A+   Yenilə  A-
Regionlarda tütünçülüyün inkişafı istiqamətində atılan addımlar müsbət nəticəsini verir

Kənd təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli olan, işçi qüvvəsi baxımından da böyük tələbatın olduğu tütünçülüyün inkişafı yeni iş yerlərinin açılmasına şərait yaradıb
Azərbaycanda həyata keçirilən məqsədyönlü inkişaf strategiyası və islahatlar kursu ölkəmizin davamlı inkişafını təmin edib. Bu gün regionun lider ölkəsi olan Azərbaycanın inkişafını şərtləndirən əsas faktorlardan biri də respublikamızın regionlarının dinamik inkişafıdır. 2004-cü ildən icrasına başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, hazırda bütün şəhər və rayonlarımızda müasir standartlara cavab verən güclü infrastruktur formalaşdırılıb, əhalinin sosial müdafiəsinin təşkili istiqamətində effektiv tədbirlər görülüb, yüzminlərlə yeni iş yerləri yaradılıb, vətəndaşların gəlirləri əsaslı şəkildə artıb. Faktiki olaraq, Azərbaycanın regionları ölkə iqtisadiyyatının inkişafında lokomotiv rolunu oynayır. Bu isə həm də o reallığı ifadə edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs ölkəmizin inkişafını təmin etməklə, respublikamızın iqtisadi potensialının da artmasını şərtləndirib.
Azərbaycanın uğurlu inkişafını təmin edən əsas faktorlardan biri də, şübhəsiz ki, müasir dövrün çağırışlarına və geosiyasi, qlobal iqtisadi şəraitə uyğun praqmatik kursun müəyyənləşdirilməsi və ardıcıllıqla həyata keçirilməsidir. Bu mənada yeni iqtisadi şəraitdə aqrar sektorun üstün inkişafına nail olmaq da mühüm əhəmiyyət kəsb edir. Ərzaq təhlükəsizliyinin təmin olunması, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi Azərbaycan dövlətinin aqrar sahədə həyata keçirdiyi tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi məmnunluq doğurur. Bundan başqa, artıq ölkəmizdə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi də 100 faizə çatmaq üzrədir.
Kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər sırasında kifayət qədər gəlirli sahə olan tütünçülüyün yenidən dirçəldilməsi də xüsusi rol oynayır. Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi kənd əhalisinin tütünçülüyə marağının artmasına səbəb olub. Ekspertlərin də qeyd etdikləri kimi, tütünçülük iqtisadi cəhətdən səmərəli, yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin yüksəldilməsində əhəmiyyətli sahələrdən biri kimi, geniş perspektivlərə malikdir. Bu sahənin inkişaf etdirilməsi yaxın gələcəkdə həm kənd əhalisinin məşğulluğunun təmin edilməsi, həm ixracın artırılması, həm də ölkəyə valyuta gətirilməsində önəmli rol oynayacaq. Bu səbəbdəndir ki, regionlarda fermerlər bu sahənin inkişafına xüsusi maraq göstərir, qabaqcıl təcrübənin də tətbiq edilməsi ilə məhsuldarlığın artırılması istiqamətində məqsədyönlü iş aparırlar. Cari mövsüm üçün proqnozlar da kifayət qədər nikbindir.
Bu məqamda qeyd etmək lazımdır ki, artıq təsərrüfatlarda tütünçülük sahəsində becərmə işlərinin qızğın çağıdır. Qax rayonunun təsərrüfatlarında məhsul istehsalçıları 4300 hektardan çox yazlıq bitkilər əkiblər. Bu barədə danışan Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov bildirib ki, cari ildə rayonun təsərrüfatlarında 532 hektarda tütün əkilməsi planlaşdırılıb. Fermerlər bu günədək 315 hektar sahəyə tütün şitili köçürüblər. Bundan əlavə, məhsul istehsalçıları 321 hektar sahədə kartof, 345 hektarda tərəvəz, 1722 hektarda qarğıdalı, 101 hektarda soya, 100 hektarda lobya, 177,5 hektarda bostan bitkiləri əkib, 288,5 hektara vələmir, 951 hektara çoxillik yonca toxumu səpiblər.
Goranboyda isə tütün şitillərinin sahələrə köçürülməsi prosesi başa çatıb. Tütün əkini əsasən rayonun Yenikənd, Qarqucaq, Zeyvə, Şəfəq və Qaraçinar kəndlərini əhatə edir. Bu il bütövlükdə Goranboyda təxminən 8 hektar sahədə tütün əkilib. Məhsulun yığımı dövründə hər hektardan 1,5 ton quru tütün yığılması proqnozlaşdırılır.
Qəbələ rayonunun təsərrüfatlarında da tütün əkini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 75 hektar sahədə tütün əkilib. Qəbələli fermerlər bu il 5 hektarda “Virciniya” növlü ətirli, 70 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Builki mövsümdə rayonda quru tütün istehsalının 100 tona çatacağı proqnozlaşdırılır. Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, cari təsərrüfat ilində rayonda tütün əkini və becərilməsi işlərinə 200-dən çox işçi cəlb olunub. Xatırladaq ki, ötən il qəbələli fermerlər 75 hektar sahədə tütün yetişdirib, 99 tona yaxın quru tütün istehsal ediblər.
Zaqatala rayonunun təsərrüfatlarında isə bu il 649 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Zaqatalalı fermerlər builki mövsümdə 439 hektarda “Virciniya”, 17 hektarda “Berley”, 193 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi prosesi artıq başa çatmaq üzrədir. İndiyədək 615 hektara tütün şitili köçürülüb. Tütün əkininə 1800-dən çox mövsümi işçi cəlb olunub. Yengiyan kəndindən olan fermer Telman Həsrətov rayonun əsas tütün istehsalçılarındandır. Onun rəhbərlik etdiyi “Dağlar” kəndli-fermer təsərrüfatı dörd ildir ki, tütünçülüklə məşğul olur.
Fermerin bildirdiyinə görə, bu il təsərrüfatda 60 hektar “Virciniya”, 30 hektar yerli sortlar olmaqla, 90 hektar sahədə tütün əkməyi planlaşdırıb. İndiyədək 60 hektardan çox sahəyə şitil köçürülüb və tütün əkini üç-dörd gün ərzində başa çatdırılacaq. Təsərrüfat sahibi havalar əlverişli keçərsə, bu il tütün sahələrindən 900 tonadək yaşıl kütlə götürəcəyini proqnozlaşdırır.
Prezident İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamına əsasən qəbul edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” Qazax rayonunda da uğurla icra olunur. Kənd təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli olan, işçi qüvvəsi baxımından da böyük tələbatın olduğu tütünçülük Qazax rayonunda yeni iş yerlərinin açılmasına şərait yaradıb. Hazırda rayonda tütün əkini və becərilməsi işlərinə 250-dən çox işçi cəlb edilib. Artıq dördüncü ildir ki, Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütün becərilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə bu göstəricini 50 hektara çatdırıblar. Həmin il aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər 80 tondan çox məhsul götürüblər. Ötən il tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırıblar. Keçən il sahələrdən toplanmış 98 min tonadək qurudulmuş tütün “İlham-M” MMC-yə təhvil verilib. Cari ildə isə Qazax rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkini həyata keçirilib.
İndiyədək rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində tütün şitillər sahələrə köçürülüb. Əkinlə yanaşı, suvarma da vaxtlı-vaxtında həyata keçirilib, bütün aqrotexniki qaydalara əməl edilib.
Artıq Oğuz rayonunun təsərrüfatlarında da tütün əkini başa çatıb. Cari mövsümdə oğuzlu fermerlər 110 hektarda tütün yetişdirirlər. Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov bildirib ki, tütün istehsalçılarının işini asanlaşdırmaq məqsədilə ötən il rayonun Bucaq kəndində 10, Bayan kəndində isə 23 ədəd tütünqurutma kamerası quraşdırılaraq fermerlərin istifadəsinə verilib. Tələbatı nəzərə alaraq, bu kəndlərdə əlavə olaraq 12 ədəd tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulur. Əvvəlki illər oğuzlu fermerlər yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalırdılar. Bu isə əlavə vaxt itkisinə, artıq xərclərə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Xatırladaq ki, 2018-ci ildə Oğuz rayonunda 377,4 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 88 ton artıb.
Bu il Şəki rayonunun təsərrüfatlarında isə 950 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Təsərrüfatlarda tütün şitillərinin sahələrə köçürülməsi işi əsasən başa çatıb. Fermerlər nəzərdə tutulduğundan da çox sahəyə - 958,5 hektara tütün şitili köçürüblər. İndidən sonra daha 10-15 hektar sahədə tütün əkiləcəyi proqnozlaşdırılır. Bu barədə məlumat verən Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov bildirib ki, şəkili fermerlər builki mövsümdə 709,5 hektar sahəyə “Virciniya” və 9 hektara “Berley” növ ətirli, 240 hektara isə yerli tütün sortları əkiblər. Tütün əkininə 2100-dən çox işçi cəlb olunub.
Ötənilki mövsüm də rayonun tütünçüləri üçün uğurlu olub. Belə ki, 2018-ci ildə şəkili fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.
Nardar BAYRAMLI

 
  • Oxunub:  3420  |  
  • Tarix:  21-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib

22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
22 Avqust 16:09
Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib
22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək
22 Avqust 12:31
Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər
22 Avqust 12:17
Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib
22 Avqust 12:15
UEFA Avropa Liqasına pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək
22 Avqust 12:10
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub
22 Avqust 11:47
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı olub
22 Avqust 11:23
Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb
22 Avqust 11:14
Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22 Avqust 11:12
“Kənddən Şəhərə” yarmarkası davam edir
22 Avqust 10:59
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
22 Avqust 10:32
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22 Avqust 10:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
22 Avqust 09:42
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
22 Avqust 09:30
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
22 Avqust 09:24
Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş
22 Avqust 09:22
BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq Avrasiya Konfransı keçiriləcək
22 Avqust 09:19
Əli Kərimli şəhid pilotumuzun dəfn mərasimini siyasi avantüra vasitəsinə çevirməyə çalışıb
22 Avqust 09:17
Nəsimi rayonunda “Mərhəmət və Xeyriyyəçilik həftəsi” keçirilir
22 Avqust 09:10
2019-cu ildə regionlarda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib
21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24