A+   Yenilə  A-
Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır

Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir
İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.
AZƏRTAC xəbər verir ki, nazir görüşün Azərbaycan Ordusunun ildönümü ərəfəsində keçirildiyini və ənənə halını aldığını deyib.
Zakir Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə orduda həyata keçirilən islahatlar uğurla davam edir. 2013-cü ildən başlayaraq isə Azərbaycan Silahlı Qüvvələrində Prezident İlham Əliyev rəhbərliyi ilə əsaslı islahatlar həyata keçirilir. Ordumuz bütün əsas istiqamətlərdə inkişaf edir və bununla bağlı sübutlar var. Bunu beynəlxalq qurumlar da yüksək qiymətləndirir. Bizim üçün əsas odur ki, xalqımız, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev buna yüksək qiymət verir. İslahatların əsas istiqamətləri ordunun yeni müasir silah, texnika, avadanlıqla təmin etmək, infrastrukturu yeniləmək, döyüş qabiliyyətini artırmaq, sosial bazanı gücləndirməkdir.
Ötən illər ərzində Azərbaycan Ordusuna müasir silahların alındığını və bununla bağlı ictimaiyyətin daim məlumatlandırıldığını vurğulayan nazir deyib: “2018-ci ildə Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçirilən möhtəşəm paradda nümayiş olunan silah və texnikanın 90 faizi yeni və müasir idi. Təbii ki, paradda bütün silahlar nümayiş olunmadı.
Ali Baş Komandanın tələbi ilə həyata keçirilən islahatlar nəticəsində bizim hərbi şəhərciklər müasir səviyyədə qurulub. Bu gün Azərbaycan Ordusunun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub, tikilib. 2018-ci ildə beş yeni böyük, müasir hərbi şəhərcik istifadəyə verilib. Bu il isə 9 hərbi şəhərciyin istifadəyə verilməsi nəzərdə tutulur. Yaxın günlərdə 3 böyük hərbi şəhərciyin açılışı olacaq. Siz görəcəksiniz ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda nə qədər böyük işlər həyata keçirilib”.
Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində də genişmiqyaslı işlərin görüldüyünü deyən Z.Həsənov bildirib: “Bilirsiniz ki, döyüş hazırlığının əsas hissəsi şəxsi heyətin, hissə və birləşmələrin səhra bacarığının artırılmasıdır. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk, müasir təlim mərkəzləri qurmuşuq. Təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə, gecə və gündüz, ilin bütün fəsillərində keçirilir. Biz gündən-günə daha böyük hissə və birləşmələri bu təlimlərə cəlb edirik.
Bir neçə il əvvəl Azərbaycan Ordusu işğal altındakı ərazilərimizdə yerləşən düşmən ordusunun birləşmələrinə böyük zərbə vurdu. 2016-cı ildəki əməliyyatların əsas nəticəsi o oldu ki, Azərbaycan Ordusunun kiçik bir hissəsi 3-4 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Nəticədə ermənilər məcbur olub atəşkəs üçün müraciət etdilər”.
Müdafiə nazirinin sözlərinə görə, Ordumuzda islahatların əsas istiqamətləri yekunlaşır. Azərbaycan ordusunu yeni silahlarla tam şəkildə təmin edib. 2019-cu ildə əsas istiqamətlərdən biri ordunun idarə olunmasının təkmilləşdirilməsidir. Burada əsas vəzifə bütün hissə və birləşmələrin fasiləsiz, məxfi, operativ şəkildə idarə olunmasıdır. İndi bütün dünyada bu məsələyə çox ciddi fikir verilir. Ən müasir texnika bu işlərə cəlb edilir, müasir komanda-idarəetmə sistemi qurulur. Biz artıq hərbi hissələrimizi onlayn qaydada idarə edirik. Biz tabora qədər onlayn idarəetmə tətbiqinə nail olmuşuq. Ali Baş Komandan bu məsələlərə çox ciddi fikir verir və biz tezliklə bu məsələni də həll edəcəyik. Azərbaycan Ordusu aparıcı dövlətlərin təcrübəsindən və texnikalarından istifadə edərək bu məsələnin böyük dərəcədə təmin edib. Kibertəhlükəsizlik və radioelektron mübarizə sahəsi də daim diqqətdə saxlanılır. Aparıcı dövlətlərin təcrübəsindən və texnikalarından istifadə olunaraq bu məsələ də həllini tapıb.
Nazir xüsusi qeyd edib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, hazırlığının, təcrübəsinin artırılmasında Türkiyə Silahlı Qüvvələrinin rolu böyükdür. Türkiyə Silahlı Qüvvələri dünyanın aparıcı ordularından biridir. Qardaş ölkənin ordusu yüksək döyüş qabiliyyətinə malikdir. Biz Türkiyə ordusunun təcrübəsindən bəhrələnirik və 2013-cü ildən başlayaraq birgə təlimlərə başlamışıq. Hər il bu təlimlərin sayını artırırıq. Əgər 2018-ci ildə planda 7 təlim var idisə, 2019-cu ildə bu təlimlərin sayını 13-ə çatdırmışıq. Təlimlər bütün qoşun növlərini əhatə edir. Hər iki ölkənin mütəxəssisləri birgə təlimlər keçir, qərargahların fəaliyyəti uzlaşır, komandirlər birgə qarşılıqlı əlaqədə müasir döyüşün təşkilini öyrənir. Gələcək fəaliyyətimizdə bunlardan istifadə edəcəyik.
General-polkovnik Zakir Həsənov qeyd edib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) texnika parkının yenilənməsi istiqamətində də işlər aparılır. HHQ-nin təyyarə və helikopterləri modernləşdirilib, uzaq mənzilə və yüksək dəqiqliyə malik silahlarla təchiz olunub. Azərbaycan Ordusu helikopter parkını da tam yeniləyib. Bizim istifadəmizdə ən müasir Mi-35M, Mi-24, Mi-17 helikopterləri mövcuddur. Bu helikopterlər dünyanın aparıcı dövlətləri tərəfindən təkmilləşdirilib və yeni silahlarla təchiz olunub. Onlar indi uzaq məsafədən hədəfi dəqiqliklə vura bilir.
Ermənistanın Rusiya ilə Su-30SM təyyarələrinin alınmasına dair imzaladığı müqaviləyə münasibət bildirən Zakir Həsənov qeyd edib ki, ekspertlər bu təyyarələri müsbət qiymətləndirmirlər. Bu təyyarələr bizim müharibə teatrımıza uyğun deyil.
Müdafiə naziri qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi istiqamətində işlər gedir, danışıqlar aparılır, texniki məsələlər həll olunur. Bu istiqamətdə bir neçə layihə var. Bu yaxınlarda layihələrə başlanması ilə bağlı məlumat veriləcək. Biz Xəzər dənizinin Azərbaycana aid hissəsinə gecə-gündüz, fasiləsiz tam nəzarət edirik. Xəzər dənizində dost ölkələrlə sərhədik və heç bir təhlükə görmürük.
Nazir gəncləri sosial şəbəkələrdə diqqətli olmağa, təxribatlara uymamağa çağıraraq deyib: “Vətən, millət, dövlətçilik məsələlərində bütün şəxsi mövqelər kənarda durmalıdır. Biz hamımız bir olmalıyıq. Bəzən sosial şəbəkələrdə Azərbaycan adı altında əsassız məlumatlar paylaşılır. Ermənilərin məqsədi dövlətçiliyimizə və ordumuza qarşı saxta məlumatlar yaymaqdır. Sosial şəbəkələrdə belə məlumatları yayanların 90 faizi ermənilər, digərləri isə öz şəxsi mövqelərindən çıxış edən cılız insanlardır. Vətən, millət, dövlət məsələsində bütün maraqlar kənara qoyulmalıdır. Biz hamımız bir olmalıyıq”.
Ermənistanın müdafiə naziri David Tonoyanın hərbi qulluqçumuz, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə münasibət bildirən Zakir Həsənov vurğulayıb: “Deyə bilərəm ki, Ermənistanın müdafiə naziri David Tonoyan yalan danışır. O özünü reklam edir. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət sonra onlar öz itkilərini bir-bir üzə çıxaracaqlar. Xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusundan qələbələr gözləyir. 2016-cı ildə üç gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi. Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır”.
Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Omarov Aqil Akif oğlunun şəhid olmasına münasibət bildirən nazir qeyd edib: “Hər bir şəhidimiz bizim üçün əzizdir. Əsgər, zabit, nazir daxil olmaqla biz hamımız Vətən, millət naminə cəbhədə öz həyatımızı təhlükə qarşısında qoyuruq və bununla qürur duyuruq. Bu günlərdə Azərbaycanın hərbi qulluqçusu, mayor şəhid oldu. Bəziləri deyir ki, mayor orada nə edib?! Şəhid mayor orada mənim əmrimi yerinə yetirirdi. Ərazidə döyüş hazırlığı ilə məşğul olurdu. Ön xətdə olan şəxsi heyətimiz gecə-gündüz döyüş hazırlığı ilə məşğuldur. Onlar taktiki, atəş, ideoloji hazırlıq, istehkam hazırlığı ilə məşğul olurlar. Həmin vaxt tabor komandiri orada döyüş hazırlığı ilə məşğul olub”.
Azərbaycan sərhədçilərinin Ermənistanla dövlət sərhədində vəzifələrinin öhdəsindən bacarıqla gəldiklərini vurğulayan nazir bildirib: “Ötən əsrin 90-cı illərindən Ermənistanla sərhədi Azərbaycan Ordusu mühafizə edirdi. Azərbaycanın Sərhəd Qoşunları inkişaf edir, yeni silahlarla təchiz edilir, döyüş hazırlığı ilə məşğul olur. Ali Baş Komandan Ermənistanla sərhədin kiçik bir hissəsinin mühafizəsinin Sərhəd Qoşunlarına təhvil verilməsi barədə göstəriş verdi ki, gələcəkdə bu sahə sərhədçilərə həvalə olunsun. Bu gün sərhədçilər öz işlərinin öhdəsindən bacarıqla gəlirlər. Gələcəkdə Ermənistanla dövlət sərhədinin digər hissələrinin də mühafizəsinin Sərhəd Qoşunlarına verilməsi barədə Ali Baş Komandanın qərarı olarsa, bu, ordumuzun ehtiyatını daha da artırar. Ermənilər də bunu başa düşürlər”.
Azərbaycan Ordusunun şəxsi heyətinin 80 faizinin peşəkar hərbçilərdən ibarət olduğunu vurğulayan nazir deyib: “Bu gün Orduda döyüş qabiliyyətini müəyyən edən vəzifələrdə peşəkar hərbçilər xidmət edirlər. Tankların, zirehli döyüş maşınlarının, artilleriya vasitələrinin, gəmilərin, hava hücumundan müdafiə texnikalarının heyətləri, sürücülər orduda müqavilə əsasında xidmət edirlər. Artıq onlar öz sahələrində kifayət qədər peşəkardırlar. Müddətli hərbi xidmət keçən əsgərlər isə yalnız atıcı vəzifələrində xidmət edirlər”.
Müdafiə naziri xüsusi vurğulayıb ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Keçirilən təlimlər də məhz buna hesablanıb.

 
  • Oxunub:  4740  |  
  • Tarix:  19-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23