A+   Yenilə  A-
Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans: “Dövlət qulluğunun aktual problemləri”

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Qulluqçularının Peşə Bayramı Gününə həsr edilən konfrans Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə təşkilatçılığı ilə reallaşıb. Konfrans “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Prezident Administrasiyası rəhbərinin “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi haqqında Sərəncamı əsasında keçirilib.
Konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın qısa müddətdə inklüziv və davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olduğunu bildirib. Vurğulayıb ki, bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb. Ölkənin qazandığı uğurların əsasında insan potensialının formalaşması, idarəedilməsinə elmi yanaşma əsas yer tutur.
Prezidentin vətəndaşlara münasibəti bütün məmurlar üçün örnəkdir
Elmi-praktik konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” 2006-cı il 25 may tarixli Sərəncamı ölkədə demokratik, hüquqi, dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu artırmaq məqsədilə atılan mühüm addımlardan biridir. Azərbaycan Respublikası praqmatik, gələcəyin hədəflərini çox düzgün seçməyi bacaran, özünü uzaqgörən siyasətçi kimi təsdiq edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi islahatlarla çoxlarını heyrətə salıb. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərin əsas səbəbini Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiləşməsinə yönəldilmiş siyasətinin onun layiqli varisi İlham Əliyev tərəfindən böyük qətiyyətlə davam etdirilməsində, bu siyasətin mütəmadi olaraq müasir dövrün çağırışlarına uyğun surətdə yeni ideyalar və konsepsiyalarla zənginləşdirilməsində axtarmaq lazımdır. Məhz bu siyasət nəticəsində son illərdə ölkənin iqtisadi potensialı və müdafiə qüdrəti dəfələrlə artıb.
Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov vurğulayıb ki, iqtisadi nailiyyətlərimiz ölkəmizin müdafiə qüdrətini getdikcə artıracaq və Qarabağa böyük qayıdışın sürətli davamı təmin ediləcək, bütün bunların nəticəsində Azərbaycan dövlətinin nüfuzu daha da möhkəmlənəcək.
Prezident Administrasiyasının şöbə müdiri dövlət qulluğuna kadr hazırlanmasında Dövlət İdarəçilik Akademiyasının fəaliyyətini xüsusi qeyd edərək deyib: “Dövlət İdarəçilik Akademiyası respublikamızın ən nüfuzlu ali məktəblərindən biridir. Öz spesifik tədris proqramı, metodikası ilə başqa ali məktəblərdən seçilir. Burada təhsilini başa vuran hər bir şəxs dövlət qulluqçusu kimi müstəqil Azərbaycan dövlətinin idarəetmə sistemində çalışır, onun inkişafında yaxından iştirak edir və gələcəkdə də yaxından iştirak edəcək”.
Süleyman İsmayılov Dövlət Qulluğunu İdarəetmə Şuranın üzvü kimi son illərdə dövlət qulluğunun təkmilləşdirilməsi ilə bağlı fikirlərini də bölüşüb. Diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət qulluğu sahəsində yeni dövr başlanıb. Son 26 ildə yüzlərlə qanun, fərman, sərəncam imzalanıb, qərarlar qəbul olunub. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2000-ci il iyulun 21-də qəbul olunduğunu xatırladan Süleyman İsmayılov həmin vaxtdan bəri bu qanundan irəli gələn çoxlu sayda normativ-hüquqi aktlar imzalandığını, eyni zamanda, bu qanuna çoxlu sayda əlavələr və dəyişikliklər olduğunu, son nəticədə mükəmməl bir sənədin ortaya çıxdığını bildirib. Diqqətə çatdırıb ki, sözügedən qanun qəbul olunandan bugünə qədər ona 180-dən çox əlavə və dəyişiklik edilib. Bütün bunlar qanunun təkmilləşməsinə yönəlib.
Süleyman İsmayılov vurğulayıb ki, dövlət quruculuğu məsələləri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Son 5-6 il ərzində dövlət quruculuğu məsələləri ilə bağlı 450-dən çox fərman, sərəncam, qanun imzalanıb. Prezident İlham Əliyev dövlət qulluqçuları qarşısında ciddi tələblər qoyub. Prezidentin vətəndaşlara, onların müraciətlərinə olan münasibəti bütün məmurlar üçün örnəkdir.
Ölkənin idarə olunmasında və inkişafında dövlət qulluqçularının rolu böyükdür
Süleyman İsmayılov onu da diqqətə çatdırıb ki, dövlət qulluğu heç də müəyyən səlahiyyətlər əldə etmək kimi başa düşülməməlidir. Əksinə, dövlət qulluqçularının çiyinlərinə böyük bir yük düşür. Ölkənin idarə olunmasında, onun inkişafının daha da sürətlənməsində dövlət qulluqçularının böyük rolu var.
Dövlət qulluğunda çalışanlarla bağlı statistik göstəriciləri diqqətə çatdıran şöbə müdiri Süleyman İsmayılov deyib ki, 2019-cu il yanvar ayının 1-nə olan məlumata görə dövlət qulluqçularının sayı 29 min 127 nəfərdir. Aparılan son struktur islahatları nəticəsində onların sayı 0,7 faiz azalıb. Dövlət qulluqçularının 28,5 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının orta yaş həddi 43 ildir. Bu rəqəm gənclərə zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı yaradır. 35-44 yaş arasında olan dövlət qulluqçularının sayı 26,3 faiz, 63-64 yaş arasında olan dövlət qulluqçularının sayı isə 2,9 faizdir. Bütövlükdə dövlət orqanlarında çalışan dövlət qulluqçularının sayı ölkənin məşğul əhalisinin çox cüzi bir hissəsidir - 0,6 faiz. Ona görə də dövlət qulluğunda çalışan hər bir şəxs hazırlıqlı olmalı və öhdəsinə düşən vəzifəni yüksək keyfiyyətlə icra etməlidir.
Prezident Administrasiyasının şöbə müdiri son vaxtlar ölkədə həyata keçirilən sosial islahatların əhəmiyyətini qeyd edərək, dövlətimizin başçısı İlham Əliyev tərəfindən iyunun 18-də təqdim olunmuş sosial paketdə dövlət qulluqçularının maaşlarının artırıldığını vurğulayıb, bütün bunların müvafiq sahələrdə çalışanların daha yaxşı işləməsinə stimul yaratdığını deyib.
Sonra Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, dövlət qulluqçularının seçimi sisteminin formalaşdırılmasında sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən prinsiplər həlledici vasitədir. Bu sahədə Dövlət İmtahan Mərkəzinin üzərinə düşən əsas vəzifələrdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədilə dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və səmərəli əsaslarla aparmaqdan ibarətdir.
Azərbaycanda çevik dövlət qulluğu sistemi formalaşıb
Elmi-praktik konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində yeni texnologiyalar: Azərbaycan Respublikasının innovativ təcrübəsi beynəlxalq təşkilatların sənədlərində” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən rektor ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb. Dövlət idarəçiliyi üçün milli kadr potensialının formalaşdırılmasının müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi olduğunu bildirən Urxan Ələkbərov dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və inkişafı, bu sahədə hüquqi bazanın tənzimlənməsi məsələlərini Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığını vurğulayıb. Eyni zamanda, o, dövlət qulluğu üçün kadr potensialının gücləndirilməsinin ölkədə inklüziv inkişafın planlaşdırılması və idarə edilməsi proseslərini daha da sürətləndirəcəyini bildirib.
Məruzədə beynəlxalq təşkilatların 2018-2019-cu illərdə dərc edilən rəsmi statistik məlumatları təhlil olunub. Həmçinin Dünya İqtisadi Forumunun təsisçisi və fəxri prezidenti Klaus Şvabın hazırladığı qlobal hesabat nəzərdən keçirilib. Qeyd olunub ki, həmin hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə edilib. Azərbaycan bu göstərici üzrə ABŞ, Almaniya, Danimarka, Kanada, Fransa, Yaponiya kimi inkişaf etmiş ölkələri geridə qoyub.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə müasir Azərbaycan Respublikası hazırda yüzillik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq vəziyyətindədir.
Konfrans iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıb. Həmin texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz dövlətimizin başçısının tətbiq etdiyi idarəçilik texnologiyaları sayəsində Davos İqtisadi Forumunun 2018-ci ilin yanvarında dərc olunan hesabatında inklüziv inkişaf indeksinə görə Azərbaycan dünyada üçüncü yerdə qərarlaşaraq iqtisadi imkanları daha yüksək olan ölkələrin çoxunu geridə qoyub. Bu və digər təqdirəlayiq nəticələr ölkənin səmərəli idarə olunmasından və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən xəbər verir.
Sonra DİA-nın rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması institutunun direktoru, professor Gülnarə Qurbanova “Dövlət qulluqçularının təhsilində davamlı inklüziv inkişaf naminə innovativ metodlar”, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Azərbaycanda dövlət qulluğuna qəbul: cari vəziyyət, hədəflər və çağırışlar”, Mərkəzin İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə “Dövlət qulluğu ilə bağlı elektron xidmətlər” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan bəhs edilib.
Daha sonra DİA-da rəhbər dövlət idarəçiliyi sahəsində ixtisaslaşaraq məzun olan dövlət qulluqçularına magistr dərəcəli diplomlar təqdim edilib.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, müxtəlif nazirliklərin, Heydər Əliyev Mərkəzinin, Ombudsman Aparatının, Mərkəzi Seçki Komissiyasının, Baş Prokurorluğun, dövlət komitələri və xidmətlərinin, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

 
  • Oxunub:  4470  |  
  • Tarix:  22-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA