A+   Yenilə  A-
ADMİU-da akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı olub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor, professor Ceyran Mahmudova tariximizin xanlıqlar dövrünə həsr olunan kitabın Azərbaycan humanitar elmlər sahəsi üçün əhəmiyyətindən danışıb. Bildirib ki, akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixində olan boşluqların aradan qaldırılmasına xidmət edir.
Ceyran Mahmudova deyib: “Artıq iki aya yaxındır ki, hörmətli akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı işıq üzü görüb. Akademik Ramiz Mehdiyev ölkəmizin tarixi ilə bağlı bir sıra dəyərli kitabların müəllifidir. Onun bir çox kitabları Azərbaycan tarixinin istər qədim, istərsə də müasir dövrlərini araşdıran dəyərli qaynaqlardır. “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi”, “XXI əsrdə milli dövlətçilik: Demokratik inkişaf və müxalifət”, “Tarixi idrakın elmiliyi problemlərinə dair”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” - bu kitabların hər biri Azərbaycan tarixinin dünənini və bu gününü əhatə edən dəyərli araşdırmalardır. Xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan, 22 orijinal sənəddən və bu sənədlərin geniş təhlilindən ibarət “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” adlı sanballı tədqiqat işində müəllif xanlıqlar dövrünün Azərbaycan tarixindəki rolunu, dövrün obyektiv siyasi mənzərəsini canlandırır. Əslində, xanlıqlar dövründən yazanda akademik Ramiz Mehdiyev ölkəmizin bu günü ilə bağlı da bizə bir çox işarələr verir. Yarım əsrlik dövrü əhatə edən xanlıqlar dövrü Azərbaycanın parçalanması, xanlıqlara bölünməsi ilə bağlı idi. Xanlıqlar dövrü vahid Azərbaycanın yaranmasına əngəl olub. Xanlıqlar arasındakı daxili çəkişmələrdə, müharibələrdə soydaşlarımızın qanı tökülüb. Ötən əsrin 90-cı illərinin əvvəllərində də biz qardaş qırğınının astanasında idik. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətinin başında durmasaydı, xalqımızın başına hansı müsibətlərin gələcəyini təsəvvür etmək belə dəhşətlidir. Biz o zaman çox çaşqın vəziyyətdə idik. Bilmirdik, gələcəyimiz necə olacaq. Belə bir zamanda Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıtması bizim üçün böyük xoşbəxtlik oldu. Biz bu vəziyyətdən çıxa-çıxa təhlükəsiz, sabit həyat yaşamağa başladıq. Azərbaycan qısa zaman ərzində öz siyasi, iqtisadi gücünü artıraraq, regionun lider dövlətinə çevrildi. Kitabda xanlıqlar dövrü sənədlərlə geniş şəkildə şərh olunur. Biz görürük ki, xanlıqlar dövründə Azərbaycana qarşı yürüdülən “parçala və hökm sür” siyasətini 90-cı illərdə də bizə qarşı tətbiq etmək istəyirdilər. Mənə elə gəlir ki, akademik Ramiz Mehdiyevin bu mövzuya müraciət etməsi heç də təsadüfi deyil. Çünki tarixi unutmaq olmaz. İnsan öz xalqının taleyini, onun hansı məşəqqətlərdən keçdiyini, hansı bəlalarla üz-üzə olduğunu unutmamalıdır. Akademik Ramiz Mehdiyev yazır: “Bütövlükdə ictimaiyyətimiz, xüsusilə də alimlərimiz özləri üçün birdəfəlik yəqin etməlidirlər ki, milli şüurun təşəkkülü prosesi, milli məfkurənin, düşüncənin yaranması kortəbii şəkildə baş vermir. Milli şüurun təşəkkülü dövlət quruculuğu qədər mürəkkəb və çoxmərhələli bir prosesdir. Onun düzgün istiqamətdə inkişaf etməsi, dayanıqlı və praktik cəhətdən faydalı olması üçün dərindən düşünülmüş, bütün zəruri detalların nəzərə alındığı çevik, mütəhərrik strategiya işlənib hazırlanmalıdır”. Bu kitabı olduqca faydalı, vaxtında işlənmiş dəyərli bir əsər kimi qiymətləndirirəm. Müxtəlif təhsil ocaqlarında kitabın təqdimat və müzakirələri həyata keçirilib və onlar bu gün də davam edir”.
ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Məryəm Əlizadə akademik Ramiz Mehdiyevin həm siyasi, həm də elmi fəaliyyətinin əhəmiyyətini vurğulayıb və zəngin təcrübəyə və hərtərəfli elmi düşüncəyə malik alimin qələmindən çıxmış kitabın böyük elmi əhəmiyyətə malik olduğunu vurğulayıb: “Mənim üçün əlamətdar olan bir məqam da var ki, bu kitabda Azərbaycan mədəniyyətindən də söz açılır. Kitabda xanlıqlar dövrünün həm mənfi tərəfləri, həm də müsbət cəhətləri işıqlandırılır. Bu kitab bizim sahə üçün mədəniyyət sahəsinin öyrənilməsi baxımından da böyük əhəmiyyət kəsb edir”.
Universitetin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Kəngərli akademik Ramiz Mehdiyevin qələmə aldığı digər elmi əsərlər kimi, bu kitabın da geniş elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb: “Elmi əsərin qiymətini müəyyənləşdirən onun yalnız hansı sualları qaldırması, hansı suallara cavab verməsi deyil, həm də hansı problemlərin həll olunması haqqında proqnoz verməsidir. Əsərin müqəddimə hissəsində qaldırılan məsələlər Azərbaycan tarixşünaslığının gələcək inkişafı üçün proqram səciyyəsi daşıyır. Hörmətli akademik kitabında Azərbaycan tarixi üçün son dərəcə əhəmiyyətli bir məsələni gündəmə gətirir və tarixi problemlərin işığında bugünkü problemləri çözməyə çağırır. Müəllif məsələyə həm tarixçi, həm filosof, həm də müdrik və təcrübəli bir dövlət xadimi kimi yanaşır. Hesab edirəm ki, bu əsər çox qiymətli bir əsərdir və kitabın müəyyən hissəsinin dərsliklərə salınması gənclər üçün də çox vacibdir”.
Tədbirdə rektorun humanitar məsələlər üzrə müşaviri professor Aqşin Babayev, kino və televiziya fakültəsinin dekanı, dosent Mübariz Məmmədli, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev, fəlsəfə elmləri doktoru, professor Əlikram Hümbətov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva, ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, dosent Əli Əmirli çıxış edərək akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının məziyyətlərindən danışıblar.
Çıxışlarda “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının tarixçilər, mənbəşünaslar, ədəbiyyatşünaslar üçün mühüm elmi mənbə kimi böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kitabın fənn proqramlarına, təqvim planlarına daxil edilməsi təklifi irəli sürülüb.

 
  • Oxunub:  6690  |  
  • Tarix:  04-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda beynəlxalq standartlara uyğun müasir milli təhsil sisteminin qurulması əsas prioritetlərdən biridir

18 Sentyabr 23:01
Taleh Şahsuvarlıdan hüquq-mühafizə orqanlarının rəhbərlərinə Aslan İsmayılovla bağlı MÜRACİƏT
18 Sentyabr 22:53
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
18 Sentyabr 20:55
Nazir Luici Di Maio: İtaliya Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda maraqlıdır
18 Sentyabr 20:37
“Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
18 Sentyabr 20:31
BP Azərbaycanda alternativ enerji sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır
18 Sentyabr 20:29
QDİƏT PM-in komitə iclasında Azərbaycanda vergi sistemində aparılan islahatlardan danışılıb
18 Sentyabr 20:27
Azərbaycan ilə Böyük Britaniya arasında bütün sahələrdə münasibətlər yüksək səviyyədədir
18 Sentyabr 20:25
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18 Sentyabr 20:24
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirə olunub
18 Sentyabr 20:16
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib
18 Sentyabr 20:13
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” mənim gözlərim önündə ərsəyə gəlib
18 Sentyabr 20:08
Xalça Muzeyində “Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü” adlı tədbir təşkil olunub
18 Sentyabr 20:06
Dövlət Komissiyası: Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadiləsinə hazırdır
18 Sentyabr 20:04
Mariya Stadnik: Medal kolleksiyamda təkcə Olimpiya qızılı çatmır
18 Sentyabr 20:02
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
18 Sentyabr 20:00
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
18 Sentyabr 19:56
Beynəlxalq Muğam Mərkəzində növbəti tədbir “Xəlqilik, millilik, beynəlmiləllik” mövzusuna həsr olunub
18 Sentyabr 17:56
Eldəniz Səlimov: “Əsrin müqaviləsi” müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük töhfə verdi
18 Sentyabr 17:54
Pərvin Kərimzadə: Heydər Əliyev Fondu təhsilli gələcəyimizə xidmət edir
18 Sentyabr 17:52
Paracüdoçularımız "Tokio 2020" Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli turnirdə mübarizə aparacaqlar
18 Sentyabr 17:50
Tahir Mirkişili: Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına öz töhvəsini verəcək
18 Sentyabr 17:48
Rauf Əliyev: “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı
18 Sentyabr 17:47
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirə olunub
18 Sentyabr 17:33
“İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması” təsdiqlənib
18 Sentyabr 17:32
“Bunların hamısı qəti şəkildə yalandır" ÖZƏL-MÜNASİBƏT
18 Sentyabr 17:28
“Əsrin müqaviləsi” bundan sonra da Azərbaycanın qüdrətini artırmağa xidmət edəcək”
18 Sentyabr 17:24
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
18 Sentyabr 17:16
“Əsrin müqaviləsi” Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir"
18 Sentyabr 17:10
ASAN Könüllüləri Milli Musiqi Gününü qeyd ediblər
18 Sentyabr 16:53
Azərbaycan güləşçisi Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18 Sentyabr 16:50
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında memorandum imzalanıb
18 Sentyabr 16:40
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
18 Sentyabr 16:39
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
18 Sentyabr 16:36
Azərbaycanda 6 min 500-ə yaxın əcnəbi tələbə təhsil alır
18 Sentyabr 16:08
Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov
18 Sentyabr 16:01
“Əsrin müqaviləsi”nin 25 illik əsas faktları
18 Sentyabr 15:47
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18 Sentyabr 15:38
“Azərkosmos” Afrika qitəsində peyk xidmətləri təklif edən “Intersat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
18 Sentyabr 15:34
Nəsimi rayonunda məcburi köçkünlər üçün səyyar məşğulluq xidməti təşkil edilib
18 Sentyabr 15:13
YAP-ın Ağdam və Bərdə rayonlarından olan fəalları ilə görüş keçirilib
18 Sentyabr 15:12
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
18 Sentyabr 15:05
Ölkədə iqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfərə çatır
18 Sentyabr 15:03
Azərbaycan-İtaliya əlaqələrinin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın mühüm rolu var
18 Sentyabr 14:21
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18 Sentyabr 14:11
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik
18 Sentyabr 13:59
“Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli
18 Sentyabr 13:52
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
18 Sentyabr 13:50
Azərbaycanla Gürcüstanın enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub
18 Sentyabr 13:33
Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
18 Sentyabr 13:07
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
18 Sentyabr 12:56
Baş nazirin müavini: XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu
18 Sentyabr 12:50
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18 Sentyabr 12:39
Azərbaycan ilə Tacikistan arasında aqrar sahədə əlaqələrin genişləndirilməsi üçün geniş potensial var
18 Sentyabr 11:55
“Əsrin müqaviləsi” – Milli uğur strategiyası
18 Sentyabr 11:51
Genişmiqyaslı təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 Sentyabr 11:47
Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
18 Sentyabr 11:39
UNEC-in birinci kurs tələbələri ilə fakültələrdə görüşlərə start verilib
18 Sentyabr 11:32
Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi
18 Sentyabr 11:29
Paytaxt məktəblərində müəllimlərin İKT bilikləri yoxlanılır
18 Sentyabr 11:27
Əli Əhmədov: Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir
18 Sentyabr 11:19
İlahiyyat İnstitutunun məqsədi gələcəyin peşəkar alim və mütəxəssislərini yetişdirməkdir
18 Sentyabr 10:54
BMT Baş katibinin Beynəlxalq Sülh Günü münasibətilə müraciəti yayılıb
18 Sentyabr 10:39
Bu gün Milli Musiqi Günüdür
18 Sentyabr 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus ünikal musiqi alətlərinin sərgisi açılıb
18 Sentyabr 10:06
Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub
18 Sentyabr 09:56
Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilir
18 Sentyabr 09:53
Xalqının taleyini yaşayan dahi
18 Sentyabr 09:50
YAP Bərdə rayon təşkilatında Nəsiminin 650 illik yubileyi münasibətilə şeir müsabiqəsinin yekun seçim turu keçirilib
18 Sentyabr 09:48
Qubadlı məktəblərində Bilik Günü qeyd edilib
18 Sentyabr 09:47
YAP Ağstafa rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA