Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident İlham Əliyev Çinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Çinin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

24.05.2019 [09:51]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Çin Xalq Respublikasının xarici işlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Çində keçirilən ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə Çin tərəfinə minnətdarlığını bildirərək, bunu ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Forumun uğurla keçirilməsi və bu mötəbər beynəlxalq tədbirdə qəbul olunan qərarlar münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, Çin Xalq Respublikasının Sədri Si Cinpinin 28 May - Respublika Günü münasibətilə təbrik məktubunu göndərməsi ilə bağlı minnətdarlığını çatdırmağı xahiş edib. Prezident İlham Əliyev bildirib ki, Çinə son səfəri zamanı Çin Prezidenti ilə keçirilən görüşlər və aparılan səmərəli müzakirələr əlaqələrimizin strateji xarakter daşıdığını bir daha təsdiq edib. Dövlətimizin başçısı Çin Xalq Respublikasının xarici işlər nazirinin ölkəmizə səfərinin Azərbaycan ilə Çin arasında əməkdaşlığın çox yüksək səviyyədə olmasını nümayiş etdirdiyini bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Çini daim onun üçün vacib olan məsələlərdə dəstəkləyir. İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu və iqtisadi-ticari sahədə əməkdaşlığımızın yaxşı perspektivlərə malik olduğunu qeyd edib. Prezident İlham Əliyev bir daha Çin Xalq Respublikasına səfərini xatırlayaraq, orada Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin ölkələrimiz arasında ticarət, investisiya sahələrində və digər sahələrdə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Asiya və Avropa arasında vacib tranzit məntəqəsinə çevrilib və nəqliyyat sahəsinin inkişaf etdirilməsi ölkəmizin prioritetlərindən biridir. Prezident İlham Əliyev deyib ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olub və ölkəmizin nəqliyyat infrastrukturundan bu layihə çərçivəsində nəqliyyat daşımaları üçün istifadə edilə bilər.
Xarici işlər naziri Van Yi Çin Xalq Respublikasının Sədri və onun qeyd etdiyi kimi, Prezident İlham Əliyevin dostu Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, Bakının dünyada məşhur şəhər olduğunu və ilk saatlardan paytaxtımızın gözəlliyinin dərin təəssürat bağışladığını deyib. O bildirib ki, Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və ölkəsi Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Van Yi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi və sosial sabitlik təmin olunub, ölkəmiz iqtisadi baxımdan davamlı inkişaf edir, əhalinin rifah halı ardıcıl surətdə yüksəlir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daim artır və möhkəmlənir. Ölkəmizin uğurlarının Çində maraqla izlənildiyini bildirən qonaq əldə olunan bu nailiyyətlər və eyni zamanda, qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Çin dövlətinin başçısına çatdırmağı xahiş edib.
Söhbət zamanı “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan və Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb, nəqliyyat, enerji, sənaye, turizm və informasiya-kommunikasiya texnologiyaları sahələrində əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 691 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30