A+   Yenilə  A-
YAP Gənclər Birliyinin üzvləri 28 May - Respublika Günü münasibətilə Milli Məclisdə olublar

Mayın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri 28 May - Respublika Günü münasibətilə Milli Məclisdə olublar. Əvvəlcə gənclər Milli Məclisin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra YAP Gənclər Birliyinin üzvləri parlamentin iclas zalı ilə tanış olublar. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gəncləri salamlayıb, onların Azərbaycan parlamentinin fəaliyyəti ilə tanış olmalarının əhəmiyyətini vurğulayıb. Sonra Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev parlamentin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, parlamentin binası hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilərək istifadəyə verilib. Azərbaycan parlamentinin keçdiyi yolun əhəmiyyətindən danışan S.Mirzəyev qeyd edib ki, Milli Məclis 125 deputatdan ibarətdir. S.Mirzəyev deyib ki, 1995-ci ildən indiyə kimi parlament 2000-dən çox qanun və qərar qəbul edib.
Daha sonra YAP Gənclər Birliyinin üzvləri parlamentdə “Heydər Əliyev” xatirə zalı ilə tanış olublar.
Sonra “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda “dəyirmi masa” öz işinə başlayıb. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mövzunun aktuallığını qeyd edib. Bildirib ki, gənclərimiz xalqımızın tarixini, o cümlədən parlamentin tarixini dərindən öyrənməlidirlər: “Bu baxımdan, belə bir “dəyirmi masa”nın keçirilməsi əhəmiyyətlidir. Bir neçə gündən sonra mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü qeyd olunacaq. Bu münasibətlə YAP Gənclər Birliyi üzvlərinin Milli Məclislə tanışlığı Azərbaycanın siyasətinin, qanunvericiliyinin, iqtisadiyyatının daha dərindən öyrənilməsinə yaxşı imkan yaradıb”.
Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova çıxış edərək bildirib ki, 28 May - Respublika Günü tariximizdə mühüm yer tutur. B.Muradova Cümhuriyyət irsinin öyrənilməsinin vacib olduğunu, bundan ibrət dərsi götürməli olduğumuzu deyib. O qeyd edib ki, bu gün biz Azərbaycan Xalq Cümhuriyyəti qurucularını böyük hörmətlə yad edirik və yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər. Bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövlətini də qorumalıyıq.
Milli Məclis sədrinin müavini deyib ki, Ermənistan daim Azərbaycan ərazilərini ələ keçirməyə çalışıb: “Ermənilər həm Cümhuriyyət dövründə, həm də sonralar Azərbaycan ərazilərinə iddia ilə çıxış ediblər. O zaman Milli Şuranın İrəvanın Ermənistana paytaxt kimi verilməsi barədə qərarının ağrı-acılarını bu gün də hiss edirik. İrəvanın Milli Şura tərəfindən hansı şərtlər daxilində Ermənistana verilməsi məlumdur. Qərarda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyəcəyi, oradakı azərbaycanlıların yaşayışına müdaxilə etməyəcəyi ilə bağlı şərtlər əksini tapmışdı. Milli Şuranın əsas xidməti İstiqlal Bəyannaməsini qəbul etmək, müdafiə qabiliyyətini möhkəmləndirmək, Bakını işğaldan azad etmək olub. Bakı ermənilərin işğalından qurtularaq Azərbaycanın paytaxtına çevrilib”.
Azərbaycan parlamentinin 1918-ci ildə fəaliyyətə başladığını deyən B.Muradova qeyd edib ki, parlament fəaliyyət göstərdiyi müddət ərzində vacib qanun və qərarlar qəbul edib, o dövrdən indiyədək şərəfli yol keçib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər Cümhuriyyət qurucuları yaşasaydılar, bugünkü müstəqil Azərbaycanla qürur duyardılar.
Vitse-spiker deyib ki, 1993-cü ildə Azərbaycan müstəqilliyini itirmə təhlükəsi ilə qarşı-qarşıya idi, o dövrdə hakimiyyətin xalqın maraqlarına uyğun gəlməyən fəaliyyəti ölkəni çox çətin vəziyyətə salmışdı: “Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən Bakıya çağırılması düzgün qərar idi. Həmin qərarı o dövrün şərtləri diktə edirdi. Ulu Öndər Heydər Əliyev o zaman xalqın səsinə səs verdi, Azərbaycanı düşdüyü çətin vəziyyətdən, müstəqilliyin itirilməsi təhlükəsindən xilas etdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuz sahibidir. Biz parlament olaraq beynəlxalq qruplar vasitəsilə beynəlxalq əlaqələrin qurulmasında iştirak edirik, parlamentimizdə çoxlu sayda dostluq qrupları fəaliyyət göstərir. Bu gün Azərbaycan dünya dövlətləri içərisində sayılıb-seçilən ölkədir, parlamentimiz dünya parlament ailəsinin üzvüdür”.
Sonra tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Bundan sonra “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mövzunun aktual olduğunu, gənclər üçün böyük maraq kəsb etdiyini bildirib.
Azərbaycanda enerji təhlükəsizliyi mövzusunda çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası haqqında ətraflı məlumat verib. O, Azərbaycanın zəngin neft ehtiyatlarına sahib olduğunu deyərək qeyd edib ki, 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra xalqımız öz təbii sərvətlərinə sahib çıxdı.
Vitse-spikerin sözlərinə görə, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın tarixində çox mühüm hadisədir. Onun sözlərinə görə, bu müqavilənin imzalanması Heydər Əliyevin siyasi iradəsinin gücü, Ona beynəlxalq miqyasda olan etimad və şəxsi nüfuzu sayəsində reallaşıb. V.Ələsgərov qeyd edib ki, “Əsrin müqaviləsi” Azərbaycan üçün əlverişli şərtlərlə imzalanıb, sənəddə milli maraqlarımız tam qorunur. “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli inkişafında mühüm rol oynayır.
Bu gün Azərbaycanın nəinki özünün, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən vitse-spiker Prezident İlham Əliyevin Ulu Öndərin müəllifi olduğu neft strategiyasını uğurla davam etdirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda Azərbaycan qlobal enerji layihələrini həyata keçirən dövlətdir. Bu gün Azərbaycan 7 neft və qaz kəməri ilə dünya bazarına çıxır. “Bu gün Azərbaycan dünyada neft və qaz ixrac edən ölkə olmaqla yanaşı, tranzit ölkə kimi də tanınır. Azərbaycan həmçinin bu baxımdan qonşu dövlətlər üçün yeni imkanlar yaradır”, - deyən V.Ələsgərov əlavə edib ki, Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib. Onun sözlərinə görə, hazırda Azərbaycanın həyata keçirdiyi enerji layihələri, Şahdəniz qazının dünya bazarına çıxarılması üçün imzalanan sazişlər XXI əsrin müqavilələridir. “Bu baxımdan, TAP, TANAP və digər layihələr beynəlxalq əhəmiyyətli layihələrdir. Azərbaycan ərazi baxımdan kiçik dövlət olsa da, bu qlobal layihələrin reallaşdırılması üçün böyük siyasi iradə, milli həmrəylik var. Təbii ki, iqtidarla xalqın həmrəyliyi olmasaydı, bu layihələri reallaşdırmaq mümkün olmazdı. Amma ölkəmizdə bu birliyin mövcudluğu Azərbaycanın gücünü şərtləndirir”, - deyə V.Ələsgərov vurğulayıb.
Tədbirdə çıxış edən gənclər dövlətimizin enerji siyasəti, neft strategiyası haqqında fikirlərini bildiriblər.
YAP Gənclər Birliyinin üzvlərinin iştirakı ilə Milli Məclisdə növbəti “dəyirmi masa” “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda olub. Tədbiri açan YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi yaranıb. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı prinsipial mövqe nümayiş etdirir.
Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov münaqişənin yaranma tarixi və səbəbləri haqqında fikirlərini bildirib. Tarixən ermənilərin Azərbaycana qarşı ərazi iddialarının olduğunu deyən Z.Əsgərov söyləyib ki, əslində ermənilər Qafqazın aborigen xalqı deyil, gəlmədirlər. Birinci vitse-spiker qeyd edib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının heç bir əsası yoxdur. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də hüquqi cəhətdən Azərbaycana məxsusdur.
“Təəssüf ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. Bunun əsas səbəbi beynəlxalq hüquq normalarının işğalçı Ermənistana qarşı tətbiq edilməməsidir”, - deyən Z.Əsgərov bildirib ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü tanınır, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılması tələb olunur. Eləcə də Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınır.
“Belə olan təqdirdə, münaqişə niyə həll olunmur? Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi Azərbaycana qarşı ikili standartların tətbiq olunmasıdır. Bu gün dünyada beynəlxalq hüquq işləmir. Güc kimdədirsə, beynəlxalq hüquq onun tərəfindədir. İşğalçı Ermənistanın havadarları münaqişənin həllinə imkan vermirlər. Onlar deyirlər ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Biz də sülh tərəfdarıyıq. Amma niyə onlar Ermənistanın işğalçı olduğunu demirlər? Bu qədər ədalətsizlik olmaz. Ona görə də Azərbaycan güclənir və bundan sonra da güclənəcək. Prezidentimizin mövqeyi bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti ola bilməz”, - deyə birinci vitse-spiker vurğulayıb.
Z.Əsgərov münaqişənin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycan ordusunun gücləndirilməsi, ölkəmizin təhlükəsizlik sistemi haqqında geniş məlumat verib.
Sonra tədbirdə iştirak edən gənclərin sualları cavablandırılıb.
Nardar BAYRAMLI

 
  • Oxunub:  7470  |  
  • Tarix:  25-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

21 Oktyabr 10:57
Nazir: Məqsədimiz milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir
21 Oktyabr 10:55
İndoneziya Prezidenti Coko Vidodonun inaqurasiya mərasimində Azərbaycan da təmsil olunub
21 Oktyabr 10:53
Qoşunların təmas xətti yenidən monitorinq ediləcək
21 Oktyabr 10:48
Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi
21 Oktyabr 10:47
II “Bakı Elektron Ticarət Forumu” işə başlayıb
21 Oktyabr 10:34
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib
21 Oktyabr 10:02
Qrant gəmiricilərinin " payız hesabatı " iflasa uğradı
21 Oktyabr 09:59
Azərbaycan triatlonçusu Avropa kuboku finalında qızıl medal qazanıb
21 Oktyabr 09:44
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
21 Oktyabr 09:07
Cocuq Mərcanlı kəndində “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib
21 Oktyabr 09:06
Özbəkistanda keçirilən Beynəlxalq İnvestisiya Forumunda ölkəmiz də təmsil olunub
21 Oktyabr 08:45
Strasburqda AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin sammiti olacaq
21 Oktyabr 08:42
Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub
21 Oktyabr 08:36
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub
20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib
20 Oktyabr 10:50
Oktyabrın 20-si Energetiklər Günüdür
20 Oktyabr 09:42
Belə təbliğat şəbəkəniz varsa
19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA