A+   Yenilə  A-
Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi Vaşinqtonda təntənəli şəkildə qeyd olunub

Vaşinqtondakı tarixi və mötəbər “Endryu Melon Auditorium”da 28 May - Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi münasibətilə təntənəli ziyafət təşkil edilib. Təxminən min nəfərin qatıldığı ziyafətdə ABŞ Prezidenti Administrasiyasının, Dövlət Departamentinin və Pentaqonun rəsmiləri, generallar, Konqres üzvləri, digər dövlət qurumlarının nümayəndələri, habelə Vaşinqtondakı diplomatik korpusun, düşüncə mərkəzlərinin, müxtəlif ştatlardan ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Türkiyənin Ədliyyə naziri Əbdülhamit Gül, habelə Azərbaycanla tərəfdaşlıq edən Oklahoma Milli Qvardiyasının nümayəndə heyəti də iştirak edib.
Tədbirin əvvəlində tanınmış müğənni Devid Difranko Azərbaycanın və ABŞ-ın dövlət himnlərini ifa edib.
Sonra səfir Elin Süleymanov çıxış edərək 2019-cu ildə müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünün qeyd olunduğunu, Cümhuriyyətin qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqı üçün zəngin irs və gələcəyə yönəlik arzular yaratdığını və bunun əsasında 1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin fikrini diqqətə çatdıran diplomat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları yaşasaydı, bu gün Azərbaycanın nailiyyətləri ilə fəxr edərdilər.
Səfir, həmçinin Azərbaycan diplomatik xidmətinin 100-cü ildönümü ilə bağlı ölkəmizin bütün diplomatlarını təbrik edib, ölkəmizin Prezidentinin rəhbərliyi ilə diplomatik xidmətin Azərbaycanın güclənməsinə xidmət etdiyini vurğulayıb.
Səfir Azərbaycan-ABŞ tərəfdaşlığına toxunaraq ölkələrimiz arasında qarşılıqlı hörmət və maraqlara əsaslanan geniş əməkdaşlıq həyata keçirildiyini söyləyib. Ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji layihələrinə ABŞ-ın dəstəyini xatırladan səfir ABŞ tərəfinə təşəkkürünü ifadə edib. Həmçinin E.Süleymanov Respublika Günü münasibətilə ABŞ prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeonun Azərbaycan Prezidenti və xalqına təbrikini xatırladıb.
Ziyafətdə əsas natiq qismində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk respublika olduğunu, bu respublikanın irsi əsasında hazırda Azərbaycanın Prezident İlham Əliyevin liderliyi ilə dinamik inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının Azərbaycanın bugünkü nailiyyətləri ilə fəxr edə biləcəyinə dair dövlətimizin başçısının fikrini səsləndirib. Hazırda Azərbaycanın ABŞ-ın etibarlı və strateji tərəfdaşı olduğunu qeyd edən Hikmət Hacıyev ölkəmizin əsgərlərinin beynəlxalq sülhə töhfə verdiklərini və amerikalı əsgərlərlə çiyin-çiyinə xidmət apardıqlarını vurğulayıb. Şöbə müdiri Azərbaycanın diplomatik xidmətinin 100 illiyi ilə bağlı da təbriklərini çatdırıb.
ABŞ müdafiə katibinin köməkçisinin müavini Laura Kuper çıxış edərək ölkəmizi Respublika Günü və diplomatik xidmətin 100 illiyi ilə bağlı təbrik edib. O, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu vurğulayaraq ölkəmizin Əfqanıstanda və terrorçuluğa qarşı mübarizə sahəsində göstərdiyi dəstəyin həm regional, həm də qlobal sülhə əhəmiyyətli töhfə olduğunu bildirib. L.Kuper ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığını davam etdirmək əzmini ifadə edib.
Daha sonra çıxış edən ABŞ Dövlət katibinin köməkçisinin müavini Corc Kent 101 il bundan əvvəl Şərqin ilk respublikasının Azərbaycan xalqı tərəfindən yaradıldığını vurğulayıb, bu mütərəqqi dövlətin qadınlara seçki hüququ verdiyini xatırladıb. O, Respublika Günü və diplomatik xidmətin 100 illiyi münasibətilə Azərbaycanı təbrik edib. C.Kent ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlıq həyata keçirdiyini önə çəkərək ölkələrimiz arasında bir sıra sahələrdə aparılan əməkdaşlığı qeyd edib. O, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsi üçün ölkəsinin əzmini ifadə edib.
ABŞ milli qvardiyasının komandan müavini, üçulduzlu general Daniel Hokanson çıxış edərək Azərbaycanla tərəfdaşlığın vacibliyini qeyd edib, Pentaqon, o cümlədən Oklahoma Milli Qvardiyası ilə aparılan fəaliyyətə toxunub. Eyni zamanda, Oklahoma ştatının qubernatorunun 28 may tarixinin Oklahomada Azərbaycan Milli Günü elan edilməsi barədə bəyanatı səsləndirilib.
Tədbirdə ABŞ Konqresində Azərbaycanla dostluq qrupunun həmsədri Stiv Şabot çıxış edərək Azərbaycanı 28 May - Respublika Günü ilə bağlı təbrik edib və ölkəmizin əhəmiyyətli rolunu vurğulayıb.
Konqresmen Dunkan Hanter Azərbaycanın Əfqanıstanda bəzi NATO müttəfiqlərindən daha çox əsgərinin olduğunu vurğulayaraq, ölkəmizin ABŞ-ın etibarlı tərəfdaşı olduğunu vurğulayıb və buna görə də Azərbaycan dövlətinə təşəkkürünü ifadə edib.
ABŞ Dövlət Departamentinin antisemitizmə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Elan Kar Azərbaycanda heç zaman antisemitizmin olmadığını bildirərək Birləşmiş Ştatların Azərbaycan kimi dövlətlə tərəfdaşlığından qürur duyduğunu və ölkəmizin nəinki regionda, hətta bütün dünyada nümunə rolunu oynadığını vurğulayıb.
Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının həmsədri, ABŞ Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Peter Has da Azərbaycan tərəfinə öz təbriklərini çatdırıb.
Daha sonra Vaşinqton şəhərinin aid olduğu Kolumbiya dairəsinin katibi Kimberli Basset 2019-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub.
Tədbirdə qonaqlara Azərbaycanın milli mətbəxinin nümunələri təqdim edilib, eləcə də Azərbaycandan təşrif buyurmuş “Şur” musiqi qrupunun ifasında milli və dünya musiqi parçaları səsləndirilib.

 
  • Oxunub:  4680  |  
  • Tarix:  13-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 10:43
DİM-də Çin Ədliyyə Nazirliyinin baş müşaviri Pu Tzenfanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
17 Sentyabr 10:11
Emin Ağalarov: İdman mənim həyatımın bir hissəsidir
17 Sentyabr 10:06
Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin nümayəndə heyəti Parisdə təlim səfərindədir
17 Sentyabr 10:04
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
17 Sentyabr 10:01
Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
17 Sentyabr 09:56
Nur-Sultanda MDB-də rəqəmsallaşma sahəsinin inkişafı müzakirə edilib
17 Sentyabr 09:52
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
17 Sentyabr 09:28
“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub
17 Sentyabr 09:26
Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
17 Sentyabr 09:23
Regionlarda pambıq sahələrindən bol məhsul toplanacağı gözlənilir
16 Sentyabr 21:50
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16 Sentyabr 20:56
Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub
16 Sentyabr 20:46
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
16 Sentyabr 20:45
Azərbaycan-FAO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16 Sentyabr 20:35
Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib
16 Sentyabr 20:12
Şərq İqtisadi Forumu: Asiyada geosiyasi dinamika yeniləşir
16 Sentyabr 20:04
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində Bilik Günü qeyd edilib
16 Sentyabr 19:40
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16 Sentyabr 19:08
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
16 Sentyabr 18:05
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 17:54
Şirvanda yeni məktəb binası açılıb
16 Sentyabr 17:50
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16 Sentyabr 17:46
Sona Əliyeva: Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır
16 Sentyabr 17:44
Rauf Əliyev: Beynəlxalq yarış Azərbaycanın təbliği üçün də böyük önəm kəsb edir
16 Sentyabr 17:41
Ötən illərlə müqayisədə BSU-ya qəbul olunanların sayı artıb
16 Sentyabr 17:38
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb
16 Sentyabr 17:35
TAP-ın 89,3 faizi tamanlanıb
16 Sentyabr 17:12
İlahiyyat İnstitutunda yuxarı kurs tələbələri ilə görüş keçirilib
16 Sentyabr 17:09
BŞTİ-nin müdiri Rəşad Tağıyev “Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə olub
16 Sentyabr 17:03
Muxtar respublikada Bilik Günü qeyd olunub
16 Sentyabr 17:00
Türkiyədən gəlmiş qazilər Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə “Yallı” halayına qoşulublar
16 Sentyabr 16:51
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16 Sentyabr 16:43
Azərbaycanda əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb
16 Sentyabr 16:41
Seymur Orucov: Gənclərimiz tariximizi dərindən öyrənməli və onu qorumalıdırlar
16 Sentyabr 16:40
İmişlinin Qızılkənd və Aranlı kəndlərinin şagirdlərinə Bilik Günü hədiyyəsi
16 Sentyabr 16:30
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
16 Sentyabr 16:25
“Qarabağ” – “Sevilya” oyununun idarə edilməsi ukraynalı hakimlər briqadasına tapşırılıb
16 Sentyabr 16:00
İctimai-iaşə və heyvan mənşəli məhsullara nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar iclas keçirilib
16 Sentyabr 15:49
Fuat Oktay: Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir
16 Sentyabr 15:46
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16 Sentyabr 15:28
Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib
16 Sentyabr 15:23
Naqif Həmzəyev: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb
16 Sentyabr 15:19
Musa Qasımlı: Bakının erməni işğalından azad edilməsi, əhəmiyyətinə görə Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu
16 Sentyabr 15:17
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
16 Sentyabr 15:15
Türkiyənin Vitse-prezidenti Fuat Oktayin şərəfinə rəsmi nahar verilib
16 Sentyabr 14:50
Novruz Məmmədov: Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir
16 Sentyabr 14:25
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir
16 Sentyabr 14:20
Rektor Gülçöhrə Məmmədova: Universitetə qəbul olan abituriyentlərin orta keçid balları ilbəil yüksəlir
16 Sentyabr 14:15
ADPU: Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib
16 Sentyabr 14:14
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb
16 Sentyabr 14:12
Parisdə keçirilən beynəlxalq konfransda Azərbaycanda məhkəmə islahatları zamanı toplanmış müsbət təcrübədən danışılıb
16 Sentyabr 14:06
Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub
16 Sentyabr 14:02
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16 Sentyabr 14:01
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
16 Sentyabr 13:22
Xaçmazda 432 yerlik müasir məktəb binası qapılarını şagirdlərin üzünə açıb
16 Sentyabr 13:17
Azərbaycan məhsulları “Food Expo Warsaw-2019” sərgisində
16 Sentyabr 12:59
Bu il hər bir ölkə sakini 575,7 manatlıq ödənişli xidmətlərdən istifadə edib
16 Sentyabr 12:57
Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
16 Sentyabr 12:55
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
16 Sentyabr 12:53
Bilal Dündar: Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
16 Sentyabr 12:51
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16 Sentyabr 12:49
Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
16 Sentyabr 12:39
Elçin Babayev: Əminəm ki, tələbələrimiz Azərbaycanı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər
16 Sentyabr 12:35
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
16 Sentyabr 12:34
Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək
16 Sentyabr 12:27
Bakı məktəblərində “Bilik günü” qeyd olunub
16 Sentyabr 12:18
Bərdənin dörd kəndində yeni modul tipli məktəb binaları istifadəyə verilib
16 Sentyabr 12:00
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir
16 Sentyabr 11:47
Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub
16 Sentyabr 11:38
Əli Əhmədov: Dövlətimiz gənc nəslin layiqli təhsil alması naminə geniş imkanlar yaradıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +27
gecə+16 +20