A+   Yenilə  A-
Tbilisidə “Parlamentdə gender bərabərliyi” mövzusunda dəyirmi masa keçirilib

Gürcüstan parlamentində ATƏT Parlament Assambleyasının (PA) “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransı çərçivəsində “Parlamentdə gender bərabərliyi” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə Azərbaycan, Gürcüstan, Özbəkistan, Ermənistan və Qırğızıstandan olan deputatlar, həmçinin Avropa Parlamentinin, QHT-lərin nümayəndələri iştirak ediblər.
Dəyirmi masada ölkəmizi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva təmsil edib.
Sevinc Fətəliyeva çıxışında bu gün dünyanın hər yerində qadın hüquqlarının təmin olunması istiqamətində hərəkatın genişləndiyini bildirərək deyib: “Azərbaycan xalqının tarixinə nəzər yetirsək görmək olar ki, qadınlar hər zaman aparıcı qüvvə olmaqla, cəmiyyətin inkişafına öz töhfələrini veriblər. Biz keçən il Azərbaycanda qadınların seçmək və seçilmək hüququ qazanmalarının 100-cü ildönümünü qeyd etdik. Ölkəmizdə qadın hüquqlarının bizim üçün dəyərli olan uzun tarixi irsi var. O, qorunur və gündən-günə inkişaf etdirilir”.
Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyasının təşkil etdiyini bildirən deputat qeyd edib ki, beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapıb. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilir. Qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə son illərdə beynəlxalq təcrübə də dərindən öyrənilib. Azərbaycan Respublikası bir sıra mühüm beynəlxalq paktlara, sazişlərə qoşularaq bu sahədə qanunvericiliyini təkmilləşdirmək imkanı əldə edib. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təşviqi üzrə qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya da daxil olmaqla bir sıra beynəlxalq sazişləri ratifikasiya edib. Eyni zamanda, hüquqi bazanın yenidən təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunları qəbul olunub.
O qeyd edib ki, görülən bütün bu işlər Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırıb, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirib. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub. Müxtəlif nazirliklər və icra hakimiyyəti orqanlarında qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan cavabdeh şəxslər təyin edilib. Bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılıb. Ənənəvi olaraq qadınlar təhsil, elm, səhiyyə və mədəniyyət sahələrində daha çox təmsil olunurlar. Lakin bu gün dövlət dəstəyi sayəsində qadın məmurların, hüquq-mühafizə orqanları işçilərinin, siyasətçilərin və ictimai xadimlərin sayı artmaqdadır.
“Azərbaycanda qadınlara qapalı, yaxud əlçatmaz olan heç bir fəaliyyət sferası yoxdur. Qadın hüquqları Konstitusiyada təsbit olunub və dövlət siyasətində əksini tapıb. Hazırda ölkədə bir çox qeyri-hökumət qadın təşkilatları fəaliyyət göstərir. 1995-ci ildə Ulu Öndərin tövsiyəsi ilə YAP Qadınlar Şurasının yaradılması, eyni zamanda, Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da bunun təsdiqidir. Azərbaycanda qadınlar siyasi və ictimai həyatda, xüsusilə də, “qərar qəbuletmə orqanlarında, o cümlədən Parlament, Hökumət, diplomatik xidmət, regional və yerli bələdiyyələrdə və məhkəmə hakimiyyətinin ali səviyyələrində” təmsil olunurlar. Parlamentdə təmsil olunan xanımlarımız müxtəlif qanunların qəbul edilməsində, eləcə də ölkəmizin ictimai-siyasi həyatında, milli demokratik və hüquqi dövlət quruculuğu prosesində aktiv iştirak edirlər. Üzərlərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarının keşiyində layiqincə dayanmağa çalışır, habelə ölkə rəhbərliyinin həyata keçirdiyi mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfələrini verirlər. Bundan əlavə paralamentdə ailə, qadın və uşaq məsələləri üzrə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələrinin daha da səmərəliyinin artırılması məqsədilə ailə, qadın və uşaq məsələləri komitəsi yaradılıb ki, bu gün komitə tərəfindən qeyd olunan məsələlərin həlli istiqamətində böyük işlər həyata keçirilir. Göründüyü kimi ölkəmizdə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılıb”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.
S.Fətəliyeva AZƏRTAC-a bildirib ki, tədbirdə əsasən qadın deputatların siyasi həyatda iştirakı məsələsi müzakirə olunub.
Dəyirmi masa iştirakçıları qadınların siyasi həyatda fəal olmasının əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə əsasən, parlament komitələrinin sədri və ya sədr müavini qadın olmalıdır.
Deputat qeyd edib ki, müzakirələr zamanı qadın və gənclərin qərar qəbuletmə prosesinə fəal cəlb olunması yolları və bu istiqamətdə milli parlamentlərdə həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

 
  • Oxunub:  5850  |  
  • Tarix:  08-06-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3