A+   Yenilə  A-
Bu ilin birinci rübü də respublikamızın qərb bölgəsi üçün uğurlu olub

Bəhs edilən dövrdə bölgəyə daxil olan ayrı-ayrı rayonlarda quruculuq-abadlıq işləri davam edib
Ölkəmizdə son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə olunub. Təbii ki, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Eyni zamanda, respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın icrası da yüksək səviyyədə təmin olunub. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla isə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Beləliklə, Azərbaycanda 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, hər bir rayonda əldə edilən uğurlarla müşayiət olunub. Və bu uğurlar 2019-cu ilin birinci rübündə də davam edib. Bu məqamda vurğulamaq yerinə düşər ki, 2019-cu ilin birinci rübü respublikamızın qərb bölgəsi üçün də uğurlu olub.
Beləliklə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün rayonlarında olduğu kimi, Ağstafanın da inkişafına böyük təkan verib. Ağstafa rayonunda həyata keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Qeyd edək ki, 2019-cu ilin birinci rübü ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 26231,6 min manat olub. Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının həcmi 5,9 faiz artıb, nəqliyyat xidmətində 6,7 faiz, rabitə xidmətində 13,0 faiz, ticarət sahəsində 6,5 faiz artım olub. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 5,8 faiz artıb. Rayon üzrə orta aylıq nominal əməkhaqqı 9,2 faiz artaraq 298,50 manata çatdırılıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2707,2 min manat olub.
Ağstafa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin yanvar-mart ayları ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 431,5 milyon manat və ya 5,9 faiz artıb. Bu, dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunub. Rayonda payızlıq və yazlıq bitkilərin əkilib-səpilməsində “Ağstafa Aqroservis” MMC-nin 67 ədəd və “Aqrolizinq” ASC-nin Ağstafa Aqroservis xidmətinin 72 ədəd müasir kənd təsərrüfatı texnikasından istifadə edilib. Bu da rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradır. Ağstafa rayonunda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilib. Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması çoxmənzilli yaşayış bunalarının təmir olunması üçün bir sıra işlər həyata keçirilib. Rayon mərkəzinin abadlaşdırılması ilə yanaşı, rayonun qəsəbə və kəndlərində də abadlıq, tikinti-quruculuq işlərinin genişləndirilməsi qarşıya vəzifə kimi qoyulub.
Tovuz rayonunda da cari ilin birinci rübü uğurlu olub. Rayonda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, cari ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər ardıcıl qaydada davam etdirilib və bir sıra uğurlar əldə edilib. 2019-cu ilin ilk üç ayında Tovuzun iqtisadiyyatında makroiqtisadi göstəricilərdə dinamika müşahidə edilib. Birinci rübdə keçən ilin eyni dövrünə nisbətən istehsal olunan məhsulun həcmi sənayedə 38,5 faiz, rabitədə 15 faiz, ticarət və xidmət sahələrində 3,2 faiz artıb. Bu dövrdə 52 milyon 975 min manatlıq məhsul istehsal edilib ki, bunun da 39,1 faizi istehsal sahələrinin, 60,9 faizi isə xidmət sahələrinin payına düşür. Rüb ərzində 13 milyon 146 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib və kənd təsərrüfatında 1,2 faiz artım qeydə alınıb.
Birinci rübdə rayon üzrə təsdiq olunmuş 2 milyon 12 min 800 manat proqnoza qarşı büdcəyə 3 milyon 23 min 900 manat vəsait daxil olub, proqnoz 150,2 faiz yerinə yetirilib. Keçən ilin müvafiq dövrünə nisbətən büdcəyə 1 milyon 11 min 900 manat çox vəsait daxil olub. Yerli xərcləri tənzimləmək üçün dotasiya alınmayıb, xərclər tam olaraq rayonun gəlirləri hesabına həyata keçirilib.
2019-cu ilin əvvəlindən bilavasitə insanların rifah halının yaxşılaşmasına hədəflənən tədbirlərin reallaşdırılması daha da intensivləşib. Rayonun 35 min nəfərdən çox sakini cənab Prezidentin cəmiyyətə təqdim etdiyi sosial paketdən bəhrələnir. Sakinlər dövlətimizin sosial siyasətindən çox məmnundurlar.
İlin birinci rübündə rayon üzrə 413 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilib ki, bunun da aylıq məbləği 66 min 780 manat təşkil edir.
Rayonda əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Özünüməşğulluq proqramı çərçivəsində ötən il 132 ailəyə müəyyən olunmuş hədd daxilində iri və xırdabuynuzlu heyvanlar, 6 nəfərə isə müxtəlif xidmət sahələrində işləmək üçün avadanlıqlar verilib. Bu il isə müxtəlif sahələr üzrə 18 nəfər təlim kurslarına cəlb edilib.
Onu da qeyd edək ki, birinci rübdə Tovuzda 480 yeni iş yeri açılıb. O cümlədən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə hazırlanmış “İşsizin Dostu” proqramına uyğun olaraq “DOST İş Mərkəzi” MMC tərəfindən 450 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.
Həmçinin hesabat dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən hüquqi və fiziki şəxslərə 14 layihə üzrə 764 min manat kredit verilib. Bu layihələr üzrə 14 iş yeri açılıb. Digər banklardan 3 min 25 nəfər fiziki şəxsə 7 milyon 804 min manat kredit verilıb. Dördüncü Dövlət proqramına uyğun olaraq Tovuz rayonunda da müəyyən tədbirlərin görülməsi nəzərdə tutulur. Rayonda qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi ön plandadır. Hazırda Düz Qırıqlı kəndində kağız və karton tara istehsalı müəssisəsinin və Alakol kəndində dənli bitki toxumlarının emalı zavodunun tikintisi aparılır. Eyni zamanda, “ABAD” layihəsi üzrə meyvə qurutma fabrikinin tikintisində işlər davam etdirilir. Kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq istiqamətləri üzrə iri istehsal gücünə malik olan aqroparklar yaradılır. Kənd təsərrüfatı məhsullarının saxlanılması üçün müasir anbar-soyuducu bazalarının yaradılmasına təşəbbüslər göstərilir. Kənd təsərrüfatına gəlincə, son illər ölkəmizdə baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. O cümlədən Tovuzda da üç ildir ki, baramaçılığın bərpasına başlanıb. Kümçülər barama istehsalını ildən-ilə artırırlar. Bu il 13 ton barama istehsal etmək nəzərdə tutulur. Hazırda rayonun 30 yaşayış məntəqəsində ipəkqurdu bəslənilir, 160 ailə baramaçılıqla məşğul olur. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə davamlı tədbirlər görülür. Tütünçülük sahəsində də işlər davam edir. Bu il 50 hektar sahədə tütün əkiləcək. Rayonda son illər meliorativ tədbirlərin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülür. Tovuzçay su anbarının istifadəyə verilməsi ilə 20 min hektar torpaq sahəsinin suvarma təminatı yaxşılaşdırılıb, 300 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Bununla yanaşı, 2013-cü ildən başlayaraq Prezident sərəncamları əsasında rayonda 63 subartezian quyuları qazılıb istifadəyə verilib və 819 ha sahənin suvarma təminatı yaxşılaşdırılıb. Dövlət başçısının 2019-cu il 12 fevral tarixli Sərəncamına əsasən bu il Tovuzda daha 12 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulur. Rayonda istifadədə olan 424 ədəd subartezian quyusu var və bu, 7424 ha əkin sahəsinin suvarılmasına imkan verir. Əhalinin qazla təminatı sahəsində də müəyyən işlər görülüb. Birinci rüb ərzində 52 yaşayış məntəqəsində 355 abonentə təbii qaz verilib və qazla təmin olunan abonentlərin sayı 32972-yə çatıb. Hazırda rayon üzrə qazlaşmanın səviyyəsi 92 faiz təşkil edir. Növbəti illərdə qazlaşma işləri Dövlət Proqramına uyğun davam etdiriləcək.
Tovuzda yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir. Ölkə Prezidenti 15 fevral 2019-cu il tarixdə “Tovuz rayonunun Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb və bu məqsədlə vəsait ayrılıb. Cari ildə 7 dağ kəndini rayon mərkəzi ilə birləşdirən həmin yolun tikintisi davam etdiriləcək. Hesabat dövründə uzunluğu 31,9 km olan Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun tikintisi başa çatıb.
Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi nəzərdə tutulur. Tovuz-Böyük Qışlaq-Qaralar və Tovuz-Qovlar-Ağbaşlar avtomobil yollarının əsaslı təmiri yol boyu turizm məkanlarının və iaşə obyeklərinin yaranmasına, əraziyə kütləvi turist axınına səbəb olub. Bütün bunlarla yanaşı, rayon ərazisində ekoloji təhlükəsizliyin təmin edilməsi, ətraf mühitin qorunması, yaşıllıqların salınması istiqamətində aparılan tədbirlər davam etdirilir. Birinci rüb ərzində rayonun müxtəlif yerlərində ayrı-ayrı vaxtlarda ağacəkmə aksiyaları keçirilib. Yol kənarlarına, xiyabanlara, idarə müəssisə və təşkilatların ərazilərinə 10 min ədəd müxtəlif dekorativ ağaclar və gül kolları əkilib. Yaşılıqların salınması ilə yanaşı mövcud meşəliklərin mühafizəsi və bərpası da qarşıda duran əsas vəzifələrdən biridir.
Tikinti işlərinə gəlincə, Tovuz şəhəri Sabir küçəsində yerləşən çoxmənzilli yaşayış binasında təmir işləri aparılır. Birinci rübdə dəyəri 794 min manat, ümumi sahəsi 3540 kv.m olan 32 fərdi yaşayış evi tikilib istifadəyə verilib. Tovuz şəhərində Tarix Diyarşünaslıq Muzeyi və Bayraq Muzeyinin tikintisi tamamlanmaq üzrədir. Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi isə başa çatıb. 624 şagird yerlik Alakol kənd tam orta məktəbinin, “ASAN xidmət” Mərkəzinin tikintisi davam etdirilir.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

 
  • Oxunub:  4200  |  
  • Tarix:  04-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

22 Sentyabr 09:59
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
22 Sentyabr 09:56
Prezident İlham Əliyev: Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir
21 Sentyabr 18:51
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21 Sentyabr 16:46
Cenevrədə BAMF-ın qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanatı yayılıb
21 Sentyabr 16:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Xalça Muzeyi ilə tanış olub
21 Sentyabr 16:24
Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifahının yüksəlməsidir
21 Sentyabr 16:20
ATƏT-in görüşündə Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə dair görülən işlərdən danışılıb
21 Sentyabr 16:17
Bitki sağlamlığı ilə əlaqədar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına dair məsələlər müzakirələr edilib
21 Sentyabr 16:14
Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib
21 Sentyabr 16:12
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçirilib
21 Sentyabr 16:02
Macarıstanın “Daily News Hungary” portalında AZƏRTAC-ın xüsusi müxbirinin xəbəri dərc edilib
21 Sentyabr 15:59
Çin nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub
21 Sentyabr 13:49
Yeni Azərbaycan Partiyasının Şirvan bölgəsi üzrə rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə İsmayıllıda müşavirə keçirilib
21 Sentyabr 13:26
Seyfəddin Talıbov: Ərzaq təhlükəsizliyinin etibarlı təminatı təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün strateji bir məsələyə çevrilib
21 Sentyabr 13:11
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
21 Sentyabr 13:07
Mirzə Əliyev: Kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunun ən vacib istiqamətlərindən biridir
21 Sentyabr 13:02
Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək
21 Sentyabr 12:59
Orxan Məmmədov: Hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir
21 Sentyabr 12:56
BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır
21 Sentyabr 12:54
Samir Vəliyev: Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır
21 Sentyabr 12:50
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının Azərbaycan neftinin gələcəyi üçün böyük əhəmiyyəti oldu
21 Sentyabr 12:48
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İsmayıllı şəhərində gənclərlə görüşüb
21 Sentyabr 12:45
Deputat: Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən ölkəyə çevrilib
21 Sentyabr 12:39
BMT Baş Assambleyası 74-cü sessiyasının sədri ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb
21 Sentyabr 12:32
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21 Sentyabr 12:29
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21 Sentyabr 12:15
Əli Əhmədov İsmayıllı şəhərində Qarabağ müharibəsi veteranları ilə görüşüb
21 Sentyabr 12:11
Baş Nazirin müavini, YAP Sədrinin müavini Əli Əhmədov İsmayıllıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
21 Sentyabr 10:27
“Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var
21 Sentyabr 10:13
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
21 Sentyabr 10:11
YAP Nəsimi rayon təşkilatı “Xəzər dostluq, inkişaf və sülh rəmzidir” adlı tədbir keçirib
21 Sentyabr 10:09
YAP Şəmkir rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
21 Sentyabr 10:08
Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir
21 Sentyabr 09:59
Sosial-iqtisadi böhran və hökumətdəki istefalar Nikol Paşinyanın sonunu yaxınlaşdırır
21 Sentyabr 09:58
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olunub
20 Sentyabr 21:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
20 Sentyabr 20:56
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
20 Sentyabr 20:55
Zhang Yesui: Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir
20 Sentyabr 20:53
Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq
20 Sentyabr 20:51
Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərgi açılıb
20 Sentyabr 20:46
Aran iqtisadi rayonundakı 41 sahibkara 767 min manat güzəştli kredit verilib
20 Sentyabr 20:43
Robert Dadli: “Əsrin müqaviləsi” Azərbaycanın dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb
20 Sentyabr 20:38
Əhməd bəy Ağaoğluya həsr edilmiş elmi konfrans işini yekunlaşdırıb
20 Sentyabr 20:34
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
20 Sentyabr 20:30
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisi açılıb
20 Sentyabr 20:27
Vergilər Nazirliyi BP şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib
20 Sentyabr 20:09
Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
20 Sentyabr 20:05
Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri ölkəmizin zəngin mədəni irsi ilə tanış olub
20 Sentyabr 20:01
Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub
20 Sentyabr 19:44
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20 Sentyabr 19:41
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyəti İçərişəhərlə tanış olub
20 Sentyabr 19:37
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş konfransın ikinci günü 20-dən çox məruzə dinlənilib
20 Sentyabr 19:36
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20 Sentyabr 19:29
Təhsil naziri Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
20 Sentyabr 19:26
Londonda “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub
20 Sentyabr 19:20
İƏT-in Baş katibi Ermənistan baş nazirinin bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edib
20 Sentyabr 19:01
“Washington Examiner” jurnalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib
20 Sentyabr 18:56
Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
20 Sentyabr 18:48
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb
20 Sentyabr 18:46
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
20 Sentyabr 18:44
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edib
20 Sentyabr 18:40
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb
20 Sentyabr 18:26
Mərakeşli nazir: Mərakeş Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
20 Sentyabr 18:10
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
20 Sentyabr 18:05
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 18:02
Şahin Mustafayev: İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq
20 Sentyabr 17:59
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
20 Sentyabr 17:58
Eldəniz Səlimov: Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər
20 Sentyabr 17:52
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
20 Sentyabr 17:50
Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA