A+   Yenilə  A-
ADA Universitetində “Məzun günü 2019” keçirilib

Mayın 31-də ADA Universitetində “Məzun günü 2019” keçirilib.
AZƏRTAC xəbər verir ki, bu il ADA Universitetində 7 bakalavr və 5 magistr ixtisası üzrə 406 nəfər tələbə məzun olub. Məzunlar arasında bu il Azərbaycandan başqa, 11 müxtəlif ölkə, o cümlədən Əfqanıstan, Baham adaları, Gürcüstan, Qazaxıstan, Maldiv Respublikası, Meksika, Moldova, Monteneqro, Nigeriya, Rusiya Federasiyası və Türkiyə təmsil edilib.
Tədbir universitetdə təhsil alan, təmsil etdikləri dövlətlərin bayraqlarını gətirən əcnəbi tələbələrin marşı ilə başlanıb. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
46 ölkəni təmsil edən beynəlmiləl mühit
Mərasimdə məzunlar adından Nərmin Babayeva (beynəlxalq münasibətlər ixtisası, bakalavr) və Tərlan Abbasova (təhsil üzrə menecment ixtisası, magistr) çıxış edərək bu əlamətdar günün sevincini tədbir iştirakçıları ilə bölüşüblər.
ADA Universitetində tələbə həyatını əks etdirən videokadrlar qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, universitet tələbə, məzun, müəllim və işçi heyəti 46 müxtəlif ölkəni təmsil edən beynəlmiləl mühiti, müasir tələbə şəhərciyi, fəal və maraqlı tələbə həyatı, yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzəştlər, dünyanın 70 aparıcı universitetində təhsil mübadiləsi imkanı, məzunlar arasında 89 faiz məşğulluq göstəricisi ilə fərqlənir.
ADA Universitetində bakalavr pilləsi üzrə kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları və sistem mühəndisliyi (bu ixtisas üzrə buraxılan sinfin hazırkı məşğulluq göstəricisi 100 faizdir), biznesin idarə olunması, iqtisadiyyat, dövlət və ictimai münasibətlər, beynəlxalq münasibətlər tədris edilir. Magistr pilləsi üzrə diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə edilməsi, MBA, Exectuive MBA, təhsil üzrə menecment tədris edilir.
Real mühitə tam hazır olan məzunlar
Tədbirdə ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal bu ali təhsil müəssisəsində tədrisin real dünya təcrübəsinə əsaslandığını bildirib. Qeyd edib ki, ADA Universitetinin tələbələri tədris ənənələri, burada aldıqları təhsil sayəsində real dünyaya tam hazırlıqlı olurlar.
Mərasimdə məzun gününün xüsusi qonağı kimi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən böyük diqqət və qayğıdan danışıb. “Xalqımızın gələcəyi sizdən - həm yerli tələbələrdən, həm də xaricdən gələrək burada təhsil alan tələbələrdən asılıdır. Biz istəyirik ki, əcnəbi tələbələr öz ölkələrində Azərbaycanın necə olduğunu, Azərbaycanın haqqını təsdiq etsinlər”, - deyən Xalq yazıçısı Anar xalqımızın bundan sonra da xoşbəxt yaşayacağına əminliyini bildirib.
Tədbirdə Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev ali təhsil müəssisəsinin builki nailiyyətləri və gələcək planları barədə danışıb. “Tələbələrin aldığı diplom onların yeni həyatına vəsiqədir”, - deyən rektor onların gələcək vəzifələrini sevgi ilə, vicdanla və ən əsası məsuliyyətlə yerinə yetirəcəyinə ümidvar olduğunu deyib.
ADA Universitetinin 13 il əvvəl Azərbaycan Diplomatik Akademiyası kimi yaradıldığını xatırladan rektor Hafiz Paşayev qeyd edib ki, o zaman, ölkənin xarici siyasət sahəsində tələblərin artması savadlı, bacarıqlı kadrlara ehtiyac yaratmışdı.
“Fəaliyyətimizə başlayanda biz, necə diplomat yetişdirmək istədiyimizi tarixi nümunələrdən görürdük. Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan diplomatiyasının banilərinin 1919-cu ildə Paris Sülh konfransında Cümhuriyyəti dünyaya tanıtmaqda göstərdikləri fədakarlıq xalqımız üçün məsuliyyətli yanaşmanın parlaq nümunəsidir. Daha müasir tariximizə nəzər salsaq, bugünkü müstəqil Azərbaycanın memarı Heydər Əliyev çətin dönəmdə xalqını böhrandan xilas etmək üçün fövqəl iradə və heyrətamiz məsuliyyət göstərmiş və gələcək nəsillərin fəxr edəcəyi bir dövlət qurmuşdur.
Şübhəsiz ki, hər hansı vəzifədə ölkəsini mükəmməl şəkildə təmsiletmə məsuliyyəti bu gün 12 müxtəlif ixtisas üzrə məzun olan tələbələrimizin də üzərinə düşür”, - deyə Hafiz Paşayev bildirib.
ADA icmasında vəzifə dedikdə, tək tutduğun mövqe və ya post deyil, həm də insanlıq vəzifəsi başa düşülür
Rektor qeyd edib ki, ADA icmasında vəzifə dedikdə, tək tutduğun mövqe və ya sahib olduğun post yox, həm də insanlıq vəzifəsi başa düşülür. Təcrübə göstərir ki, ikincisi mükəmməl olmadan, birincisini layiqincə yerinə yetirmək mümkün deyil. “Azərbaycançılıq məfkurəsinə sadiq əsl azərbaycanlı milli mədəniyyətini, elmini, ədəbiyyatını bilən, eyni zamanda, özündə bəşəri dəyərləri cəmləşdirən ziyalı bir insandır. Mən istərdim ki, bütün fəaliyyət, yaradıcılıq və varlığınızın baş mövzusu kimi Vətəni, xalqı və insanlara xidməti seçəsiniz. Məhz belə olan təqdirdə, vəzifəniz sizə uzunmüddətli uğur və ad qazandıracaq. Belə ümdə məqsədlərə yönəlmiş arzular həyata keçəndə, nəticələrin miqyası gözlədiyinizdən də geniş olacaq”, - deyə rektor qeyd edib.
Hafiz Paşayev vaxtilə gənc alim kimi ABŞ-da Kaliforniyanın İrvine Universitetinə tədqiqatçı kimi getməsi barədə xatirələrini də bölüşüb: “Universitet kampusunun çox gözəl təbiəti və landşaftı var idi. Orada olan laboratoriyalar, universitetdə müəllim-tələbə münasibəti, hətta yaşıl qazonda tələbələrin rahat uzanıb dərs oxuması və idmanla məşğul olmasına baxaraq fikirləşirdim: ola bilərmi ki, bizdə də yaşıl qazona ayaq basmaq qadağan qoyulmuş bir şəraitdə - belə məkan, belə universitet yaransın?
Məncə, bugünkü tədbir onu göstərir ki, arzuların arxasında Vətənin gələcəyinə xidmət edən məqsədlər durduğu təqdirdə çox şey etmək, o cümlədən Azərbaycanda dünya səviyyəli təhsil ocağını yaratmaq mümkündür”.
ADA Universitetində builki yeniliklər
Ali təhsil müəssisəsində əsas meyarın keyfiyyətli təhsilin təmin edilməsindən ibarət olduğunu bildirən rektor Hafiz Paşayev qarşıya qoyulan məqsəd və vəzifələrin ildən-ilə artdığını bildirib. Diqqətə çatdırıb ki, bu yaxınlarda ADA Universitetində yeni iki tədris binası tələbələrin istifadəsinə veriləcək. Sentyabrda dərsə başlayanda onlar bu binaları öz enerjisi, elmə həvəsi və gənc ruhu ilə dolduracaqlar.
ADA tələbə icmasına sentyabrda daha bir üzv qoşulacaq - ADA şagirdi. Yeni tədris ilində 200-dən çox şagird bu il fəaliyyətə başlayan kollec tipli ADA Məktəbində oxuyacaq. Məktəbin tədris proqramı şagirdləri akademik baxımdan universitet illərinə daha hazırlıqlı yetişdirəcək və XXI əsrin tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına mühüm yer ayıracaq.
Məktəb tək universitetlərə daxil olmaq istəyən abituriyentlər yox, ümumən geniş biliklərə və dünya görüşünə sahib olan savadlı yeniyetmələr hazırlayacaq.
“Azərbaycanın qurmağa çalışdığı bilik iqtisadiyyatına töhfə kimi ADA Universiteti dəqiq elmlər və mühəndislik ixtisaslarının tədrisi və tətbiqini genişləndirmək niyyətindədir. Artıq ABŞ-ın aparıcı Corc Vaşinqton Universiteti ilə kompüter elmləri, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom magistr proqramının və doktorantura proqramının təsis edilməsi barədə razılıq əldə edilib. Mühəndislik üzrə ali və orta təhsil verən, elmi tədqiqatlar aparan və sənaye qurumlarını bir araya gətirən elmi-tədris mərkəzinin yaradılması da planlarımızdadır. Bu istiqamətdə bizi ruhlandıran amil Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetinə verdiyi dəstəkdir.
Gələcək bu günün sinif otaqlarından başlayır. Əminəm ki, bu gün məzun olan tələbələrimiz ADA dəyələrini, universitetimizin yenilikçi ruhunu özləri ilə həyat boyu daşıyacaq, Azərbaycanın inkişafı üçün yeni istiqamətlər, yeni imkanlar yaradacaqlar”, - deyə Hafiz Paşayev bildirib.
Sonra məzunlara diplomlar təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.
ADA Universitetinin məzunları Fidan Həsənova, Nərmin Babayeva və Tərlan Abbasova, Efreyn Abuseco (Nigeriya) tədbir çərçivəsində öz təəssüratlarını jurnalistlərlə bölüşərək, ADA Universitetində təhsil almağın çox maraqlı olduğunu, gözəl müəllim-tələbə münasibətlərindən məmnun qaldıqlarını, çoxlu dost qazandıqlarını bildiriblər.
Qeyd edək ki, universitetin məzunları hökumət və ictimai qurumlarda, biznes və konsaltinq xidmətlərində, maliyyə və bank, neft və qaz, QHT sektorlarında və istehsal sənayesi sahələrində çalışırlar.

 
  • Oxunub:  5160  |  
  • Tarix:  01-06-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA