A+   Yenilə  A-
“Şərq tərəfdaşlığı”nın yubiley sammiti: Azərbaycanla bağlı yalan informasiyaların mənbəyi

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi tədbirləri çərçivəsində dövlət və hökumət başçılarının iştirakı ilə sammit təşkil edilib. Bu proqramın reallaşması məsələsi heç də asan həll edilmir. Meydana geosiyasi xarakterli bir sıra mürəkkəb məsələlər çıxır. Proqramın özündə də müəyyən məsələlər tam aydın deyil. Bundan başqa, Ermənistan həmin proqram çərçivəsində Aİ ölkələrini aldadıb. Bu, müsbət qarşılanmayıb. Azərbaycan isə assosiativ üzvlüyün çatışmayan cəhətlərini konkret faktlarla sübut edərək, öz əməkdaşlıq variantını hazırlayıb. Brüssel bu təklifi qəbul edib. Hazırda danışıqlar yekunlaşmaq mərhələsindədir. Bütün bunların fonunda sammitdə qəbul edilmiş sənəd ətrafında erməni tərəfi və onun havadarları növbəti qarayaxma kampaniyasını işə salmağa çalışıb. Guya Aİ Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməyib və bu səbəbdən yekun sənədə rəsmi Bakı veto qoyub. Ancaq reallıq tamamilə fərqlidir. Bu kontekstdə “Şərq tərəfdaşlığı” ilə bağlı keçirilən tədbirin geosiyasi məqamları üzərində geniş dayanmaq qərarına gəldik.
Aİ-Azərbaycan: uğurlu əməkdaşlığa kölgə salanlar
Belçikanın paytaxtında “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubiley sammiti keçirilib. Bu hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də Brüsseldə işgüzar səfərdə olub. KİV yubiley tədbirini və Azərbaycan Prezidentinin səfərini geniş işıqlandırıb. Ancaq “Şərq tərəfdaşlığı”nın yekun sənədi ilə bağlı insanlarda çaşqınlıq yaradan informasiyalar da yayılıb. Həmin informasiyalar əsas olaraq Azərbaycana aiddir. Sual olunur: proqramda altı dövlət (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) iştirak edir, lakin niyə ancaq Azərbaycanla bağlı müəyyən dolaşıqlıq yaratmağa cəhd göstərilir? Sanki orada iştirak edən ölkələrin hamısı üçün əlverişli bir vəziyyət mövcuddur, yalnız Azərbaycanın problemləri var.
Əlbəttə, sağlam məntiq bu suala asan cavab verə bilər. Eyni zamanda, Aİ-Azərbaycan münasibətlərinin təcrübəsi də çox məqamları aydın göstərir. Buna baxmayaraq, kütləvi informasiya vasitələrində tələsik analizlər aparılır, yanlış nəticələr çıxarılır, bununla da bizə dost olmaq istəməyənlərin dəyirmanına su tökülür.
Belə ki, Azərbaycan “Şərq tərəfdaşlığı” proqramına daxil olan yeganə dövlətdir ki, özünün təklif etdiyi proqram üzrə Aİ kimi nəhəng bir təşkilatla əlaqələrinin strateji məzmununu ifadə edə bilib. Bu, çox böyük siyasi-diplomatik nailiyyətdir. Onun memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Baxmayaraq ki, “Şərq tərəfdaşlığı” təşəbbüs olaraq 2009-cu ildə dövriyyəyə buraxılıb, Azərbaycan rəhbərliyi kifayət qədər qısa müddətdə onun mahiyyətinə varıb, digər üzvlərin “hurrey” deyib imza atdığı assosiativ üzvlüyü qəbul etmədi. Əvəzində, ölkənin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünün təmin edilməsi prosesinə daha uyğun əməkdaşlıq modeli təklif etdi. Və Brüssel həm bütövlükdə yanaşmasındakı yanlışlığı anladı, həm də Azərbaycanla danışıqlar aparmağa razı oldu.
Həmin prosesin indiki durumuna görə, razılaşmanın 90 faizi başa çatıb. Tərəflər qalan kiçik hissəni də yekunlaşdırmağa böyük ümid edirlər. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bu kontekstdə nikbin fikir bildirərək, “İnşaallah” deyir. Adi gözlə belə görmək mümkündür ki, Azərbaycan həmin proqram çərçivəsində ən ümidli, səmərəli, milli maraqların gözlənildiyi bir mövqedədir. İndi bunun fonunda başqalarının pozisiyasına baxaq.
Məsələn, Ermənistanın bu proqramda iştirakı nə səviyyədədir? İrəvan boş səs-küydən və təxribatçı bəyanatlardan başqa, Brüsselə heç nə təklif edə bilməyib. Üstəlik, Aİ son illər demək olar ki, hər fürsətdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən müddəaları sənədlərə salır. Bundan əvvəlki sammitdə bu məqam aydın ifadə olunub. Son olaraq “Vışeqrad qrupu”nun xarici işlər nazirləri və “Şərq tərəfdaşlığı” ölkələrinin Bratislavada keçirilmiş görüşündən sonra verilən bəyanatda proqrama daxil olan ölkələrin ərazi bütövlüyü və suverenliyi birmənalı şəkildə tanınıb.
Başqa nümunələri də vurğulamaq olar. Ancaq bu məsələ artıq Aİ ilə Azərbaycan arasında ola biləcək problem deyil. Məsələnin başlıca tərəfi Azərbaycana qarşı informasiya təxribatının davam etməsidir. Ermənistan proqram çərçivəsində heç bir müsbət iş görə bilmədiyinə görə, indi də Azərbaycana qarşı yalan-böhtan dolu işlər görməyə çalışır. Xüsusilə Bakının Aİ ilə sağlam prinsiplər əsasında əməkdaşlığa çox yaxınlaşdığından Ermənistan və havadarları pis vəziyyətə düşüblər.
Erməni təxribatı: qorxaqlıq və paxıllıqdan doğan yalanlar
Odur ki, növbəti yalanları Aİ-nin guya Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi ilə bağlı oldu. Bu kontekstdə Prezident İlham Əliyevin Brüsseldə apardığı müzakirələrin məzmunu da erməni informasiya təxribatının tam puç olduğunu nümayiş etdirir. Azərbaycanın dövlət başçısı ilə görüşdə Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk ifadə edib ki, Azərbaycan təşkilatın “etibarlı və məsuliyyətli tərəfdaşıdır”. Aİ həm də Azərbaycanın regionda oynadığı rolu yüksək qiymətləndirir. Prezident İlham Əliyevin “Şərq tərəfdaşlığı” dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdəki çıxışı bu baxımdan çox maraqlı olub.
Azərbaycanın Aİ-yə üzv ölkələrlə sıx əlaqələr saxladığını dövlət başçısı xüsusi vurğulayıb. Belə ki, təşkilatın doqquz üzvü ilə ölkəmiz strateji tərəfdaşdır. Bundan başqa, Prezident ifadə edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu təşkilatın üzv dövlətləri Azərbaycana böyük sərmayələr qoyurlar. Prezident İlham Əliyev onu da ifadə edib ki, torpaqlarımızın 20 faizini Ermənistan işğal edib. Lakin bu məsələ 25 ildən artıqdır ki, həllini tapmayıb. Münaqişə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə beynəlxalq hüquq normaları çərçivəsində həll oluna bilər. Bu baxımdan Brüsseldə keçən il paraflanmış “Tərəfdaşlığın prioritetləri” əhəmiyyət daşıyır. Bunlar onu göstərir ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Bütün bunlara baxmayaraq, əks tərəf Azərbaycanla Aİ arasına nifaq salmağa cəhd etməkdən çəkinmir. Yubiley sammitində belə qərara gəlinib ki, ancaq Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin adından qısa sənəd hazırlansın. Həmin sənədin 3-cü bəndində “Şərq tərəfdaşlığı” ilə bağlı hazırlanmış əvvəlki sənədlərdə təsbit edilən müddəalara sadiqlik və onların yerinə yetirilməsi üçün əzmlilik ifadə olunur (bax: Eastern Partnership foreign ministers’ meeting: Chair’s conclusions on the occasion of the Eastern Partnership 10th Anniversary / Consilium.europa.eu, 13 may 2019).
Ekspertlər izah edirlər ki, bunu sənədin qısa olması və bütün iştirakçıların marağının nəzərə alınması üçün ediblər. Sammit başlayanda, iştirakçıların imzaları ilə sənədin hazırlanması nəzərdə tutulubmuş. Ancaq sonradan daha yığcam forma seçilib. Burada başqa hansısa məqam axtarmaq məntiqsizlikdir. Məsələ ondan ibarətdir ki, Moldova, Ukrayna və Gürcüstanın da ərazi bütövlüyü pozulub. Onlarla əlaqəli də sənəddə konkret fikir bildirilməyib. Ancaq yuxarıda vurğuladığımız qeyd göstərir ki, bütün iştirakçıların ərazi bütövlüyünün təmin edilməsi məsələsi Aİ üçün aktuallığını saxlamaqdadır.
Əslində, bu kimi təxribatlar böyük siyasət apara bilməyən Ermənistan rəhbərliyi üçün nəsə ifadə edə bilər. Reallıq ondan ibarətdir ki, nə etsə də, işğalçı Azərbaycan ərazilərini tərk etməli olacaq və bunun qarşısını heç bir beynəlxalq təşkilat kəsə bilməz. Bunu indi Ermənistanda da yaxşı anlamağa başlayıblar. Son günlər orada cəmiyyətin bir-birinə qarışması və Nikol Paşinyanın yenidən təhlükələrdən bəhs etməsi təsadüfi görünmür. Erməni cəmiyyəti torpaqları əsl sahiblərinə qaytarmaqdan başqa çıxış yolu olmadığını dərk etməkdədir. Buna görə də Ermənistanın siyasi səhnəsində qarışıqlıq artır.
Beləliklə, obyektiv yanaşdıqda, görünür ki, “Şərq tərəfdaşlığı” ilə bağlı keçirilən sammitdə Azərbaycan mövqeyini kifayət qədər konkret qoyub. Aİ də bunu qəbul edib. İndi əməkdaşlıqla bağlı sənədin başa çatması gözlənilir. Bu tarixi hadisəyə sevinənlərlə yanaşı, qısqananlar, qorxanlar və paxıllıq çəkənlər də olur. Bu səbəbdən Azərbaycan KİV-ləri təmkinli və dövlətçi mövqedən münasibət bildirməlidir. Əks halda, düşmənin informasiya təxribatının qurbanına çevrilənlər ola bilir. Təcrübə göstərir ki, bu kimi situasiyalarda təxribatçı gec və ya tez ifşa olunur. “Şərq tərəfdaşlığı”nın yubiley sammiti ilə bağlı yayılan yalan informasiyalar da Azərbaycanla Aİ arasında tərəfdaşlığa dair yeni ikitərəfli müqavilə imzalanandan sonra tarixin zibilliyinə atılmış olacaq.
Newtimes.az

 
  • Oxunub:  6660  |  
  • Tarix:  25-05-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

19 Yanvar 20:11
Mərkəzi Seçki Komissiyasının sədri MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb
19 Yanvar 16:34
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 12:06
Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
19 Yanvar 10:27
20 Yanvar faciəsi insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb
18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+2 +5