A+   Yenilə  A-
TÜRKPA-ya üzv ölkələrin qadın parlamentarilərinin beynəlxalq konfransı keçirilib

İyunun 14-də Azərbaycan Respublikasının Milli Məclisi və Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədrinin müavini Bahar Muradova konfransı açaraq tədbirdə iştirak edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupovu, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzaini, Türkiyə, Qazaxıstan, Qırğızıstan nümayəndə heyətlərini salamlamaqdan məmnunluğunu ifadə edib. Vitse-spiker giriş nitqində söyləyib ki, son illər ölkəmizdə bir çox beynəlxalq səviyyəli tədbirlər müvəffəqiyyətlə həyata keçirilir. Bu tədbirlərdə dünyada mövcud olan problemlər müzakirə olunur, qarşıya çıxan çağırışları və təhdidləri önləmək üçün hədəflər qoyulur. Bu yığıncaqda da biz dostluq, qardaşlıq şəraitində vacib məsələlərin müzakirəsini aparacağıq, müvafiq qərarlar qəbul edəcəyik.
Bildirilib ki, bütün türk dövlətlərini ümumi tarix, mədəniyyət, milli-mənəvi dəyərlər birləşdirir. Bu gün biz dayanıqlı inkişaf məqsədlərinin (DİM) reallaşmasında TÜRKPA-ya üzv ölkələrin qadın parlamentarilərinin verə biləcəyi töhfələrlə bağlı fikirlərimizi bölüşəcəyik. Bu sahədə hər bir ölkənin əldə etdiyi milli təcrübəsi mövcuddur. DİM dünya ölkələrini irəliyə aparmaq üçün vacib istiqamətdir. Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək dayanıqlı inkişaf üzrə gündəliyində 17 məqsəd qarşıya qoyulub. Burada yoxsulluğa, aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və yaxşı qidalanmağa nail olmaq, bütün yaşlarda sağlam yaşayışı təmin etmək, bərabər keyfiyyətli təhsili təmin etmək, davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, səmərəli məşğulluğu, layiqli iş imkanlarını təşviq etmək və digər vacib hədəflər seçilib. Bunların arasında gender bərabərliyinə nail olmaq və bütün qadınların və qızların səlahiyyətlərini genişləndirmək kimi hədəf də mühüm əhəmiyyət kəsb edir. Biz gələcək nəsillərin mənafeyinə xələl gətirmədən bu gün bu istiqamətlərdə problemlərin aradan qaldırılmasına çalışmalıyıq.
Qeyd edilib ki, TÜRKPA çərçivəsində bu proseslərə qadınların cəlb olunması, o cümlədən iştirakçılığın təmin edilməsi, kvotaların aradan qaldırılması çox vacibdir. Qadınlar həm ölkədaxili, həm də beynəlxalq səviyyədə bərabər cavabdehlik, məsuliyyət daşımalıdır. Quruma üzv ölkələrin qadın parlamentariləri digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq qurmalı, bütün məsələlərdə vahid mövqedən çıxış etməlidirlər. DİM-ə çatmaq üçün kimsə kənarda qalmamalıdır, qadınların rolu artırılmalıdır. Dünyada gender bərabərsizliyinin aradan qaldırılmasında ortaya çıxan maneələri dəf etmək üçün bərabər fəaliyyət göstərmək vacibdir.
Diqqətə çatdırılıb ki, Azərbaycanda qadınların əməyinə dövlət səviyyəsində dəstək verilir. Qanunverici, icraedici orqanlarda qadınlar öz fəallığı ilə seçilir. Milli Məclisin qadın deputatları bir sıra beynəlxalq təşkilatların üzvüdür, onlar üzərlərinə düşən işlərin öhdəsindən layiqincə gəlirlər. Azərbaycan parlamentində gender bərabərsizliyinin aradan qaldırılması ilə bağlı bir sıra qanunlar qəbul edilib. Ölkəmizdə qadınlar müvəffəqiyyətlə rəhbər vəzifələrdə təmsil olunurlar. Bunun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında gözəl nümunəsini örnək olaraq görə bilərik. Mehriban Əliyeva bu gün həm dövlət əhəmiyyətli, həm də dünya miqyasında taleyüklü məsələlərin həllində böyük işlər görür, vacib layihələrə imza atır.
Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov çıxış edərək konfransın yüksək səviyyədə təşkili üçün Milli Məclisin Sədri Oqtay Əsədova minnətdarlığını ifadə edib. O bildirib ki, türk cəmiyyətində qadınlar dövlət orqanlarında və sosial-ictimai həyatda fəal iştirak edirlər. Türk xalqlarının ailə dəyərlərində oxşarlıq mövcuddur. Müasir türk cəmiyyətlərində qadına və ailəyə yüksək qiymət verilir. Müasir dünyada qadınların dövlət və cəmiyyət həyatında rolu artmaqdadır. Həm milli, həm qlobal səviyyədə gender bərabərliyi sahəsində ümumi platformanın yaranması çox əhəmiyyətlidir. Bu məsələdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ön sıradadır və çoxşaxəli fəaliyyəti ilə bu sahəyə öz layiqli töhfəsini verir.
Baş katib qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində 5-ci hədəf gender bərabərliyi ilə bağlı məsələlərə həsr olunub. Son 10 ildə bu istiqamətdə gözəçarpan nailiyyətlər əldə edilib. Lakin bəzi mənfi hallar hələ də qalmaqdadır. Bu problemlərin həllində lazımi addımlar atılır. Bu gün TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə fəallıq göstərirlər. Bütün türkdilli dövlətlərdə qadınların cəmiyyət və dövlət həyatında rolu geniş şəkildə müşahidə olunur. Hər bir ölkənin milli gender siyasəti müəyyənləşib, müvafiq hüquqi baza yaradılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qoyulan mövzu bütün dünya üçün böyük əhəmiyyət kəsb edir və Dayanıqlı İnkişaf konsepsiyası üzv dövlətlər üçün əsas prioritetlərdəndir. Bu məqsədə nail olmaq üçün ilk növbədə biz dünyanı daha ədalətli və bərabərhüquqlu cəmiyyətə çevirən ciddi dəyişikliklərin həyata keçirilməsi üzərində birgə işləməliyik. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə nail olmaq üçün bütün ölkələr öhdəlik qəbul edib. Burada göstərilən 17 məqsədi reallaşdırmaq ölkələrin inkişaf tempindən, iqtisadi, təbii və insan resurslarından asılıdır.
Qeyd edilib ki, sənəddə gender bərabərliyinin ayrıca bir məqsəd kimi göstərilməsinə baxmayaraq, digər məqsədlərdə də gender komponenti mövcuddur. Sevindirici haldır ki, BMT-nin MAPS Missiyasının qiymətləndirməsinə əsasən ölkəmizin gender üzrə DİM-lərlə uyğunluq göstəricisi 100 faizdir. Amma bu, bizi rahatlaşdıra bilməz, çünki hələ qarşımızda vacib hədəflərimiz var.
Komitə sədri gender bərabərliyinin və bərabər imkanların təmin edilməsində parlamentin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, bu sahədə güclü hüquqi qanunvericilik bazası yaradılıb. Qəbul edilən qanunlar ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyətə malikdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, türk dünyasında qadınlar mənəvi, əxlaqi keyfiyyətləri ilə daim seçilib, milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıblar. Türk dünyasının möhtəşəm yazılı abidələrindən olan “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Manas” dastanlarında əks olunan qadın surətləri bu gün də öz məharətləri ilə bəşəri idealların qorunub saxlanılmasına kömək edir. Ümumilikdə, türkdilli dövlətlərdə qadının ictimai fəallıq tarixi çox rəngarəngdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şərqdə ilk dəfə parlamentdə seçki hüququ qazanmış qadınlar cəmiyyətin maariflənməsi, mədəniyyətin yüksəlişi və elmi-ictimai nailiyyətlərin əldə olunmasında böyük rol oynayıblar. Qadınlara verilən hüquqlar nəticəsində mədəniyyət, incəsənət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə onların zəngin potensialının aşkar olunması üçün əlverişli zəmin yaradılıb.
Müasir zəmanəyə nəzər salan Günay Əfəndiyeva türk dünyasının öndə olan qadınlarından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini qeyd edib. Bildirib ki, Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr, onun təşəbbüsləri və xeyirxah əməlləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təqdirlə qarşılanır.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışında dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına türk dövlətlərinin əhəmiyyət verməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirilib ki, BMT tərəfindən 2015-ci ildə qəbul olunmuş 17 bənddən ibarət sənəddə göstərilən məsələlər dayanıqlı inkişaf üçün zəruri bir tələbdir. Bu plan bütün dünya ölkələrinin qarşılıqlı tərəfdaşlıq şəraitində fəaliyyəti nəticəsində həyata keçməlidir. Burada əsas məqam ondan ibarətdir ki, heç kəs kənarda qalmamalıdır. Firavan gələcəyi qurmaq üçün qadınların iştirakı mütləqdir.
BMT-nin ölkəmizdəki nümayəndəsi qeyd edib ki, Azərbaycan qadınlara seçmək və seçilmək hüququ verən ilk müsəlman ölkəsidir. Burada ilk qızlar məktəbi yaradılıb. Ölkə Konstitusiyasında qadınların hüquqları geniş şəkildə təmin olunub. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial, mədəni, humanitar sahələrdə önəmli proqramlar həyata keçirdiyini məmnunluqla söyləyib, qadınların biznesdə fəal iştirakı, maliyyə müstəqilliyini əldə etməsinin əhəmiyyətindən, BMT ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan bəhs edib.
Konfransda Qazaxıstan nümayəndə heyətinin rəhbəri Güljana Karaqusova, Qırğızıstan təmsilçisi Aynuru Altıbayeva, Türkiyə nümayəndəsi Nurhayat Altaca Kayışoğlu mövzu ilə bağlı fikirlərini açıqladılar, ölkələrində DİM-ə nail olunması prosesində həyata keçirilən tədbirlər, reallaşdırılan layihələr haqqında ətraflı məlumat veriblər.
* * *
Fasilə zamanı konfrans iştirakçıları ailə fotosu çəkdiriblər, Milli Məclisin inzibati binasında yerləşən Heydər Əliyev xatirə zalında Azərbaycan xalqının Ümummilli Lideri ilə bağlı eksponatlarla tanış olublar.
Qonaqlar həmin gün parlamentdə Milli Məclisin iclasındakı müzakirələri izləyiblər.
* * *
Fasilədən sonra konfrans panel iclaslarında işini davam etdirib. Deputatlar “Türkdilli ölkələrdə gender bərabərliyi üçün imkanların yaradılması: davamlı inkişafa doğru addımlar” və “TÜRKPA türk dünyası qadınları arasında dialoqun genişləndirilməsində platforma kimi: gələcəyə baxış” mövzularında çıxışlar ediblər.
Müzakirələrdən sonra iclasın sonunda konfransın yekun sənədi qəbul olunub.

 
  • Oxunub:  6600  |  
  • Tarix:  15-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA