A+   Yenilə  A-
Azərbaycanda 2019-cu ilin birinci rübündə ÜDM istehsalı 3 faiz artıb

Prezident İlham Əliyev: Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq
Son 15 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, dərinməzmunlu islahatlar kursu ölkəmizin inamlı inkişafını təmin edib. Əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan mütəmadi qaydada uğurların miqyasını genişləndirmək, inkişafın ardıcıllığını təmin etmək əzmi ortaya qoyur. Təsadüfi deyil ki, respublikamız dünyanın bir sıra ölkələrində çox ciddi fəsadlarla müşayiət olunan qlobal iqtisadi böhranın mənfi təsirlərini uğurla dəf etməyə nail olub. 2019-cu ilin birinci rübünün göstəricilərinə istinadən deyə bilərik ki, hazırda milli iqtisadiyyatımız bütünlüklə inkişafa istiqamətlənib. Ölkədə makroiqtisadi sabitlik təmin edilir, inflyasiya cəmi 2,1 faiz səviyyəsindədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ilin əvvəlindən bəri əldə olunan uğurlardan məmnunluqla söhbət açıb. “İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı isə 15,6 faiz artıb
Hazırda dünya dördüncü sənaye inqilabına doğru irəliləyir. Müasirləşməni strateji hədəf seçən Azərbaycan da özünün geniş imkanlarından - zəngin təbii sərvətlərindən, tarixən formalaşan ənənələrindən, insan resurslarından bəhrələnməklə yüksək sənaye inkişafına, ələlxüsus da qeyri-neft sənayesində istehsal imkanlarının genişləndirilməsinə nail olmağı hədəfləyib. Son illərdə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında uğurla həyata keçirilən yeni nəsil islahatların bir qismi məhz sənaye quruculuğunun təşviq edilməsinə, bu sektora investisiya qoyuluşunun artırılmasına hesablanıb. Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda sənaye inkişafının diqqət mərkəzində saxlanılması Davos İqtisadi Forumunda da yüksək dəyərləndirilib. Davosda Prezident İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında keçirilən görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib. Bəhs olunan görüşdə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd edib. Söhbət zamanı Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək deyib ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək.
Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq sənaye quruculuğuna hərtərəfli dəstək göstərilməsi öz müsbət nəticəsini verir. Hazırda sənaye sektoru milli iqtisadiyyatımızın aparıcı istiqamətlərindən biri qismində çıxış edir. Yeni şəraitdə Azərbaycan iqtisadiyyatında ən yaxşı inkişaf göstəriciləri məhz sənaye sektorunda qeydə alınır. Xüsusilə ölkəmizdə qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsi məmnunluq doğurur. Bütövlükdə, son illərdə ölkədə metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və Azərbaycan üçün ənənəvi olan digər sənaye sahələri genişlənib, həmçinin yeni sənaye sahələri də formalaşıb. Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsinin üzvünə çevrilməsi, xarici bazarlara ənənəvi mallarla yanaşı, yüksək rəqabət qabiliyyətinə malik hərbi təyinatlı məhsullar çıxartması son dərəcə qürurverici haldır. Son 15 ildə ölkəmizdə sənaye istehsalı 2,6 dəfə artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Sənaye sektorunda, o cümlədən də qeyri-neft sənayesində istehsalın genişlənməsi cari ilin əvvəlindən də davam edib. Prezident İlham Əliyev ilin birinci rübündə sənaye sektorunda əldə olunan uğurları ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi kimi səciyyələndirərək deyib: “Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir”.
Cari ilin birinci rübündə istifadəyə verilən nəhəng müəssisələr hesabına Azərbaycanın sənaye xəritəsi daha da zənginləşib. 2019-cu ilin yanvarında Sumqayıt Kimya Sənaye Parkının ərazisində istifadəyə verilən “SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir.
Cari il fevralın 18-də respublikamızın çoxsaylı sənaye müəssisələri sırasına daha bir nəhəng istehsalat əlavə olunub. Belə ki, bəhs olunan tarixdə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodu Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ilk müəssisə - polipropilen zavodu 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə istifadəyə verilib. Haqqında bəhs olunan layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır.
Azərbaycanda biznes mühiti getdikcə daha da yaxşılaşır
Son illərdə Azərbaycanda müşahidə edilən müsbət reallıqlardan biri də ondan ibarətdir ki, ölkədə iqtisadi fəallığın təmin olunmasında özəl bölmənin rolu getdikcə artır. Bu da ilk növbədə o amillə şərtlənir ki, respublikamızda sahibkarlığın inkişafına dövlət tərəfindən davamlı olaraq dəstək göstərilir.
Yeni şəraitdə sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. İndiyədək investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür.
Paralel şəkildə sahibkarlara dəstək mexanizmi getdikcə təkmilləşdirilir. Dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Sənədə əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 1 000 000 manatadək artırılıb.
Belə genişmiqyaslı dəstək tədbirlərinin nəticəsi olaraq respublikamızda güclü sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Qeyd edək ki, son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb. Bəhs olunan dövrdə respublikamızda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5,1 dəfə artıb. Ölkəmizdə biznes mühitinin getdikcə daha da yaxşılaşmasından məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanda biznes mühiti yaxşılaşır, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılır, həm yerli, həm xarici sərmayələr dövlət tərəfindən lazımi səviyyədə qorunur. Beləliklə, biz xarici və daxili sərmayəni cəlb etməklə ölkəmizi inkişaf etdiririk”.
Ölkənin qazandığı əlavə maliyyə vəsaiti imkan verir ki, sosial sahə daha da gücləndirilsin
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, dinamik iqtisadi inkişafın, aparılan islahatların, o cümlədən də şəffaflığın yüksək səviyyədə təmin edilməsinin real nəticəsi olaraq 2019-cu ilin birinci rübündə respublikamızda büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bu əlavə gəlirlərin təxminən 150 milyon manatı vergi daxilolmalarının, 50 milyon manatdan çox hissəsi isə gömrük rüsumlarının sayəsində qazanılıb. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplamağa müvəffəq olub. Azərbaycanın sosial siyasət strategiyasına uyğun olaraq əlavə gəlirlər ilk növbədə sosial sahəyə yönəldilir. Ölkəmizi fərqləndirən bu cəhətə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək. Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində, əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək”.
Bütövlükdə, Azərbaycanın yüksək inkişaf göstəricilərinə nail olmasını və özünü dünyaya hər cəhətdən nümunəvi ölkə kimi təqdim etməsini şərtləndirən amillər sırasında respublikamızın maliyyə təminatının möhkəmlənməsinin önəmini xüsusi vurğulamaq lazımdır. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, qlobal çətinliklər şəraitində belə maliyyə imkanlarını genişləndirməyə və özünün strateji valyuta ehtiyatlarını ilbəil artırmağa nail olub. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 45 milyard dollara çatıb ki, bu da kifayət qədər böyük rəqəmdir. Əlamətdar haldır ki, respublikamız adambaşına düşən valyuta ehtiyatlarına görə dünyada öncül mövqelərdən birini bölüşür. Respublikamızın xarici borclanması da kifayət qədər aşağı səviyyədədir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6120  |  
  • Tarix:  09-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

26 İyun 18:50
AŞPA sessiyası çərçivəsində “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” mövzusunda tədbir keçirilib
26 İyun 18:38
Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub
26 İyun 18:07
Füzuli rayonunun ictimaiyyəti Silahlı Qüvvələr Gününü hərbçilərlə birgə qeyd edib
26 İyun 17:43
Şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib
26 İyun 17:22
“Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib
26 İyun 17:00
NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib
26 İyun 16:20
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26 İyun 15:57
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
26 İyun 15:30
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb
26 İyun 15:23
Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur
26 İyun 14:06
Azərbaycan nümayəndə heyəti “ARMY-2019” Forumu çərçivəsində bir sıra görüşlər keçirib
26 İyun 14:04
AŞPA-nın yay sessiyasında Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb
26 İyun 13:48
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb
26 İyun 13:45
Pakistan Prezidenti Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
26 İyun 13:42
Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26 İyun 13:39
AŞPA-da azərbaycanlı deputat psixi xəstələrin hüquqlarının müdafiəsindən danışıb
26 İyun 13:36
“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına yekun vurulub
26 İyun 11:52
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26 İyun 11:50
Azərbaycan atletləri “Minsk 2019”un altıncı günündə idmanın beş növü üzrə mübarizə aparacaqlar
26 İyun 11:48
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
26 İyun 11:38
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib
26 İyun 11:35
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26 İyun 11:07
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA