A+   Yenilə  A-
Şeyxülislam Allahşükür Paşazadə: Din xadiminin missiyası münaqişəyə deyil, sülh və əmin-amanlığa xidmət olmalıdır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə son vaxtlar bölgədə baş verən erməni təxribatları ilə bağlı AZƏRTAC-a açıqlama verib. Şeyxülislam deyib:
- Məlum olduğu kimi, mən adətən siyasi mövzulara toxunmamağa üstünlük verirəm, lakin mövzu Vətən, xalq maraqlarıdırsa, ona xələl gətirmək cəhdlərinə biganə qalmaq olmur.
Bu yaxınlarda bölgəmiz xaricində yaşayan Kilikiyalı erməni katolikosu I Aramın Qafqaz bölgəsi üçün həssas olan məsələyə dair təhrikedici və qızışdırıcı bəyanat verməsi bölgə xalqlarının hiddətinə səbəb olub. Əfsuslar olsun ki, Uca Yaradanın buyurduqlarına deyil, siyasi liderinin istəklərinə uyğun mövqe sərgiləyən bu din adamı öz ambisiyaları naminə siyasi alətə çevrilib. Siyasilərin təhriki ilə hərəkət edən Katolikos I Aramı Qafqaz bölgəsinin taleyi, bəyanatının bölgə xalqları, o cümlədən erməni xalqının özü üçün hansı faciələrə yol aça biləcəyi narahat etmir. Bu din xadiminin yeganə istəyi populist bəyanatlarla gündəmə gələrək dini karyerasında irəliləyiş təmin etməkdir. Bu yolda dividend yığmaq məqsədilə I Aram işğal olunmuş Qarabağ torpaqlarına dəfələrlə səfər edib. İndi isə yeni liderlərin diktəsi, siyasi dirijorluğu ilə bölgəni çalxalamaq, dini savaşın ideoloqu kimi çıxış etmək niyyətindədir.
Bu hərəkətlər və məsuliyyətsiz bəyanatlar, habelə Njde kimi faşist ideologiyası ardıcıllarının ermənilər tərəfindən qəhrəman səviyyəsinə qaldırılması kimi hallar, birmənalı şəkildə, Qafqazda sülhə, sabitliyə zərbə vurur. Münaqişəni yenidən qızışdırmağa, dini zəminə gətirməyə cəhd edən, xristian-müsəlman qarşıdurmasını körükləmək istəyən və beləcə, odla oynayan livanlı erməni katolikosunun məramı aydındır. Bütün ermənilərin Katolikosu II Qareginin bu məsələyə niyə susmasının səbəbi isə bəlli deyil. Özü də dəfələrlə Ermənistan rəhbərlərinin Dağlıq Qarabağa səfərlərində iştirak edən, onların önündə getməklə siyasilərin əsiri kimi çıxış etmiş olan II Qaregin zəbt etdikləri Azərbaycan torpaqlarının işğalına mənəvi haqq qazandırmaq istəyir. Unudur ki, sülhməramlı görüşlərimizdə imzaladığımız Birgə bəyannamələrdə biz xalqlarımızın dinc yanaşı yaşaması naminə yalnız sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində qarşılıqlı qəbul olunan qərarların hazırlanmasına yardım göstərəcəyimizə ümidimizi ifadə etmişik.
Qətiyyətlə bildiririk ki, bu yöndə hər hansı təxribatlara imkan vermək, belə avantüralara biganə qalmaq olmaz. I Aramın məlum havadarlarının tövsiyəsi ilə ölkə xaricində oturub bizim bölgəmizdəki hadisələrə qarışmaq, onları xoşagəlməz məcraya yönləndirmək cəhdlərinin qarşısı qətiyyətlə, birmənalı şəkildə alınmalıdır. Zənnimizcə, ilk növbədə, erməni xalqı özü belə təxribatlara münasibət bildirməlidir. Biz, öz növbəmizdə, Qafqaz Müsəlmanları İdarəsi olaraq, Katolikos I Aramdan belə məsuliyyətsiz, qızışdırıcı mahiyyətli bəyanatlarına son verməyi tələb edirik.
Bu məqamda tarixi mənbələrə istinadən bir neçə faktı xatırlatmaq istərdim. XIX əsrin əvvəllərindən etibarən Türkiyə və İrandakı erməni əhalisinin əksəriyyəti kütləvi şəkildə Qafqaza, xüsusilə, Azərbaycana yerləşdirilmişdir. Qarabağa köçürülən ermənilər 1978-ci ildə Mardakertdə - adı dəyişdirilən Ağdərədə (indiki Tərtər rayonunun Şıxarx kəndində) - bu ərazilərə köçmələrinin 150 illiyi ilə əlaqədar abidə də (“Marağa-150”) ucaltmışdılar ki, iddialarına, maraqlarına uyğun gəlməməsi səbəbindən sonradan sökülmüşdür.
Bütün saxtalaşdırma cəhdlərinə baxmayaraq, tarixi həqiqət bundan ibarətdir ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Ermənilərin Azərbaycan torpaqlarına köçmə tarixləri ilə üst-üstə düşən bu acı xronikada Azərbaycan torpaqlarının 1988-ci ildən başlanan işğalı ən qanlı səhifə oldu. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazisinin 20 faizinin erməni ekstremistləri tərəfindən işğal olunması, azərbaycanlıların etnik təmizləmə siyasəti nəticəsində deportasiyası, bir milyondan artıq soydaşımızın qaçqın, məcburi köçkün həyatı yaşamağa vadar edilməsi, işğal olunmuş ərazilərimizdə maddi-mənəvi irsimizin, milli-dini sərvətlərimizin məhv edilməsi, Xocalıda soyqırımı - bütün bunlar xalqımızın ən yaxın tarixində erməni ideoloqlarının “böyük Ermənistan” iddiaları səbəbindən yaşadığı faciələrdir. Münaqişə başlayan zamanlarda bir faciə də yaşana bilərdi ki, onun qarşısını biz çətinliklə də olsa ala bildik. Bu, münaqişənin dini müstəviyə keçməsinə imkan verməməyimiz sayəsində oldu. Buna o zaman da ciddi cəhdlər var idi - Ermənistan tərəfi siyasilərin təhriki ilə münaqişəni xristian-müsəlman qarşıdurmasına çevirərək xristian və müsəlman dünyalarını üz-üzə qoymaq niyyətində idi.
Biz, Qafqazın dini liderləri dəfələrlə bir araya gələrək bölgəmizin sabitliyi, xalqlarımızın səadəti naminə bütün mövcud münaqişələrin ədalətli sülh yolu ilə həlli üçün səylərimizi göstərmişik. Uzun onilliklər davam edən, təkcə bölgəmizdə deyil, dünyada sülh üçün təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayan zamandan etibarən Rus Pravoslav Kilsəsinin, Ümumdünya Kilsələr Şurasının vasitəçilik missiyalarının, Gürcü Pravoslav Kilsəsi rəhbərinin iştirakı ilə müxtəlif illərdə baş tutan çoxsaylı sülhməramlı görüşlərimizdə Azərbaycan və Ermənistan dini liderləri olaraq, münaqişənin heç bir vəchlə dini səciyyə daşımadığını öz birgə bəyanatlarımızda ifadə etmişik. Bununla, siyasi məqsədlər naminə xalqlarımızın dini zəmində qarşıdurmasının qarşısını almışıq. Bu işdə xüsusən Rus Pravoslav Kilsəsinin müstəsna rolu danılmazdır. Mərhum Patriarx II Aleksinin, hazırkı Patriarx Zati-müqəddəsləri Kirillin əsl dini lider missiyasına uyğun sülhməramlı vasitəçilik fəaliyyəti ən yüksək təqdirə layiq örnək nümunədir. Bu istiqamətdə dəyərli səylərinə, dəyişməz mövqelərinə görə biz Rus Pravoslav Kilsəsinə və onun rəhbərlərinə hər zaman minnətdarıq.
Biz dini liderə xas ağsaqqal mövqeyinin, müdrik yanaşmanın bariz nümunəsini Qafqazın qocaman din xadimi - Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın timsalında görürük. Son aylar gürcü dindarlar üçün önəmli ziyarət məkanı olan - Azərbaycan ərazisində yerləşən Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış məsələdə biz Gürcü Pravoslav Kilsəsi rəhbərinin təmkinli, xalqlarımız arasında sülh və qardaşlığın qorunub saxlanılmasını prioritet sayan yanaşmasının şahidi olduq. Bu sərhəd məsələsinin Gürcüstan və Azərbaycan rəsmiləri tərəfindən tezliklə həllini tapacağına ümidvar olduğunu bildirən Patriarx II İliya həzrətlərinin məsələni kənardan körükləyənlərə qarşı kəskin təpki və ciddi etirazı da özünü gözlətmədi. Gürcüstan Patriarxı bu məsələdə maraqlı olan kənar qüvvələrin, üçüncü tərəfin rolunu da istisna etmədi və bunun yolverilməz olduğuna dair qətiyyətli mövqe bildirdi. Bu müdrik ağsaqqal missiyasına görə Ümumgürcüstan Katolikos-Patriarxı II İliyaya dərin təşəkkürlərimizi bildiririk. Zənnimizcə, Patriarxın işarə etdiyi qızışdırıcı üçüncü qüvvə rolunda dost, qardaş Azərbaycan və gürcü xalqları arasında nifaq yaranmasını arzulayan ermənipərəst ünsürlərin təxribatçı fəaliyyəti istisna oluna bilməz.
Əslində, erməni izi, dünyanın harasında olursa olsun, Azərbaycana qarşı bütün məsələlərdə hiss edilir. Ölkəmizdə terror hadisələrindən başlayaraq, ölkə xaricində Azərbaycana qarşı təxribat, mənəvi-ideoloji təzyiq vasitələrinədək əl atmaları erməni ekstremistlərinin səciyyəvi cəhətləridir. Təsadüfi deyil ki, bu yaxınlarda azərbaycanlı jurnalist Fuad Abbasovun Moskvadan deportasiya edilməsi məsələsinin gündəmə gəlməsində aşkar erməni təsiri və təəssüflər olsun ki, ermənipərəst mövqedən çıxış etmə amili nəzərə çarpır. Əslən Qarabağdan olan, erməni təbliğatının qarşısını savadlı jurnalist olaraq alan, əsl vətəndaş mövqeyi nümayiş etdirən vətənpərvər insan F.Abbasovun Rusiyada varlığı, özəlliklə, azərbaycanlılar və çeçenlər arasında qarşıdurmaya dair erməni təxribatlarının qarşısını almaq yönündə fəaliyyəti ermənipərəstlərə sərf etmədi. Biz azərbaycanlılar həmyerlimiz Fuad Abbasova qarşı uydurma ittihamların götürülməsini, onun azad olunmasını istəyirik. Biz, dindarlar onun şəxsiyyətini və vətənpərvər fəaliyyətini yüksək dəyərləndirir, onun haqlarının müdafiəsini vacib sayırıq. Bu, bizim vətəndaşlıq borcumuz, haqqın yanında olmaq istəyimizdir. Şeyxülislam olaraq, dindarlarımızın mövqeyini və şəxsən öz mövqeyimi ifadə edərək həqiqətin öz yerini almasında, Rusiya və Azərbaycan qanunları çərçivəsində ədalətli həllini istəyirik.
Siyasi, dini, ideoloji, hərbi sahədə bütün təxribatlara baxmayaraq, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinə, münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həllinə ümidlə baxır, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinə qeyd-şərtsiz əməl olunmasını tələb edir, dünya birliyinin, ATƏT-in Minsk qrupunun sülhyaratma səylərindən real nəticələr gözləyirik. Dini liderlər, öz növbəsində, sülh və ədalətin bərpası naminə bu səylərə öz mümkün dəstəklərini əsirgəməməlidirlər.
Biz, dini liderlər Yaradanımız və xalqlarımız qarşısında məsuliyyət və borcumuzdan çıxış edərək, xalqlarımız və dövlətlərimiz arasında ədalətli sülhə və anlaşmaya, dinc yanaşı yaşamağa nail olmaq, qarşılıqlı etimadın gücləndirilməsi üçün bu addımları atmışıq və bundan sonra da davam edəcəyik. Bütün dinlər sülhə, barışa çağırır, ölümə deyil, həyata dəvət edir. Din buna xidmət etməlidir və dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir. Din xadiminin missiyası münaqişə və qarşıdurmaya deyil, barış və əmin-amanlığa xidmət olmalıdır.
Qoy Uca Yaradan Qafqaz torpağında daimi və ədalətli sülhü bərqərar etsin, xoşbəxtlik və səadəti xalqlarımız üzərindən əsirgəməsin. Amin!”.

 
  • Oxunub:  11220  |  
  • Tarix:  12-06-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA