Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naqif Həmzəyev: Müdrik xalqımız ölkəmizin müstəqilliyinə, inkişafına qara yaxmağa çalışanlara fürsət vermir

Naqif Həmzəyev: Müdrik xalqımız ölkəmizin müstəqilliyinə, inkişafına qara yaxmağa çalışanlara fürsət vermir

14.05.2019 [09:30]

Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət, dünyada sabitlik diyarı, iqtisadi inkişaf ölkəsi, yeni iqtisadi və sosial çağırışların müzakirə olunduğu məkan kimi tanınır.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Naqif Həmzəyev deyib.
N.Həmzəyev bildirib ki, ölkəmiz həmçinin humanist fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dəyərli töhfələr verir: “Müstəqil Azərbaycan enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları kimi səmərəli təklif və təşəbbüslərlə çıxış edir. İnkaredilməz gerçəklikdir ki, ölkəmizin dünyada nüfuz qazanmasının təməlində müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və parlaq gələcəyə hesablanmış siyasəti dayanır”.
Deputatın sözlərinə görə, təəssüf ki, Azərbaycanın bu inkişafını gözü götürməyən qüvvələr də mövcuddur: “Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasını, gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsini gözü götürməyən qüvvələr hələ də mövcuddur. Onlar hər an fürsət gözləyirlər. Müxtəlif media qurumları vasitəsilə ölkəmizə qara yaxır, yalan, şər, böhtan, uydurma, iftiradan istifadə edərək əməllərinə, xainliklərinə haqq qazandırmağa çalışırlar. Lakin müdrik xalqımız həmişə olduğu kimi, bu gün də ölkəmizin müstəqilliyinə, inkişafına, sabitliyinə qara yaxmağa çalışanlara fürsət vermir, əksinə, bu təsirlərə qarşı kəskin fikirlərini bildirir, qəti mövqeyini ortaya qoyur və ölkə Prezidenti İlham Əliyevi dəstəkləyir”.
N.Həmzəyev əlavə edib ki, Azərbaycan xalqı yaxşı bilir ki, dövlət başçısının rəhbərliyi ilə ölkənin iqtisadi inkişaf strategiyasının ana xəttini məhz əhalinin rifah halının yaxşılaşdırılması təşkil edir və burada ikinci bir mövqe ola bilməz.

Paylaş:
Baxılıb: 373 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30