A+   Yenilə  A-
ADU-da “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Ümummilli Liderin anadan olmasının 96-cı ildönümünə həsr olunan konfrans ADU-nun və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə reallaşıb.
Mərasim iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Tədbiri giriş sözü ilə açan rektor Kamal Abdulla konfrans haqqında məlumat verib. O bildirib ki, konfransın keçirilməsinin məqsədi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir. Rektor xatırladıb ki, Ulu Öndərin anadan olmasının 95 illiyi münasibətilə ötən il təşkil olunan eyniadlı birinci konfrans dünyanın 11 ölkəsinin 14 universitetində keçirilib. Belə ki, konfransın açılış və bağlanışı ADU-da, bölmə iclasları isə müxtəlif ölkələrin universitetlərində təşkil edilib. Konfransın əhatə dairəsinin genişliyi sayəsində yüksək nəticələr əldə olunub.
Kamal Abdulla nəzərə çatdırıb ki, bu il də konfransın açılış və bağlanış mərasimi universitetdə keçirilir. Həmçinin konfrans bu il bölmə iclaslarını nüfuzlu elmi məkanlarla yanaşı, Cəbrayıl rayon 102 nömrəli tam orta məktəbində, N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində, Kəlbəcər rayon 1 nömrəli, Ağdam rayon 47 və 1 nömrəli, Xocavənd rayon Xocavənd kənd 1 nömrəli köçkün tam orta məktəblərində və Nardaran kənd 295 nömrəli məktəbdə keçirəcək. Bizim məqsədimiz bu məktəblərə Ulu Öndər Heydər Əliyevin ideallarını aparmaqla yanaşı, öz diqqət və qayğımızı da onlara göstərməkdir.
Rektor deyib: “Azərbaycan multikulturalizmi keşməkeşli uzun illərdən keçib gəlsə də, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində multikulturalizmin siyasi əsası qoyulub. Multikultural dəyərlər, Azərbaycanda yaşayan xalqların dillərinin, ədəbiyyatlarının inkişaf etdirilməsi, öz ana dillərində təhsilalma hüquqları rəsmi sənədlərdə öz əksini tapıb. Əsası Ulu Öndər tərəfindən qoyulan multikultural siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. O, Azərbaycan multikulturalizminin yeni modelini yaradıb. Bu model bizim multikulturalizmimizi bütün dünyada məşhur edib. Bu gün Azərbaycan multikulturalizmi Avropanın universitetlərində tədris olunur. Həmin universitetlərdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, Azərbaycan dəyərləri, yəni Azərbaycan həqiqətləri tədris olunur”.
Rektor konfrans iştirakçılarını açılış münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycanın dəyərli oğlu, ictimai xadim Heydər Əliyevə həsr olunan konfrans çox ciddi mövzunu əhatə edir. O deyib: “Heydər Əliyevlə təkcə Azərbaycan deyil, bütün türk dünyası fəxr edir. Azərbaycanın yaxın keçmişinə nəzər salsaq, görərik ki, Heydər Əliyev istər SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixində mühüm rol oynayıb. Təbii ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında Onun rolu əvəzedilməzdir və böyükdür. Bugünkü multikulturalizm mövzusu Azərbaycan və dünya üçün çox vacibdir. Ölkəmizdə tarixi ənənələrə əsaslanan multikulturalizm siyasəti Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Azərbaycanda müxtəlif dillərdə danışan, ayrı-ayrı dini inancları olan millətlərin nümayəndələri bir dövlətin - müstəqil Azərbaycanın vətəndaşları kimi yaşayırlar”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, milli müstəqil dövlətimizin, YAP-ın qurucusu Heydər Əliyevin bizə qoyub getdiyi irsi öyrənmək və onu gənc nəslə çatdırmaq borcumuzdur. Konfransın keçirilməsi bu baxımdan gözəl təşəbbüsdür. Çünki Ulu Öndərin apardığı siyasətdə tolerant və multikultural cəmiyyət qurmaq önəmli yer tuturdu.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Azərbaycanda multikulturalizmin inkişafında və tolerant mühitin yaradılmasında Heydər Əliyevin xidmətlərindən danışıb. O deyib: “İnanıram ki, bu konfrans Ümummilli Liderin multikulturalizm sahəsində həyata keçirdiyi siyasətin, atdığı addımların gəncliyimizə, dünyaya çatdırılmasında mühüm rol oynayacaq”.
Açılış mərasimində Yasski Universitetinin slavistika kafedrasının dosenti Lyudmila Bejenaru, Belqrad Universitetinin professoru Ema Miljkovic (Petrovic), Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, İsrail səfirinin birinci müavini Avital Rozenberq, İndoneziyanın səfiri Hüsnan bəy Fanani, Fransa səfirinin mədəniyyət işləri üzrə müşaviri Yohan Şiterer, ADU-nun elmi işlər üzrə prorektoru, professor Sevinc Zeynalova çıxış ediblər.
Konfrans mayın 6-dan 8-dək “Heydər Əliyev və müasir Azərbaycan”, “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm”, “Qloballaşan dünyada dinlərin və mədəniyyətlərin dialoqu”, “Müasir beynəlxalq münasibətlər və multikulturalizm” və “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu” bölmələri ilə öz işini davam etdirəcək.

 
  • Oxunub:  4530  |  
  • Tarix:  07-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir

20 Sentyabr 21:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
20 Sentyabr 20:56
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
20 Sentyabr 20:55
Zhang Yesui: Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir
20 Sentyabr 20:53
Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq
20 Sentyabr 20:51
Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərgi açılıb
20 Sentyabr 20:46
Aran iqtisadi rayonundakı 41 sahibkara 767 min manat güzəştli kredit verilib
20 Sentyabr 20:43
Robert Dadli: “Əsrin müqaviləsi” Azərbaycanın dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb
20 Sentyabr 20:38
Əhməd bəy Ağaoğluya həsr edilmiş elmi konfrans işini yekunlaşdırıb
20 Sentyabr 20:34
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
20 Sentyabr 20:30
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisi açılıb
20 Sentyabr 20:27
Vergilər Nazirliyi BP şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib
20 Sentyabr 20:09
Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
20 Sentyabr 20:05
Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri ölkəmizin zəngin mədəni irsi ilə tanış olub
20 Sentyabr 20:01
Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub
20 Sentyabr 19:44
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20 Sentyabr 19:41
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyəti İçərişəhərlə tanış olub
20 Sentyabr 19:37
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş konfransın ikinci günü 20-dən çox məruzə dinlənilib
20 Sentyabr 19:36
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20 Sentyabr 19:29
Təhsil naziri Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
20 Sentyabr 19:26
Londonda “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub
20 Sentyabr 19:20
İƏT-in Baş katibi Ermənistan baş nazirinin bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edib
20 Sentyabr 19:01
“Washington Examiner” jurnalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib
20 Sentyabr 18:56
Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
20 Sentyabr 18:48
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb
20 Sentyabr 18:46
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
20 Sentyabr 18:44
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edib
20 Sentyabr 18:40
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb
20 Sentyabr 18:26
Mərakeşli nazir: Mərakeş Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
20 Sentyabr 18:10
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
20 Sentyabr 18:05
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 18:02
Şahin Mustafayev: İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq
20 Sentyabr 17:59
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
20 Sentyabr 17:58
Eldəniz Səlimov: Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər
20 Sentyabr 17:52
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
20 Sentyabr 17:50
Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb
20 Sentyabr 17:46
Kamilə Əliyeva: “Əsrin müvaqiləsi”nin imzalanmasından başlanan yol dirçəliş, yüksəliş, tərəqqi, intibah yolu və mərhələsi oldu
20 Sentyabr 17:44
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Sabirabad, Saatlı və İmişlidə vətəndaşlarla görüşüb
20 Sentyabr 17:41
«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
20 Sentyabr 17:39
Gənclər və İdman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
20 Sentyabr 17:18
Azərbaycan Çin iqtisadiyyatına 1,7 milyard dollar sərmayə yatırıb
20 Sentyabr 17:11
Britaniyalı Yəhudilər Şurasının üzvləri Azərbaycandakı dini və milli tolerantlığı yüksək qiymətləndiriblər
20 Sentyabr 17:09
Azərbaycan Tacikistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətlərini müzakirə edib
20 Sentyabr 17:07
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib
20 Sentyabr 17:04
Rövnəq Abdullayev: Neft gəlirlərinin insan kapitalına transformasiyası həyatımızın keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olub
20 Sentyabr 16:59
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
20 Sentyabr 16:56
Kristian Okerhelm: Azərbaycanda bütün dini konfessiya nümayəndələri üçün azad və tolerant mühit yaradılıb
20 Sentyabr 16:52
Musa Quliyev: Dövlət tərəfindən özəl təhsil və səhiyyə müəssisələrinə fərqli yanaşma və dəstək verilməsi məqsədəuyğun olar
20 Sentyabr 16:49
Ali Məhkəmənin sədri Lənkəranda vətəndaşları qəbul edib
20 Sentyabr 16:47
Naqif Həmzəyev: Heydər Əliyevin neft strategiyası Azərbaycanın daha da güclənməsinə xidmət edib
20 Sentyabr 16:43
Deputat: "Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu
20 Sentyabr 16:41
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
20 Sentyabr 15:51
Fuad Qəhrəmanlının bu vəhşiliyi bütün cəbhəçilərin simasını göstərdi
20 Sentyabr 14:19
“Azərbaycanın MDB-yə daxil olmasını zəruri edən səbəblər vardı”
20 Sentyabr 10:49
Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçirilir
20 Sentyabr 10:46
Rusiyanın Dövlət Duması Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib
20 Sentyabr 10:39
Elçin Quliyev: “Əsrin müqaviləsi” Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyasının möhtəşəm təntənəsidir
20 Sentyabr 10:25
ADU-nun Konfutsi İnstitutu Çin sərgisində iştirak edib
20 Sentyabr 09:23
Elçin Əhmədov: “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edildi
20 Sentyabr 09:11
“Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir
20 Sentyabr 08:48
Regionlarda meyvəçiliyin inkişafı istiqamətində çoxşaxəli tədbirlər görülür
19 Sentyabr 23:14
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir
19 Sentyabr 22:55
Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair fikir mübadiləsi aparılıb
19 Sentyabr 22:40
Səfir Erkan Özoral: Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir
19 Sentyabr 22:32
Yelizaveta Truss və Kristofer Pinçerdən
19 Sentyabr 21:39
Li Canşu: Çin Azərbaycanla əlaqələri dərinləşdirmək niyyətindədir
19 Sentyabr 17:57
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Sentyabr 17:56
YAP Gəncə şəhər təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 Sentyabr 17:55
“Əsrin müqaviləsi” – Ulu Öndərimizin şah əsəri, bu günkü və gələcək inkişafımızın təməl daşıdır
19 Sentyabr 17:52
Mərkəzi Elmi Kitabxanada “Qafqaz Neoliti” sənədli filminin təqdimatı olub
19 Sentyabr 17:50
YAP Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi ilə əlaqədar Nəft Daşlarında təntənəli tədbir keçirildi

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA