A+   Yenilə  A-
Azərbaycanın regionlarında tikinti-quruculuq işləri cari ildə də davam etdirilir

Bölgələrdə yeni müasir idman kompleksləri, təhsil və səhiyyə müəssisələri inşa olunur
Məlum olduğu kimi, ölkəmizdə 16 ilə yaxındır bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılır. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Elə nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində əldə etdiyi uğurları, eləcə də həyata keçirilən kompleks islahatların səmərəli nəticələrini olduqca yüksək qiymətləndirirlər. Ölkəmizdə ötən müddət ərzində infrastruktur quruculuğu da geniş vüsət alıb, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, səmərəli nəticələr əldə olunub. Onu da qeyd edək ki, regionlarda təhsil, səhiyyə və idmanın inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir.
Yeri gəlmişkən dövlət başçısının idmana qayğısı və diqqətini əyani olaraq sübut edən əsas amillərdən biri də idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsidir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin idman infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən bazanın yaradılması istiqamətində əsaslı işlər görülür. Son illərdə respublikamızın şəhər və rayonlarında 45 Olimpiya İdman Kompleksi, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Stend Atıcılığı üzrə İdman Kompleksi və digər iri idman qurğuları tikilib istifadəyə verilib. Eləcə də mövcud idman obyektlərinin əsaslı təmir və yenidənqurma işlərini misal göstərmək olar. İdmanın müxtəlif növləri üzrə Azərbaycan milli komandalarının təlim-məşq toplanışlarının, idmançıların gündəlik məşqlərinin, həmçinin beynəlxalq idman turnirlərinin, respublika və zona yarışlarının keçirildiyi bu idman obyektləri, eyni zamanda, əhalinin də üz tutduğu məkanlardandır.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Olimpiya komplekslərinin tikintisinin davam etdiriləcəyini, 2019-cu ildə daha üç Olimpiya Kompleksinin açılışının gözlənildiyini bildirib. Həmin komplekslərdən biri - Beyləqan Olimpiya İdman Kompleksi cari il fevralın 13-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırda Tərtər və Neftçala rayonlarında Olimpiya İdman komplekslərinin, həmçinin Yardımlı İdman Kompleksinin tikintisi davam etdirilir. Eyni zamanda, dövlətimizin başçısının müvafiq Sərəncamına uyğun olaraq, Gəncədə idman sarayının tikintisinə başlanılıb.
Xatırladaq ki, Tərtər Olimpiya İdman Kompleksinin təməli 2018-ci il fevralın 28-də qoyulub. Bu Olimpiya İdman Kompleksinin ərazisi 4 hektar, tikintialtı sahəsi 7320 kvadratmetrdir. Ümumi sahəsi 10 min 792 kvadratmetr olacaq bu idman qurğusunun əsas binasında 1000 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal idman, üzgüçülük, güləş, boks və trenajor zalları, 54 yerlik mehmanxana korpusu, restoran, mətbəx və digər texniki-yardımçı otaqlar olacaq. Baş plana uyğun olaraq, ərazidə açıq idman meydançaları, stadion da yaradılacaq. Kompleksdə işlərin, demək olar ki, 60-65 faizi görülüb.
Yardımlı şəhərindəki Heydər Əliyev prospektində inşa edilən idman kompleksində də işlər qrafikə uyğun yüksək keyfiyyətlə davam etdirilir. Burada əsas binanın tikintialtı sahəsi 3550 kvadratmetr, ümumi sahəsi 5436 kvadratmetr olacaq. Binada 800-ə yaxın tamaşaçı tribunası olan universal idman zalı, eləcə də güləş, boks, trenajor (fitnes), bilyard və stolüstü idman oyunları zalları nəzərdə tutulub. Burada 37 yerlik mehmanxana, kafe-restoran fəaliyyət göstərəcək. Ərazidə açıq tipli mini-futbol, voleybol meydançalarının və yardımçı tikililərin inşası planlaşdırılıb. Hazırda kompleksdə tikinti işlərinin 50-55 faizi yekunlaşmaq üzrədir. Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların hər iki kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılacaq.
Goranboy Olimpiya İdman Kompleksinin tikintisinə gəlincə Gənclər və İdman Nazirliyinin sektor müdiri Elmir Mehdiyev deyib ki, bu kompleks modern memarlıq üslubunda layihələndirilib. Tikinti işləri qrafikə və tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Kompleksin ərazisi 2,8 hektar, tikintialtı sahəsi 5900 kvadratmetr, ümumi sahəsi 9137 kvadratmetrdir. Kompleksdə 1100 tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, mini-futbol yarışlarının keçirilməsi üçün universal idman stadionunun tikintisi planlaşdırılır. Burada həmçinin üzgüçülük, güləş, boks, trenajor, şahmat, konfrans zalları, yeməkxana, inzibati otaqlar tikiləcək. Eyni zamanda, baş plana əsasən ərazidə üçmərtəbəli 45 çarpayı yerlik mehmanxana və uşaqlar üçün meydançanın inşası nəzərdə tutulur.
Nazirliyin sektor müdiri əlavə edib ki, kompleksdə layihə üzrə avtonom qazanxana, transformator yarımstansiyası, yeraltı su anbarları və digər köməkçi sahələr də inşa olunacaq, fasiləsiz elektrik, su, qaz təchizatı məqsədilə buraya müvafiq kommunikasiya xətləri çəkiləcək. Ərazidə abadlıq, yaşıllaşdırma işləri həyata keçiriləcək. Kompleks müasir havalandırma, isitmə, soyutma və digər sistemlərlə təchiz ediləcək. İdman qurğusundan fiziki imkanları məhdud tamaşaçıların və idmançıların tam və təhlükəsiz istifadə etmələri üçün hər cür şərait yaradılacaq.
Hazırda kompleksin əsas binasında dəmir-beton konstruksiyalar quraşdırılır, hörgü, izolyasiya və digər işlər görülür. Ərazidə şaquli planlaşdırma və digər torpaq işləri yerinə yetirilir. Kompleksdə işlərin təxminən 20 faizi yekunlaşıb.
İdman infrastrukturunun yenilənməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülmüş işlərin yalnız qeyd edilən iri idman obyektləri ilə məhdudlaşmadığını deyən E.Mehdiyev diqqətə çatdırıb ki, eyni zamanda, son 10 ildə təkcə Gənclər və İdman Nazirliyinin sifarişi ilə Bakı şəhərinin qəsəbələrində 9 idman zalı, mini-futbol və digər idman meydançaları, şahmat məktəbi tikilib istifadəyə verilib. Bu işlər, eyni zamanda, regionları da əhatə edib. Növbəti illərdə paytaxtın Səngəçal, Ələt, Qobustan, Qaraçuxur, Bülbülə, Türkan, Qala qəsəbələrində də bu kimi idman zalları və meydançaların tikilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, belə Olimpiya İdman komplekslərinin yaradılması regionlarda idmanın kütləviliyinin təmin edilməsində, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi keçirməsində, gələcək idmançıların yetişdirilməsində mühüm rol oynayır.
Yeri gəlmişkən, yerlərdə idman kompleksləri ilə yanaşı təhsil və səhiyyə müəssisələrinin inşası da davam etdirilir. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində son illər Masallı rayonunda 50-yə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilərək şagird və müəllimlərin istifadəsinə verilib.
Ağstafa rayonunun Böyük Kəsik kənd tam orta məktəbi üçün bina inşa olunur. İnşasına ötən ildən başlanılan Böyük Kəsik kənd tam orta məktəbinin binası 264 şagird yerlik olacaq. İkimərtəbəli bina müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalı, kompüter otaqları, kitabxana fəaliyyət göstərəcək. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Məktəbin həyətyanı sahəsində futbol və voleybol meydançaları qurulacaq. Hazırda binada son tamamlama işləri aparılır. Təhsil ocağının tikintisinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulur.
Masallı rayonunun Gəyəçöl kəndində yeni məktəb binasının inşasına isə ötən ilin iyulundan başlanılıb. 264 şagird yerlik üç korpusdan ibarət binada işlərin, demək olar, 80 faizi görülüb.
Müasir tələblər əsasında tikilən yeni məktəb binasında tədris prosesini yüksək səviyyədə aparmaq üçün hər cür şərait yaradılacaq. Məktəbdə 24 sinif otağı, fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kompüter otağı, kitabxana, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək. Təhsil müəssisəsinin yeni tədris ilində müəllim və şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulub.
Masallı rayonunun Lürən kəndində isə yeni tibb məntəqəsi istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun tibb işçilərini əlamətdar gün münasibətilə təbrik edərək, ölkəmizdə, o cümlədən Masallı rayonunda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Lürən kənd ərazi icra nümayəndəsi Zakir Əbilov, Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, kənd ağsaqqalı Balakərim Yaqubov, Lürən kənd tibb məntəqəsinin müdiri Narıngül Cabbarova və başqaları əlamətdar gündə kənd sakinlərinə hədiyyə edilən bu gözəl töhfəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qaşqay RAMAZANOV

 
  • Oxunub:  3270  |  
  • Tarix:  21-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23