A+   Yenilə  A-
Azərbaycanın bölgələrində turizmin inkişafı istiqamətində layihələr reallaşdırılır

Turizm potensialı baxımından əlverişli olan regionlarımız yay mövsümündə xarici və yerli qonaqları qəbul etməyə hazırdır

 

(əvvəli ötən sayımızda)

Konfrans çərçivəsində “Turizmin inkişafında sosial infrastruktur, nəqliyyat və kommunal xidmətlərin rolu və turizm sənayesində inzibati prosedurların sadələşdirilməsi və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda panel müzakirələr aparılıb. Turizm sektoru sahəsində fəaliyyət göstərən biznes subyektləri ilə dövlət qurumları arasında aparılan müzakirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib. Tədbir çərçivəsində arıçılıqla məşğul olan sahibkarların istehsal etdikləri məhsulların sərgisi təşkil edilib.
Turistlərin Azərbaycana cəlb olunması istiqamətində mühüm layihələr reallaşdırılır
Ölkəmizdə aqroekoturizmin inkişafına həsr olunan “Şəhərdən Kəndə” layihəsinə start verilib. Layihə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən reallaşdırılır.
İyunun 4-də “Şəhərdən Kəndə” layihəsinin təqdimat mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son dövrlərdə Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda aqrar sahə yeni mərhələyə qədəm qoyub. Kənd təsərrüfatı sahəsində reallaşdırılan çoxsaylı dövlət layihələri nəticəsində məhsuldarlıq artıb. Məhsullarımızın yerli bazarlarla yanaşı, xaricdə də satışı təmin olunub. Nazirin sözlərinə görə, Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən Şəhərə” layihəsi fermerlərə məhsullarını birbaşa şəhərdəki istehlakçıya çatdırmağa imkan verib. Hazırda isə “Şəhərdən Kəndə” layihəsinə başlanılır. Bu layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılması, yeni xidmət sahələrinin açılması və alternativ satış kanallarının yaradılması, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin şaxələndirilməsi, həmçinin onların ailə bizneslərinə dəstək olmaqdır.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vurğulayıb ki, Prezident İlham Əliyev ekoloji təmiz məhsulların yetişdirilməsinə və qida təhlükəsizliyinin gücləndirilməsinə xüsusi önəm verir. Onun sözlərinə görə, Azərbaycanın zəngin flora və faunaya malik olması turizm imkanlarını da artırır. Bu gün 10-dan çox milli park fəaliyyət göstərir. Milli parklarda turistlərə ölkəmizin müxtəlif bölgələrinin və kəndlərinin tarixi ilə bağlı ətraflı məlumatlar təqdim olunur. “Şəhərdən Kəndə” layihəsi də ekoturizmin inkişafı istiqamətində atılan növbəti addımdır. Nazir əlavə edib ki, layihə çərçivəsində fermerlər aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb olunacaq. Bununla da onların istehsal etdikləri məhsullar üçün yeni satış kanalları yaranacaq, əlavə gəlir mənbəyi olacaq və gəlirləri artacaq.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, son dövrlər ölkəmizdə turizm sektorunun inkişafı üçün mühüm addımlar atılıb. Dünyada turizm sahəsində rəqabətin artdığını deyən F.Nağıyev bildirib ki, turistlərin Azərbaycana cəlb olunması istiqamətində layihələr reallaşdırılır. Agentliyin sədri əlavə edib ki, “Şəhərdən Kəndə” layihəsi vasitəsilə mədəni irsimiz, kənd təsərrüfatı məhsullarımızın təbliği işi gücləndiriləcək. Nəticədə bölgələrdə işsizliyin və miqrasiyanın səviyyəsi azalacaq. Bundan başqa, “Şəhərdən Kəndə” layihəsinin iştirakçısı olan həm yerli, həm də əcnəbi turistlər maraqlı, fərqli və daha sərfəli istirahət etmək, kənd təsərrüfatı mallarını yerində almaq və təbiətə daha yaxın olmaq imkanı qazanacaqlar.
Onu da qeyd edək ki, bu günlərdə turizm sahəsində çalışan sahibkarların və bu sektorda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin, eləcə də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndələrinin iştirakı ilə “Mədəni turizmdə klasterləşmənin səmərəliliyinin artırılması” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada mədəni turizm sahəsində klasterlərin yaradılması, klasterlərlə bağlı qanunvericilikdəki yeniliklər, mədəni turizmdə klasterləşmənin səmərəliliyinin yüksəldilməsi kimi məsələlər müzakirə edilib, sahibkarların müvafiq sahədə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə KOBİA-nın nümayəndələri tərəfindən məlumat verilib ki, “KOB klaster” eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması, birgə fəaliyyət imkanlarına malik olan əməkdaşlıq modelidir. Vergi Məcəlləsində “KOB klaster”lər üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, “KOB klaster şirkəti” 7 il müddətində mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. “KOB klasterin iştirakçısı” isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad olunur.
Turizm potensialı baxımından əlverişli olan regionlarda yay turuzm mövsümünə start verilib
Ramazan bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı iki dəfə artıb. Qonaqlar arasında xeyli sayda əcnəbilər də var. Bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar. Turizm obyektlərinin sahibləri bildiriblər ki, bu günlərdə rayona gələn turistlərin sayı adi günlərdəkindən iki dəfə çoxdur. Qonaqların əksəriyyətini yerli turistlər təşkil edir. Quba rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın olması da turist axınında böyük rol oynayır. Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, regiondakı Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərir.
Ölkəmizin cənub bölgəsində fəaliyyət göstərən turizm obyektləri və istirahət mərkəzləri, adətən, may ayının sonları və iyun ayının əvvəllərindən etibarən daha çox turist qəbul edirlər. Builki yay turizm mövsümü ərəfəsində cənub bölgəsində havaların isti keçməsi turizm obyektlərinə turist axınına səbəb olub. Həm turizm obyektlərində, həm də dənizkənarı çimərliklərə üz tutanların sayı ötən ilin mövsümü ilə müqayisədə xeyli artıb. May ayında cənub bölgəsinə 6 minə yaxın turist gəlib. Ramazan bayramı günlərində isə təkcə Lənkəran rayonunda 2 min turist dincəlib.
Ölkəmizə gələn turistlərin ilk üz tutduğu yerlərdən biri də Lerikdir. Lerik bir tərəfdən meşəlik, digər tərəfdən dağlarla əhatə olunduğundan, turizm potensialı yüksək qiymətləndirilir. Əsasən Avropa ölkələrindən buraya gələn turistlər arasında flora və faunaya maraq göstərənlər çoxdur. Ələt-Astara magistral yolunun istifadəyə verilməsi də turistlərin gəlişinə müsbət təsir göstərib.
Hazırda tikintisi davam etdirilən Lənkəran-Lerik yolunun genişləndirilməsi bölgənin turizm imkanlarına müsbət təsir göstərəcək. 41 min hektar meşə zolağının mövcud olduğu Lerik rayonunda 17-dən çox istirahət mərkəzi var. Leriklə Lənkəran həmsərhəd olduğundan dənizlə dağın arasında cəmi 20-25 dəqiqəlik məsafə var. Bu da turistlərin həm dənizdə, həm meşədə, həm də dağlar qoynunda istirahətinə imkan verir.
Bir çox turizm obyektləri qiymətlər sabit qalmaq şərti ilə əlavə turlar da təşkil edir. İstirahətin bir günlük qiyməti isə komfortundan asılı olaraq dəyişir. Artıq sifarişlərin qəbuluna başlanılıb. Növbəti aylarda da cənub bölgəsinə yerli və xarici turistlərin sayının artması gözlənilir.
Gözəl və füsunkar təbiəti ilə seçilən Lənkərana respublikamızın müxtəlif şəhər və rayonlarından, həm də xarici ölkələrdən 30 mindən çox turistin gələcəyi proqnozlaşdırılır. Mütəxəssislərin fikrincə, yay fəslində Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin istifadəyə verilməsi nəticəsində bölgəyə daha çox əcnəbi turist gələcək.
