A+   Yenilə  A-
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir

Müsahibimiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş baş katibi, “İdman Bütövlüyü üzrə Qlobal Alyans”ın vitse-prezidenti Ramil Həsəndir:
- Ramil müəllim, iyunun 15-də Azərbaycan xalqı Milli Qurtuluş Gününü qeyd etdi. Sizcə, 15 İyun - Milli Qurtuluş Gününün tariximizdə yeri və rolu nədən ibarətdir?
- 15 İyun - Milli Qurtuluş Günü müasir tariximizdə mühüm yer tutur. Əgər 1993-cü ilin iyun ayında dahi lider Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan parçalanardı və xalqımız müstəqilliyini itirə bilərdi. 1990-cı illərin əvvəllərində, bir tərəfdən, Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfdən, ölkə daxilində siyasi böhran, xaos Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu proses 1993-cü ilin iyun ayında özünün kulminasiya nöqtəsinə çatdı və o zamankı hakimiyyətin səriştəsiz siyasəti nəticəsində ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı.
Belə bir zamanda xalqın təkid və tələbi ilə Bakıya gələn Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Ölkə daxilində yaranmış sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Bütövlükdə, məhz Ulu Öndərin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın müstəqilliyi qorunub, respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırılıb və inkişafın təməli qoyulub. Ümummilli Liderin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün Azərbaycan dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz xarici siyasətini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Eyni zamanda, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. Belə ki, ölkə iqtisadiyyatı şaxələndirilir, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir, regionlarda sənaye zonaları yaradılır, turizm, kənd təsərrüfatı sahələrinin inkişafında ciddi nəticələr var və s. Eləcə də müxtəlif sahələrdə, o cümlədən vergi, gömrük, hüquq sistemində aparılan islahatlar nəticəsində şəffaflıq daha da artıb, həmçinin əhalinin rifah halının yüksəlməsi istiqamətində mühüm addımlar atılır. Bütün bunlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsidir.
- Azərbaycan hazırda milli maraqlara əsaslanan xarici siyasət həyata keçirir. Bunun nəticəsində də ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, nüfuzu daha da artır. Bu barədə nə deyə bilərsiniz?
- Bu gün Prezident İlham Əliyev tərəfindən milli maraqlarımıza əsaslanan, müstəqil xarici siyasət həyata keçirilir. Bu siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini və nüfuzunun artmasını təmin edir. Dövlətimizin xarici siyasət kursunun ən mühüm prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll olunmasıdır. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın sülhə hazır və mehriban qonşuluq tərəfdarı olduğunu bəyan edib. Amma bu, Azərbaycanın uzun müddət işğala göz yumacağı, mövcud status-kvonu qəbul edəcəyi mənasına gəlmir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq. Qeyd etdiyim kimi, Azərbaycan praqmatik xarici siyasətini davam etdirərək milli maraqların təmin edilməsinə nail olur, eyni zamanda, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini daha da gücləndirir. Ölkəmizin regionda yaratdığı yeni reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tam zəmin formalaşdırıb. Bununla yanaşı, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır və daim öz ordusunu gücləndirir. Uzun müddət diplomatik sahədə işləmiş şəxs kimi deyə bilərəm ki, Azərbaycan dünyada böyük nüfuza malik olan dövlətdir. Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması, eləcə də Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi, ATƏT, İƏT, Türk Şurası kimi beynəlxalq təşkilatlarda uğurla təmsil olunması ölkəmizin beynəlxalq müstəvidə yüksək nüfuzundan xəbər verir. Bu il Azərbaycanda Qoşulmama Hərəkatının zirvə sammiti keçiriləcək və ölkəmiz bir neçə il bu mötəbər təşkilata sədrlik edəcək. Eyni zamanda, cari ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılmasının 10 illiyi və zirvə görüşü də ölkəmizdə baş tutacaq.
Bilirsiniz ki, dünyada mürəkkəb proseslər baş verir. Bəzi dövlətlərin daxilində vətəndaş qarşıdurması mövcuddur, bir sıra bögələrdə gərginlik, ziddiyyətlər davam edir. Belə bir şəraitdə Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Azərbaycan bu gün dinamik inkişaf etməklə yanaşı, dünyada sabitliyə, təhlükəsizliyə öz töhfələrini verir. Əlbəttə ki, mürəkkəb dünyada belə bir siyasət həyata keçirmək asan məsələ deyil. Bunun arxasında böyük əmək, inanılmaz güc, qətiyyət və böyük enerji dayanır. Güclü lider olmadan bu siyasəti, bu ideyaları reallaşdırmaq mümkün deyil. Azərbaycanın isə cənab İlham Əliyev kimi güclü lideri var və həyata keçirilən uğurlu siyasətin əsasında da dövlətimizin başçısının zəhməti, qətiyyəti və müdrikliyi dayanır.
Dünya ölkələrində və beynəlxalq qurumlar səviyyəsində Azərbaycan Prezidentinin şəxsinə böyük hörmət var. Bu da, şübhəsiz ki, ölkənin beynəlxalq imicinə müsbət təsir göstərir. Şəxsi münasibətlər və liderlik keyfiyyətləri xarici siyasətdə və dövlətlərarası münasibətlərdə unikal rol oynayır.
Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləyir və haqlı olaraq hər zaman dövlətimizin başçısı ilə qürur duyur.
Yeri gəlmişkən qeyd edim ki, iyulun 9-da Azərbaycan diplomatiyasının 100 illiyi tamam olur və həmin gün ölkəmizdə diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə diplomatik xidmət orqanlarının əməkdaşlarını təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram. Arzu edirəm ki, dünya durduqca dövlətimiz yaşasın və hər birimiz öz fəaliyyətimizlə Azərbaycana layiqincə xidmətimizi davam etdirək.
- Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfələr verir. Bu baxımdan, ölkəmizin həyata keçirdiyi enerji siyasətinin əhəmiyyəti nədən ibarətdir?
- Bu gün Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Onu da qeyd edim ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırda reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi böyük önəm kəsb edir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq. Bütövlükdə, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfədir.
Eyni zamanda, Azərbaycan tranzit ölkə kimi də böyük nüfuza malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi bu baxımdan ölkəmizin önəmini daha da artırır. Çünki ölkəmiz Avropa və Asiya arasında körpü rolunu daha da gücləndirir.
- Ramil müəllim, Azərbaycan həmçinin beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edir. UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi də buna sübutdur. Bu barədə də fikirlərinizi bilmək istərdik...
- Dünyada nüfuzlu dövlət kimi tanınan Azərbaycanda mötəbər tədbirlər yüksək səviyyədə təşkil edilir. Belə tədbirlər sırasında mədəni, humanitar forumlar, idman yarışları və digərləri xüsusi yer tutur. Mayın 29-da paytaxt Bakı daha bir möhtəşəm tədbirə - UEFA Avropa Liqasının final matçına uğurla ev sahibliyi etdi. İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min olan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yenilədi. Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar sırasında ən çox tamaşaçı tutumuna malik arena oldu.
Bakıdan UEFA-nın Çempionlar Liqasının final oyununu izləmək üçün Madridə gedən UEFA rəsmiləri, futbol mütəxəssisləri, eləcə də azarkeşlər müqayisədə Bakıdakı final oyununun yaxşı təşkil olunduğunu bildirirdilər. Final oyununun paytaxt Bakıda uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi. Azərbaycanın belə mötəbər tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkə olması növbəti dəfə sübuta yetirildi. Eyni zamanda, hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi.
Bütövlükdə, Azərbaycan mükəmməl şərait yaratmaqla bu final qarşılaşmasının ideal səviyyədə baş tutmasını təmin etdi, dünya mediası növbəti dəfə Azərbaycanın müsbət reallıqlarından yazdı, paytaxt Bakı bir daha bütün dünyanın nəzərində oldu. Avropa Liqasının final matçının Bakıda ən yüksək səviyyədə keçirilməsi də ölkəmizin bu sahədəki zəngin təcrübəsini, iqtisadi gücünü və təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi. Bununla da oyunlardan əvvəl bəzi dairələr tərəfindən ortaya atılan spekulyasiyalar, iddialar alt-üst oldu, onlar Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilmədilər. Bu gün bütün beynəlxalq mediada Azərbaycanın uğurlu təşkilatçılığından, final matçının yüksək səviyyədə həyata keçirilməsindən yazılır, danışılır. Bakıya gələn qonaqlar ölkəmizin müsbət reallıqlarından, Bakıda gördüklərindən razılıqla danışırlar. Yeri gəlmişkən, iyunun 1-də UEFA Çempionlar Liqasının final oyununun keçirildiyi Madriddə yaşanan problemlər bir daha reallıqları ortaya qoydu. Bütün bunlar təsdiqləyir ki, Bakı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün ən təhlükəsiz şəhərlərdən biridir.
Nardar BAYRAMLI

 
  • Oxunub:  15300  |  
  • Tarix:  19-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

07 Dekabr 16:10
SOCAR “Total” şirkəti ilə “Abşeron” layihəsinə dair müzakirələr aparıb
07 Dekabr 16:04
Kamilə Əliyeva: Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycanın qlobal ekoloji tarazlığın qorunmasına töhfəsi, vətəndaş həmrəyliyimizin nümunəsi kimi yadda qalacaq
07 Dekabr 16:02
Səbail rayon seçiciləri Bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyir
07 Dekabr 13:50
Vüqar Bayramov: TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib
07 Dekabr 13:41
Jalə Əliyeva: Bu məsələ ümummilli maraqları qorumaq deməkdir
07 Dekabr 13:33
Sevinc Hüseynova: Ölkəmizdə aparılan islahatlar son vaxtlar daha böyük vüsət alıb
07 Dekabr 12:49
Fəzail İbrahimli: Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib
07 Dekabr 12:46
Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 12:43
Nəriman Əliyev: Parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur
07 Dekabr 10:43
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
07 Dekabr 10:38
Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib
07 Dekabr 10:32
YAP Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib
07 Dekabr 10:31
Tərtər seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 10:30
Mingəçevirdə bələdiyyə seçkiləri ilə əlaqədar mədəniyyət işçiləri ilə görüş keçirilib
07 Dekabr 10:28
YAP Ağstafa rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar növbəti görüş keçirilib
07 Dekabr 10:24
Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli və Qaymaqlı kəndlərində seçicilərlə görüşlər keçirilib
07 Dekabr 10:23
Azərbaycan ilə Gürcüstan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub
07 Dekabr 10:22
Bərdə rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar Həsənqaya, Tağılar, Hacallı kəndlərində seçicilərlə görüş keçirilib
07 Dekabr 10:20
YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər
07 Dekabr 10:19
YAP bu seçkilərin də qalibi olacaq
07 Dekabr 10:17
Multikulturalizm siyasətinin ölkəmiz üçün əhəmiyyəti
07 Dekabr 10:14
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
07 Dekabr 10:11
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bu sahə üzrə qanunvericilik təkmilləşdirilir
07 Dekabr 10:07
Ölkəmizdə aqrar sahənin inkişafında mühüm nəticələr əldə olunub
06 Dekabr 21:45
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
06 Dekabr 21:29
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
06 Dekabr 21:20
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06 Dekabr 21:09
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06 Dekabr 20:26
Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib
06 Dekabr 17:53
YAP Zərdab rayon təşkilatı böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirib
06 Dekabr 17:52
YAP Bərdə rayon təşkilatı “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:47
Ekspert: Azərbaycan Prezidentinin islahatları rəqabətədavamlı dövlət və cəmiyyətin formalaşdırılmasına xidmət edir
06 Dekabr 17:38
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:33
Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir
06 Dekabr 17:30
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
06 Dekabr 17:26
Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
06 Dekabr 16:57
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb
06 Dekabr 16:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gürcüstana səfər edib
06 Dekabr 16:48
Moldovada “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib
06 Dekabr 16:47
Almaniyada Azərbaycan mədəniyyətinə hər olunmuş tədbir təşkil edilib
06 Dekabr 16:31
Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib
06 Dekabr 16:23
Xəzər rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
06 Dekabr 16:14
Bir gündə 650 min ağac əkək: Nizami yurdunda əkilən minlərlə ağac təbiətə töhfədir
06 Dekabr 16:09
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
06 Dekabr 16:08
Alessandro Frakasetti: Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir
06 Dekabr 15:41
Əli Əhmədov: 650 min ağacın əkilməsi kimi möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir
06 Dekabr 15:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
06 Dekabr 15:26
Elman Nəsirov: Ölkə üzrə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var
06 Dekabr 15:21
Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar
06 Dekabr 15:17
Bu gün Qaradağ rayonunda 2 mindən çox ağac əkilib
06 Dekabr 15:13
Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir
06 Dekabr 15:11
Tünzalə Ağayeva: Bugünkü ekoloji aksiyada ilk dəfə ağac əkdim
06 Dekabr 15:09
Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
06 Dekabr 14:55
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06 Dekabr 14:36
Nazir Mikayıl Cabbarov erməni nümayəndənin təxribat xarakterli fikrinə tutarlı cavab verib
06 Dekabr 14:34
Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır
06 Dekabr 14:27
Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi ekologiyanın təmizlənməsində mühüm rol oynayacaq
06 Dekabr 14:24
Yeni Azərbaycan Partiyası İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib
06 Dekabr 14:21
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib
06 Dekabr 14:17
“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işini davam etdirir
06 Dekabr 14:10
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib
06 Dekabr 14:07
Bahar Muradova: Bu təşəbbüs torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir
06 Dekabr 14:04
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
06 Dekabr 13:59
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb
06 Dekabr 13:52
Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqq işini dəstəkləyir
06 Dekabr 13:48
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir
06 Dekabr 13:18
Səfir Auqusto Massari: Bu təşəbbüs insanları təbiətin qorunması istiqamətində həmrəy olmağa çağırır
06 Dekabr 12:58
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar
06 Dekabr 12:25
Ukraynalı nazir: TRASEKA-ya üzv ölkələrdə tariflərin eyniləşdirilməsi məqsədəuyğun olar
06 Dekabr 12:20
Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+3 +5