A+   Yenilə  A-
Azərbaycanın bölgələrində turizmin inkişafı istiqamətində layihələr reallaşdırılır

Turizm potensialı baxımından əlverişli olan regionlarımız yay mövsümündə xarici və yerli qonaqları qəbul etməyə hazırdır
Hazırda bütün dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri sayılır. İstər ölkələrin tanıdılması, istərsə də ölkənin gəlirlərinin artırılması üçün turizm sahəsinə diqqət ildən-ilə artır. Ölkəmizdə də qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində turizm sahəsinə xüsusi diqqət ayrılıb. Vurğulamaq gərəkdir ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir. Ölkənin turizm potensialının yalnız Bakı şəhəri üzrə deyil, eyni zamanda, regionlar üzrə aşkarlanması, regional turizmi inkişaf etdirmək üçün tədbirlər görülür.
Azərbaycanın bölgələrinin turizm potensialının xaricdə beynəlxalq auditoriyaya çatdırılması işində genişmiqyaslı təbliğat və marketinq tədbirləri görülür. Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi də şübhəsizdir ki, turizmin inkişafına, ölkəmizin tanıdılmasına öz davamlı töhfələrini verməkdədir. Belə ki, ölkəmizə turistlərin cəlb edilməsi üçün dövlət səviyyəsində Azərbaycanın dünya arenasında müxtəlif istiqamətli təbliğatı həyata keçirilir.
Ölkəmizə gələn əcnəbilərin sayını artırmaq üçün Bakıda və regionlarda Azərbaycanın turizm potensialı təbliğ edilir
Bu yaxınlarda Azərbaycanın turizm şirkətlərinin nümayəndələri Gürcüstanın Acarıstan Muxtar Respublikasında səfərdə olublar. Səfər çərçivəsində ölkəmizi təmsil edən şirkətlərin təmsilçiləri Acarıstanın turizm potensialı ilə tanış olublar. Keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Nümayəndə heyətimizin üzvləri Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı və artan turizm potensialı barədə acarıstanlı həmkarlarına ətraflı məlumat veriblər. Qarşılıqlı olaraq turist səfərlərinin təşkili barədə razılıq əldə olunub. Azərbaycan nümayəndə heyəti Batumi şəhərinin turizm məkanları, mehmanxana infrastrukturu ilə tanış olub, Acarıstanın digər bölgələrinə səfərlər ediblər.
Bu yaxınlarda Batumi şəhərində “EXPO BATUMI TRAVEL / EXPO MED 2019” 12-ci beynəlxalq mehmanxana avadanlığı və tibbi turizm sərgisi də baş tutub. Acarıstan hökuməti, Acarıstan Turizm və Kurortlar Departamenti, Batumi şəhər meriyası, Acarıstan Ticarət-Sənaye Palatası və Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının himayədarlığı ilə keçirilən sərgidə Azərbaycan da təmsil olunub. Batumidəki Baş konsulluğun təşkilatçılığı ilə sərgidə Azərbaycanın “Buta Airways” aviaşirkətinin, “Premier Travel”, Naxçıvan Muxtar Respublikasının turistik şirkətlərinin nümayəndələri iştirak ediblər.
Bu yaxınlarda Naxçıvan şəhəri ilə qardaşlaşan Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən 16-cı ənənəvi “Mədəni turizm” Beynəlxalq Turizm Sərgisində də Azərbaycan növbəti dəfə milli stendlə təmsil olunub. Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təqdim edilmiş ölkəmizin turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Sərgidə Azərbaycanın mədəniyyəti, adət-ənənələri, tarixi və turizm imkanları, eləcə də 2018-ci ilin yanvar ayında açılan Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsi barədə ətraflı məlumat verilib. Ölkə stendində Azərbaycan xalçaları və sənətkarlıq nümunələri, eləcə də rəqs geyimləri nümayiş etdirilib. Sərgidə həmçinin Azərbaycanın istehsalı olan nar şirəsinin dequstasiyası keçirilib, ziyarətçilərə Azərbaycan milli şirniyyatları olan şəkərbura və paxlava paylanılıb. Sözügedən sərginin açılışında iştirak edən Bolqarıstanın turizm naziri Nikolina Angelkova, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib, ölkəmizin mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıb.
Qeyd edək ki, 16-cı “Mədəni Turizm” sərgisi Bolqarıstanın Turizm və Mədəniyyət nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə Bolqarıstan, Azərbaycan, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika, İndoneziya, Çin və Serbiya daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 30-a yaxın bolqar və xarici şirkət və qurumlar iştirak ediblər.
Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği ilə yanaşı, bu yöndə daha bir tədbir Bakıda keçirilib. Dövlət Turizm Agentliyi tərəfindən Almaniyadan olan turoperatorlarla yerli turizm şirkətlərinin nümayəndələri arasında tanışlıq görüşü təşkil edilib. Dövlət Turizm Agentliyindən bildirilib ki, 150-dən çox yerli şirkətin iştirak etdiyi görüşdə alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub, gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.
Onu da qeyd edək ki, Berlin, Frankfurt, Münhen, Bremen və Köln şəhərlərindən olan alman şirkətlərinin Azərbaycan haqqında ətraflı məlumatlandırılması məqsədilə Bakı və regionlara tanışlıq səfərləri təşkil olunub. Agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində Bakı, Qəbələ, Şamaxı və Şəkinin turizm məkanlarını ziyarətlə yanaşı, şərabçılıq və kəlağayı istehsalı ilə bağlı tarixi ənənələr haqqında da məlumat verilib. Əsasən təbiət və mədəniyyət turizmi üzrə ixtisaslaşmış turoperatorların alman turistlərə təklif etdikləri səyahət paketlərinə bu il və gələn il üçün Azərbaycanın ayrıca bir istiqamət kimi daxil edilməsi planlaşdırılır.
Azərbaycan Turizm Bürosu tərəfindən Hindistandan olan turizm şirkətləri və yerli turoperatorların nümayəndələri arasında tanışlıq görüşü də təşkil olunub. B2B xarakterli və 50-dən çox yerli turoperatorun iştirak etdiyi görüşdə turizm sahəsi üzrə ixtisaslaşmış Hindistan şirkətləri ilə mümkün əməkdaşlıq imkanları müzakirə olunub və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb. Dövlət Turizm Agentliyindən bildirilib ki, Hindistan şirkətlərinə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilən tədbirin əsas məqsədi Bakıda və regionlarda Azərbaycanın turizm potensialının təqdimatı və ölkəmizə gələn əcnəbilərin sayını artırmaqdır. Mumbay şəhərindən olan şirkətlərin ölkəmiz və onun turizm imkanları barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, Şamaxı və Qəbələ şəhərlərinə tanışlıq səfərləri təşkil olunub. Qonaqlar Bakıda xidmət göstərən hotellərə və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna baş çəkiblər. Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Hindistanın Mumbay şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.
Bununla yanaşı, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi “Turizm imkanlarının kəşf edilməsi” adlı işgüzar görüş keçirilib. Görüşdə xüsusi qonaq olaraq dəvət olunan Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edib. Dövlət Turizm Agentliyindən bildirilib ki, F.Zenqstşmid qonaqları Azərbaycan Turizm Bürosunun fəaliyyəti, Azərbaycan turizm strategiyasının konsepsiyası, ölkə turizminin inkişafına dair planlar barədə məlumatlandırıb və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq yeni tərəfdaşlarla əlaqələr yaratmaq üçün görülən işlər barədə danışıb.
Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 45,5 milyon manat güzəştli kredit verilib
Xatırladaq ki, turizm sektorunun inkişaf perspektivləri daim diqqət mərkəzindədir. İyunun 3-də İqtisadiyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycanda turizmin inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması” mövzusunda konfrans keçirilib. Konfransda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən turizmin inkişafına ayrılmış güzəştli kreditlərdən istifadənin səmərəliliyinin artırılması barədə müzakirələr aparılıb. Konfransda İqtisadiyyat, Vergilər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Reklam Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, Milli Turizm Təbliğat Bürosunun, Azərbaycan Hotel Assosiasiyasının, biznes subyektlərinin və QHT nümayəndələri iştirak edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini digər sahələrə olduğu kimi turizm sahəsinə dövlət qayğısını vurğulayaraq bu sahənin inkişafı üçün geniş imkanları, əlverişli turizm infrastrukturunun yaradıldığını, beynəlxalq standartlara cavab verən hotellərin, müalicə-sağlamlıq komplekslərinin, istirahət zonalarının istifadəyə verildiyini, ölkəyə daha çox turistin cəlb olunması və milli turizm kompleksinin rəqabətə davamlılığının yüksəldilməsi üçün layihələrin reallaşdırıldığını diqqətə çatdırıb: “Turizmin inkişafına digər dəstək tədbirləri ilə yanaşı, güzəştli kreditlərdən istifadə imkanları da genişləndirilib. İndiyədək Sahibkarlığın İnkişafı Fondu 202 investisiya layihəsinin maliyyələşdirilməsinə 45,5 milyon manat güzəştli kredit vəsaiti ayırıb və bu layihələrin hesabına 4 min 640 yeni iş yerinin açılması imkanı yaranıb”.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sahəsində mövcud vəziyyət və qarşıda duran hədəflər barədə məlumat verib, son illər ölkənin turizm sektorunda inkişaf meyillərini və ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin ölkəyə turist axınının sürətləndirdiyini diqqətə çatdırıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Faiq Abbasov qurumun fəaliyyəti barədə məlumat verərək sahibkarlara göstərilən müxtəlif dəstək mexanizmlərini, o cümlədən ölkə regionları üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi və “KOB Evi”nin yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb.

(davamı növbəti sayımızda)
Qaşqay ZİYƏDDİNOĞLU

 
  • Oxunub:  3300  |  
  • Tarix:  14-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24