Ötən ildən etibarən Lənkəranda demək olar, bütün ilboyu turizm mövsümü sayılır. Burada ilin bütün fəsillərində xarici və yerli turistlər müşahidə edilir. 2016-2017-ci illərdə Lənkəranda mehmanxana və mehmanxana tipli obyektlərdə qalan turistlərin sayı təxminən 20 min təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 30 minə yaxın olub. Yay turizm mövsümü başlamamış, 2019-cu ilin ilk 3 ayında isə bu rəqəm 6 mini ötüb.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov deyir ki, Lənkəran rayonu, mehmanxanalar turizm mövsümünə tam hazırdır: “İyul-avqust ayları üçün əksər otellərdə boş yer yoxdur. Bu il, həmçinin bölgədə turizm sahəsində baş verəcək əlamətdar hadisə turistlərin bu bölgəyə diqqətini daha çox çəkəcək. Belə ki, Lənkəranda böyük müalicəvi sanatoriya kompleksi istifadəyə veriləcək. Bu müalicəvi sanatoriya kompleksi Qafqazda ən böyük komplekslərdən biri hesab olunur. Bu, öz növbəsində, Lənkərana müalicə üçün üz tutan həm yerli, həm də xarici vətəndaşlar üçün əlverişli imkandır”.
Hotel meneceri Mirmehdi Məmmədov isə bildirir ki, cənub bölgəsinə bu il daha çox turistin gəlməsinə səbəb ötən il istifadəyə verilən Ələt-Astara magistralıdır. “Dövlət əhəmiyyətli yol müasir standartlara cavab verir. Respublikanın ən rahat, ən münasib və məsafəsi az olan magistral yollarından biridir. Əgər qonaqlar əvvəllər Bakıdan Lənkərana 4 saata gəlirdilərsə, indi 2 saata rayona çatmaq olur. Keçən ilə nisbətən builki qonaqlarımızın əksəriyyəti Rusiya, İran və Türkiyədən olacaq. Keçən ilə nisbətən bu il turist sayı çoxdur, otaqlarımız indidən tutulub”, - deyə o qeyd edib.
Turizm məkanlarının qiymətlərinə gəlincə, təklif olunan xidmətlərin qiyməti ötən ildəkindən fərqlənmir. “İstirahət mərkəzimizdəki orta seqmentli kotteclərdə yerlər 1 nəfər üçün səhər və axşam yeməyi də daxil olmaqla, təxminən 30 manat civarındadır”, - deyə Akif Əliyev bildirib. Ümumilikdə isə, cənub bölgəsində bir nəfərin bir günlük istirahəti göstərilən xidmətlərdən asılı olaraq 20-250 manata başa gəlir.
Bölgədə müalicəvi əhəmiyyətli təbii bulaqlar da var. Təsadüfi deyil ki, əksər turistlər yay fəslində cənub bölgəsinə əsasən müalicəvi bulaqlardan istifadə etmək üçün gəlirlər. Bölgənin flora və faunasının zənginliyi isə əcnəbi turistlərin daha çox diqqətini çəkir. Qeyd edək ki, cənub bölgəsində 60-dan çox turizm istirahət mərkəzi var. Onlardan da 10-a yaxını müalicəvi əhəmiyyətlidir.
Qaşqay ZİYƏDDİNOĞLU

 
  • Oxunub:  5400  |  
  • Tarix:  15-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub

05 Dekabr 21:50
Heydər Əliyev Fondu Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna görə xüsusi mükafata layiq görülüb
05 Dekabr 21:45
Növbəti illərdə ATƏT-ə sədrlik edəcək ölkələrin adları müəyyənləşib
05 Dekabr 21:37
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
05 Dekabr 21:34
Azərbaycanın Xarici İşlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05 Dekabr 21:31
Azərbaycanla Asiya İnkişaf Bankının əməkdaşlığının 20 illiyi qeyd olunub
05 Dekabr 21:28
“Rossiya-24” telekanalı “Bakutel-2019” sərgisi ilə bağlı reportaj yayımlayıb
05 Dekabr 21:19
ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bəyanat yayıblar
05 Dekabr 20:45
Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq müzakirə olunub
05 Dekabr 19:37
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05 Dekabr 19:07
Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq
05 Dekabr 19:00
Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib
05 Dekabr 18:55
Şamaxıda "ASAN Həyat" kompleksinin açılışı olub
05 Dekabr 18:15
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
05 Dekabr 17:54
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
05 Dekabr 17:45
Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişaf perspektivləri barədə müzakirələr aparılıb
05 Dekabr 17:34
Görkəmli xanəndə Əlibaba Məmmədovun anadan olmasının 90 illiyi qeyd olunacaq
05 Dekabr 17:15
Dövlət Komitəsində gənc könüllülərlə görüş olub
05 Dekabr 17:05
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır
05 Dekabr 16:47
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib - SƏRƏNCAM
05 Dekabr 16:47
Madriddə İmadəddin Nəsiminin 650, Aşıq Veysəlin isə 125 illiyi qeyd olunub
05 Dekabr 16:31
Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi müzakirə olunub
05 Dekabr 16:10
Türkiyə qəzetləri Azərbaycanda həyata keçirilən islahatlardan yazır
05 Dekabr 16:07
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
05 Dekabr 16:01
Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib
05 Dekabr 16:00
YAP Nərimanov rayon təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
05 Dekabr 15:48
YAP İcra Katibliyində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib
05 Dekabr 15:41
Bakıda Gənc Sahibkarlar Forumu keçiriləcək
05 Dekabr 15:37
Zakir Həsənov Pakistan səfiri ilə görüşüb
05 Dekabr 15:30
Çavuşoğlu: "Ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”
05 Dekabr 15:14
Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb
05 Dekabr 15:09
Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına başlanıb
05 Dekabr 15:08
Nizami rayonunun qadın seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
05 Dekabr 15:04
Bakıda “Dövlət idarəçiliyində səriştə modeli: çətinliklər və həll yolları” mövzusunda seminar keçirilir
05 Dekabr 15:01
Nazir Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub
05 Dekabr 14:58
Fuad Muradov: Bu günədək 88 diaspor təşkilatı 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib
05 Dekabr 14:56
Nazirlər Kabinetinin Qərarı ilə Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib
05 Dekabr 14:53
Elçin Əhmədov: Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla və novatorcasına aparılan siyasətin nəticəsidir
05 Dekabr 14:50
Bakıda dövlət qulluğunda insan resurslarının idarə olunması mövzusunda beynəlxalq konfrans keçirilir
05 Dekabr 14:48
Komitə sədri: “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi demək olar ki, hazırdır
05 Dekabr 14:46
Pərvin Kərimzadə: Azərbaycanın Birinci vitse-prezidentinin humanist addımı sənətə, sənətkara hörmətin təsdiqidir
05 Dekabr 14:44
Yüz milyon oxucusu olan "China Daily" Azərbaycandakı islahatlardan yazır
05 Dekabr 14:43
Argentina səfiri: AZƏRTAC–ın ispan dilində xəbər yayması təqdirəlayiqdir
05 Dekabr 14:39
AzTU-da Belarus Dövlət Rabitə Akademiyası ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
05 Dekabr 13:10
Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir
05 Dekabr 09:55
5 dekabr – Beynəlxalq Könüllülər Günüdür
05 Dekabr 09:37
Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı şəkildə dəstəkləyir
05 Dekabr 09:35
Regionlarda heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni təsərrüfatlar yaradılır
05 Dekabr 09:32
Pambıq qəbulu məntəqələrinə bu günədək 293 min tondan çox məhsul təhvil verilib
05 Dekabr 09:31
Bakcell Bakutel - 2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi
05 Dekabr 09:29
Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı
04 Dekabr 21:29
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
04 Dekabr 21:26
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
04 Dekabr 21:25
İzmir şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib
04 Dekabr 21:09
Azərbaycan nümayəndə heyəti İran Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb
04 Dekabr 21:04
Prezident İlham Əliyev: Azərbaycanda aparılan köklü islahatlar bütün sahələri əhatə edir
04 Dekabr 20:57
Rufiz Qonaqov: Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır
04 Dekabr 20:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı regional təşəbbüs layihəsi imzalayıb
04 Dekabr 20:49
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir
04 Dekabr 20:47
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
04 Dekabr 20:46
Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
04 Dekabr 20:41
Azərbaycan Prezidenti: Kadr islahatları davam etdiriləcək
04 Dekabr 20:30
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
04 Dekabr 20:25
Səfa Mirzəyev: Konstitusiya Məhkəməsi Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alıb
04 Dekabr 20:23
Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb
04 Dekabr 20:22
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüş keçirilib
04 Dekabr 20:17
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək
04 Dekabr 20:13
“Könüllülük sərhəd tanımır!” devizi altında silsilə tədbirlərin təşkilinə 500 gənc cəlb olunub
04 Dekabr 20:10
YAP Qaradağ rayon təşkilatında seçicilərlə görüş keçirilib
04 Dekabr 20:10
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub
04 Dekabr 17:50
Bratislavada Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA