A+   Yenilə  A-
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb.
Görüşdə Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov və Səməd Seyidov, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhart, Avstriya parlamentinin üzvü Qeral Hauzer, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının rəhbərliyi iştirak ediblər.
Görüşün əvvəlində iyunun 19-da Vyanada keçiriləcək “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans üçün yaradılan şəraitə görə təşəkkür edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin ideya rəhbəri olduğu tədbir barədə ətraflı məlumat verib. Qeyd edilib ki, müxtəlif dinlərin və mədəniyyətlərin dinc birgə yaşadıqları Avstriya tarixən yüksək tolerantlığın hökm sürdüyü ölkə kimi tanınıb və məhz buna görə də beynəlxalq konfransın bu ölkənin paytaxtı Vyana şəhərində keçirilməsi qərara alınıb.
Şeyxülislam Avstriya nümayəndələrini bu ilin sentyabrında keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştiraka dəvət edib.
Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhart konfransın Vyanada keçirilməsindən məmnunluğunu ifadə edərək, özünü əbədi bitərəf dövlət elan etmiş Avstriyada dinlərarası və mədəniyyətlərarası dialoqun mühüm əhəmiyyət daşıdığını bildirib. Bu tarixi ənənə fonunda Avstriyanın müxtəlif dini, milli, mədəni və digər görüşləri təmsil edən tərəflər arasında dialoqun baş tutduğu ölkəyə çevrildiyini qeyd edən nazir, həmçinin bu amillərlə yanaşı, iqtisadi əlaqələrin inkişafının diqqət mərkəzində durduğunu bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanı və Avstriyanı uzun illərə söykənən dostluq əlaqələri bağlayır. Bu ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya səfəri bu dostluğun zirvə nöqtəsini təşkil edib. Həmin səfər çərçivəsində Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının əsası qoyulub. Bu Şuranın əsas məqsədi iki ölkə arasındakı dostluq əlaqələrini yeni mərhələyə çıxarmaqdır. Avstriya-Azərbaycan iqtisadi əlaqələrinin dərinləşməsi ilə yanaşı, mədəni və dini mövzularda layihələrin inkişaf etdirilməsini hədəf seçən bu qurum ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcək. Uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı marağın mövcud olması hər iki ölkənin bu əlaqələrdən bəhrələnməsinə gətirib çıxaracaq.
Nazir bir daha iki ölkə arasında sıx və mütəmadi əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını və şəxsən özünün Azərbaycana dərin dostluq hissləri bəslədiyini ifadə edib.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov görüşdə çıxış edərək Prezident İlham Əliyevin Avstriya xalqına və hökumətinin üzvlərinə ehtiram və salamlarını çatdırıb. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan tərəfi ölkələrimiz arasında münasibətlərin daha da inkişafına dəstək verəcək və bu inkişafa maraq dövlət başçıları tərəfindən də ifadə olunub.
Cari ilin martında Prezident İlham Əliyevin Avstriyaya uğurlu səfərinin nəticəsi olaraq Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının yaradıldığını və bu qurumun artıq öz fəaliyyət istiqamətlərini müəyyən edərək işə başladığını bildirən Əli Həsənov Şuranın iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.
Vyananın Avrasiyada dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzlərindən biri olduğunu bildirən Prezidentin köməkçisi beynəlxalq konfransın keçirilməsi üçün məkan seçimində qərarın bu şəhərin xeyrinə verilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb. Qeyd edilib ki, dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin istiqamətlərindən biridir. Azərbaycanın müstəqillik tarixinin son 25 ilində ölkə daxilində davamlı olaraq bu istiqamətdə dialoq dövlətin yürütdüyü ali siyasi kursdur. Lakin Azərbaycan bu dialoqu ölkə daxilində reallaşdırmaqla kifayətlənmir, eyni zamanda, qarşılıqlı hörmət və rəğbətə söykənən bu dəyərləri dövlətlərarası münasibətlərin əsas prinsiplərindən biri hesab edir. Dövlətlərarası müstəvidə bu, özünü müxtəlif sivilizasiyalar arasında əlaqələrin intensivləşməsində tapır. Azərbaycan dövlətinin başçısı müxtəlif xüsusiyyətlərə malik sivilizasiyalar arasında dialoq, əməkdaşlıq və tərəfdaşlığı alternativi olmayan bir istiqamət hesab edir və dünya ölkələrinin bu siyasi xəttə əməl etməsi arzuolunandır.
Vyanada keçiriləcək konfransa toxunan Əli Həsənov qeyd edib ki, bütün dinləri və sivilizasiyaları təmsil edən nümayəndələrin, dövlət və hökumət rəsmilərinin iştirak edəcəkləri tədbirdə dinlərarası və sivilizasiyalararası əməkdaşlığa çağırış edən bəyannamənin qəbul olunacağı da gözlənilir. Konfransda müzakirəyə çıxarılacaq mövzular, ediləcək çağırışlar, onun təmsil etdiyi dəyərlər həm Azərbaycanın, həm Avstriyanın, həm də bütövlükdə Avropa İttifaqının kursuna tam uyğundur.
Qeyd edək ki, iyunun 19-da Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda keçiriləcək beynəlxalq konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən 300-ə yaxın dövlət, ictimaiyyət, elm və din xadimlərinin, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərlərinin, o cümlədən BMT Baş katibinin müavinləri - M.Moratinos və R.Xalikovun, Avstriya Federal Hökumətinin və parlamentinin nümayəndələrinin, habelə Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

 
  • Oxunub:  5970  |  
  • Tarix:  19-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

07 Dekabr 16:15
Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib
07 Dekabr 16:10
SOCAR “Total” şirkəti ilə “Abşeron” layihəsinə dair müzakirələr aparıb
07 Dekabr 16:04
Kamilə Əliyeva: Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycanın qlobal ekoloji tarazlığın qorunmasına töhfəsi, vətəndaş həmrəyliyimizin nümunəsi kimi yadda qalacaq
07 Dekabr 16:02
Səbail rayon seçiciləri Bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyir
07 Dekabr 13:50
Vüqar Bayramov: TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib
07 Dekabr 13:41
Jalə Əliyeva: Bu məsələ ümummilli maraqları qorumaq deməkdir
07 Dekabr 13:33
Sevinc Hüseynova: Ölkəmizdə aparılan islahatlar son vaxtlar daha böyük vüsət alıb
07 Dekabr 12:49
Fəzail İbrahimli: Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib
07 Dekabr 12:46
Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 12:43
Nəriman Əliyev: Parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur
07 Dekabr 10:43
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
07 Dekabr 10:38
Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib
07 Dekabr 10:32
YAP Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib
07 Dekabr 10:31
Tərtər seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 10:30
Mingəçevirdə bələdiyyə seçkiləri ilə əlaqədar mədəniyyət işçiləri ilə görüş keçirilib
07 Dekabr 10:28
YAP Ağstafa rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar növbəti görüş keçirilib
07 Dekabr 10:24
Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli və Qaymaqlı kəndlərində seçicilərlə görüşlər keçirilib
07 Dekabr 10:23
Azərbaycan ilə Gürcüstan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub
07 Dekabr 10:22
Bərdə rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar Həsənqaya, Tağılar, Hacallı kəndlərində seçicilərlə görüş keçirilib
07 Dekabr 10:20
YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər
07 Dekabr 10:19
YAP bu seçkilərin də qalibi olacaq
07 Dekabr 10:17
Multikulturalizm siyasətinin ölkəmiz üçün əhəmiyyəti
07 Dekabr 10:14
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
07 Dekabr 10:11
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bu sahə üzrə qanunvericilik təkmilləşdirilir
07 Dekabr 10:07
Ölkəmizdə aqrar sahənin inkişafında mühüm nəticələr əldə olunub
06 Dekabr 21:45
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
06 Dekabr 21:29
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
06 Dekabr 21:20
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06 Dekabr 21:09
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06 Dekabr 20:26
Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib
06 Dekabr 17:53
YAP Zərdab rayon təşkilatı böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirib
06 Dekabr 17:52
YAP Bərdə rayon təşkilatı “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:47
Ekspert: Azərbaycan Prezidentinin islahatları rəqabətədavamlı dövlət və cəmiyyətin formalaşdırılmasına xidmət edir
06 Dekabr 17:38
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:33
Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir
06 Dekabr 17:30
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
06 Dekabr 17:26
Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
06 Dekabr 16:57
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb
06 Dekabr 16:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gürcüstana səfər edib
06 Dekabr 16:48
Moldovada “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib
06 Dekabr 16:47
Almaniyada Azərbaycan mədəniyyətinə hər olunmuş tədbir təşkil edilib
06 Dekabr 16:31
Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib
06 Dekabr 16:23
Xəzər rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
06 Dekabr 16:14
Bir gündə 650 min ağac əkək: Nizami yurdunda əkilən minlərlə ağac təbiətə töhfədir
06 Dekabr 16:09
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
06 Dekabr 16:08
Alessandro Frakasetti: Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir
06 Dekabr 15:41
Əli Əhmədov: 650 min ağacın əkilməsi kimi möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir
06 Dekabr 15:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
06 Dekabr 15:26
Elman Nəsirov: Ölkə üzrə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var
06 Dekabr 15:21
Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar
06 Dekabr 15:17
Bu gün Qaradağ rayonunda 2 mindən çox ağac əkilib
06 Dekabr 15:13
Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir
06 Dekabr 15:11
Tünzalə Ağayeva: Bugünkü ekoloji aksiyada ilk dəfə ağac əkdim
06 Dekabr 15:09
Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
06 Dekabr 14:55
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06 Dekabr 14:36
Nazir Mikayıl Cabbarov erməni nümayəndənin təxribat xarakterli fikrinə tutarlı cavab verib
06 Dekabr 14:34
Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır
06 Dekabr 14:27
Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi ekologiyanın təmizlənməsində mühüm rol oynayacaq
06 Dekabr 14:24
Yeni Azərbaycan Partiyası İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib
06 Dekabr 14:21
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib
06 Dekabr 14:17
“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işini davam etdirir
06 Dekabr 14:10
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib
06 Dekabr 14:07
Bahar Muradova: Bu təşəbbüs torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir
06 Dekabr 14:04
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
06 Dekabr 13:59
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb
06 Dekabr 13:52
Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqq işini dəstəkləyir
06 Dekabr 13:48
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir
06 Dekabr 13:18
Səfir Auqusto Massari: Bu təşəbbüs insanları təbiətin qorunması istiqamətində həmrəy olmağa çağırır
06 Dekabr 12:58
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar
06 Dekabr 12:25
Ukraynalı nazir: TRASEKA-ya üzv ölkələrdə tariflərin eyniləşdirilməsi məqsədəuyğun olar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+3 +5