətinə, regional və beynəlxalq roluna, dövlət rəhbərliyinin daxili və xarici siyasətinə diqqət yetirir. Bu gün Azərbaycan mühüm enerji siyasəti həyata keçirir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi qlobal layihələr Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti dünyada dəmir İpək Yolu kimi dəyərləndirilir. Ölkəmiz, eyni zamanda, mühüm tranzit əhəmiyyətə malikdir. Təbii ki, bu qlobal layihələrin reallaşması Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Ona görə də Avropa İttifaqı ölkəmizlə əlaqələrin gücləndirilməsinə böyük əhəmiyyət verir.
Azərbaycan gənc dövlətdir, bu il müstəqilliyimizin 28-ci ilini yaşayırıq. Avropada böyük tarixi olan, bərqərar olmuş dəyərlər var. Onu da deyim ki, demokratiyanın sonu yoxdur. Azərbaycan da gənc dövlət kimi Avropanın qabaqcıl təcrübəsini öyrənir. Biz bu təcrübədən istifadə edərək təhsilimizi, səhiyyəmizi gücləndirəcəyik, yəni Avropanın əldə etdiyi nailiyyətlərdən bəhrələnəcəyik. Eyni zamanda, qanunvericiliyin inkişafı baxımından da, Avropa İttifaqı ölkələrinin təcrübəsindən yararlanmaq faydalıdır. Bununla yanaşı, Avropa İttifaqı da Azərbaycandan bəhrələnəcək. Belə bir mürəkkəb regionda Azərbaycan Avropa üçün böyük önəm kəsb edir. Qeyd etdiyim kimi, mürəkkəb coğrafiyada yerləşən ölkəmiz Prezidentimizin qətiyyətli siyasəti nəticəsində qlobal layihələr reallaşdırıb.
Onu da qeyd edim ki, Azərbaycan Avroatlantik strukturların, xüsusilə NATO-nun etibarlı tərəfdaşlarından biridir. Bu mənada, belə bir sazişin imzalanması həm Azərbaycan, həm də Avropa İttifaqı üçün önəmlidir. Bizim üçün həyati əhəmiyyət kəsb edən məsələ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tanınması Prezident İlham Əliyevin qətiyyətinin nəticəsidir. Ona görə də sazişin imzalanmasından sonra Azərbaycan xalqı üçün yeni inkişaf perspektivləri açılacaq.
- Ölkəmizin uğurlu inkişafından danışdınız. Amma bəzi dairələr Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Buna münasibətiniz necədir?
- Bu, çox təəssüf doğurur. Yaxşı olardı ki, ölkəmizdə görülən bu möhtəşəm işləri anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, müstəqil inkişafımıza qarşı həmin dairələr tərəfindən təzyiq, təsir mexanizmi kimi istifadə edilən, edilməyə çalışılan bəzi “sapı özümüzdən olan baltalar” da görsünlər, duysunlar, anlasınlar. Bilsinlər ki, heç kim, heç bir qüvvə artıq Azərbaycanla təzyiq, təhdid, diktə dili ilə danışa bilməz. Bu yöndə cəhdlər yersiz və əbəsdir. Atdıqları bumeranq kimi yalnız özlərinə dəyəcək, özlərini əzib keçəcək. Atalar məsəlində deyildiyi kimi, yel qayadan heç nə apara bilməz və bilməyəcək. Ona görə yaxşı olardı ki, onlar da səhvlərini, yanlışlarını, nəhayət, anlasınlar, oyuncaq kimi istifadə edilməkdən qurtulsunlar və düz yola gəlsinlər. Sosial şəbəkələr vasitəsilə şər, böhtan kampaniyası aparmaq, insanları təhqir etmək, mənəvi terrora məruz qoymaq yolverilməzdir. Bütün bunların qarşısı qanun çərçivəsində alınmalıdır. Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər. Bu reallıq dünya ölkələrində də narahatlıq doğurur və bunun qarşısını almaq üçün lazımi addımlar atılır.
- Kütləvi informasiya vasitələrində ölkəmizdə yeni bir partiyanın yaradılacağı haqqında məlumat yayılıb. Həmin təşkilatın da radikal mövqedən çıxış edəcəyi haqqında fikirlər səsləndirilir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan demokratik dövlətdir. Siyasi plüralizm, söz azadlığı gündən-günə daha da genişlənir. Amma bu gün heç bir şəxs və ya qurum Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə rəqib ola bilməz. Bu gün ölkəmizdə konstruktiv siyasi partiyalar fəaliyyət göstərir, bütövlükdə rəsmi qeydiyyatdan keçən siyasi partiyaların sayı 50-dən çoxdur.
Müəyyən partiyalar isə destruktivdir və radikal mövqedən çıxış edir. Onlar ölkəmizin inkişafını istəməyən xarici dairələrdən dəstək alırlar və ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bu təşkilatlar Azərbaycanın nailiyyətlər qazanmasını istəmir, müxtəlif yollarla varlıqlarını qorumağa çalışırlar.
Əlbəttə ki, bundan sonra kimsə ailə üzvlərindən, qohumlarından ibarət hansısa təşkilat, partiya yarada bilər. Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, kimlərsə yeni siyasi partiya yaratmağa çalışır. Bu siyasi partiyanın da radikallığa meyilli və xaricdən ölkəmizi istəməyən dairələrdən dəstək almağa ümidli olması görünür. Belələrinin bioqrafiyası Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Onların bir çoxu dünənə qədər hakimiyyətə mədhiyyələr deyirdilər. Bu kimi faktlar onların nə qədər saxta olduqlarını göstərir. Belələri cəmiyyətimizdən heç bir dəstək almayacaqlar.
Bu gün bütün dünya cənab İlham Əliyevi təkcə Azərbaycanın Prezidenti kimi deyil, bütövlükdə regionun siyasi lideri kimi qəbul edir. Belə bir halda, kimlərinsə yeni bir siyasi partiya yaradıb destruktiv fəaliyyət göstərməsinin heç bir perspektivi yoxdur. Azərbaycan cəmiyyəti radikalları heç vaxt qəbul etməyib və bundan sonra da qəbul etməyəcək.

 
  • Oxunub:  5940  |  
  • Tarix:  04-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”
14 İyun 15:56
Qurtuluşumuz bugünkü növrağımıza çevrilib
14 İyun 15:44
Məzunların "Son zəng" sevinci
14 İyun 15:39
Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub
14 İyun 15:31
“Asan İmza”nın tətbiqi təcrübəsi Londonda identitet üzrə seminarda müzakirə olunub
14 İyun 15:25
AMEA-nın prezidenti alimlərlə görüşdə İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA