A+   Yenilə  A-
5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Su təsərrüfatı işçiləri Azərbaycanda həyata keçirilən sosial siyasətə mühüm töhfələr verirlər
Son illər ölkəmizdə içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması sahəsində həyata keçirilən çoxsaylı layihələr şəhər və rayon mərkəzlərində, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyatın canlanmasına, vətəndaşların sağlamlığının qorunmasına və əhalinin sosial rifahının yüksəldilməsinə zəmin yaradır. Bu sahədə reallaşdırılan layihələr müstəqil Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin prioritet istiqamətlərindən biri kimi getdikcə daha çox aktuallıq kəsb edir.
Vurğulamaq yerinə düşər ki, təbiətin bəxş etdiyi əvəzsiz nemətlərdən sayılan sudan səmərəli istifadə məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda tarixin bütün dövrlərində aktual olub. Orta əsrlərə aid mənbələrdə Azərbaycanın bəzi yaşayış məntəqələrində su təchizatı sistemlərinin yaradılması barədə faktlar mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf dövrü XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir. Təxminən bir əsr əvvəl Şollar-Bakı su təchizatı qurğuları istismara verilib. Xaçmaz rayonunun ərazisindən Abşeron yarımadasına 187,5 km uzunluğunda kəmər çəkilib, Bakı şəhərində ilk dəfə mərkəzləşmiş içməli su şəbəkəsi yaradılıb.
Bu sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş 2-ci kəmər 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb.
Azərbaycanın içməli su və kanalizasiya sektorunun sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1970-71-ci illərdə Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Bu layihə paytaxta yeni həyat gətirib. Eyni zamanda, 1970-80-ci illərdə Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan “Böyük kanalizasiya” layihəsi reallaşdırılıb. Həmin dövrdə Hövsan Aerasiya Stansiyası, eləcə də “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa edilib.
Elə Azərbaycanın əksər rayon mərkəzlərində mərkəzləşdirilmiş içməli su və kanalizasiya sistemlərinin yaradılması da ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin dövrdə Ulu Öndərin rəhbərliyi ilə bölgələrdə yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Bu işlər bəzi yaşayış məntəqələrinin şəhər kimi formalaşmasında mühüm rol oynayıb.
Ümummilli Lider ölkəmizin müstəqilliyinin ilk illərində də paytaxt Bakının keyfiyyətli və dayanıqlı içməli su təchizatını diqqətdə saxlayıb. Ölkədə siyasi sabitlik bərqərar olunduqdan sonra Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə 88,7 milyon dollar güzəştli kredit ayırıb. Bu vəsait hesabına 1998-2002-ci illərdə Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb, su təsərrüfatının maddi-texniki bazası gücləndirilib.
Məlum olduğu kimi, 2003-cü ilin oktyabrında cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başladı. Ulu Öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev insan sağlamlığının qorunmasını dövlətin sosial siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirdi. Su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün etibarlı mənbələrin formalaşdırılması dövlət proqramlarında xüsusi qeyd olundu. Əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına başlanıldı. Dövlət başçısının “Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli Sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.
Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən etibarən Bakı şəhərinin və ətraf qəsəbələrin böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırmışdı. Bu məsələnin həlli yollarını da Ümummilli Lider Heydər Əliyev zərgər dəqiqliyi ilə göstərmişdi. O, Bakıya Oğuz-Qəbələ zonasından saf və təmiz bulaq suyunun gətirilməsinin vacibliyini bildirmiş və bununla bağlı araşdırmalara başlanılması barədə tapşırıq vermişdi.
Ulu Öndərin bu ideyasını Prezident İlham Əliyev həyata keçirdi. Belə ki, 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli atıldı. Dövlət Neft Fondundan maliyyələşdirilən layihə çərçivəsində Oğuz rayonunun ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə yaradıldı, buradan Abşeron yarımadasına 262,5 km özüaxımlı magistral su kəməri inşa edildi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmər 2010-cu ilin dekabrında istismara verildi. Bununla da Bakı şəhərinin əksər ərazilərinin su təchizatında stabillik təmin edildi, bəzi yerlərdə isə fasiləsiz rejimə keçirildi. Sürətlə böyüyən və inkişaf edən paytaxtı fasiləsiz su ilə təmin etmək üçün əlavə su həcmlərinə ehtiyac var idi. Abşeron yarımadasındakı qəsəbə və kəndlərdə mərkəzləşdirlmiş su şəbəkələrinin yaradılması, əhalinin suya olan tələbatının artması, suyun keyfiyyətinin təmin edilməsi, magistral kəmərlərdə mümkün qəzalar zamanı su təchizatında problemlərin yaranmaması su mənbələrinin əlaqələndirilməsini tələb edirdi. Bu məqsədlə Bakı şəhərinə yaxın yeni su mənbəyinin yaradılmasına qərar verildi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Tikintisində aparıcı xarici şirkətlərin iştirak etdiyi və ən son texnologiyaların tətbiq olunduğu kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Açılış mərasimində Prezident İlham Əliyev bildirmişdir: “Bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli sudur”.
Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su ultrasüzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizlənmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən qurğu 2016-cı ildə Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli 4 layihəsindən biri seçilib.
Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsini içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri istismara verildi. Bununla da Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Saatlı və Sabirabad şəhərləri, həmçinin kəmərlərin marşrutu boyu 30-dan artıq kənd keyfiyyətli içməli su ilə təmin olundu.
Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 km uzunluğunda 4 magistral kəmər çəkilib. Hazırda bu şəhərlər və magistral kəmərlərin yaxınlığında yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına keyfiyyətli içməli su ilə təchiz olunur.
Lənkəran və Astara şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Xanbulançay su anbarının imkanlarından istifadə etməklə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa edilib. Buradan Lənkəran şəhərinə 12 km, Astara şəhərinə isə 25 km uzunluğunda magistral su kəmərləri çəkilib.
Bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Mingəçevir, Quba, Qobustan və Ağstafa sutəmizləyici qurğuları da istismara verilib. Regionlarda tikilən ən böyük sutəmizləyici qurğu olan Şəmkirçay sutəmizləyici qurğusu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanın keyfiyyətli və fasiləsiz içməli su təminatına hesablanıb. Məhsuldarlığı sutkada 140 min kubmetr olan bu qurğudan Gəncə şəhərinə 27 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəməri çəkilib.
Ötən dövrdə əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə Qusar, Şamaxı, Şəmkir, Xaçmazda horizontal sugötürücü qurğular, Qax, Gədəbəy, Daşkəsən, Xızı, Oğuz rayonlarında kaptaj qurğuları yaradılıb. Ümumilikdə son illər yaradılmış və məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni içməli su mənbəyi Azərbaycan vətəndaşlarının sağlamlığına və sosial rifahının yüksəlməsinə hesablanmış uğurlu layihələrdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su və kanalizasiya layihələrinin icrasına başlanılmış 50 şəhər və rayon mərkəzinin 38-də içməli su şəbəkələrinin tikintisi yekunlaşıb.
Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Prezident İlham Əliyevin 2017 və 2018-ci illərdə imzaladığı sərəncamlar, həmçinin dövlət investisiya proqramları çərçivəsində 46 rayonun 211 kəndində içməli su layihələri icra olunub. Bununla da 330 min sakinin keyfiyyətli içməli suya çıxışı təmin edilib.
Məcburi köçkün qəsəbələri, cəbhəyanı ərazilər və təmas xəttində yerləşən yaşayış məntəqələrinin su təminatı xüsusi diqqətdə saxlanılıb. Bu məqsədlə Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə, Füzuli, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Tovuz və Qazax rayonlarının cəbhəboyu kəndlərində layihələr həyata keçirilib.
Qlobal istiləşmə və quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə alaraq Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra edilib.
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə Abşeron yarımadasının su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üzrə Master Plan hazırlanıb. Hazırda həyata keçirilən layihələr bu sənədin tələblərinə uyğun icra edilir. Master Planın əsas layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri, həmçinin kəmərin marşrutu boyunca yerləşən anbar kompleksləri istehlakçıların dayanıqlı su təminatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Pirallahı, Dübəndi, Gürgan, Türkan, Zirə, Qala, Mərdəkan, Şüvəlan, Şağan qəsəbələri, həmçinin Binəqədi, Sabunçu və Suraxanı rayonlarının bir sıra yaşayış məntəqələri dayanıqlı içməli su ilə təmin edilib.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qrantı hesabına icra edilmiş layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 14 mindən artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Abşeron yarımadasında ekoloji problemlərin həlli məqsədilə icra olunan “Təmiz Şəhər” layihəsi Balaxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yaradılmasına imkan verib.
Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işlərinin birinci mərhələsi yekunlaşıb. Bu layihənin imkanlarından istifadə olunmaqla 20-ci sahə yaşayış massivinin içməli su təminatı da əsaslı şəkildə yaxşılaşacaq. Fondun maliyyələşdirdiyi digər layihə çərçivəsində Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması davam etdirilir.
Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan anbar komplekslərində aparılan yenidənqurma işləri nəticəsində Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib. Eyni zamanda, yeni magistral və paylayıcı şəbəkələrin tikintisi, yeni birləşmələrin verilməsi paytaxt sakinlərinin dayanıqlı və keyfiyyətli su təminatına imkan yaradıb. Bakının küçə və prospektlərində yol infrastrukturlarının yenidən qurulması ilə əlaqədar uzun illərdir istismarda olan su və kanalizasiya xətləri də yenilənir.
2013-cü ildə çoxmənzilli yaşayış binalarının daxili kommunikasiya sistemlərinin “Azərsu” ASC-nin balansına verilməsindən sonra 5000-dən artıq binanın daxili kommunikasiya xətləri yenidən qurulub.
Son illər istehlakçıların içməli su ilə təminatının yaxşılaşdırılması kanalizasiya xidmətlərindən istifadənin aktuallığını artırıb. Abşeron yarımadasında və regionlarda yeni kanalizasiya şəbəkələrinin, kollektorların və tullantı sutəmizləyici qurğuların tikintisi, eləcə də mövcud xətlərin rekonstruksiyası göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan verib.
Dövlət başçısının ərzaq təhlükəsizliyinin və ölkənin ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihələri həyata keçirilib. Bu məqsədlə Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilib, əkin sahələrinə 42 km uzunluğunda əsas daşıyıcı kəmərlər çəkilib və ərazilərə suyun verilməsi təmin edilib. Şamaxı və Hacıqabul rayonlarında əkin sahələrinin suvarılması üçün tələb olunan 5 kubmetr su Kür sutəmizləyici qurğular kompleksindən verilir.
Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 690 min kubmetr olan 7 sutəmizləyici qurğu, 300-dən çox su anbarı və anbar kompleksi tikilib və ya yenidən qurulub, 18 min km-dən çox magistral və paylayıcı su, 4000 km-dən artıq kanalizasiya xətləri çəkilib, 120-dək su və kanalizasiya nasos stansiyası tikilib, 335 artezian və subartezian quyusu qazılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə 1 milyondan çox sayğac quraşdırılıb və sayğaclaşma səviyyəsi 82 faizə çatdırılıb.
Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artıb, abonentlərin sayı isə 1 milyon 470 minə çatıb.
2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib. Beləliklə, ölkə üzrə əhalinin fasiləsiz su təminatının səviyyəsi 69,9 faizə çatıb.
İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması məqsədilə yeni Mərkəzi Laboratoriya inşa edilib. Fəaliyyətə başladıqdan cəmi bir il sonra beynəlxalq akkreditasiyadan keçən laboratoriya dünyanın aparıcı şirkətlərinin təmsil olunduğu səriştəlilik proqramlarına qoşulub.
Bu təcrübədən istifadə etməklə respublika üzrə 9 regional laboratoriyanın yaradılması işləri başa çatdırılıb. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də daim nəzarətdə saxlamaq mümkündür.
Yeri gəlmişkən, “Azərsu” ASC-də informasiya və kommunikasiya texnologiyalarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması, yeni elektron xidmətlərin yaradılması istiqamətində də zəruri tədbirlər həyata keçirilir.
Bir neçə ildir uğurla tətbiq olunan AzərsuCİS (Azərsu ci-ay-es) coğrafi informasiya sistemi istehsalatda müsbət nəticələr verməkdədir.
Eyni zamanda, dövlət başçısının “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” 2013-cü il 5 fevral tarixli Fərmanına uyğun olaraq 17 elektron xidmət vətəndaşların istifadəsinə verilib. Ən çox elektron müraciət qəbul edən 5 dövlət qurumundan biri olan “Azərsu” ASC-yə 2018-ci ildə 345 min müraciət daxil olub.
Vətəndaşların işinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi məqsədilə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində “Azərsu” ASC-nin xidmət bölmələrinin fəaliyyəti tam təmin edilib. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən 220 mindən çox müraciət daxil olub.
Beynəlxalq əlaqələrini genişləndirən Cəmiyyət ölkə daxilində və xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkəmizin elm və təhsil müəssisələri ilə əməkdaşlığa da xüsusi önəm verir. Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə imzalanmış əməkdaşlığa dair sazişlər kadr potensialının gücləndirilməsinə töhfələr verməkdədir.
Fəaliyyətində ekoloji layihələrin icrasına önəm verən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması tədbirlərində də fəal iştirak edir.
Sonda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, su təsərrüfatı işçilərinin əməyi hər zaman ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. “Azərsu” ASC-nin əməkdaşlarının fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyevin şəxsən iştirakı, 14 may 2014-cü ildə imzalanmış Sərəncamla iyun ayının 5-nin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir.
Dövlət başçısının diqqət və qayğısından güc alan “Azərsu” ASC-nin çoxminli kollektivi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə hesablanmış içməli su və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə bundan sonra da var qüvvəsi ilə çalışacaq. Bir sözlə, su təsərrüfatı işçiləri istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, bu xidmətlərdən daha çox insanın yararlanması ilə bağlı layihələrin icrasını davam etdirməklə Azərbaycanda həyata keçirilən sosial siyasətə öz töhfəsini verəcəklər.
Nadir AZƏRİ

 
  • Oxunub:  10140  |  
  • Tarix:  04-06-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
20 Fevral 13:10
ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub
20 Fevral 13:04
Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir
20 Fevral 12:47
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
20 Fevral 12:43
İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır
20 Fevral 12:22
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub
20 Fevral 12:19
İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub
20 Fevral 12:10
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
20 Fevral 11:53
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 rayondakı tibb müəssisələrinə 381 mindən artıq insan müraciət edib
20 Fevral 11:50
DOST Agentliyi könüllülüklə əlaqədar keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
20 Fevral 11:47
Məqsədimiz məzunlarımıza karyeralarını qurmaqda yardımçı olmaqdır
20 Fevral 11:33
İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markaları buraxılıb
20 Fevral 11:29
Azərbaycan Respublikası Antiqua və Barbudaya yardım edib
20 Fevral 11:23
Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
20 Fevral 11:20
ABŞ-ın San-Dieqo Ştat Universitetində Azərbaycana dair mühazirə keçirilib
20 Fevral 11:16
Sumqayıtda ötən əsrdə tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək
20 Fevral 10:40
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır
20 Fevral 10:28
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilir
20 Fevral 10:16
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20 Fevral 10:05
Tokioda “Imegine One World-Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib
20 Fevral 09:57
BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb
20 Fevral 09:52
Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib
20 Fevral 09:50
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
20 Fevral 09:48
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
20 Fevral 09:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20 Fevral 09:34
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir
20 Fevral 09:33
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
20 Fevral 09:30
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20 Fevral 09:24
Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20 Fevral 09:12
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
20 Fevral 09:09
Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20 Fevral 08:59
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6