A+   Yenilə  A-
2019-cu ilin birinci rübü regionların sosial-iqtisadi inkişafı baxımından uğurlu olub

Respublikanın bölgələrində inkişaf dinamikası davamlı xarakter daşıyır
Məlum olduğu kimi, son 15 ildə Prezident İlham Əliyevin siyasi qətiyyəti və uzaqgörənliyi sayəsində milli iqtisadiyyatımızın davamlı inkişafı üçün bütün şərtlər təmin edilib. Belə məqsədyönlü və prinsipial yanaşmanın nəticəsidir ki, 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bu gün Azərbaycan iqtisadiyyatı heç bir kənar gücdən və yaxud kənar maliyyə mənbəyindən, kredit təşkilatlarından asılı deyil. Əksinə, özünün güclü iqtisadiyyatına əsaslanan respublikamız ölkə hüdudlarından kənarda genişmiqyaslı investisiya qoyuluşu həyata keçirir. Hazırda respublikamız Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkədir. Son 15 ildə bütün dünyada öz iqtisadi potensialını Azərbaycan qədər artıran ölkələrin sayı çox azdır.
Qeyd edək ki, ölkəmiz inamlı inkişaf dinamikasını 2019-cu ilin birinci rübündə də qoruyub saxlayıb. Belə ki, aprelin 30-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizin uğurlu inkişafı ilə bağlı bütün məqamlar açıqlanıb. Nazirlər Kabinetinin iclasında deyildiyi kimi, ölkəmizin birinci rübdə büdcə daxilolmaları artıb və bununla da əlavə maliyyə resursu formalaşıb. Dövlət başçısının qeyd etdiyi kimi, bu ilin əvvəlindən ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesi, kənd təsərrüfatı, əhalinin gəlirləri artıb, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artıb. Sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Bütün bunlar ölkəmizin dinamik inkişafının əyani göstəriciləridir.
Ümumiyyətlə, son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılıb. Müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin siması əsaslı dərəcədə dəyişilib, bütün sahələrdə, o cümlədən aqrar sektorda mühüm inkişaf göstəriciləri əldə olunub. Aqrar sektorun inkişafı, eyni zamanda, bölgələrdə iqtisadi aktivliyin artmasına və fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərir ki, bu da dərin sosial əhəmiyyətə malikdir.
Qeyd edək ki, bu ilin birinci rübü bölgələr üçün də uğurlu olub. Bu faktı Göyçay rayonunun timsalında da söyləmək olar. Göyçayda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda bildirilib ki, 2019-cu il daha çox sosial sahədə inqilabi islahatların reallığa çevrildiyi il kimi yaddaşlara yazılacaq. Son üç ayda Prezident İlham Əliyevin imzaladığı Sərəncam və fərmanların bir çoxu əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Təkcə Göyçay rayonu üzrə sosial müavinət və Prezident təqaüdlərinin artması 6 min 518 nəfərə şamil edilib və onlara 347,9 min manat əlavə vəsait ödənilib.
Qeyd olunub ki, ilin ilk üç ayında respublikamızda, o cümlədən Göyçay rayonunda tikinti, quruculuq və abadlıq işlərinin sürətləndirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Rüb ərzində Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi keçən ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 48,9 milyon manat olub. Bildirilib ki, rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 8,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da keçən ilin birinci rübünə nisbətən 3,7 milyon manat çoxdur. Birinci rübdə aqrar sahənin inkişaf etdirilməsi istiqamətində də müəyyən tədbirlər görülüb, 1067 hektar sahədə yazlıq bitkilər əkilib. Yanvar-mart aylarında rayonda 123,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib.
O da vurğulanıb ki, hesabat dövründə iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 2,3 milyon manat investisiya yönəldilib, tikinti təşkilatları tərəfindən 1,8 milyon manatlıq inşaat işləri görülüb. Hesabat dövründə əhalinin həyat səviyyəsi xeyli yaxşılaşıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 2 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 1,6 faiz artıb.
Rayonda həyata keçirilən tikinti-quruculuq işlərindən də ətraflı danışılıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin “Göyçay rayonunun Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, ümumi uzunluğu 7,5 kilometr olan yolda əsaslı təmir işlərinə başlanılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçay şəhərində və Qarabaqqal kəndində 40 yerlik uşaq bağçaları inşa edilir. Müskürlü kəndində 40 yerlik uşaq bağçası, tibb məntəqəsi, kitabxana, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və kənd bələdiyyəsi üçün otaqları əhatə edən inzibati binalar kompleksinin tikintisi aparılır. Ölkə başçısının tapşırığına əsasən, Göyçay çayında sel və daşqın təhlükəsinin və qəza vəziyyətinin aradan qaldırılması məqsədi ilə ötən ilin avqust ayından başlanan tikinti işləri də davam etdirilir.
Bildirilib ki, rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Belə ki, kollec və peşə liseyinin yataqxanalarında məskunlaşan ailələr üçün 80 mənzilli yaşayış binasının tikintisinə başlanılıb. Binanın cari ilin iyulunda istifadəyə verilməsi nəzərdə tutulur. Məktəbdə ictimai binalarda və uyğunlaşdırılmış tikililərdə yaşayan qaçqın ailələri üçün də əlavə olaraq 2 ədəd yaşayış binasının inşa edilməsi üçün tədbirlər görülür.
Məruzə və çıxışlarda qarşıda duran vəzifələrdən də söhbət açılıb. Bildirilib ki, növbəti aylarda rayon iqtisadiyyatının daha da möhkəmləndirilməsi, aqrar sahənin inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməlidir. İlk növbədə rayonun sənaye potensialından, emal müəssisələrinin layihə üzrə istehsal gücündən tam istifadə edilməli, bu müəssisələrdə yeni istehsal sahələrinin yaradılması, müasir bazar tələblərinə uyğun rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı diqqət mərkəzində saxlanılmalıdır. Rayonun kənd təsərrüfatının mövcud imkanlarından daha dolğun istifadə edilməlidir. Vaxtilə 400-420 ton barama tədarük olunan Göyçayda təsərrüfatın bu gəlirli, ənənəvi sahəsi inkişaf etdirilməlidir.
Bu ilin birinci rübündə Zaqatala rayonunda isə ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artaraq 76,5 milyon manat olub. Məhsul buraxılışı sənayedə 49,8 faiz, kənd təsərrüfatında 8,1 faiz, nəqliyyatda 4,4 faiz, rabitədə 5,7 faiz artıb. Birinci rübdə rayonda 4 milyon 343 min manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib. Rüb ərzində 207-si daimi olmaqla, 227 yeni iş yeri açılıb. Bu barədə Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verilib. Qurumdan bildiriblər ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə Zaqatala rayonunda da davamlı tədbirlər həyata keçirilir. Cari ildə rayonda 649 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılır. Artıq tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb.
İxrac potensialı yüksək sahələrdən olan fındıqçılığı inkişaf etdirmək məqsədilə mövcud fındıq bağlarının sahəsinin iki dəfə artırılması istiqamətində cari ildə də tədbirlər görülür. Belə ki, yaz mövsümündə 255 hektar sahədə yeni fındıq bağları salınaraq mövcud bağların ümumi sahəsi 19 min 760 hektara çatdırılıb.
Builki mövsümdə rayonda yaş barama istehsalının ötən illə müqayisədə 12 ton artırılaraq, 60 tona çatdırılması planlaşdırılır.
Qeyd edək ki, hazırda regionlarda aqrar sahənin inkişafı istiqamətində də davamlı tədbirlər həyata keçirilir. Belə ki, bu günlərdə İsmayıllı rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr mövzusunda fermerlərlə müşavirə olub. Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon İcra Hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin nümayəndələri və bu rayonda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan fermerlər iştirak ediblər.
Müşavirədə çıxış edən nazir İnam Kərimov Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyulduğunu vurğulayıb. Nazir bildirib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib: “Aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə kəndli və fermerlərə yaxınlıq, düzgün və səmərəli idarəçilik, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.
Nardar BAYRAMLI

 
  • Oxunub:  4980  |  
  • Tarix:  11-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda beynəlxalq standartlara uyğun müasir milli təhsil sisteminin qurulması əsas prioritetlərdən biridir

18 Sentyabr 23:01
Taleh Şahsuvarlıdan hüquq-mühafizə orqanlarının rəhbərlərinə Aslan İsmayılovla bağlı MÜRACİƏT
18 Sentyabr 22:53
Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert təşkil edilib
18 Sentyabr 20:55
Nazir Luici Di Maio: İtaliya Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda maraqlıdır
18 Sentyabr 20:37
“Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
18 Sentyabr 20:31
BP Azərbaycanda alternativ enerji sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır
18 Sentyabr 20:29
QDİƏT PM-in komitə iclasında Azərbaycanda vergi sistemində aparılan islahatlardan danışılıb
18 Sentyabr 20:27
Azərbaycan ilə Böyük Britaniya arasında bütün sahələrdə münasibətlər yüksək səviyyədədir
18 Sentyabr 20:25
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18 Sentyabr 20:24
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirə olunub
18 Sentyabr 20:16
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib
18 Sentyabr 20:13
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” mənim gözlərim önündə ərsəyə gəlib
18 Sentyabr 20:08
Xalça Muzeyində “Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü” adlı tədbir təşkil olunub
18 Sentyabr 20:06
Dövlət Komissiyası: Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadiləsinə hazırdır
18 Sentyabr 20:04
Mariya Stadnik: Medal kolleksiyamda təkcə Olimpiya qızılı çatmır
18 Sentyabr 20:02
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
18 Sentyabr 20:00
Qarabağ müharibəsi əlili yeni evlə təmin olunub
18 Sentyabr 19:56
Beynəlxalq Muğam Mərkəzində növbəti tədbir “Xəlqilik, millilik, beynəlmiləllik” mövzusuna həsr olunub
18 Sentyabr 17:56
Eldəniz Səlimov: “Əsrin müqaviləsi” müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına böyük töhfə verdi
18 Sentyabr 17:54
Pərvin Kərimzadə: Heydər Əliyev Fondu təhsilli gələcəyimizə xidmət edir
18 Sentyabr 17:52
Paracüdoçularımız "Tokio 2020" Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli turnirdə mübarizə aparacaqlar
18 Sentyabr 17:50
Tahir Mirkişili: Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri Azərbaycan-Çin münasibətlərinin daha da inkişafına öz töhvəsini verəcək
18 Sentyabr 17:48
Rauf Əliyev: “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı
18 Sentyabr 17:47
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində bir sıra qanunlara təklif olunan dəyişikliklər müzakirə olunub
18 Sentyabr 17:33
“İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması” təsdiqlənib
18 Sentyabr 17:32
“Bunların hamısı qəti şəkildə yalandır" ÖZƏL-MÜNASİBƏT
18 Sentyabr 17:28
“Əsrin müqaviləsi” bundan sonra da Azərbaycanın qüdrətini artırmağa xidmət edəcək”
18 Sentyabr 17:24
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib
18 Sentyabr 17:16
“Əsrin müqaviləsi” Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir"
18 Sentyabr 17:10
ASAN Könüllüləri Milli Musiqi Gününü qeyd ediblər
18 Sentyabr 16:53
Azərbaycan güləşçisi Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18 Sentyabr 16:50
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında memorandum imzalanıb
18 Sentyabr 16:40
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
18 Sentyabr 16:39
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək
18 Sentyabr 16:36
Azərbaycanda 6 min 500-ə yaxın əcnəbi tələbə təhsil alır
18 Sentyabr 16:08
Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov
18 Sentyabr 16:01
“Əsrin müqaviləsi”nin 25 illik əsas faktları
18 Sentyabr 15:47
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18 Sentyabr 15:38
“Azərkosmos” Afrika qitəsində peyk xidmətləri təklif edən “Intersat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
18 Sentyabr 15:34
Nəsimi rayonunda məcburi köçkünlər üçün səyyar məşğulluq xidməti təşkil edilib
18 Sentyabr 15:13
YAP-ın Ağdam və Bərdə rayonlarından olan fəalları ilə görüş keçirilib
18 Sentyabr 15:12
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
18 Sentyabr 15:05
Ölkədə iqtisadi fəal əhalinin sayı 5,2 milyon nəfərə çatır
18 Sentyabr 15:03
Azərbaycan-İtaliya əlaqələrinin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın mühüm rolu var
18 Sentyabr 14:21
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18 Sentyabr 14:11
Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik
18 Sentyabr 13:59
“Əsrin müqaviləsi” - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli
18 Sentyabr 13:52
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
18 Sentyabr 13:50
Azərbaycanla Gürcüstanın enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub
18 Sentyabr 13:33
Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
18 Sentyabr 13:07
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
18 Sentyabr 12:56
Baş nazirin müavini: XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu
18 Sentyabr 12:50
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18 Sentyabr 12:39
Azərbaycan ilə Tacikistan arasında aqrar sahədə əlaqələrin genişləndirilməsi üçün geniş potensial var
18 Sentyabr 11:55
“Əsrin müqaviləsi” – Milli uğur strategiyası
18 Sentyabr 11:51
Genişmiqyaslı təlimlərin gedişi barədə məruzələr dinlənilib
18 Sentyabr 11:47
Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
18 Sentyabr 11:39
UNEC-in birinci kurs tələbələri ilə fakültələrdə görüşlərə start verilib
18 Sentyabr 11:32
Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi
18 Sentyabr 11:29
Paytaxt məktəblərində müəllimlərin İKT bilikləri yoxlanılır
18 Sentyabr 11:27
Əli Əhmədov: Azərbaycan hökumətinin əsas məqsədi gənc nəslin arzuladığı cəmiyyəti onlara təqdim etməkdir
18 Sentyabr 11:19
İlahiyyat İnstitutunun məqsədi gələcəyin peşəkar alim və mütəxəssislərini yetişdirməkdir
18 Sentyabr 10:54
BMT Baş katibinin Beynəlxalq Sülh Günü münasibətilə müraciəti yayılıb
18 Sentyabr 10:39
Bu gün Milli Musiqi Günüdür
18 Sentyabr 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus ünikal musiqi alətlərinin sərgisi açılıb
18 Sentyabr 10:06
Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub
18 Sentyabr 09:56
Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilir
18 Sentyabr 09:53
Xalqının taleyini yaşayan dahi
18 Sentyabr 09:50
YAP Bərdə rayon təşkilatında Nəsiminin 650 illik yubileyi münasibətilə şeir müsabiqəsinin yekun seçim turu keçirilib
18 Sentyabr 09:48
Qubadlı məktəblərində Bilik Günü qeyd edilib
18 Sentyabr 09:47
YAP Ağstafa rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA