A+   Yenilə  A-
İkinci məktub: Tramp Azərbaycan həqiqətlərini açır

Amerikanın dövlət başçısı Donald Tramp Azərbaycan Prezidentinə qısa müddətdə iki məktub ünvanlayıb. Müasir qlobal geosiyasi proseslərin sürətli dəyişməsi və xeyli ziddiyyətli məqamların meydana gəlməsi fonunda bu, çox maraqlı təsir bağışlayır. ABŞ-ın Prezidenti hər iki məktubunda qısa formada olduqca vacib geosiyasi, iqtisadi və enerji məsələlərinə toxunub. O, konkret ifadə edib ki, Azərbaycan regionun ən uğurlu dövlətidir və liderdir. İndi liderliyi daha da genişləndirmək zamanıdır. Yəni rəsmi Bakı həyata keçirdiyi uğurlu siyasəti daha da inkişaf etdirib, böyük bir geosiyasi məkanda lider rolunu oynaya bilər. Sanki D.Tramp bütün dünyaya Azərbaycan həqiqətlərini fenomen olaraq açır. Bu fikirlərin fonunda ikinci məktubun tezisləri üzərində geniş dayanmağa ciddi ehtiyac vardır.
Böyük maraq: Trampın Cənubi Qafqazın liderinə mesajları
ABŞ Prezidentinin qısa bir müddətdə Azərbaycan Prezidenti İlham Əliyevə iki məktub ünvanlaması siyasət aləmində maraqla qarşılanıb. Ekspertlər Donald Trampın adətən “Tvitter diplomatiyası” apardığını vurğulayırlar. Ancaq o, ciddi hesab etdiyi və əhəmiyyət verdiyi məsələlərdə kifayət qədər peşəkar hərəkət etdiyini də nümayiş etdirir. Prezident İlham Əliyevə yazdığı iki məktubda lakonik və səmərəli təklifləri ilə daha çox maraq doğurub. Əhəmiyyətlidir ki, bu məktubların məzmunu bir-birini tamamlayır. Onlar arasında zərrə qədər də ziddiyyət yoxdur.
Məsələ ondan ibarətdir ki, Respublika Günü münasibəti ilə yazılan məktubda ifadə edilən fikirlər Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar keçirilən tədbirlə bağlı ünvanlanan məktubda daha da konkretləşdirilir və eyni zamanda, Azərbaycanın geosiyasi rolu üzərində dayanılır. Azərbaycanın əldə etdiyi nəticələrin D.Tramp tərəfindən qiymətləndirilməsi sözün həqiqi mənasında digər böyük dövlətlərin başçıları üçün də bir nümunə ola bilər.
İkinci məktubu məntiqi, məzmunu və məqsədinə görə şərti olaraq üç hissəyə ayırmaq mümkündür. D.Tramp öncə Azərbaycanın əldə etdiyi nailiyyətlərə geosiyasi qiymət verir. ABŞ Prezidenti yazır: “Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmamışdır. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir”.
Buradan görünür ki, Amerika Azərbaycanı firavan ölkə kimi qəbul edir. Bu, birbaşa ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf kursunun çox uğurlu olduğuna dəlalət edir. Azərbaycanın firavanlığı əhalinin həyat səviyyəsinin yüksəlməsi ilə bərabər daxili sabitliyin təmin edilməsi ilə də sıx bağlıdır. Daxildə sabitlik olmadan hər hansı inkişafdan söhbət gedə bilməz. D.Tramp məsələnin bu tərəfini qabartmaqla ölkə rəhbərliyinin müasir tələblərə cavab verən və ziddiyyət yaratmayan siyasət reallaşdırdığını etiraf edir.
Bu kontekstdə Azərbaycanın qlobal iqtisadiyyata bağlı olması xüsusi əhəmiyyət kəsb edir. Cənubi Qafqazda indi müşahidə edilən geosiyasi proseslərin fonunda bu, son dərəcə vacib məqamdır. Belə ki, Cənubi Qafqazın digər dövlətləri xarici siyasətin birtərəfliliyi ucbatından ziddiyyətli situasiyalara düşürlər. Ermənistan isə qəfəsə düşmüş siçovul kimi qapalı dairədə fırlanır. Nikol Paşinyana olan ümidlər də boş vədlərin fonunda sabun köpüyü kimi dağıldı. İndiyə qədər Ermənistan rəhbərliyi konkret nəticəsi olan layihə təklif edə bilməyib. Kimsə də onunla iş görməyə həvəsli deyil. Azərbaycan isə tamamilə başqa səviyyədədir.
Amerikanın dövlət başçısı bəyan edir ki, Azərbaycan firavandır və eyni zamanda, qlobal iqtisadiyyata bağlıdır! Qlobal iqtisadiyyata bağlılıq mühüm faktordur. Belə ki, müstəqilliyini əldə etmiş dövlətlərin dünyanın daha inkişaf etmiş hissəsinə inteqrasiyası olduqca yaradıcı işlər görməyi tələb edir. Burada iqtisadi infrastrukturun yeniləşdirilməsindən tutmuş idarəetmənin və dövlətlərarası münasibətlərin elə səviyyəsinə çatmaq lazım gəlir ki, sistemə uyğunlaşa biləsən. Azərbaycan qlobal iqtisadiyyata həyata keçirdiyi çox sayda təşəbbüsləri, sanballı və ünvanlı islahatları, yüksək səviyyəli diplomatik fəaliyyəti sayəsində inteqrasiya ola bilib. Bunun üçün Ulu Öndər və sonra Prezident İlham Əliyev çox böyük əmək sərf ediblər. Nəticə isə bütün xalq, dövlət və vətəndaş üçün faydalı olub. D.Tramp məhz bu uğuru görə bilib.
Təklif: yeni liderliyə birgə gedək!
Daha maraqlısı odur ki, Amerika Prezidenti Azərbaycanın bu uğurlarının beynəlxalq miqyasda verəcəyi töhfələrin geosiyasi və iqtisadi aspektlərini də çox perspektivli sayır. O, məktubunda vurğulayır: “Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır”. D.Tramp həyata keçirilən siyasətin Azərbaycanı Cənubi Qafqazın lideri halına gətirdiyini aksiom olaraq qəbul edir. Üstəlik, bu liderliyin potensialının ancaq regionla məhdudlaşmadığını ifadə edir. Əksinə, bu vəziyyət Azərbaycana elə bir şans verir ki, o, daha geniş geosiyasi məkanda lider ola bilmək imkanı əldə edib. Burada “imkan” anlayışını da geniş anlamaq gərəkdir. O, Azərbaycanın təkcə daxili deyil, həm də xarici siyasətinin yüksək potensialının olduğunu göstərir. Bu potensial iki aspektdə özünü büruzə verir.
Birincisi, Azərbaycan öz xarici siyasətini əməkdaşlıq müstəvisində tam bərqərar edib. Bizə dost olmaq istəməyən dairələrin iddialarının əksinə olaraq, xarici siyasətin bu aspekti ölkəmizin liderlik statusuna yüksəlməsinə belə təkan verir. Deməli, xarici siyasət həm səmərəli, həm müasir, həm də kreativ xarakterə malikdir.
İkincisi, xarici siyasət məhdud məqsədlərə istiqamətlənməyib, bütün dünyanı əhatə edə biləcək məqsədlərin izindədir. Bu tam uğurlu və səmərəli proses indi o səviyyədədir ki, Xəzərin o tayı ilə yanaşı, ətraf dənizlərin sahillərində yerləşən ölkələrin də yolu Azərbaycandan keçə bilər. Burada təbii ki, əsas məsələ coğrafi mövqedə deyil. İlk sırada Bakının yeritdiyi siyasətin incəliklərinin qlobal tələblərə uyğunluğundadır. Bununla D.Tramp erməni lobbisinin və onların havadarlarının əlində alətə çevrilən dairələrin Azərbaycana qarşı məkrli planlarını və qərəzli kampaniyalarını alt-üst edir. Azərbaycan regional lider kimi bir neçə regionun lideri olmaq şansı əldə edib. Ermənistan bu prizmadan necə də zavallı və miskin görünür!
D.Tramp bunlarla məhdudlaşmır. O, Vaşinqtonun bu prosesdə Azərbaycan rəhbərliyinə tam dəstək verdiyini ifadə edir. Amerikanın dövlət başçısı yazır: “Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir”. Çox əhəmiyyətli fikirlərdir.
D.Tramp ifadə edir ki, Birləşmiş Ştatlar xarici sərmayələrin Azərbaycana cəlb edilməsi istiqamətində rəsmi Bakının atdığı addımları böyük razılıqla qarşılayır və onları çox önəmli sayır. Azərbaycan rəhbərliyi xarici sərmayələrin təşviqi prosesini də uğurla aparmaqdadır. Həmin səbəbdən ABŞ Azərbaycana daha çox sərmayə yatırmaqla yanaşı, Azərbaycan Prezidentinin reallaşdırdığı islahatlara da dəstəyini artırmaqda qərarlıdır. Həm də ona görə ki, Vaşinqton Azərbaycanın iqtisadi uğurunun bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəyinə əmindir.
Sonuncu məqamı D.Tramp məktubunda bir daha önə çəkir. ABŞ Prezidenti vurğulayır ki, “Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”. Burada isə anti-Azərbaycan mövqeli mərkəzlərin və “beşinci kolon”un çirkin kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdlərinə sərt bir cavab vardır. Amerika hesab edir ki, Cənubi Qafqazın daha dinc, demokratik və firavan olması yolunda Azərbaycan lider kimi çalışır, ABŞ bu məsələdə ona dəstək verir.
Bunlar ciddi geosiyasi tezislərdir. Azərbaycan regionun sabitliyi, demokratikləşməsi və daha sıx əməkdaşlıq səviyyəsinə yüksəldilməsi prosesində aparıcı rol oynayır. Bakı hazırda bu prosesin lideridir. Onun atdığı hər bir addım region üçün olduqca əhəmiyyətlidir. Çünki Cənubi Qafqazın gələcəyi həmin addımlarla müəyyən edilir.
Təbii ki, buradan regional münaqişələrin həllinə məntiqi keçid vardır. Ermənistan və havadarları nə qədər suyu bulandırsalar da, Azərbaycanın xoş məramı və qətiyyətli iradəsi qalib gələcək. Bütövlükdə region məhz Azərbaycanın təşəbbüsü ilə sabitliyə və inkişafa qovuşacaq!
Newtimes.az

 
  • Oxunub:  8580  |  
  • Tarix:  04-06-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

28 Fevral 22:16
Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
28 Fevral 22:07
Azərbaycanın işğal edilmiş ərazilərində hərbi cinayətlərə dair məruzə BMT-nin rəsmi sənədi kimi yayılıb
28 Fevral 22:01
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı işini plenar sessiyalarla davam etdirib
28 Fevral 21:56
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
28 Fevral 21:51
Baş Nazirin müavini Misirin Azərbaycandakı səfirliyində başsağlığı verib
28 Fevral 21:11
Operativ qərargah: Karantin normalarını pozan hər kəsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək
28 Fevral 21:10
Astarada Fövqəladə Hallar Nazirliyinin səyyar mobil hospitalı quraşdırılıb
28 Fevral 20:57
Bakıda "Ürək və Damar Cərrahiyyəsi" elmi-praktik jurnalının təqdimatı olub
28 Fevral 20:41
Azərbaycan zabiti Belarusda hərbi akademiyanı fərqlənmə diplomu ilə bitirib
28 Fevral 20:18
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib
28 Fevral 17:48
Ağdamda 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılmasına 1,4 milyon manat ayrılıb – Sərəncam
28 Fevral 17:45
Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir
28 Fevral 17:42
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
28 Fevral 17:39
Asim Mollazadə: Nikol Paşinyan sülh danışıqlarının imitasiyası ilə məşğuldur
28 Fevral 17:30
TRT HABER Azərbaycan-Türkiyə münasibətlərinə dair xüsusi buraxılış yayıb
28 Fevral 17:25
Milli Olimpiya Komitəsi “Tokio-2020”yə hazırlıq çərçivəsində əməkdaşlığa dair memorandumlar imzalayıb
28 Fevral 17:12
Güllə atıcılarımız Polşada Avropa çempionatında mübarizəyə başlayırlar
28 Fevral 16:42
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavinləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
28 Fevral 16:39
ABŞ Konqresinin üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
28 Fevral 16:31
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir
28 Fevral 16:13
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək
28 Fevral 16:07
Xaricə gedən azərbaycanlıların 84,2 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib
28 Fevral 16:04
Kənd Təsərrüfatı naziri İnam Kərimov Ucarda vətəndaşları qəbul edib
28 Fevral 15:39
“RİA Novosti” informasiya agentliyi Bakı haqqında fotolent təqdim edib
28 Fevral 15:34
Qax Damazlıq İpəkçilik Stansiyasında 146 kiloqram elit və hibrid ipəkqurdu toxumu istehsal olunub
28 Fevral 15:03
Gömrük Komitəsinin rəhbərliyi Xızı, Qobustan və Quba rayonlarında vətəndaşları qəbul edib
28 Fevral 14:56
Rusiya turoperatorları Azərbaycanın turizm imkanları ilə tanış olublar
28 Fevral 14:38
Vyetnam İctimai Elmlər Akademiyasında Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib
28 Fevral 14:31
DİM Direktorlar Şurasının sədri Kürdəmir rayonunda vətəndaşları qəbul edib
28 Fevral 14:27
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib
28 Fevral 14:26
Azərbaycanla Gürcüstanın enerji sistemləri arasındakı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb
28 Fevral 13:54
Nepalın yüksəkvəzifəli nümayəndə heyəti “ASAN xidmət”də olub
28 Fevral 13:39
KOBİA və İslam İnkişaf Bankı Qrupu arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
28 Fevral 13:25
Elçin Əhmədov: Sumqayıt hadisələri erməni millətçilərinin məqsədyönlü şəkildə hazırladıqları planın tərkib hissəsi idi
28 Fevral 13:23
Bakıda “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilir
28 Fevral 13:13
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
28 Fevral 12:57
Mərkəzi Bank “Visa kartları ilə ödəniş qazandırır!” lotereyasına start verir
28 Fevral 12:53
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
28 Fevral 12:48
Qulam İshaqzai: Azərbaycanın müxtəlif formalarda BMT-yə dəstək verməsini yüksək dəyərləndiririk
28 Fevral 12:33
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
28 Fevral 12:05
Bakı Ali Neft Məktəbi və İstanbul Texnik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
28 Fevral 11:59
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir
28 Fevral 11:55
Leyla Abdullayeva: Azərbaycan regionda sülhün bərpa olunması kimi missiyaların reallaşdırılması istiqamətində mühüm tədbirlər görür
28 Fevral 11:53
Bakıda BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirilir
28 Fevral 11:33
Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib
28 Fevral 11:03
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
28 Fevral 10:56
Bakıda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub
28 Fevral 10:40
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib
28 Fevral 10:30
Sumqayıt hadisələrindən 32 il ötür
28 Fevral 10:02
Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək
28 Fevral 09:46
İtaliya dünyada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır
28 Fevral 09:41
Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə keçib
28 Fevral 09:32
MƏŞĞULLUQ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİ DÖVLƏTİN SOSİAL SAHƏDƏKİ PERSPEKTİVLƏRİNİN İFADƏSİDİR
28 Fevral 09:29
Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir
28 Fevral 09:25
Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar
28 Fevral 09:23
Azərbaycanda koronavirus aşkarlanmayıb
28 Fevral 09:21
Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb
28 Fevral 09:19
Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir
27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA