Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Beyləqan rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib

YAP Beyləqan rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib

07.05.2019 [15:55]

Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. Rayon təşkilatının şura üzvləri və ilk partiya təşkilat sədrlərinin iştirak etdikləri tədbirdən öncə Ulu Öndərin rayon mərkəzindəki abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev Ulu Öndərin Azərbaycan dövlətçiliyi və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Onun sözlərinə görə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan strateji kursun bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmiz böyük nailiyyətlərə imza ataraq dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrilib. Tədbir iştirakçılarından rayon Təhsil şöbəsinin müdiri Tahir Həsənov, Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov, rayon təşkilatı Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova, şəhər 1 saylı ilk partiya təşkilatının sədri Mehman Əliyev, rayon mədəniyyət şöbəsinin müdiri Nazim Mirzəyev və başqa partiya fəalları Ulu Öndərin misilsiz fəaliyyəti haqqında ətraflı məlumatlar veriblər.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30