A+   Yenilə  A-
Məkkə bəyannaməsi: İslam dünyasının Azərbaycana böyük dəstəyi

Bu gün İslam ölkələrinə qarşı bir sıra dairələrin qərəzli və ikili standart mövqeyindən yanaşdıqları sirr deyil. Artıq islamofobiya mərəzinə tutulmuş bəzi ölkələr də üzə çıxıb. Bu proseslərin fonunda İslam dövlətlərində müxtəlif təbiətli problemlərin meydana gəlməsi artıq daha geniş xarakterli trendə çevrilir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının Məkkə şəhərində keçirilən zirvə toplantısı bu baxımdan ekspertlərin böyük marağına səbəb olub. İƏT-in yaranmasının 50-ci ildönümünə təsadüf edən toplantıda 57 ölkənin yüksək səviyyəli nümayəndələri iştirak edib. Çin və İran prezidentləri toplantı iştirakçılarına məktub göndəriblər. Azərbaycanı Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Yekunda Məkkə bəyannaməsi qəbul edilib. Sənəddə yer almış müddəaların işığında zirvə toplantısının geosiyasi aspektlərini təhlil etməyi lazım bildik.
Qlobal geosiyasi proseslər və İslam ölkələri: ziddiyyətlərin səbəbləri
İslam coğrafiyasında son illərdə geosiyasi proseslərin intensivliyi o dərəcədə artıb ki, hazırda onu qlobal siyasətin başlıca problemi adlandırırlar. Burada “problem” İslam ölkələrinin hansısa qüsura malik olmasını deyil, böyük güclərin müsəlman sivilizasiyasına və dövlətçiliyinə obyektiv yanaşa bilməməsini ifadə edir. Onun konkret təzahürü isə islamofobiyanın getdikcə daha çox vüsət almasındadır. Qəribədir ki, dünyanın bir qrup güclü dövlətləri bu sadə həqiqəti qəbul edib, özlərinin İslam aləminə münasibətlərini ədalət və demokratiya prinsipləri üzərində qurmaq əvəzinə müxtəlif bəhanələrlə vəziyyəti daha da mürəkkəbləşdirirlər. Bunun fonunda müsəlman ölkələrinin birgə fəaliyyət göstərməyə meyili daha da güclənir. İslam dövlətləri özlərini müdafiə etməklə bütövlükdə sivilliyi, mədəniyyəti, humanizmi müdafiə etmiş olurlar.
Vəziyyət ABŞ rəhbərliyinin Fələstin, Suriya, İraq, Liviya, Misir, Livan, Yəmən və İran məsələlərinə daha sərt müdaxilə etməsi ilə daha da qəlizləşməkdədir. İraqda artıq xeyli müddətdir ki, müharibə gedir, Suriya faktiki olaraq dağıdılıb, Fələstin problemini Vaşinqton daha da mürəkkəbləşdirib, İranla bağlı isə çox təhlükəli proseslər cərəyan edir.
Fələstin məsələsində Vaşinqtonun atdığı addımlar olduqca ciddi riskləri meydana gətirməkdədir. Qüdslə bağlı verilən qərar, Qəzzədə gərginliyin yüksəlməsi, qanunsuz tikililərlə bağlı İsrailin qəbul etdiyi qərar və Qolan təpələri haqqında Amerikanın mövqeyi yeni təhdidləri və riskləri ortaya çıxarmaqdadır.
İslam ölkələri bütün baş verənlərə müəyyən münasibət bildirməlidir. Təəssüf ki, hələlik onlar arasında fikir birliyi yoxdur. Xüsusilə Səudiyyə Ərəbistanı-İran münasibətləri çox gərginləşib. Hazırda iki böyük müsəlman ölkəsi qarşılıqlı təhdidlərdən belə çəkinmirlər. Ərəb Dövlətləri Liqasının (ƏDL) son sammitində İrana qarşı fikirlərin səsləndirilməsi bu baxımdan təhlükələrin qalmaqda olduğunu göstərir.
