A+   Yenilə  A-
Şeyxülislam Allahşükür Paşazadə: Prezident İlham Əliyev bəşəriyyətin mənəvi ehtiyac duyduğu qlobal ideyalar irəli sürür

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibədə Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi və “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından, bu istiqamətdə görülən işlərdən söhbət açılır.
- Şeyx həzrətləri, dövlətimiz dinə və dindarlara hər zaman qayğı göstərir. Prezident İlham Əliyevin son sərəncamları bu qayğının bariz nümunəsidir. Bu barədə nə deyə bilərsiniz?
- Bismillahir-rəhmanir-rəhim!
Peyğəmbər Salavatullahın hədisi vardır ki, Allah-Təala bir xalqı istəsə, o xalqa müdrik rəhbər, öndər göndərəcək və bu xalqı zülmətdən nura tərəf aparacaq. Şükürlər olsun ki, Azərbaycana belə rəhbərlər lütf edilib və bu şəxsiyyətlərin ümumbəşər əhəmiyyətli ideyaları sayəsində ölkəmiz, xalqımız adını dünyanın tarix salnaməsinə həkk etməyə nail olub.
Bəli, Azərbaycan Prezidentinin önəmli qərarları sırasında 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətə başlamağımın 40 illiyi münasibətilə verdiyi sərəncamlar xüsusi yer tutur. Mən dövlətçiliyimiz, bölgəmizin tarixi üçün əhəmiyyətli olan bu sərəncamları həm şəxsimə, həm də Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi, eyni zamanda, milli-mənəvi dəyərlərə ali diqqətin bariz nümunəsi kimi qəbul edirəm. Qafqaz bölgəsi dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək dövlətimizin başçısına minnətdarlıq məktubu ünvanlamışıq. Bir daha təşəkkürlərimi Azərbaycanın liderinə, dünya miqyaslı dövlət xadiminə ünvanlamaqdan şərəf duyuram. Zati-aliləri sayəsində nail olduğumuz hər bir uğur dünya müsəlmanlarının, Azərbaycan ictimaiyyətinin və dini mühitimizin nəzərində əlamətdar və tarixi hadisəyə çevrilir. Ölkəmizi bütün sahələrdə inkişaf mərhələsinə qaldıran, dini-mədəni mühitin tərəqqisini təmin edən, sosial-iqtisadi islahatları ilə xalq-dövlət birliyini möhkəmləndirən Prezidentimiz yüksək təfəkkürü sayəsində XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən ideyalar irəli sürür və onların reallaşdırılması istiqamətində əməli səylər göstərir. Bu, Uca Yaradanımızın buyurduqlarına uyğun olan, müqəddəs amallara xidmət edən və insanlığın vəhdəti, həmrəyliyinə rəvac verən önəmli missiyadır. Dünya ictimaiyyəti bunu görür və yüksək dəyərləndirir.
Müxtəlif qitələrin nümayəndələrinin, fərqli din və mədəniyyətlərin təmsilçilərinin Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi böyük nailiyyətdir. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan Respublikasında sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı Prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadilələri aparılır. Bu baxımdan 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş Sammiti sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfə olmuşdu.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2019-cu il noyabrın 14-15-də Bakı şəhərində Dünya dini liderlərinin II sammiti keçiriləcək. Bu sammit çərçivəsində ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi aktuallıq və dəyər kəsb edir. Əminik ki, müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbir dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfəsini verəcək. Bu, Azərbaycanımız üçün böyük uğurdur.
Din xadimi olaraq, xüsusən şadam ki, Azərbaycan iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə də dünyanın diqqət mərkəzindədir. Biz dünya miqyasında dinlərarası əməkdaşlığın uğurlu ənənəsinə hər zaman sadiqik. Əlbəttə, Azərbaycanın bu sahədə uğurlarını şərtləndirən məqamlardan ən mühümü odur ki, ölkəmizdə din-dövlət münasibətləri düzgün qurulub. Tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi hiss edir, dövlətin diqqətini, qayğı və himayəsini eyni dərəcədə hiss edirlər.
Düşünürəm ki, Azərbaycan öz uğurlu multikulturalizm modelini dünya səviyyəsində tanıda bilib. Allah doğru yolda, haqq yolunda olanlara rəvac verir, düzgün addımlar atanlara hər zaman yardımçı olur. Əminəm ki, bu nailiyyətlərə görə əziz qardaşım Heydər Əliyevin də ruhu şaddır. Belə ki, bu uğurlu siyasətin əsası dünyaca tanınmış müdrik öndərimiz, bu günlərdə anadan olmasının növbəti ildönümünü qeyd etdiyimiz Heydər Əliyev tərəfindən qoyulub və bu xətti Prezident İlham Əliyev yüksək səviyyədə davam və inkişaf etdirir. Allah Heydər Əliyev həzrətlərinə rəhmət eləsin!
Dindarlarımız hər zaman dövlətimizin başçısına Azərbaycan naminə misilsiz fəaliyyətində daha möhtəşəm uğurlar qazanması üçün dualar edirlər. Prezidentimiz hər zaman xalqın içindədir, onun qayğıları ilə yaşayır, ehtiyacı olanın, kimsəsizin, dara düşənin, təbii fəlakətdən əziyyət çəkənin, ağsaqqalın, ağbirçəyin, uşaqların, əsgərin, məcburi köçkünün yanındadır. Azərbaycan xalqının dövlətimizin başçısına olan sonsuz etimadı, dəstəyi və məhəbbəti onun rifah və tərəqqisi üçün böyük zəhmətlər çəkən Prezident İlham Əliyevə ən dəyərli mükafatdır.
Uca Allah belə əməllər sahibinin bütün səylərinə rəvac verər. Biz dindarlar dövlətimizin başçısının xalqımızın rifahının daha da yaxşılaşdırılması üçün gördüyü işləri yüksək dəyərləndiririk. Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində əməli addımları, milli-mədəni irsin qorunması işinə göstərilən maddi və mənəvi yardımı, dini abidələrə dövlət səviyyəsində qayğı və himayəni müdrik siyasətin nümunəsi kimi dəyərləndiririk. Biz, Prezidentimizə din xadimlərinə ali diqqət və davamlı maddi-mənəvi qayğısına görə hədsiz minnətdarlığımızı çatdırmaqdan şərəf duyuruq. Biz Uca Allahın lütfü, Prezidentimizin rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, dövlətimizin, xalqımızın daha böyük uğurlara imza atacağına inanırıq. Dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsi başda olmaqla, bütün dindarlar Prezident İlham Əliyevin yanındadırlar və Azərbaycanın səadətini təmin edən siyasətini hər zaman dəstəkləyir, xalqımızın və dövlətimizin tərəqqisi naminə gördüyü dəyərli işlərə Uca Yaradanımızdan rəvac diləyirlər.
- Dövlətimizin başçısının imzaladığı sərəncamlarla bağlı hansı işlər görülüb və görülməsi nəzərdə tutulur?
- Dövlətimizin başçısının imzaladığı sərəncamlara uyğun olaraq yaradılmış Təşkilat Komitəsinin sədri Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə iclas keçirilib. Artıq dünya dini liderlərinin II Bakı Sammitinə dəvət olunacaq qonaqların siyahısı dəqiqləşdirilib və dəvətlər ünvanlarına göndərilib. Sammitin miqyasına, əhəmiyyətinə və statusuna uyğun təşkilati - texniki işlər başlanılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də öz növbəsində, sərəncamlardan irəli gələn məqamlara dair tədbirlər planı hazırlayıb. Təşkilat Komitəsində təmsil olunan rəsmilər, dini icma rəhbərləri, elm adamları, media rəhbərləri ümumölkə əhəmiyyətli tədbir olan bu Sammitin təşkili işinə öz töhfələrini verirlər və İnşallah, bu səylər ən yüksək şəkildə öz nəticəsini göstərəcək.
- Son görüşlərinizdə Vyana şəhərində keçiriləcək konfransın mesajını verdiniz. Bu konfransın gündəliyində hansı məsələlər var? Dağlıq Qarabağ məsələsini Vyana konfransında da qaldıracaqsınızmı?
-Bəli, 2017-ci ilin sonunda “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr olunan Bakı konfransında iştirakçıların yekdil fikri əsasında, dinlərarası və sivilizasiyalararası əməkdaşlıq ideyalarının davamlı şəkildə təbliğ olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində müxtəlif ölkələrin nüfuzlu din və ictimai xadimlərindən ibarət Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi təsis olundu. Bu Mərkəzin xətti, Xarici İşlər Nazirliyi və mənzil-qərargahı Vyanada yerləşən KAİCİİD beynəlxalq dinlər və mədəniyyətlərarası dialoq Mərkəzinin dəstəyi, Avstriyanın müvafiq dövlət, qeyri-hökumət təşkilatları, dini və elm mərkəzləri ilə birgə bu il iyunun 19-20-də Vyana şəhərində “Sivilizasiyalar və dinlərarası dialoqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransda “Sivilizasiyalararası və dinlərarası dialoqun bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına və dini tolerantlıq ideyalarının tərənnümünə xidmət edir”, “Terrorizm, ekstremizm, separatizm, ksenofobiya, islamofobiya dinlərarası dialoqa və həmrəyliyə təhdid kimi”, “Gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalar və dinlərarası əməkdaşlığın rolu”, “İnsan hüquqlarının qorunması sahəsində sivilizasiyalar və dinlərarası dialoqun əhəmiyyəti, insanlara qarşı zorakılıq halları - irqi və dini dözümsüzlük, işğalçılıq, etnik təmizləmə siyasətinə məruz qalmış qaçqın və məcburi köçkünlərə, miqrantlara mərhəmət və qayğı göstərməyin vacibliyi”, “Münaqişə zonalarında etnomədəni və dini abidələrin dağıdılması və zorakılığa məruz qalması”, “Dövlət, elm və din xadimlərinin sivilizasiyalararası və dinlərarası dialoqun və əməkdaşlığın təşviqində birgə səylərinin rolu” mövzularında müzakirələr aparılacaq. Bunlarla yanaşı, böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin ümumbəşəri, multikultural ideyalarının dövrümüz üçün aktuallığı mövzusu da gündəmə gətiriləcək.
Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası müxtəlif millətlərə və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından, müxtəlif mədəniyyətlərin dialoqundan keçir. Bu, Uca Yaradanımıza xoş olan mənəvi üstünlükdür, bəşəri ucaldan dəyərdir. Biz bu məqamı xalqımızın ən ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə də unutmur, problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli sülh yolu ilə həllində israr edirik.
Bu günədək iştirak etdiyim elə bir beynəlxalq tədbir, çıxış etdiyim elə bir xitabət kürsüsü olmayıb ki, oradan xalqımızın ən böyük problemi olan Qarabağ məsələsini xatırlatmayım, ərazilərimizin 20 faizinin işğal altında olduğunu, dini-mədəni abidələrimizin dağıdılmasını, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın problemini qaldırmayım. Vyana konfransı da istisna olmayacaq. Avropanın mərkəzində biz bütün dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminə yönəltmək fürsətindən istifadə edəcəyik.
Qoy Uca Allah lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin! İnşallah!

 
  • Oxunub:  6210  |  
  • Tarix:  09-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

26 İyun 18:50
AŞPA sessiyası çərçivəsində “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” mövzusunda tədbir keçirilib
26 İyun 18:38
Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub
26 İyun 18:07
Füzuli rayonunun ictimaiyyəti Silahlı Qüvvələr Gününü hərbçilərlə birgə qeyd edib
26 İyun 17:43
Şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib
26 İyun 17:22
“Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib
26 İyun 17:00
NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib
26 İyun 16:20
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26 İyun 15:57
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
26 İyun 15:30
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb
26 İyun 15:23
Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur
26 İyun 14:06
Azərbaycan nümayəndə heyəti “ARMY-2019” Forumu çərçivəsində bir sıra görüşlər keçirib
26 İyun 14:04
AŞPA-nın yay sessiyasında Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb
26 İyun 13:48
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb
26 İyun 13:45
Pakistan Prezidenti Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
26 İyun 13:42
Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26 İyun 13:39
AŞPA-da azərbaycanlı deputat psixi xəstələrin hüquqlarının müdafiəsindən danışıb
26 İyun 13:36
“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına yekun vurulub
26 İyun 11:52
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26 İyun 11:50
Azərbaycan atletləri “Minsk 2019”un altıncı günündə idmanın beş növü üzrə mübarizə aparacaqlar
26 İyun 11:48
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
26 İyun 11:38
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib
26 İyun 11:35
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26 İyun 11:07
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA