A+   Yenilə  A-
Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub

Rəşad Tağıyev: Təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyevin "Yeni Azərbaycan" qəzetinə müsahibəsini təqdim edirik:
- Rəşad müəllim, 2018-2019-cu tədris ili paytaxt məktəbləri üçün nə ilə yadda qaldı?
- 2018-2019-cu tədris ilində ümumi təhsil sahəsində müəyyənləşdirilmiş prioritet fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib. Təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər edilib. Təhsil nazirinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrinə əsasən, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinifləri şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə xüsusi diqqət yetirilib. Həmçinin məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsi də davamlı olaraqnəzarətdə saxlanılıb..  Məlumat üçün bildirim ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə də 27 563 müəllim çalışır. Onu da qeyd edim ki, məktəblərimizdə 424 118 şagird təhsil alır, o cümlədən I sinifləri 45 616, IX sinifləri 28 993, XI sinifləri 19 786, XII sinifləri isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 655 nəfər başa vurur.

- 2019-2020-ci tədris ilində paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə qəbul prosesində hansı yeniliklər gözlənilir?

- 2019-2020-ci tədris ilində ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılıb. Qeyd edim ki, tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib. Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.  2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib. Qeyd edim ki, 2018-2019-cu tədris ilində 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 23 840 uşaq məşğələlərə cəlb olunub. "Sağlam təhsil-sağlam millət" layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsinin 168 sinfində "Sağlam təhsil" sinifləri fəaliyyət göstərib. Həmçinin cari tədris ilində paytaxtdakı 15 məktəbdə 21 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.  

- Mümkünsə, 2018-2019-cu tədris ilində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş müəssisələr barədə məlumat verərdiniz.

- Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında", "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında" və "Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında" müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlərə  18  milyon manat, Bakı şəhəri və paytaxt qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmirinə 40 milyon manat, Azərbaycanda təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat vəsait ayrılıb. Bəhs olunan sərəncamların icrası yüksək səviyyədə təmin olunub. Belə ki, 2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. Eləcə də 224 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb. Hazırda 2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 3 məktəb üçün köhnə korpuslar sökülərək yenilərinin tikintisinə başlanılıb.

- Müəllim və direktorların işə qəbul qaydalarında hansı yeniliklər tətbiq olunub?

- Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1350 vakansiya təqdim olunub. Müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 790 nəfər daimi əsaslarla işə qəbul olunub. Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində isə 265 müəllim iş yerini dəyişib. Nazirlik tərəfindən təşkil edilən daimiləşmə prosesində müddətli müqavilə ilə çalışan 269 müəllimin 2019-2020-ci dərs ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə işə qəbuluna razılıq verilib. Həmçinin 2018-2019-cu tədris ili ərzində 33 nəfər direktor vəzifəsinə işə qəbul edilib.  Eyni zamanda, ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, Bakı məktəblərində çalışan 6 müəllim "Tərəqqi" medalına, 10 müəllim "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Qeyd edim ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 580 manat təşkil edir.

- 2018-2019-cu tədris ili ərzində paytaxt məktəblərində hansı layihə və müsabiqələr həyata keçirilib?

- Bəhs olunan tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində bir sıra layihələr və müsabiqələr həyata keçirilib ki, bunlardan biri də  5000-dən artıq şagird in iştirak etdiyi "Eko-təqdimatlar" layihəsidir. Təhsil Nazirliyinin "ASAN xidmət"lə birgə reallaşdırdığı "Məktəblinin dostu" layihəsini də sizə təqdim etmək istərdim. Bu layihə çərçivəsində tədris ili ərzində şagirdlər arasında breyn-rinq, bilik yarışları, futbol çempionatı və ekskursiyalar təşkil olunub, müxtəlif mövzularda təlimlər keçirilib. Həmçinin valideynlərin maarifləndirilməsi üçün "Açıq qapı" günləri təşkil olunub. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin 96 illik yubileyi münasibətilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə məktəblilər arasında çempionat baş tutdu. Bundan başqa, "British Council" ilə birgə əməkdaşlq çərçivəsində 4 günlük "Teacher Activity Groups" (Müəlimlərin Fəaliyyət Qrupları) və 2 günlük "Debate, Negotitation, Dialogue" (Debat, Əlaqə, Dialoq) mövzularında təkmilləşdirmə təlimləri keçirilib. Mühüm layihələrdən biri də Təhsil Nazirliyi, British Potrelium Neft Şirkəti və Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində "İcmalar üçün ingilis dili" layihəsi idi. Layihə Azərbaycanın 10 bölgəsini və Bakı şəhəri üzrə Qaradağ inzibati rayonunun neft boru kəməri keçən qəsəbələrini əhatə edirdi. Həmçinin Təhsil Nazirliyi və YUNİSEF-in birgə təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi" layihəsini də diqqətə çatdıra bilərəm. Qeyd edim ki, bu layihəyə cəlb olunmuş müəllimlər üçün "Təlimçilərin Təlimi" də keçirildi. Bununla yanaşı, "Ən yaxşı təqdimat", "Ədəbiyyat biliciləri", "Sabahın alimləri" VIII Respublika Müsabiqəsi, "Uşaq  və gənclərin azərbaycançılıq ideologiyası ruhunda  tərbiyəsi" mövzusunda müsabiqə-konfrans, V Respublika fənn müsabiqələri, Gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələrini vurğulamaq yerinə düşərdi.
- Bildiyimiz qədər, paytaxt məktəbliləri beynəlxalq arenada da ölkəmizi layiqincə təmsil ediblər.
- Bəli, doğru vurğulayırsınız. Son tədris ili çərçivəsində məktəblilərimiz bir sıra beynəlxalq layihələrdən Vətənimizə qələbə ilə qayıdıblar. Belə ki, 2019-cu il 12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirildi və ölkəmizi bu müsabiqədə 7 şagird 5 layihə ilə təmsil edib. Məktəblilərimiz eləcə də 17-ci beynəlxalq kompüter layihələri olimpiadasından da (İnfomatrix Asia) medalla qayıtdılar. Qazaxıstanın Almatı şəhərində keçirilən olimpiadada 62 nömrəli məktəb-liseyin VIII sinif sagirdi Yusif Eyvazlı və X sinif şagirdi Nicat Dəmirçiyev bürünc medala layiq görüldülər. Bununla yanaşı, 20-22  aprel 2019-cu il tarixində Sankt-Peterburq şəhərində keçirilən "Özündə alimi kəşf et"  VI Ümumrusiya elmi-innovasiya konfransında da məktəblilərimiz uğurla iştirak etdilər. Belə ki, Bakı şəhəri 177 nömrəli tam  orta məktəbin VIII sinif şagirdi  Leyla  Məmmədzadə  və 16 nömrəli Texniki-Humanitar Liseyin IX sinif şagirdi Əli Bağırov konfransda "Riyaziyyat və informatika" seksiyası üzrə  "Ortalaşmış ölçmələr əsasında siniflərin sərhədlərinin təyini" adlı layihə ilə ölkəmizi təmsil edib və III dərəcəli diploma layiq görülüblər.
Eləcə də 18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Faiq Məmmədzadə Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında I yeri tutub və qızıl medala layiq görülüb. Həmçinin beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın sahibi olub. Beynəlxalq rəsm müsabiqəsində də uğurlu nəticələrimiz olub. Belə ki, Bakı şəhəri 46 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rauf Məmmədov Moskva şəhərində keçirilən uşaq rəsm müsabiqəsində I yerə layiq görülüb. Məktəblilərimiz bayrağımızı ölkədən kənarda qürurla dalğalandırmağa nail olublar. Belə ki, məktəblilərimiz Avropa çempionatından qalibiyyətlə qayıdıblar. Çempionatda karate idman növü üzrə ölkəmizi təmsil edən 2 paytaxt məktəblisi-147 nömrəli Texniki-humanitar liseyin X sinif şagirdi Tale Yaqubov və 187 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əminağa Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüblər.
Paytaxt məktəblərinin şagirdləri həmçinin İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən Vətənə böyük qalibiyyətlə qayıdıblar. Onlardan 20-si qızıl, 7-si gümüş, 7-si isə bürünc medala layiq görülüb. Qeyd edək ki, İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə 1600-dən çox idmançının qatıldığı beynəlxalq turnirdə Azərbaycanı təmsil edən bütün idmançılar parlaq çıxışları ilə yadda qalıblar.
297 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əli Sadıqzadə isə Gürcüstanda kikboksinq idman növü üzrə keçirilən beynəlxalq yarışda I yerə layiq görülüb. Final mərhələsində 2 erməni idmançını məğlub edən Ə.Sadıqzadə qızıl medal və diplomla mükafatlandırılıb.
MÜŞFİQƏ

 
  • Oxunub:  3300  |  
  • Tarix:  14-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24