Belə bir gərgin vəziyyətdə Məkkədə İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısının keçirilməsi maraq doğurur. Tədbirdə 57 ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Təşkilatın fəal üzvlərindən olan Azərbaycanı Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Zirvə toplantısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun sədrliyi ilə keçirilib. Toplantının əsas şüarı “Əl-ələ gələcəyə doğru” olub. Toplantıda İslam dünyasının üzləşdiyi müxtəlif problemlər, o cümlədən müsəlman azlıqların problemləri, islamofobiya, terrorizm və ekstremizmlə mübarizə müzakirə edilib və digər siyasi, iqtisadi, mədəni, sosial məsələlər nəzərdən keçirilib.
Zirvə toplantısında Suriya, Yəmən və Liviyadakı vəziyyət, Sudan və Əlcəzairdə baş verən proseslər də müzakirə olunub. Müxtəlif ölkələrdə yaşayan müsəlman azlıqların hüquqları məsələsi gündəmdə olub. Tədbir iştirakçıları terror və ekstremizmlə mübarizədən, yoxsulluq və korrupsiyadan, sərmayələrin cəlb edilməsindən, iqlim dəyişikliyindən, məzhəblərarası münasibətlərdən və digər aktual problemlərdən bəhs ediblər. İslam ölkələrinin humanitar sahədə və insan hüquqları sferasında birgə fəaliyyəti məsələsinə də toxunulub.
“Əsrin razılaşması”nın riskli tərəfləri
Zirvə toplantısının əsas müzakirə məsələsi isə Fələstin olub. Vaşinqtonun “Əsrin razılaşması” adlandırdığı və İsrail-Fələstin münasibətlərini yoluna qoymalı olan planı ciddi müzakirə obyektinə çevrilib.
İran Prezidenti Həsən Ruhani tədbir iştirakçılarına ünvanladığı məktubda Amerikanın planını Fələstin dövlətçiliyinin məhvi kimi xarakterizə edib. Bundan sonrakı addımın digər müsəlman ölkələrinə qarşı fəaliyyətin genişlənməsi olacağını ifadə edən H.Ruhani bu plana qarşı birləşmək lazım gəldiyini qeyd edib. “Əsrin razılaşması sui-qəsddir” deyən İran Prezidenti onu çox təhlükəli adlandırıb.
Vurğulayaq ki, Amerika planı fələstinlilərin İsrailin nəzarəti altında olan ərazilərdən imtinasını nəzərdə tutur. Bunun əvəzində Fələstinə iqtisadi yardım və ərəb dövlətinin yaradılması vəd edilir. Maliyyəni isə digər ərəb dövlətləri göstərməlidirlər. Fələstin dövlətinin bir hissəsi isə Sinay yarımadasında yaradılmalıdır. Ekspertlər bu planın bir çox aspektlərinin risklərlə bağlı olduğunu ifadə edirlər. Onun yerinə yetirilməsinin münaqişəni həll etmək əvəzinə yeni-yeni ziddiyyətlərə təkan verəcəyini deyirlər.
Burada daha çox digər dövlətlərin də öz istila siyasətinə haqq qazandıracağı narahatlıq yaradır. Əgər İsrail hərbi yolla tutduğu Fələstin ərazilərinə sahib olursa, başqaları da bu fikrə düşə bilərlər. Bununla dünya nizamında, beynəlxalq münasibətlərdə bir ciddi problem yarana bilər. Təcrübə göstərir ki, bu kimi ikili standartlardan daha çox müsəlman dövlətləri əziyyət çəkir. Ancaq Ukrayna, Moldova və Gürcüstanın da heç də şanslı olmayacağını proqnozlaşdırmaq olar. Bundan başqa, Avropanın tən ortasında Böyük Britaniya, İspaniya, Fransa və başqaları da ziyan görə bilərlər.
Belə çıxır ki, “Əsrin razılaşması” adlandırılan plan, əslində, qlobal geosiyasi mənzərəni mürəkkəbləşdirməyə səbəb ola bilər. İƏT-in bu məsələni qabartması, əlbəttə, təqdirəlayiqdir. Bununla yanaşı, həmin məsələ bütövlükdə tərəqqipərvər və sülhsevər dairələrin problemi olaraq qəbul edilməlidir. Bu baxımdan İƏT-in yekun sənədində Azərbaycanla bağlı müddəaların yer alması çox əhəmiyyətlidir. Bununla İƏT göstərir ki, əraziləri işğal edilmiş hər bir müsəlman ölkəsinin haqq səsini dünyaya yayacaq və ədalətin bərqərar olması, beynəlxalq hüquq normalarının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Məkkə bəyannaməsi adlanan həmin sənəddə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü təşkilatın əvvəlki sənədlərində olduğu kimi, qətiyyətlə pislənib. Azərbaycan torpaqlarının güc yolu ilə tutulmasının BMT Nizamnaməsi və beynəlxalq hüquqa zidd olduğu qeyd edilib. Sənəddə xatırladılır ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dörd qətnamə (822, 853, 874 və 884 saylı qətnamələr) qəbul edib. Bu qətnamələr indiyə qədər yerinə yetirilməyib.
İƏT Ermənistan tərəfinin həmin qətnamələrə əməl etməsini tələb edib. Təşkilat təcavüzkar Ermənistanı öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və tam şəkildə, qeyd-şərtsiz çıxarmağa çağırıb. Sənəddə İƏT dövlət və hökumət başçılarının münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllini zəruri hesab etdiyi xüsusi vurğulanıb.
Qlobal səviyyədə silahlanmadan narahatlıqların ifadə edildiyi indiki mərhələdə Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində işğalçının davamlı silahla təmin edilməsi faktının da sənəddə vurğulanması çox əhəmiyyətlidir. İşğalçını silahla təmin edənlər faktiki olaraq təcavüzkara haqq qazandırır, onu himayə edir və ədalətə gəlməsinə əngəl törədirlər. İƏT bu məsələni diqqətdə saxladığını bəyan etməklə çox vacib bir addım atır. Bu baxımdan Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin fəaliyyəti çox səmərəli olub.
Vurğulanan məqamlar prizmasından ərazilərin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsinə yönəlik qeyri-qanuni fəaliyyətdən narahatlığın ifadə olunması da əhəmiyyətli haldır. Bununla İƏT Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz rejimin ömrünü uzatmağa və havadarlarının fürsət verdiyi halda onları tam mənimsəməyə çalışdığı açıq göstərilib. Bu kontekstdə də mədəni irsin və müqəddəs yerlərin dağıdılması və mənimsənilməsi, ictimai və şəxsi mülklərə müdaxilə etməklə qanunsuz iqtisadi və digər fəaliyyətin davam etdirilməsi qətiyyətlə rədd edilməlidir.
Bunun fonunda isə İƏT-ə üzv olan ölkələrin işğalçıya hər hansı formada dəstək verməsinin qəbuledilməz olduğu vurğulanır ki, bu da tamamilə məntiqidir. Çünki İƏT ölkələri birgə səylə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çalışmalı və konkret fəaliyyət göstərməlidirlər.
Beləliklə, Məkkə sammiti Azərbaycan üçün çox uğurlu olub və onun nüfuzunun təşkilatda daha da yüksəldiyini təsdiq edib. Bu, Azərbaycan Prezidentinin fəaliyyətinin birbaşa nəticəsidir. Xarici siyasət kursu olduqca səmərəli və müasir tələbləri dəqiq nəzərə alaraq inkişaf etdirilir. Hər keçən gün Azərbaycanı qələbəyə yaxınlaşdırır!
Newtimes.az

 
  • Oxunub:  6480  |  
  • Tarix:  08-06-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA