Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İkinci Avropa Oyunlarında Azərbaycanı altı könüllü təmsil edəcək

İkinci Avropa Oyunlarında Azərbaycanı altı könüllü təmsil edəcək

11.06.2019 [09:23]

“Minsk 2019” II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının üzvləri və nümayəndə heyəti ilə iyunun 10-da Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.
AZƏRTAC xəbər ki, tədbirdə Minskə yollanacaq millimizin üzvləri ilə yanaşı, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibinin müavini Azər Əliyev, həmçinin federasiyaların rəsmiləri iştirak ediblər.
Ç.Hüseynzadə bildirib ki, yığıncaqda əsas məqsəd nümayəndə heyətini vacib məsələlərlə bağlı məlumatlandırmaqdır. O, komanda üzvlərinin Minskdə qarşılanmaları və yarışda iştirak məsələləri barədə söhbət açıb. Bildirib ki, ölkəmizi “Minsk 2019”da idmançılarla yanaşı, 6 azərbaycanlı könüllü də təmsil edəcək. Həmçinin komandamızın qalacağı yer barədə də ətraflı məlumat verilib.
MOK-un vitse-prezidenti vurğulayıb ki, Oyunların açılış mərasimində idmançıların paradında Azərbaycan 80 nəfərlə təmsil olunacaq. Komandamız Minskə iyunun 18-də yollanacaq. Artıq qadın güləşçilərimiz Minskdə təlim-məşq toplanışındadırlar. Belarusa Bakıdan ilk olaraq cüdo, boks və atıcılıq yığmalarımız gedəcək.
Daha sonra “Minsk 2019” II Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Bağırov və müavini Ceyhun Rəhmanov Atletlər kəndi və asudə vaxtın dəyərləndirilməsi üçün yaradılan şərait, yarış obyektləri, Oyunlarda iştirak edəcək idmançıların sayı və idman növləri haqqında məlumat veriblər.
Sonda Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşı Lalə Hacıyeva “Minsk 2019” üçün antidopinq məsələləri və istifadəsi qadağan olunmuş preparat və məhsullar haqqında idmançıları məlumatlandırıb.
Sonra suallar cavablandırılıb.
Tədbir çərçivəsində MOK-un və Azərbaycan Milli Antidopinq Agentliyinin təmsilçiləri tərəfindən “Minsk 2019”la bağlı vacib məlumatlar diqqətə çatdırılıb.
İyunun 21-30-da keçiriləcək II Avropa Oyunlarında Azərbaycan idmanın 11 növü üzrə 82 atletlə təmsil olunacaq.

Paylaş:
Baxılıb: 976 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31